Məhkəmə qərarları › İş №1(101)-998/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-998/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-998/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 12 avqust 1982-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq ünvan 2mrəli evdə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,810 qram çəkidə narkotik vasitə heroini əldə edib narkotik vasitə heroinin 0,806 qram hissəsini idarə etdiyi avtomobildə, 2,004 qram hissəsini isə üzərində saxlamaqla daşımış, 06 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi 147 nömrəli evin qarşısında idarə etdiyi “Chevrolet Cruze" markalı Az **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın cibindən bir bükümdə təmiz çəkisi 2,004 qram olan kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və həmin tarixdə saat 15:20-dəqiqədə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin həyətində “Chevrolet Cruze” markalı Az **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda, sürətlər qutusunun yanından kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 03 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,230 qram və 0,330 qram olmaqla ümumi təmiz çəkisi 0,806 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərədə tutulan cinayət əməlini törətəməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 2022-ci ilin avqust ayı idi, həmin ayın 6-sı səhər saatlarında qardaşı ilə çıxıb işə gedəndə polis əməkdaşları onlara yaxınlaşıb avtomobilə baxış keçirdilər. Maşının ön qoltuq qoyulan yerində siqaret qutusunun içində yox dərəcədə bir şey var idi. Onu götürüb 20-ci polis bölməsinə apardılar, orada ona təzyiq göstərdilər. Dedilər ki, “Sən bizim dediyimizi etməsən, qardaşına da təzyiq göstərəcəyik”. Onu iki gün döyəndən sonra üç qabırğasını sındırdılar, şəkilləri də var. Onu təzyiq altında videoya çəkdirmişlər. Onu 20-ci polis bölməsindən çıxarıb 26-cı polis bölməsinə apardılar. Gedib orada da danışdı, orada da ona baxmadılar. İki gün sonra o, prokurorun yanına aparılmış, prokuror onun bədənini soyundurub baxmış, xəsarətlərini görmüş, lakin orada da işinə baxılmamışdır. Çıxandan sonra xəstəxanaya getmiş, həkimlərdən keçmiş, qabırğalarının çıxıq olduğu ortaya çıxmışdır. “Yox dərəcədə bir şey” dedikdə, balaca bir kağızın içində külə bənzər narkotik maddəni nəzərdə tutur, həmin maddəni ona tutulmasından bir həftə əvvəl vermişdilər. Onun bir hissəsini istifadə etmiş bir hissəsini də çaşıb başa düşməyib həmin maddəni maşınına ataraq, yadından çıxarmış, həmin maddə də orada qalmışdır. Həmin maddənin adını bilmir, nə olduğunu bilmir, xırda bir toz idi. Sözügedən maddədən cəmi bir dəfə istifadə edib çəkmişdir, bundan əvvəl çəkməmişdir. Maddəni taksidə işləyəndə ona müştəri vermişdir. Müştəridən onu alandan sonra siqaretin tütününə doldurub çəkmiş, çəkmə üsulunu müştəri öyrətmişdir. Özü təkər ustasıdır. Polis əməkdaşları onu evdən çıxanda saxlamışlar. Qardaşı ilə gedirdi, maşının markası “Chevrolet” idi. Polis əməkdaşları dörd-beş nəfər idi, sənədlərinə baxış keçirmişlər. Həmin narkotik vasitə dörd gün maşınında idi. Saxlanılarkən o, polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, hadisə yerindən qaçmaq kimi bir hal baş verməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlər edilmiş, döyülmüşdür. Üzərinə baxışı saxlanılarkən yerində də, polis bölməsində də keçirmişlər. Üzərindən heç bir şey çıxmadı, maşından isə siqaret qutusunudan nəsə çıxmışdır. Oktyabr ayının 26-sı saxlanılmışdır. Döyülməsi ilə əlaqədar şikayət etməmişdir. Müstəntiq tərəfindən döyülməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: “ 02 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Şabran rayonundan tanımadığı şəxsdən dörd büküm siqaretin şəffaf sellofanında bükülmüş narkotik maddə olan heroini öz şəxsi istifadəsi üçün heç bir ödəniş etməyərək almışdır. Həmin bükümləri istifadə etdiyi boş bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyaraq daha sonra istifadəsi üçün saxlamışdır. 06 oktyabr 2022-ci il tarixdə səhər saatlarında həmin “Rothmans” markalı siqaret qutusunun içərisindən istifadə etmək üçün bir ədəd bükümü götürərək əynində olan boz rəngli cins şalvarının sol yan cibinə qoymuş, digər üç ədəd bükümü isə əvvəlki kimi etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda sürət ötürücüsü qutusunun yanında “Rothmans” markalı boş siaqret qutusunun içərisində saxlamışdır. 06 oktyabr 2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 3 ünvanın qarşısısnda olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun üzərində qanunla qadağan olunmuş əşyaların eləcə də narkotik maddələrin olubolmamasını müəyyən etmək məqsədi ilə onu idarə etdiyi avtomobil ilə birgə polis bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olubolmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən videokamera ilə qeydə alınmışdır. Həmin suala cavab olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibində bir ədəd bükümdə olan heroini təqdim etmişdir. Daha sonra isə razılığı ilə etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilmiş, “Rothmans” markalı siqaret qutusunun içərisində olan üç ədəd bükümü polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Beləliklə ümumillikdə dörd ədəd bükümü təqdim edərək onların içərisində olan maddənin heroin olduqlarını bildirmişdir. Həmin bükümlər zərfə qoyularaq, möhürləndi. Daha sonra həmin videogörüntüyə baxıldı və sonra protokol tərtib olunaraq imzalandı.” Şahid1 ifadələrində göstərdi ki, o, Nəsimi RPİ-də sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı münasibəti yoxdur .6 oktyabr 2022-ci il tarixdə R.Səfərov küçəsində polis əməkdaşı Şahid2 ilə birgə profilaktik tədbirlər aparan zaman məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşraq özlərini təqdim etmişlər, daha sonra onu 20-ci polis bölməsinə dəvət etmişlər, Rəşad da buna etiraz etmədi. Onlar Rəşadla bir yerdə 20-ci polis bölməsinə gəlmişlər. Orada da Rəşad hər şeyi etiraf etdi. Hadisə çoxdan baş verdiyi üçün çox şeylər yadında qalmayıb, izahatında verdiyi hər bir məlumatı təsdiq edir. Üzərindən heroin adlanan narkotik vasitə çıxdı, miqdarını xatırlamır, ancaq səhv etmirsə üç büküm var idi. Yadında qalan odur ki, təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şabrandan tanımadığı bir şəxsdən aldığını söylədi. Təqsirləndirilən şəxsə hər hansı fiziki təsir göstərilməmişdir. Narkotik vasitəni Təqsirləndirilən şəxs özü könüllü şəkildə təqdim etdi. Ona qarşı hər hansı bir xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs Nifətəliyev Rəşad özünü normal aparmırdı, onlar da polis əməkdaşları olaraq bunun fərqinə varıb ondan şübhələnmişlər. Rəşad R.Səfərov küçəsində saxlanılmışdır, saxlanılarkən tək olmuşdur. Onun yanında qardaşı olmamışdır. Rəşad profilaktik tədbirlər həyata keçirilərkən saxlanılmışdır. Rəşadsaxlanılarkən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Rəşad döyülməsi barəsindəki ifadələrini özünü müdafiə etmək məqsədi ilə deyir. Polis əməkdaşlarından heç kim Rəşada əməkdaşlıq və ya başqa təklif etməyib. O,bunları yalan deyir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir: “ O, Nəsimi RPİ-nin 20-ci polis bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi tanıyır, şəxsi münasibətləri yoxdur. Qeyd olunan yerdə və vəzifədə xidmətdə olarkən 06 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında bir nəfər şəxsin özünü şübhəli apararaq idarə etdiyi “Chevrolet Cruze” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini görmüşdür. Həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş, bir daha özünü şübhəli aparması onlarda şəxsin qanunsuz olaraq narkotik vasitə və ya hər hansı qanunsuz əşya daşıdığı üçün şübhə yaratdığından özünün razılığı və onların da iştirakları ilə özünün idarəetməsi ilə avtomobilini idarə edərək Nəsimi RPİ-nin 20-ci polis bölməsinə dəvət etmişlər. Avtomobildən düşürdərək xidməti otağa gətirmişlər. Bölmədə şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Daha sonra həmin şəxsə vəkil təyin olundu, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi və şalvarının sol yan cibindən bir bükümdə heroin olması ehtimal olunan maddə çıxdı. Söhbət əsnasında həmin heroinin haradan əldə etməsi zamanı apardıqları profilaktik tədbirlər zamanı onlara məlum oldu ki, həmin narkotik vasitəni Şabran rayonundan tanımadığı şəxsdən almışdır. Elə videoçəkiliş zamanı avtomobilində də narkotik vasitələrin olduğunu bildirdi və avtomobilinə baxış keçirilən zaman özü sürətlər qutusunun yanından siqaret qabına qoyulmuş üç büküm heroin olması ehtimal olunan maddəni təqdim etdi, həmin maddə təhqiqatçı tərəfindən sənədləşdirildi və ekspertizaya göndərildi. Daha sonra həmin narkotik vasitələrin heroin olmasını təsdiq edən ekspert rəyi onlara məlum oldu”. Şahid2 ifadələrində Şahid1 ifadələri ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 06 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi 147 nömrəli evin qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən onun əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,004 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 06 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürətlər qutusunun yanından siqaret qutusunun içərisinə qoyulmuş üç bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,230 qram və 0,330 qram olmaqla ümumi təmiz çəkisi 0,806 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 6/5759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 2,004 qram qəhvəyi tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs (avtomobilindən) yazısı və imzalar olan üç ədəd zərfdə hər birində bir ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,230 qram və 0,330 qram, ümumi təmiz çəkisi 0,806 qram qəhvəyi tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2,810 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə təmiz çəkisi 2,810 qram narkotik vasitə heroin maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra qalmış 2,620 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində “anlaqlı” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, saxlanıldığı gün üzərində hər hansı narkotik vasitənin olmamasını, avtomobilində isə ancaq siqaret qutusunudan toza bənzər nəyinsə tapıldığını, həmin vasitədən yalnız bir dəfə istifadə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiası araşdırılarkən öz təsdiqini tapmadı, çünki məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarında təqsirləndirilən şəxsin döyülüb hər hansı xəsarətlər almasına təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs onda bədən xəsarətlərinin olduğunu əks etdirən fotoşəkillərin mövcud olmasını bildirdi, lakin fotoşəkillərdəki xəsarətlərin olduğu bədənin kimin olmasını, xəsarətlərin alınma mənşəyini, mənsubiyyətini, nə vaxt, harada, kim tərəfindən, nə məqsədlə fotolentə alındığı müəyyən edən sübüt müəyyən olunmadı. Təqsirləndirilən şəxs da həmin fotoşəkillərin ona məxsus olmasını və fotoşəkillərdə təsvir olunan bədən üzərindəki xəsarətələrin məhz polis əməkdaşları tərəfindən saxlanlıdğı tarixdə polis əməkdaşları tərəfiəndən yetirilməsini təsdiq edən sübüt təqdim etmədi. Məhkəmədə də həmin halları təsdiq edən sübut müəyyən olunmadı. Əksinə həmin hallar barəsində iş üzrə dindirilmiş şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən və idarə etdiyi maşından narkotik vasitə heroinin aşkar olunmasını təsdiq edən videoçəklişlər Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi həmin halları təkzib etdilər. Təqsirləndirilən şəxs özünün də tutulduqdan sonra prokurorun yanına aparıldıqda prokurorun onun bədənini faktiki olaraq müayinə edib döyülməsi nəticəsində bədən xəsarətələrini görüb heç bir tədbir görməməsini göstərməklə öz iddalarını əsaslı şübhələrlə müşahidə etdi. Bu şübhələri onun xeyrinə həll edən sübut müəyyən olunmadı. Çünki prokurora törədilmiş cinayət barəsində məlumat daxil olduqda o, həmin məlumatı qeydiyyatı alıb araşdılmasının aparılmasının təşkil etməsinin əsas vəzifəsi olduğu halda Təqsirləndirilən şəxs məlumatından sonra prokurorun şikayəti qeydiyyata almaması və araşdırmaması inandıcı olmadı. Çünki cinayət işinin materiallarında Təqsirləndirilən şəxs bədənin prokuror tərəfiəndən müayinə edilməsinə dair protokol müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrin özünün müdafiəsinə və məhkəmənin uzadılmasına yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmənin gəldiyi bu qənəaət Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə verdiyi ifadələr baxımından da əsaslıdır. O, həmin ifadələrində idarə etdiyi maşından narkotik vasitə və ya «nə isə» aşkarlandığını, həmin vasitədən bir dəfə istifadə etdiyini təsdiq etsə də, həmin vasitənin nə olduğunu bilmədiyini göstərib ziddiyyətli mövqe nümayiş edirməsi baxımından da əsaslıdır. Çünki onun bu ifadələri ümümi anlamda ağlabatan deyildir. Onun tərkibini , təyinatını, istifadə etdikdə nəticəsini bilmədiyi vasitəni səbəbsiz istifadə etməsi və sonradan da idarə etdiyi maşında və üzərində saxlayıb tutulma riski altında daşıması inandırıcı deyildir. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs ibtdai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır və ondan külli miqdarda narkotik vasitə heroin aşkar olunduğunun sübüta yetirildiyini qəbul edir. O,həmin ifadələrini müdafiəçisinin iştirakı ilə verib hər hansı qeyd və əlavə bildirməyib bu cinayət işinin predmetini təşkil edən narkotik vasitənin ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə, təqdim edilmiş sübutlara və məhkəmədə iddia olunan bəyanatlara yanaşmada kreativ hüqunundan istifadə edərək qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüququndan istifadə edərkən ona elan olunmuş ittihamda nəzədə tutulan əməlinin onun tərəfindən törədilməsinin təsdiq və ya təkzib olunmasına dair sübut təqdim etmək halları istisna olunmaqla özünün mənafeyi üçün iddia etdiyi halları təsdiq edən sübutları təqdim etmək vəzifəsi daşıdığını nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs aşkar olunaraq götülümüş narkotik vasitələrin onun tərəfindən satış məqsədi ilə əldə etməsini təsdiq edən sübüt müəyyən olunmadı. Dövlət ittihamçısı da onun əməlini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə kimi qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddsi ilə tövsif olunmasını təklif etdi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən elan olunmuş ittihamdan “satış məqsədi ilə” ifadəsinin çıxarılmasını əsaslı sayıb, həmin ifadələri ittihamdan xaric edir və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən həmin əməlin qəsdən törədilməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən və anlaqlı vəziyyətdə törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlinin cinayət olmasını aradan qaldıran hal və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 330 (üç yüz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manatın məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,810 qram narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 2,620 qram narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olmuş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması, himayəsində səkkiz yaşlı uşağının olması, ibtidai istintaq zamanı ittihamın mahiyyəti üzrə ətraflı ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun hazırkı cinayət işi üzrə 06 oktyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulub, 08 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və hazırkı vaxta qədər onun dəyişdirilmədən saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddətini müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X2 barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini və onun barəsində qətimkan tədbiri qismində həbsin seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Ambulator Məcburi-Narkoloji tibbi yoxlama ekspertizasının 11 noyabr 2022-ci il tarixli 6727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs müayinə zamanı Narkamaniya xəstəliyindən əzab çəkmir. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanılması onun cəza müddətindən çıxılsın. Ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hesablansın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbs alınsın. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bu məbləğ məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 330 (üç yüz otuz ) manat 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,810 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 2,620 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin və cinayət işinin materiallarına əlavə olunmuş rəqəmsal video (DVD) disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar