Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-998/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Verdiktum vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs7 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər bir neçə dəfə məhkum olunmuş sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli, 1(101)-355/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 178.3.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Xətai Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 7(011)- 228/2017 saylı qərarı ilə barəsində olan hökmlər xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılaraq cəza müddəti 9 il 3 aya endirilmiş, Xətai Rayon Məhkəməsinin 09 oktaybr 2017-ci il tarixli, 7(011)-392/2017 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 13 sentyabr 2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxrılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, MTN-nin istirahət evi, ailəvi yataqxana, ev 3, mənzil 13-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi evlərin tikintisini həyata keçirib evlərin satışından əldə olunan puldan ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2020-ci ilin dekabr ayının ortalarında ünvan 2 ünvanında 12.000 manat və 2021-ci ilin yanvar ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “N.Nərimanov” metrostansiyasının yaxınlığındakı parkda 11.500 manat olmaqla ümumilikdə 23.500 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi evlərin tikintisini həyata keçirib evlərin satışından əldə olunan puldan ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2021-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “N.Nərimanov” metrostansiyasının yaxınlığındakı parkda 6.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 övladı Şahid1 Daxili İşlər Nazirliyinin X27 köçürmə yolu ilə işə qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 02 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının qarşısında 15.000 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 övladı Azər Abbasovun xarici neft şirkətlərinin birinə fəhlə işinə qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 26 aprel 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Rza küçəsində yerləşən 2 saylı binanın qarşısında 7.500 manat, Zərərçəkmiş şəxs3 ərinin təqaüd məsələsinin həll edilməsi adı ilə isə 16 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Rayon Məhkəməsinin qarşısında 2.000 manat alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 9.500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinə işə qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 2021ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 5.000 manat və 2021-ci ilin avqust ayının ortalarında Qazax şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Qazax şöbəsində ekspress köçürmə vasitəsi ilə göndərilən 4.000 manatı qəbul edib ümumilikdə 9.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinə işə qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 02 sentyabr 2021-ci il tarixdə Qazax şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Qazax şöbəsində ekspress köçürmə vasitəsi ilə göndərilən 9.000 manat pulu qəbul edib ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 SOCAR-ın vitse-prezidenti vəzifəsinə irəli çəkiləcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 27 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsində yerləşən Abşeron Rayon Məhkəməsinin qarşısında 20.000 manat və 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” ticarət mərkəzinin qarşısında 40.000 manat olmaqla ümumilikdə 60.000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinə işə qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 17 sentyabr 2021-ci il tarixdə Qazax şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Qazax şöbəsində ekspress köçürmə vasitəsi ilə göndərilən 9.000 manat pulu qəbul edib ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,bir neçə dəfə məhküm olunmuş, sonuncu dəfə 15 iyul 2011-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 178.3.2 və 178.3.3-cü maddələri ilə yekun olaraq 9 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 09 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 il 11 ay 5 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ona verilən ittihamla bağlı ittiham aktından istifadə edərək aşağıdakıları göstərmişdir: 1.Zərərçəkmiş şəxs1 epizodu üzrə bildirmişdir ki, onun Sulutəpə qəsəbəsində torpağı olmamış və nə də ki, onun ev tikib satmaq məqsədi olmamışdır. Zərərçəkmiş şəxs1 SOKARA işə düzəltmək istəyirmiş. Bu məqsədlə Fəriddən 23.000 manat almışdır. Fəriddən 23500 manat pul almamışdır. Sonra tutulduğu üçün Fəridə pulu qaytara bilməmişdir. 2.Zərərçəkmiş şəxs2 epizodu üzrə bildirmişdir ki, Aftandil Kərimmovu o, 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 görə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 onu işə düzəltmək üsün pul alanda, Fərid sonradan ona verdiyi 6000 manat pulu Zərərçəkmiş şəxs2 aldığını bilmişdir. Sonradan o, Aftandil Kərmmovu da SOKARA işə düzəltməyi təklif etmiş, lakin tutulduğu üçün Aftandili işə düzəldə bilməmişdir. 3.Zərərçəkmiş şəxs9 epizodu üzrə bildirmişdir ki, 2021-ci ilin iyun ayının axırlarında Zərərçəkmiş şəxs9 qeyri-rəsmi yaşadığı Şahid3 vasitəsi ilə tanımışdır. Belə ki, X2 bir yerdə Hərbi hissədə işləmişlər. Yeganə ilə telefonla söhbəti zamanı özünü vəkil kimi təqdim etmişdir. Həqiqətən də yuxarı vəzifələrdə işləyən bir nəfər tanışı var imiş, onun vasitəsilə Yeganənin oğlu Şahid1 15.000 manat müqabilində Daxili İşlər Nazirliyinin X27 işə düzəldə biləcəyinə söz vermişdir. Yeganə də razılaşmışdır. 2021-ci ilin iyul ayının 2-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının qarşısında Yeganə ilə görüşmüşdür. Həmin vaxt Yeganənin yanında əri də olmuşdur. Bu zaman Yeganə ona 15.000 manat pul vermişdir. O, pulu götürüb 2 ay müddətinə Mədədi köçürmə yolu ilə Daxili İşlər Nazirliyinin X27 işə qəbul etdirəcəyinə söz vermişdir. Həmin puldan 9 min manat o, götürmüş, 5600 manatını Nurlan götürmüş, 400 manatı isə Nurlanın yeznəsi Məftun götürmüşdür. Lakin, o, sonradan Yeganənin oğlunu işə düzəldə bilməmişdir. 4.Zərərçəkmiş şəxs3 epizodu üzrə bildirmişdir ki, 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 onun telefonunu kimdənsə alıb ona zəng edərək oğlunu işə düzəltməyinə kömək etməyini xahiş etmişdir. O, Könülün oğlunu xarici neft şirkətinə işə düzəltməyinə söz vermişdir. Bir nəfər tanışının vasitəsi ilə düzəldəcəymiş. Bunun müqabilində o, Könüldən 9500 manat pul almış, lakin, Könülün oğlunu işə düzəldə bilmədiyindən Könülün ona verdiyi puldan 5700 manatını qaytarsa da, həbs olunduğu üçün 3800 manatını qaytara bilməmişdir.
5. Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs4 epizodu üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs4 İntiqam adlı tanışının vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs4 qızının məhkəmə işi ilə bağlı ona müraciət etmişdir. Lakin, o, Zərərçəkmiş şəxs4 qızının məhkəmə işinə heç bir köməklik etməmişdir. Sonradan ona 25.000 manat pul lazım olduğundan bu barədə İntiqama demişdir. İntiqam da özündə pul olmadığından Zərərçəkmiş şəxs4 demiş, Zərərçəkmiş şəxs4 da həmin pulu ona vermişdir. Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan ödənilmişdir. 6.Zərərçəkmiş şəxs5 epizodu üzrə bildirmişdir ki, Elmiri Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs9 Elmir X9 Nazirliyinin Qazax rayonu üzrə X5 yanğınsöndürən vəzifəsinə təyin etdirə biləcəyini soruşduqda, o, 10.000 manat müqabilində Zərərçəkmiş şəxs5 həmin işə düzəldə biləcəyini demiş və həmin iş üçün ona 10.000 manat pul verilmişdir. Həmin puldan da 1000 manatını Yeganəyə vermişdir. Lakin, o, Elmiri söz verdiyi işə düzəldə bilməmiş və 9000 manatı qaytarmışdır. 7.Zərərçəkmiş şəxs6 epizodu üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs9 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs9 2021-ci ilin avqust ayında ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs6 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəltməkdə köməklik etsin. O, Yeganəyə Zərərçəkmiş şəxs6 həmin işə düzəldə biləcəyinə söz vermişdir. Bunun müqabilində ona 10.000 manat pul verilmişdir. Həmin puldan 1000 manatını Yeganəyə vermiş, 1000 manatını isə Nurlana vermişdir. Həmin işdən o, cəmi 8000 manat pul götürmüşdür. Sonra, o, Zərərçəkmiş şəxs6 həmin işə düzəldə bilməmiş və 8000 manatı da Əliyə tutulduğu üçün qaytara bilməmişdir.
8. Zərərçəkmiş şəxs7 epizodu üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Belə ki, o, biləndə ki, Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs2 rəisidir, o, Aftandil Kərmmova bildirmişdir ki, əgər Zərərçəkmiş şəxs7 istəsə o, Qurbanı SOKAR-ın vitse prezidenti vəzifəsinə işə düzəldə bilər. Bundan sonra, o, Zərərçəkmiş şəxs7lə telefonla danışıb bu barədə demiş və onu 60.000 manatın müqabilində SOKAR-ın vitse prezidenti vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs7 razılaşmış və ona Zərərçəkmiş şəxs7 əvvəlcə 20.000 manat, sonra isə 40.000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs7 həmin vəzifəyə həqiqətən də mötəbər bir nəfərin vasitəsilə düzəldəcəkmiş. Həmin şəxs Zərərçəkmiş şəxs7 həmin vəzifəyə düzəldəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs7 adığı 60.000 manatı da həmin şəxsə vermişdir. Sonra o, həbs olunduğu üçün həmin pul da həmin şəxsdə qalmışdır. Zərərçəkmiş şəxs7 işə düzəldə bilməmişdir. 9.Zərərçəkmiş şəxs8 epizodu üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs8 də Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs8 FHN-nin Yanğından Mühafiəzə Xidmətinə işə düzəltməyiylə bağlı ona bildirdikdə, o, Zərərçəkmiş şəxs8 9000 manat müqabilində həmin işə düzəldə biləcəyini demişdir. Bundan sonra ona bank vasitəsilə 9000 manat pul göndərilmişdir. Lakin, o, F.İ Məmliyevi işə düzəldə bilməmişdir. Hazırda Fərmana dəymiş maddi ziyan ödənilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, müəyyən şəxslər zərərçəkmiş şəxsləri işə düzəltməkdə ona kömək edə bilirmişlər. O, həmin şəxslərin adlarını demək istəmir. Zərərçəkmiş şəxs7 SOKAR-a vitse prezident vəzifəsinə düzəltmək üçün ondan aldığı pulu bir nəfər mötəbər vəzifədə olan şəxsə vermişdir. Həmin şəxs Zərərçəkmiş şəxs7 həmin vəzifəyə düzəltməyə söz vermiş, lakin o, həbs olunduğu üçün bu iş düzəlməmiş və həmin pul da həmin şəxsdə qalmışdır. O, həmin şəxsin adını demir. Zərərçəkmiş şəxs4 hər hansı bir iş üçün pul almamış, ona borca pul lazım olduğundan Zərərçəkmiş şəxs4 həmin pulu ona vermişdir. Cinayət işi çoxşaxəli olduğu üçün, məhkəmə sübutların tədqiqi və qiymətləndirilməsini epizodlar üzrə aparmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 23.500 (iyirmi üç min beş yüz) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əvvəllər hərbiçi olmuşdur. 2020-ci ildə təqaüdə çıxmışdır. Həyat yoldaşı Günel isə evdə dırnaq ustası işləyir. Təqsirləndirilən şəxs da müştəri kimi onların evinə gedib-gəlirmiş. Buna görə də Təqsirləndirilən şəxs tanımışdır. Ülkər özünü Azərbaycanda fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etməklə uğurlu iş adamı obrazı yaratmışdır. Həmişə taksi ilə gedib gəlirmiş, danışanda böyük layihələrdən məlumatlı olduğunu bildirirmiş. 2020-ci ilin dekabr ayında Ülkər bildirmişdir ki, Sulutəpə qəsəbəsində iki torpaq sahəsi var, həmin torpaq sahəsində fərdi evlər tikib satmaq istəyir. Ülkər ona təklif etmişdir ki, o da həmin işlərə qoşulsun və evlər tikiləndən sonra, evləri baha qiymətə satıb gəlir əldə edəcək və ona həmin gəlirdən böyük məbləğdə pul verəcəkdir. Ülkər bilirmiş ki, onun evi yoxdur, kirayədə yaşayır və ev tikdirmək üçün pul toplayır. Ülkər bildirmişdir ki, evləri tikib qazanc əldə edəndən sonra onun pulunu qaytarmaqla yanaşı özündən də ona maddi köməklik edəcək. O, Ülkərin vəkil olduğunu, yoldan keçənin biri olmadığını nəzərə alıb Ülkərə inanmış və bildirmişdir ki, Ülkərə pul verə bilər. Beləliklə də ilk dəfə 2020-ci ilin dekabr ayının ortalarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu sahə, ev 1 mənzil 116-da Ülkərə 12.000 manat pul vermişdir. Ülkər pulu alıb onu əmin etmişdir ki, istədiyi vaxt ona pul lazım olsa, pulu ona qaytaracaq və ona böyük gəlir verəcəkdir. Bundan sonra təxminən 2021-ci ilin yanvar ayının axırlarında Bakı şəhəri, Nərimanov metrosu yaxınlığındakı parkda Ülkərlə görüşüb Ülkərə 11.500 manat pul vermişdir. Sonuncu dəfə isə Ülkər ondan 6.000 manat pul istədikdə özündə olmadığından tanışı Aftandildən 6000 manat alıb 2021-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nərimanov metrosu yaxınlığındakı parkda Ülkərlə görüşüb həmin məbləğdə pulu Ülkərə vermişdir. Bir müddətdən sonra ona pul lazım olduqda Ülkərə aldığı pulu geri qaytarmasını xahiş etmiş, lakin Ülkər müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. O, gedib Ülkərin torpaq sahələrinə baxmamış, Ülkərə inanmışdır. Evləri nə vaxt tikib qurtaracağı barədə aralarında söhbət olmamışdır. Ona demişdir ki, istədiyi vaxt ona pul lazım olsa pulunu qaytaracaq. Dəfələrlə Ülkərdən pulunu istəmiş, lakin qaytarmamışdır. O, pulu Ülkərə evlər tikib ona da qazanc əldə etməyi üçün vermişdir. Sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində heç bir torpaq sahəsi yoxdur və tikinti işi ilə də məşğul olmur. Sonradan başa düşmüşdür ki, Ülkər onu aldadıb pulunu ələ keçirmişdir. Sulutəpə qəsəbəsində də heç bir ev tikintisi də olmamışdır. Sonradan eşitmişdir ki, Ülkər əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş şəxsdir, ayrı-ayrı vətəndaşları da aldadıb pullarını ələ keçirmişdir. Ona dəymiş maddi ziyan 23.500 manat ona ödənilməmişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs guya Sulutəpə qəsəbəsində fərdi evlər tikib əldə olunan qazancdan ona da kömək edəcəyini bildirib ümumilikdə 29.500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 (altı min) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, Fəridlə dostluq münasibəti var. 2020-ci ilin dekabr ayında Fərid söhbət əsnasında bildirmişdir ki, dırnaq ustası olan həyat yoldaşının yanına müştəri kimi gələn Təqsirləndirilən şəxs adlı şəxs Azərbaycanda tanınmış vəkildir, həm də iş adamıdır, böyük layihələri var. Ülkər Fəridə demişdir ki, Sulutəpə qəsəbəsində torpaq sahələri var, həmin yerlərdə fərdi evlər tikib satmaq istəyir, ona maddi köməklik göstərilsə gələcəkdə də Fəridə ev tikdirməyə köməklik edəcək. Fərid hissə-hissə olmaqla Ülkərə cəmi 23.500 manat pul verdiyini ona demişdir. 2021-ci ilin aprel ayının axırlarında Fərid Ülkərə 6.000 manat pul vermək lazım olduğunu deyərək ondan 6000 manat pul istəmişdir. O da Fəridə 6.000 manat pul vermişdir. Fərid həmin pulu Ülkərlə görüşüb Ülkərə verdiyini ona demişdir. 2021-ci ilin avqust ayında ona pul lazım olduğundan bu barədə Fəridə demişdir. Fərid də Ülkərə pulu geri qaytarmasını xahiş etdikdə, Ülkər pulun verilməsini uzatmağa başlamışdır. O, 2021-ci ilin sentyabr ayının əvvəllərində Ülkərlə görüşmüşdür. Ülkər guya fərdi evlərin tikintisi ilə məşğul olduğunu, yaxın müddətdə pul qazanıb qazancla birlikdə pulunu qaytaracağına söz vermiş, lakin verdiyi vədə yenə də əməl etməmişdir. Sonradan eşitmişdir ki, Ülkər əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş şəxsdir, ayrı-ayrı vətəndaşları da aldadıb pullarını ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun rəisi Zərərçəkmiş şəxs7 SOCAR-da vitse-prezident vəzifəsinə təyin etdirəcəyi adı ilə Zərərçəkmiş şəxs7 60.000 manat pul almışdır. Belə ki, Ülkər onun iş yerini biləndən sonra 2021-ci ilin iyul ayının 27-də ona zəng edib demişdir ki, müdirinin SOCAR-ın vitseprezidenti vəzifəsinə təyin olunmasına şans var, təcili Qurbanla görüşmək istədiyini demişdir. O, bu barədə Zərərçəkmiş şəxs7 demişdir. Qurban da İstanbula getmək üçün Bakı şəhərində olduğundan Ülkərə Qurbanın nömrəsini vermişdir ki, özləri əlaqə saxlayıb görüşsünlər. Bundan sonra Zərərçəkmiş şəxs7 Ülkərlə görüşdüyünü və Ülkərə 20.000 manat pul verdiyini bildirmişdir. 2021-ci avqust ayının 9-da isə o, Zərərçəkmiş şəxs7lə birlikdə Bakı şəhərinə gəlib “Caspian Plaza”-nın qarşısında Ülkərlə görüşmüşlər. Həmin görüş zamanı Ülkər Qurban müəllimi əmin etmişdir ki, SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunmağı məsələsinin razılığını alıb, yaxın zamanda yuxarı vəzifədə çalışan qohumunun vasitəsi ilə Qurbanı həmin vəzifəyə təyin etdirəcəkdir. Bundan sonra Qurban müəllim onun iştirakıyla 40.000 manat pulu, həmçinin notarial qaydada təsdiq olunmuş sənədlərini Ülkərə vermişdir. Bundan sonra Ülkərlə maraqlandıqda hər dəfə bir bəhanə gətirərək işlərin qaydasında getdiyini bildirirmiş. Qurban müəllim 2021-ci ilin sentyabr ayının axırlarınadək gözləmişdir. İş alınmadığından Qurban müəllim pulunu Ülkərdən tələb etməyə başlamışdır. Ülkər də müxtəlif bəhanələrlə vaxtı uzatmış və Zərərçəkmiş şəxs7 60.000 manat pulunu, onun da 6000 manatını qaytarmamış və sonra da Təqsirləndirilən şəxs ona demişdir ki, istəyirsə onu SOKAR-a işə düzəltsin. O da ona 6000 manatı qaytarmadığından razı olmuşdur ki, həmin pulun müqabilində onu işə düzəldəcək. Hətta Ülkər onu rus dili kursuna da göndərmişdir ki, onu işə düzəldəndə orada rus dili lazım olacaq. Onu aldatmış, işə də düzəltməmiş, pulunu da qaytarmamışdır. Dəfələrlə o, özü də pulunu Ülkərdən tələb etmiş, söz vermişdir ki, qaytaracaq. Ona dəymiş maddi ziyan 6000 manatı Təqsirləndirilən şəxs tələb edir. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs guya Sulutəpə qəsəbəsində fərdi evlər tikib qazanc əldə olunandan sonra maddi köməklik göstərəcəyi adı ilə dostu Zərərçəkmiş şəxs1 vasitəsilə onun 6000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 15.000 (on beş min) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə oğlu Mədədin dostu Şahid3 vasitəsiylə tanış olmuşdur. Nurlan Mədədə demişdir ki, qeyri rəsmi nigah münasibətində olduğu Ülkər adlı qadın vəkillik fəaliyyəti ilə məşğul olmaqla yuxarı vəzifələrdə işləyən tanışlarının vasitəsilə işə qəbul etməkdə köməklik göstərə bilər. X13 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “N” saylı hərbi hissəsinin zabitidir, leytenant rütbəsini daşıyır, Mədədin konkret olaraq hansı vəzifə tutmasını bilmir. X13 Ali Hərbi Məktəbini bitirməklə ali təhsil almışdır. Mədədin həmişə X10 işləmək arzusu olmuşdur. O da Mədədin arzusunun həyata keçirilməsi üçün tanışlar axtarırmış ki, işə düzəlməsinə köməklik etsinlər. 2021-ci ilin iyun ayının axırlarında Təqsirləndirilən şəxs ilə tanış olandan sonra onunla telefonla söhbət zamanı Təqsirləndirilən şəxs əslən Lənkəran rayonundan olduğunu, Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olduğunu, kifayət qədər tanınmış adam olmaqla yuxarı vəzifələrdə işləyən tanışlarının olduğunu bildirmişdir. O, Ülkərə oğlu Şahid1 X11 İşlər Orqanlarına köçürmə yolu ilə qəbul edilməsinə köməklik göstərə bilib-bilməməsi ilə maraqlandıqda Ülkər yuxarı vəzifələrdə çalışan tanışlarının vasitəsilə 15.000 manat müqabilində X28 Nazirliyinin X27 işə düzəldə biləcəyini demişdir. O, həyat yoldaşıyla və Mədədlə məsləhətləşib qərara gəlmişdir ki, həmin pulu toplayıb Ülkərə versinlər. Ülkər də onu tələsdirib pulun çatdırılmasını tələb etməyə başlamışdır. 2021-ci ilin iyul ayının 2-də Təqsirləndirilən şəxs ilə Daxili Qoşunların Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “N” saylı hərbi hissəsinin yaxınlığında, “Arzu” şadlıq sarayının qarşısında görüşmüşdür. Onun yanında həyat yoldaşı Natiq də var imiş. Ülkər həmin görüş zamanı da iki ay ərzində 15.000 manat müqabilində X28 Nazirliyinin X27 işə düzəldə biləcəyini, sadəcə əvvəlcə Mədədi rayondan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə pasport qeydiyyatına aldırmalı olduğunu bildirmişdir. Ülkər özünü o qədər mədəni və ali təhsilli şəxs kimi aparırmış ki, o, və Natiq Ülkərə tam şəkildə inanmışlar. Ona görə də Natiqin iştirakı ilə o, 15.000 manat pulu Ülkərə vermişdir. Sonra həmin pulu dollara çevirib Ülkərə vermişlər. Özü pulu dollarla istədiyindən pulu dollara çevirib vermişlər. Nurlan sadəcə onları tanış edib özlərinin danışmağını məsləhət görmüşdür. Söhbətə qarışmamışdır. Ülkər pulu götürüb onları yenə də əmin etmişdir ki, 2 ay ərzində Mədədi köçürmə yolu ilə Daxili İşlər Nazirliyinin X27 işə qəbul etdirəcək. Bundan sonra ayrılıb Qazaxa qayıtmışlar. Arada zəng edib hal əhval tuturmuş, Ülkər telefonu həmişə götürüb əmin edirmiş ki, inşallah sentyabr ayında Mədədin məsələsi həll olunacaq. Söhbətlərin birində Ülkər bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə də adam düzəltdirə bilir. O da Ülkərə demişdir ki, qohum və tanışları var, işsizdilər, onlara köməklik edə bilərmi. Ülkər də demişdir ki, Fövqəladə Hallar Nazirliyinin Ağstafa və yaxud Qazax rayonu üzrə X5 yanğınsöndürən vəzifəsinə 9000 manat müqabilində düzəldə bilər. O da bu barədə əmisi nəvəsi Zərərçəkmiş şəxs5, tanışları Əli və Fərmana demişdir. Onlar da razılaşıb, pulu onun vasitəsiylə Ülkərə verə biləcəklərini bildirmişlər. O, Elmirə Ülkərin nömrəsini vermiş, onlar öz aralarında danışıb razılaşmışlar. Beləliklə də 2021-ci ilin avqust ayının əvvələrində Elmir Bakı şəhərində Ülkərlə görüşmüş, təxminən 5.000 manat pulu Ülkərə vermiş, qalan 4.000 manatı isə "xxxx"ın Qazax filialından Ülkərə göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının axırlarında Əlidən 9.000 manat alıb “Turan Bank’’ın Qazax filialından Ülkərə göndərmişdir. Bundan başqa 2021-ci ilin sentyabr ayının əvvəllərində Fərmandan 9.000 manat alıb "xxxx"ın Qazax filialından Ülkərə göndərmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ondan 15.000 manat, qohumu Elmirdən 9.000 manat, tanışları Əli və Fərmandan hər birindən 9.000 manat olmaqla ümumilikdə 42.000 manat pul almış, müxtəlif bəhanələrlə vaxtı uzatmaqla verdiyi vədə əməl etməyib pulları da qaytarmamışdır. O. heç kəsi işə düzəltməmiş, qohumları özləri istəmişlər və özləri də razılaşmışlar. Təqsirləndirilən şəxs ona böhtan atır. O, Ülkərdən heç bir məbləğdə pul almamışdır. Ona dəymiş maddi ziyanı 15.000 manatı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs9 onun həyat yoldaşıdır. Oğlu Şahid1 Daxili Qoşunların Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “N" saylı hərbi hissəsinin zabitidir. X25 Nazirliyinin Çevik Polis Alayında işləmək arzusu olmuşdur. 2021-ci ilin iyun ayının axırlarında həyat yoldaşı Zərərçəkmiş şəxs9 Mədədin dostu Şahid3 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs vəkillik fəaliyyəti ilə məşğul olduğunu, kifayət qədər tanınmış adamlarının olduğunu, yuxarı vəzifələrdə işləyən tanışlarının olduğunu bildirmişdir. Nurlan məsləhət görmüşdür ki, Ülkərin işə düzəltməyə geniş imkanları var. Yoldaşı Yeganə də Ülkərə inanmışdır. Telefonla söhbət zamanı Təqsirləndirilən şəxs yuxarı vəzifələrdə çalışan tanışlarının vasitəsilə 15.000 manat müqabilində X28 Nazirliyinin X27 işə düzəldə biləcəyini demişdir. Yeganə də özü pul toplayaraq 15.000 manat düzəltmişdir. Ülkər Yeganəyə demişdir ki, pulu ABŞ dolları ilə gətirsin. Deyə bilməz Ülkər nə üçün pulu dollarla istəmişdir. Buna görə də 2021-ci ilin iyul ayının 2-də 15.000 manatı 8.813 ABŞ dollarına çevirib Yeganə ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs ilə Daxili Qoşunların Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “N” saylı hərbi hissəsinin yaxınlığında, "Arzu” şadlıq sarayının qarşısında görüşmüşlər. Ülkər Nurlanın idarə etdiyi maşınla gəlmişdir. Lakin Nurlan heç bir söhbətə qarışmamışdır. Ülkər iki ay ərzində 15.000 manat müqabilində X28 Nazirliyinin X27 işə düzəldə biləcəyini, sadəcə əvvəlcə Mədədi rayondan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə pasport qeydiyyatına aldırmaq lazım olduğunu bildirmişdir. Bundan sonra Yeganə onun iştirakıyla 8.813 ABŞ dolları pulu Ülkərə vermişdir. Pulu Ülkərə verəndə o, yoldaşı Yeganə, Ülkər və Nurlan olmuşlar. Ülkər pulu götürüb onları yenə də əmin etmişdir ki, 2 ay ərzində Mədədi köçürmə yolu ilə Daxili İşlər Nazirliyinin X27 işə qəbul etdirəcək. Lakin müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və verdiyi vədə əməl etməyib Yeganənin pullarını ələ keçirmişdir. Yoldaşı Yeganə digər qohumlarını Ülkər vasitəsilə işə düzəltmək istədikdə bunun müqabilində onlardan pul almasını o, bilmir. Belə bir şey eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin aprel ayında tanışlıq saytlarının birində tanış olmuşdur. Virtual danışıqlardan 2-3 gün sonra Ülkərlə Ülkərin yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsindəki mənzilində görüşmüşdür. Həmin vaxt Ülkərin övladları da evdə olmuşlar. Söhbət zamanı Ülkər vəkil işlədiyini, Nərimanov rayonu ərazisində vəkil bürosu işlətdiyini bildirmiş və uğurlu iş adamı kimi özünü təqdim etmişdir. Beləliklə də Ülkərlə münasibət saxlamağa başlamışdır. O, tez-tez gedib Ülkərin evində qalırmış, başqa yerlərdə də görüşürmüşlər. Lazım olanda geyim əşyaları və ərzaqla da təmin edirmiş. Söhbətlərin birində Ülkər ona demişdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Onun da Ülkərə yazığı gələrək Ülkərlə münasibətlərini davam etdirmişdir. Lazım olanda geyim əşyaları və ərzaqla da təmin edirmiş. Ülkər həmçinin demişdir ki, yuxarı vəzifələrdə çalışan qohum və tanışları var, həmin adamların köməkliyi ilə istənilən şəxsləri dövlət orqanlarına işə düzəldilməsinə köməklik edə bilər. Şahid1 ilə dostluq münasibəti olmuşdur. Mədəd də onun kimi hərbiçi imiş. Mədəd ona bildirmişdir ki, uşaqlıqdan X10 xidmət aparmaq arzusundadır və X27 köçürmə yolu ilə qəbul olmaq istəyir. O da bu haqda Ülkərə bildirmişdir. Ülkər heç bir problem olmadığını bildirmişdir. Mədədlə məsləhətləşdikdə Mədədin xahişi ilə Ülkərlə Mədədi tanış etmişdir. Bundan sonra özləri öz aralarında danışmışlar və Mədədin anası Zərərçəkmiş şəxs9 Ülkərlə özü işə düzəlmə barədə danışmışlar. O, bu söhbətlərdə iştirak etməsə də, 2021-ci ilin iyul ayının əvvəlində Zərərçəkmiş şəxs9 əri ilə birlikdə Ülkərlə görüşdükdə, o da orada olmuşdur. Zərərçəkmiş şəxs9 15.000 manat pulu çevirib dollar şəklində Daxili Qoşunların Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən hərbi hissənin yaxınlığında, “Arzu” şadlıq sarayının qarşısında Ülkərə verdiyinin şahidi olmuşdur. Lakin yenə də heç bir söhbətdə iştirak etməmişdir. Ülkər pulu aldıqdan sonra bildirmişdir ki, yuxarı vəzifələrdə işləyən tanışlarının vasitəsilə iki ay ərzində X28 Nazirliyinin X27 işə düzəldəcək. O da başqaları kimi Ülkərə inanmışdır. Lakin vaxt uzandıqca Mədədgil onu narahat etdikdə bu barədə Ülkərdən soruşmuşdur. Ülkər də işin yaxşı getdiyini, 2021-ci ilin sentyabr ayında Mədədin əmrinin veriləcəyini bildirərək onu əmin etmişdir ki, məsələ həll olunacaq. Sonradan ona məlum olmuşdur ki, X17 Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs9 vasitəsilə üç nəfər ayrı-ayrı şəxslərdən hər birindən 9.000 manat olmaqla ümumilikdə 27.000 manat pullar almışdır. Bundan onun məlumatı olmamışdır. Tanışlıqlarının 5-ci ayında, yəni 2021-ci ilin sentyabr ayında Ülkər ona bildirmişdir ki, əvvəllər keçmiş ərini bıçaqladığına görə məhkumluq həyatı keçirmişdir. Bundan sonra o, Ülkərdən tələb etməyə başlamışdır ki, Mədədgilin pulunu qaytarsın. Ülkər də müxtəlif bəhanələrlə vaxtı uzadırmış. 2021-ci ilin oktyabr ayında Ülkərin bir neçə vətəndaşa qarşı dələduzluq etməsinə görə həbs olunduğu ona məlum olmuşdur. Sonradan bilmişdir ki, Ülkər əvvəllər dələduzluq cinayətlərinə görə məhkum olunmuş şəxs olmaqla vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirmişdir. O, Ülkərin kimləri nə işə düzəltməsi ilə bağlı heç bir söhbətlərdə iştirak etməmiş, Ülkərin kiməsə qarşı dələduzluq etməsindən xəbəri olmamışdır. Əksinə Ülkərdən tələb etmişdir ki, Mədədin işə düzəlməsinə köməklik göstərilməsi üçün aldığı pulları geri qaytarsın. Bu söhbətlə bağlı onun Ülkərlə səs yazıları da olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, istər Mədədin işi ilə, istərsə də başqa zərərçəkmiş şəxslərin işləri ilə bağlı Ülkərin həmin şəxslərdən aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. O, Ülkərdən 2021-ci ilin təxminən iyul ayında maşın alarkən 6.000 manat borc pul almış, bunu da Ülkər özü təklif etmişdir. O, bankdan pul götürmək istədikdə, Ülkər təkidlə ona demişdir ki, bankdan götürməsin, ona pul verər. O da Ülkərdən qısa müddətə qaytarmaq şərtiylə 6.000 manat borc pul almışdır. 2 aydan sonra atasından pul alıb 6.000 manatı Ülkərin özünə qaytarmışdır. Hazırda onun Ülkərə heç bir məbləğdə borcu yoxdur. Mədədin işindən başqa Mədədin anası Yeganənin Ülkərin vasitəsilə kimlərisə işə düzəltməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə Yeganə tanış olduqdan sonra onların arasında olan söhbətləri o, bilməmişdir. O, özü pulla işə düzəlməmişdir. Mədədin işi ilə bağlı Ülkər 2.500 manat və 1.000 ABŞ dolları, həmçinin Ağstafa və Qazax rayon sakinlərindən X5 yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyi adı ilə aldığı pullardan 3.000 manat pul almamışdır. Mədəddən başqa heç kimin işi barədə Yeganə ilə heç bir söhbəti olmamışdır. Ülkərlə tanış olanda avtomobilini satmışdır. Təqsirləndirilən şəxs üzləşmə zamanı ona pul verməsini demişdir. Məftun yeznəsidir, Mədədlə bir yerə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə X22 Hərbi Məktəbini bitirib leytenant rütbəsini almış, həmin vaxtdan Daxili Qoşunların Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən N saylı hərbi hissənində xidmət aparır. Buna baxmayaraq uşaqlıqdan X10 xidmət aparmaq arzusunda olmuşdur. Bunu onun valideynləri də bilirmişlər. Təqsirləndirilən şəxs ilə tanışlığı dostu Şahid3 vasitəsilə olmuşdur. Nurlan söhbətlərin birində ona demişdir ki, qeyri rəsmi nigah münasibətində yaşadığı Ülkər adlı qadın vəkillik fəaliyyəti ilə məşğul olmaqla yuxarı vəzifələrdə işləyən tanışlarının vasitəsilə işə qəbul etməkdə köməklik göstərə bilər və Ülkərin nömrəsini ona vermişdir. O da Ülkərin nömrəsini anasına vermişdir ki, anası onun işiylə bağlı Ülkərin özü ilə əlaqə yaradıb danışmışdır. 2021-ci ilin iyun ayının axırlarında anası Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs ilə tanış olmuş və telefonla söhbət edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, yuxarı vəzifələrdə işləyən tanışlarının vasitəsiylə onun X11 İşlər Orqanlarına köçürmə yolu ilə qəbul edilməsinə köməklik göstərə bilər. Bunun üçün isə 15.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Anası da razılaşmışdır. Bundan sonra anası Ülkərlə əlaqə yaradıb pulu verə biləcəyini demişdir. Beləliklə də 2021-ci ilin iyul ayının 2-də anası Zərərçəkmiş şəxs9 atasıyla birlikdə Qazaxdan Bakı şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs ilə görüşərək pulu atasının iştirakı ilə Ülkərə vermişdir. Ülkər pulu alıb yuxarı vəzifələrdə işləyən tanışlarının vasitəsilə iki ay ərzində onu Daxili İşlər Nazirliyinin X27 işə düzəldə biləcəyini bildirmişdir. Sonradan Ülkər qohumları Zərərçəkmiş şəxs5 və tanışları Əli və Fərmanı da işə düzəldə biləcəyini deyib onlardan da pullar almış və onları da işə düzəltməmişdir. O, özü Ülkəri bir neçə dəfə görmüşdür. Hər dəfə də Ülkər işin yaxşı getdiyini, 2021-ci ilin sentyabr ayında əmrinin veriləcəyini bildirirmiş. Lakin hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq onu işə düzəltməmişdir. Nurlanın onun işinə görə Ülkərə pulun verilməsindən yəqin ki, məlumatı var. Ondan başqa 3 nəfər qohumlarının Ülkər tərəfindən işə düzəlməsindən Nurlanın məlumatının olub-olmamasını bilmir. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs9 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü tanınmış vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onun övladı Mədət Bayramovu DİN-nin çevik polis alayında işə düzəltmə adı ilə aldadıb onun 15.000 manat təşkil edən 8813 ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 9.500 (doqquz min beş yüz) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu əsgərlikdən qayıtdıqdan sonra işsiz olduğundan ona iş yeri axtarsalar da, tapa bilmirmişlər. 2021-ci ilin aprel ayında xatırlamadığı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ülkərlə telefonla danışdıqda Ülkər Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olduğunu, kifayət qədər tanınmış adam olmaqla yuxarı vəzifələrdə işləyən tanışlarının olduğunu bildirmişdir. Yuxarı vəzifədə işləyən tanışlarının adını deməmişdir. O, Ülkərə oğlunun işsiz olduğunu bildirib onun işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Ülkər oğlunu xarici neft şirkətinə işə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün 7.500 manat pul vermək lazım olduğunu demişdir. O, razılaşmış və 2021-ci ilin aprel ayının 26-da Ülkərin yaşadığı Xırdalan şəhərindəki mənzilinin qarşısına gedib Ülkərlə görüşmüşdür. Ülkər yenə də onu əmin etmişdir ki, yaxşı tanışları var, həmin tanışların vasitəsi ilə oğlu Azəri Bakıdakı xarici neft şirkətlərinin birində işə düzəltdirəcək. O, Ülkərə inanıb 7.500 manat pulu Ülkərə vermişdir. Ülkər pulu götürüb təxminən 2021-ci ilin avqust ayınadək olan müddət ərzində Azəri işə düzəltdirəcəyinə söz vermişdir. Hətta tapşırmışdır ki, Azər ingilis dilini öyrənsin. Azər də ingilis dili kurslarına getməyə başlamışdır. Həmin ərəfədə həyat yoldaşm Niyazi Abbasovun pensiyasının vaxtı qurtardığından uzadılması lazım olmuşdur. O da bu barədə Ülkərə demiş, Ülkər bildirmişdir ki, yuxarı vəzifələdə işləyən tanışının vasitəsilə yoldaşının pensiya məsələsini həll edəcək. Bundan sonra bu adla 2021-ci ilin iyul ayının 16-da Xırdalan şəhərində yerləşən Abşeron Rayon Məhkəməsinin qarşısında Ülkər ondan 2.000 manat almış, lakin verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Aralarında olan söz söhbətdən sonra pulu qaytaracağına söz vermiş, lakin puldan cəmi 5.700 manat qaytarsa da, 3.800 manatı bugünədək qaytarmamışdır. Dəymiş maddi ziyan 3800 manatı təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü tanınmış vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onun övladı Azər Abbasovu BP xarici neft şirkətinə işə qəbul etdirəcəyi adı ilə aldadıb onun 9.500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs5 Sabir oğluna ümumilikdə 9.000 (doqquz min) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Qazax şəhərində yerləşən İqtisadi kolleci bitirdikdən sonra heç bir yerdə işləmir. Bu səbəbdən də maddi vəziyyətində çətinliklər yaranmışdır. O, bir neçə dövlət qurumuna işə düzəlmək üçün şifahi müraciət etsə də, həmin idarə və şöbələrdə vakant yerlərin olmaması səbəbindən işə düzələ bilməmişdir. Bu barədə onun qohumları da bilirmişlər. Təqsirləndirilən şəxs atasının əmisi qızı Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs ilə tanış olduqda Ülkər bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə adam düzəltdirə bilir. Yeganə ona bu barədə dedikdə, o, razılaşmışdır. X26 demişdir ki, 9.000 manata onu işə düzəldə bilər. O da razılaşmışdır. Bundan sonra, o, Ülkərlə telefonla danışaraq özü barədə məlumat vermişdir. Ülkər də özünü vəkil kimi təqdim edib yuxarı vəzifələrdə çalışan çoxlu sayda tanışlarının olduğunu, həmin tanışlar vasitəsilə onu Fövqəladə Hallar Nazirliyinin Qazax rayonu üzrə X5 yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu işə düzəldəcək vəzifəli şəxsin adını çəkməmişdir. O, pulun bir hissəsini əvvəl, qalanını isə sonrakı müddətdə verməyə razılaşmışdır. 2021-ci ilin avqust ayının əvvələrində Bakı şəhərinə gələrək Ülkərlə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsinin yaxınlığındakı "xxxx" ASC-nin binansının qarşısında görüşüb, Ülkərə 5.000 manat pul vermişdir. Ülkər 45 gün ərzində onu vəzifəyə təyin etdirə biləcəyini əmin etmişdir. Bundan təxminən bir həftə sonra, yəni 2021-ci ilin avqust ayının ortalarında Ülkərin xahişinə əsasən qalan 4.000 manatı "xxxx"ın Qazax filialından Ülkərə göndərmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 9.000 manat pul almışdır. Sonra isə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, lakin onu işə düzəltməmişdir. Hal-hazıra qədər də ona dəymiş maddi ziyan 9000 manat ona qaytarılmamışdır. Dəymiş maddi ziyan 9000 manatı Təqsirləndirilən şəxs tələb edir. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onu aldadaraq, onu FHN-nin Qazax rayon yanğından mühafizə idarəsinə yanğınsöndürən vəzifəsinə təyin etmək adı ilə onun 9.00 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 145-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs5 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs özünü tanınmış vəkil kimi təqdim edərək, onu Qazax rayon yanğından mühafizə idarəsinə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini bildirib onu aldadaraq ümumilikdə 9.000 manat adlığını bildirib Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs5 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 9.000 (doqquz min) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə Qazax Dövlət Sosial X14 tərbiyəsi və idman məşqçisi ixtisasını bitirmiş, lakin, ixtisası üzrə iş tapa bilməmişdir. Onun Yanğınsöndürən peşəsinə marağı olmuşdur. Ona görə də bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün müraciət etsə də, həmin qurumda vakant yerlərin olmaması səbəbindən işə düzələ bilməmişdir. Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs9 bildirmişdir ki, tanınmış vəkil X15 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə tanışları olduğunu demiş və Təqsirləndirilən şəxs onu oraya işə düzəltdirə bilər. O, bunu bildikdən sonra işə düzəlməyiylə bağlı köməklik etməsini Yeganədən xahiş etmişdir. Ülkər Yeganəyə demişdir ki, 9.000 manata onu işə düzəldə bilər. O da razılaşmış və çətinliklədə olsa da 9000 manat pul toplamışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayının 2-də Zərərçəkmiş şəxs9 ilə görüşüb "xxxx"ın Qazax filialına getmişlər. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün 9.000 manat pulu Zərərçəkmiş şəxs9 adından Ülkərə göndərmişlər. 10.000 manat olmamışdır. Bundan təxminən 10 gün sonra Ülkər onunla telefonla əlaqə saxlayaraq ona sənədlərini toplayıb həkimdən keçmək üçün Bakı şəhərinə dəvət etmişdr. O da Ülkərin dediyi sənədləri toplayıb 2-3 gündən sonra Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığındakı "xxxx" ASC-nin binasının qarşısında Ülkərlə görüşmüşdür. Ülkər həmin görüşə tək gəlmişdir. Ülkər onu yaxınlıqdakı tibbi klinikaların birinə aparmış və həkimlərdən keçmək üçün ondan 200 manat pul alıb pulu klinikaya ödəmiş, bundan sonra o, UZM müayinəsi və göz həkimindən keçmiş, sonra isə onu Ağciyər İnstitutu deyilən tibb müəssisəsinə aparmış, orada da onu müayinə etmişlər. Bundan sonra o, tam əmin olmuşdur ki, işlər qaydasında gedir. Ülkər onu yenə də əmin etmişdir ki, yuxarı vəzifədə çalışan tanışlarının vasitəsilə onu Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayonu üzrə X5 yanğınsöndürən vəzifəsinə təyin etdirəcək və əlavə etmişdir ki, yaxın günlərdə idman normativlərinin verilməsi üçün yenidən Bakıya gəlməli olacaq. Bundan təxminən 10-12 gün sonra Ülkər yenidən ona zəng edib idman normativlərinin verilməsindən ötrü Bakıya çağırmışdır. O, Bakıya gəlib Ülkərlə görüşmüş, birlikdə Xətai rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin İdarələrinin birinə getmişlər. İçəri daxil olduqda Ülkər ona tapşırmışdır ki, gözləmə zalında kameraların qarşısında otursun, işi həll edəcək şəxs kameradan ona baxacaq, əgər hər şey qaydasında olsa həll edəcək. O, Ülkərin dediyi kimi etmişdir. Özü isə kiminləsə görüşmək üçün ondan aralanmış və bir neçə dəqiqə sonra yenidən qayıdıb hər şeyin qaydasında olduğunu deyərək yaxın müddətdə işinin həll olunacağını vəd etmişdir. O, Ağstafa şəhərinə qayıdıb əmrinin çıxmasını gözləmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ondan 9.000 manat pul aldıqdan sonra müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və onu işə düzəltməyib, pulunu da qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kimi bir çox insanları aldatdığı üçün həbs olunmuşdur. Ona dəymiş maddi ziyan 9000 manat ona ödənilməmişdir. Dəymiş maddi ziyan 9000 manatı təqsirləndirilən şəxsdən tələb edir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Cinayət işinin 1-ci cild 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs6 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onu aldadaraq, yuxarı vəzifədə çalışan tanışlarının vasitəsilə onu FHN-nin Ağstafa rayon yanğından mühafizə idarəsinə yanğınsöndürən vəzifəsinə qəbul etdirəcəyi adı ilə onun 9.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs6 öz ifadəsinə əlavə etdiyi qəbzdən görünür ki, TuranBank Qazax şöbəsindən ekspress köçürmə ilə 02 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına 9000 manat pul vəsaiti köçürülmüşdür. Qəbzdə pulu göndərən şəxs kimi Zərərçəkmiş şəxs9 qeyd edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 60.000 (altmış min) manat külli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən etibarən “Azəriqaz” İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışır. Təxminən 2 ildir ki, “Azəriqaz” İB-nin X31 İstismarı İdarəsinin İsmayıllı Xidmət Sahəsi üzrə rəis müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 rəhbəri olduğu Xidmət Sahəsinin mühəndisi vəzifəsində çalışır. Aftandillə münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs da Aftandilin vasitəsilə tanımışdır. Belə ki, o, 2021-ci ilin iyul ayının 27-də həyat yoldaşının səhhəti ilə bağlı Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün Bakı şəhərinə gəlmişdir. Bu zaman Aftandil ona zəng edib bildirmişdir ki, bir nəfər tanınmış vəkil Təqsirləndirilən şəxs SOCAR-ın mərkəzi aparatına yuxarı vəzifəyə adam düzəldə bilir və təcili həmin qadın onunla görüşmək istəyir. O, əvvəlcə buna etiraz etmiş, lakin Aftandilin sözündən belə çıxmışdır ki, həmin qadının yuxarı vəzifələrdə işləyən qohumları var, həmin qadının əli ilə istənilən yuxarı vəzifəyə təyin oluna bilər. Aftandil demişdir ki, qadın artıq onun telefon nömrəsini də götürüb, özü əlaqə saxlayacaq. Elə həmin gün Ülkər ona zəng edib “Gənclik” metrostansiyasının yaxınlığındakı “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında görüş təyin etmişdir. O, Ülkərlə həmin yerdə görüşmüşdür. Görüş zamanı Ülkər özünü tanınmış vəkil kimi təqdim edib yuxarı vəzifədə çalışan qohumlarının vasitəsilə SOCAR-ın istənilən yuxarı vəzifəsinə adam düzəltməyə qadir olduğunu bildirmişdir. O, iş təcrübəsi və işlədiyi yerlər barədə Ülkərə məlumat verdikdən sonra, Ülkər bildirmişdir ki, onu SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin etdirə bilər. Həqiqətəndə həmin ərəfədə SOCAR-ın dörd vitse-prezidenti vəzifədən kənarlaşdırılmış və həmin vəzifələr vakant olaraq qalmışdır. Təqsirləndirilən şəxs onu inandıraraq bildirmişdir ki, hazırda SOCAR-da yeni komanda yaradılır, o da həmin komandanın üzvü ola bilər. Bu işin düzəlməsi üçün 60.000 manat pul verməli olacağını bildirmişdir. O, Ülkərə bu qədər pulunun olmadığını bildirmişdir. Ülkər onu nə qədər inandırmağa çalışsa da, haradasa o, Ülkərə inanmamış və söhbəti bağlamağa çalışmışdır. Ülkər isə Aftandillə yaxın münasibətdə olduğunu, inanmırsa Aftandildən Ülkər barəsində soruşmağını tövsiyyə etmişdir. Həqiqətən də Aftandil telefonda ona demişdir ki, Ülkərə cavabdehdir, nəsə problem olsa onluqdur, yəni Aftandillikdir. Ülkər söhbət zamanı demişdir ki, pulu təcili həmin gün vermək lazımdır. O, Ülkərə həmin gün pulu ver bilməyəcəyini desə də, axırda razılaşmışlar ki, pulun yarısını həmin gün, qalanını isə bir müddətdən sonra versin. Həmin gün cəmi 20.000 manat pul toplamış və Aftandilə zəng edib bundan artıq tapa bilmədiyini demişdir. Aftandil də öz növbəsində Ülkərə zəng edib bu barədə məlumat vermişdir. Ülkər də razılaşmışmışdır. Beləliklə də 2021-ci ilin iyul ayının 27-də axşam vaxtlarında Ülkərlə telefonla danışıb onunla Abşeron Rayon Məhkəməsinin qarşısında görüşüb 20.000 manat pulu Ülkərə vermişdir. Ülkər pulu alıb işin düzəlməsi üçün hərəkətə başlayacağını bildirmişdir. Bundan sonra həmin gecə İstanbul şəhərinə getmişdir. İstanbulda olarkən Ülkər votsap vasitəsilə onunla əlaqə saxlayıb işlərin yaxşı getməsi barədə məlumat vermişdir. 2021-ci il avqust ayında İstanbuldan Azərbaycana qayıtdıqda Ülkərə qalan 40.000 manatı çatdırmalı imiş. Ona görə də rayona gedib qohum-əqrabadan pul toplamış və 09 avqust 2021-ci il tarixdə Aftandillə birlikdə Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxs ilə Bakı şəhərində “Caspian Plaza”-nın qarşısında görüşmüşlər. Görüş zamanı Ülkər yenə də onu əmin etmişdir ki, SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunmağı məsələsinin razılığını alıb, yaxın zamanda yuxarı vəzifədə çalışan qohumunun vasitəsilə onu həmin vəzifəyə təyin etdirəcək. O, Ülkərə inanıb 40.000 manat pulu, həmçinin notarial qaydada təsdiq olunmuş sənədlərini Aftandilin iştirakı ilə Ülkərə vermişdir. Bundan sonra Ülkərlə işi ilə bağlı maraqlandıqda hər dəfə bir bəhanə gətirsə də, işlərin qaydasında getdiyini deyirmiş. Ona görə də 2021-ci ilin sentyabr ayının axırlarınadək gözləmişdir. Sonra isə pulunu geri qaytarmasını Ülkərdən tələb etməyə başlamışdır. Ülkər müxtəlif bəhanələrlə vaxtı uzadırmış. Sonradan ona məlum olmuşdur ki, Ülkər ayrı-ayrı vətəndaşları da aldadıb pullarını ələ keçirdiyinə görə həbs olunmuşdur. Təqsirləndirilən şəxs onu Əliyusif adlı bir nəfərlə tanış etmiş və demişdir ki, həmin şəxs də SOKAR-da işləyir. Əliyusifi təqsirləndirilən şəxsin haradan tanımasını bilmir. Təqsirləndirilən şəxsin onu nə üçün Əliyusiflə görüşdürməsini bilmir. Təqsirləndirilən şəxs onu hansı vəzifəli şəsin vasitəsilə işə düzəldəcəyini deməmişdir. Yuxarı vəzifədə çalışan qohumlarının vasitəsilə SOCAR-ın istənilən yuxarı vəzifəsinə adam düzəltməyə qadir olduğunu bildirmişdir. Ona dəymiş maddi ziyan olan 60.000 manatı Təqsirləndirilən şəxs tələb edir. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs7 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü tanınmış vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onu aldadaraq, yuxarı vəzifədə işləyən qohumunun köməkliyi ilə onu SOCAR-da yüksək vəzifəyə təyin etdirəcəyi adı ilə onun ümumilikdə 60.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 220-222-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şşəxs Zərərçəkmiş şəxs7 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Təqsirləndirilən şəxs yuxarı vəzifədə çalışan qohumları vasitəsilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin edəcəyi barədə aldadaraq ümumilikdə 60.000 manat pulunu ələ keçirdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs7 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 9.000 (doqquz min) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: İş üzrə Zərərçəkmiş şəxs8 02 iyun 2022-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçıalrının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs8 ifadəsindən görünür ki, o, heç bir yerdə təhsil almadığı üçün hər hansı bir peşə sahibi deyildir. Həqiqi hərbi qulluqda olmuşdur. İşsiz olduğu üçün valideynləri onun üçün iş yeri axtarırmışlar. Təqsirləndirilən şəxs anasının tanışı Zərərçəkmiş şəxs9 vasitəsi ilə tanımışdır. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs9 ona bildirmişdir ki, tanınmış vəkil X16 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə adam düzəltdirə bilir. O, bunu eşidəndə sevinmiş və işə düzəlməyi ilə bağlı köməklik etməsini xahiş etmişdir. Ülkər Yeganəyə demişdir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətin Qazax rayon şöbəsinə yanğınsöndürən işinə 9.000 manata düzəldə bilər. O da razılaşaraq pul toplamağa başlamışdır. Pulu tapandan sonra 2021-ci ilin sentyabr ayının 17-də Zərərçəkmiş şəxs9 ilə görüşüb "xxxx"ın Qazax filialını getmişlər. Bank işlərindən başı çıxmadığından 9.000 manat pulu Zərərçəkmiş şəxs9 adından Ülkərə göndərmişlər. Həmin çeki ifadəsinə əlavə edir. Bundan təxminən 10 gün sonra Ülkər onunla əlaqə saxlayaraq sənədlərini toplayıb həkimdən keçmək üçün Bakı şəhərinə dəvət etmişdir. O da Ülkərin dediyi sənədləri toplayıb 2 gündən sonra Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığındakı "xxxx" ASC-nin binasının qarşısına gedib Ülkərlə görüşmüşdür. Ülkər həmin görüşə tək gəlmişdir. Ülkər onu yaxınlığdakı tibbi klinikaların birinə aparmış və həkimlərdən keçmək üçün ondan 120 manat pul alıb klinikaya ödəmiş, o da UZM müayinəsi və göz həkimindən keçmiş, sonra isə onu vərəm İnstitutu deyilən tibb müəsisəsinə taksi ilə aparmış, orada da onu müayinə etmişlər. Bundan sonra o, tam əmin olmuşdur ki, işlər qaydasında gedir. Ülkər söhbət zamanı bildirmişdir ki, yuxarı vəzifədə çalışan tanışlarının vasitəsilə onu işə qəbul etdirəcək. Danışığından işgüzar qadına oxşadığından tam əmin olmuşdur ki, işi düzələcək. Və sevincək halda Qazaxa qayıdıb növbəti mərhələni, yəni idman normativlərindən keçmə mərhələsini gözləməyə davam etmişdir. Lakin bir müddət sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs analoji cinayətlər etdiyinə görə həbs olunmuşdur. Ona görə də Ülkərin barəsində ərizə ilə müraciət etmişdir. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs8 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onu aldadaraq, yuxarı vəzifələrdə çalışan tanışlarının vasitəsilə onu FHN-nin Qazax rayon yanğından mühafizə idarəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalandan söz verib onun 9.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs8 öz ifadəsinə əlavə etdiyi qəbzdən görünür ki, TuranBank Qazax şöbəsindən ekspress köçürmə ilə 17 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına 9000 manat pul vəsaiti köçürülmüşdür. Qəbzdə pulu göndərən şəxs kimi Zərərçəkmiş şəxs9 qeyd edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 25.000 (iyirmi beş min) manat xeyli miqdarda ziyan vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu İntiqamın vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin iyul ayının axırlarında İntiqam onu Ülkərlə tanış etmişdir. Ülkər özünü Azərbaycanda fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Həmin ərəfədə qızının ailə məsələləri ilə bağlı məhkəmə işləri olmalı imiş. Ona görə də qızının məhkəmə işində vəkil lazım olduğundan bu barədə Ülkərə demişdir. Ülkər demişdir ki, çalışar kömək etsin. 2 dəfə Ülkərlə görüşmüş, hər dəfə demişdir ki, narahat olmasın qızına əlindən gələni edəcək. Sonra isə ona demişdir ki, başqa bir vəkil tapar onunla müqavilə bağlayar. Bundan sonra onlar özü başqa vəkillə müqavilə bağlamışlar. Həmin vaxtdan da o, Təqsirləndirilən şəxs tanımışdır. Ülkərin nə işlə məşğul olmasından xəbəri olmamışdır. 2021-ci ilin avqust ayının təxminən 7-də İntiqam ona zəng edib bildirmişdir ki, Ülkərə qısa müddətli, yəni bir aylıq 25.000 manat borca pul lazımdır, ailəsində xəstəsi var və ondan xahiş etmişdir ki, həmin məbləğdə pul tapıb Ülkərə çatdırsın. O da İntiqamın deməsinə görə 25.000 manat pul götürüb Ülkərlə əlaqə saxlayıb Xətai rayonu ərazisində yerləşən “Salam Baku” kafesində görüşüb pulu Ülkərə borc kimi vermişdir. Ülkər pulu alıb bir ay ərzində qaytaracağına söz vermişdir. Sonradan isə Ülkər ona 13.000 manatı qaytarmış, qalan pulu qaytarmadığından, o da pulunu İntiqamdan istəmişdir. 12.000 manatı isə ona İntiqam qaytarmışdır. Çünki, o, pulu İntiqamın deməsinə görə Ülkərə vermişdir. Təqsirləndirilən şəxs Ülkər onu Qurban adlı şəxslə özü tanış etmişdir. Demişdir ki, bu da Azəriqazda işləyir. Zərərçəkmiş şəxs7 o, tanımamışdır. Təqsirləndirilən şəxs tanış edib, bildirmişdir ki, gələcəkdə ona lazım olar, dayaq olar. O, həmin vaxt bilmişdir ki, Ülkər həmin şəxsi SOKAR-a vitse prezident vəzifəsinə düzəltmək istəyir. Onu Təqsirləndirilən şəxs aldatmamış, o, Ülkərə 25.000 manatı borc vermişdir. Ülkərin barəsində heç bir şikayəti və tələbi yoxdur. Elan olunmuş cinayət işinin 1-ci cild 12-ci vərəqəsində olan zərərçəkmiş şəxsin ərizəsinə əsasən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, elan olunmuş ərizəni o, yazmışdır. İntiqam xəstəxanada imiş. O da İntiqamın yanına getmişdir. Həmin vaxt BMCMİ-nin əməkdaşları oraya gəlib İntiqamdan sorğu sual edəndə İntiqam onun adını da çəkmiş, bilmişlər ki, ondan da pul alıb Ülkərə vermişdir. Ona görə də onu dəvət edib belə bir ərizə yazmağını bildirmişl O, pulunu İntiqamdan tələb edirmiş. Cinayət işinin 1-ci cild 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü tanınmış vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs qısa müddətdə qaytaracağı adı ilə yalandan vəd verib aldadıb onun 25.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki,cinayət işinin 1-ci cild 209-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 noyabr 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 yanvar 2022-ci il tarixli CD diskə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Şahid3 öz ifadəsinə əlavə etdiyi və onunla Təqsirləndirilən şəxs arasında olan danışıqları əks etdirdiyini bildirdiyi 6 ədəd audioyazı olan diskə baxış keçirilən zaman X18 Qədirova ilə qabaqcadan əlbir olmamasını təsdiq edən cümlələrin, yəni, X18 Qədirovadan Mədədin işi ilə bağlı pulu geri qaytarmasını xahiş etməsi ilə yanaşı Təqsirləndirilən şəxs da məsələnin Nurlan Nağıyevlə əlaqəsinin olmamasına dair sözlər deməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 258-261-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Ülkərin adamları hansı vasitəylə işə düzəltməsi barədə məlumatının olmadığını, tanışı Mədəd adlı şəxsin işə düzəlməsi barədə Ülkərə dedikdə Ülkərin razılaşdığını, bunun üçün Zərərçəkmiş şəxs9 Ülkərə 15.000 manat verdiyini, həmin puldan oa heç bir məbləğdə pul çatmadığını, Ülkərlə qabaqcadan əlbir olmadığını bildirərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 89-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X3 12 mart cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 25.000 manat, Zərərçəkmiş şəxs3 isə 5.700 manat qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir, lakin ona qarşı irəli sürülmüş ittiham üzrə, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadəsinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadəsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası belə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Zərərçəkmiş şəxs4 aldadıb, etibarından sui-istifadə edərək ona onun 25.000 manat pulunu ələ keçirib dələduzluq etməsi epizodu çıxarılmalıdır. İbtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 qısa müddətdə qaytaracağına dair yalan vəd verib aldadaraq 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Salam Baku” restoranında Zərərçəkmiş şəxs4 25,000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının yuxarıda qeyd olunan epizodla əlaqədar belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham iş materiallarında mövcud olmayan sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit edilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlarlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş epizod üzrə sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılması qənaətinə gəlir: Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, onu aldadaraq onun xeyli miqdarda pulunu ələ keçirdiyini qeyd etmişdir. Lakin, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 cinayət işinin 1-ci cild 86-88-ci vərəqələrində olan ifadəsində İntiqamın ona zəng edib qısa müddətə, yəni 1 aylıq Ülkərə 25.000 manat lazım olduğunu və onu Ülkərə borc kimi çatdırmasını bildirdiyini göstərib. Məhkəmə iclasında dindirilən zaman da Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 25.000 manat pulu Təqsirləndirilən şəxs borca verdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində, ona 25.000 manat pul lazım olduğundan İntiqama dediyini, İntiqamda pul olmadığından Zərərçəkmiş şəxs4 həmin pulu ona verdiyini, həmin pulun da Zərərçəkmiş şəxs4 qaytarıldığını qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs4 01 iyun 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs pulu borc şəklində verdiyini, həmin pulu Ülkərin ona qaytardığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldadaraq, etibarından sui-istifadə edib ona xeyli miqdarda ziyan vurması ilə bağlı cinayət işinin materiallarında hər hansı sübutedici sənəd və ya ifadə mövcud deyil. Həmçinin, məhkəmə baxışı zamanında belə bir hal sübuta yetirilməmişdir. 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.» “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 20 mart 1952-ci il tarixli 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə də, adı çəkilən Konvensiyaların tələbinə görə zərərçəkmiş şəxsin öz mülkiyyətində olan pul vəsaitindən maneəsiz olaraq istifadə etmək hüququ olduğundan, həmin vəsaitin onun tərəfindən kiməsə borc verilməsinə cinayət hüquqi aspektdən yanaşılması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yesoers Belçikaya qarşı (27DR61) məhkəmə işində Komissiya qərara alır ki, 6-cı məddənin 3b bəndi ilə birlikdə götürülmüş tərəflərin bərabərliyi prinsipi məhkəmə, prokurorluq və istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, onların ixtiyarında olan və ya onlar üçün əlçatan olan, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına və ya ittiham hökmünün yumşaldılmasına kömək edə bilən istənilən material əldə edilsin. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, subutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 25.000 manat məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxarıldıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bədində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun X1 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 25.000 manat məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 199-201-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 2-ci cild 12-16-cı vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 dekabr 2006-cı il tarixli, A-0935/06 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 62, 66.3-cü maddələri tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş uşağı 8 yaşına çatanadək cəzası təxirə salınmış; cinayət işinin 2-ci cild 17-39-cu vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli, A-1(101)-55 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş uşağı 8 yaşına çatanadək hökmün icrası təxirə salınmış; cinayət işinin 2-ci cild 40-78-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli, 1(101)- 355/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 178.3.3cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 2-ci cild 79-83-cü vərəqələrində olan Xətai Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 7(011)-228/2017 saylı qərarı ilə barəsində olan hökmlər xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılaraq cəza müddəti 9 il 3 aya endirilmiş, cinayət işinin 2-ci cild 85- 88-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin 09 oktaybr 2017-ci il tarixli, 7(011)- 392/2017 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 13 sentyabr 2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxrılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə- məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər ik dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin xüsusilə təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinin 1-ci cild 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 27 oktyabr 2021-ci il tarixli, 9183 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 212-Cİ vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 22 noyabr 2021-ci il tarixli, xx/xx-13216 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 11 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 23.500 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 11 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 6000 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 11 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 3.800 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 11 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 9.000 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 20 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 9.000 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 20 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 60.000 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 01 iyun 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 15.000 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 02 iyun 2022-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək, xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, istintaq zamanı verdiyi ifadəsini nəzərə alınmağını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin xüsusilə təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 64-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 118-123cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 4(005)-1073/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən, onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 25.000 manat məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu çıxarılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.