Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-998/2025 07.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər – Bakı şəhəri “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhər 23 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək niyyəti ilə xx.xx.2024-cü il tarixdə gizlədilmiş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 3155 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 18 ünvanının yaxınlığında saxlanılaraq həmin idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarədə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd sellofona bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik olan ümumi təmiz çəkisi 3155 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
İşin faktiki halları:
2. İbtidai İstintaq orqanının irəli sürdüyü ittihama görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndiriimişdir ona görə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikasının vətandaşı "Maqa" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə sonuncu ilə razılaşdıqdan sonra, xx.xx.2024-cü il tarixdə "Maqa” adlı şəxsin tapşırığına əsasən, gizlədilmiş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 3155 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədilə qanunsuz əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 18 ünvanının yaxınlığında, saxlanılaraq həmin idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarədə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rəngli sellofona bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik olan ümumi təmiz çəkisi 3155 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı, ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, “Məlik” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il saat 03:40-dan tutulmuş hesab edilmişdir.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun xidməti otağında videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid1, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və 25 saylı vəkil bürosunun vəkili X8 iştitrak etdiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildkdən sonra ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onu könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ağ rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli rəngli içərisində ***-***-**-** mobil nömrəsi oları ‘'Samsung A 02" markalı mobil telefon cihazı, 01(bir) ədəd üzərində A05188160 saylı 10 AZN pul əskinası, 01 (bir) ədəd A83981180 saylı 1 AZN pul əskinası 01 (bir) ədəd В22794494 saylı 5 AZN pul əskinası 01 ədəd üzərində 5522 0993 6900 1733 sayları olan “ABB’’ kartını könüllü təqdim etdiyi, bundan əlavə Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə “Mələk" və sarı rəngli “Angel” yazısı olan sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etdiyi, Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə “Mələk” və sarı rəngli “Angel” yazısı olan sellofan torbanın içərisindən qara rəngli sellofana bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldığı və “Zərflər üçün” olan 44 nömrəli möhürlə möhürləndiyi qeyd olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi 01 ədəd bükümün içərisində 3 kiloqram narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni İran islam Respublikasının vətəndaşı olan “Maqa” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində ünvan 4 ünvandan uzaqlaşan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, aşkar olunmuş maddənin iştirakçıların və onun iştirakı ilə qablaşdırıİdığı möhürlə möhürləndiyi qeyd olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdığı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadığı, şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparıldığı, saat 04:00-da başlandığı və 04:25-da başa çatdırıldığı, şəxsi axtarışın “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş edildiyi, protokolun tərtib olunduğu, iştirakçılara ucadan oxunduğu və imzalarla təsdiq edildiyi qeyd olunmuşdur.
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 03 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1274 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ağ kağız üzərində "Şübhəli Təqsirləndirilən şəxs..." yazıları və imzalar olan göy rəngli polietilen torbada 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 3155.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinxin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş marixuananın təmiz çəkisi - 3155,0 qram, tədqiqata sərf edilmişdir - 0.2 qram, qalıq- 3154,8 qram qalmışdır.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 1927/2024 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 03 avqust 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonun yaddaşında +98-904-640-2297 saylı nömrədən göndərilmiş SMS-lərdə ardıcıl olaraq dəqiq vaxtlar qeyd olunmaqla aşağıda göstətilən məzmunda mesaj və məlumatlar olması müşahidə edilmişdir. - Gel konuma taxdanın altında 3 kq ot, Götürmüşəm məndədi mal, Çatım evə bağlayıram 1 kq hara konum edim. - Gel kona şlaqdaundan menieye girsin yekə demir çenin dalında yerdə taxda var, şəkildə hamısı tam izahlı var, taxdanı qaldır onun altında qoy paketin içindedir. Baba gecə çekmek olmur deyə şəkili işıq düşmür qaranlıqda köhnə konumların yerinə qoyuram. - Gel konuma taxdanın altında 3 kq ot, Siz cavab verənə və ya onu kontakt kimi əlavə edənə qədər göndərən onun mesajını oxuyub-oxumamağınızı görməyəcək - Təkrar eyni mesajlar - Göndərilən 04 ədəd fotoşəkildə küçədə ağacın dibində, taxtanın altında ox işarələri ilə gösərilən yerlər təsvir olunmuşdur. İstintaq hərəkətində iştirakı təmin edilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan mesajları və fotoşəkilləri onun mobil telefonuna "Maqa" adlı İİR vətəndaşı göndərmiş, həmin mesajlarda 3 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananın yerləşdirildiyi yer göstərilmiş, o da həmin narkotik vasitəni götürüb onun deyəcəyi yerlərə qoymalı imiş.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin videogörüntü xx.xx.2024-cü il tarixdə lentə alınmış, prosessual hərəkətin gedişində Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədov, Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid1, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və 25 saylı vəkil bürosunun vəkili X8 iştitrak etdiyi müşahidə olunmuşdur. Axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa onu könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ağ rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan "Samsung A 02” markalı mobil telefon cihazını, 01 (bir) ədəd üzərində A05188160 saylı 10 AZN pul əskinası, 01 (bir) ədəd A83981180 saylı 1 AZN pul əskinası 01 (bır) ədəd B22794494 saylı 5AZN pul əskinası 01 ədəd üzərində 5522 0993 *** **** sayları olan "ABB" kartını könüllü təqdim etmiş, bundan əlavə X4 əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə "Mələk" və sarı rənglə "Angel” yazısı olan sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etmiş, Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə “Mələk” və sarı rəngli “Angel” yazısı olan sellofan torbanın içərisindən qara rəngli sellofana bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və "Zərflər üçün” olan 44 nömrəli möhürlə möhürləndiyi əks olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində 3 kiloqram narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni İran islam 'Respublikasının vətəndaşı olan “Maqa” adlı şəxsin vasitəsilə maddəni xx.xx.2024- cü il tarixdə saat 02:30 radələrində ünvan 4 ünvandan uzaqlaşan zaman polis əməkdaşları, tərəfindən saxlanıldığını, aşkar olunmuş maddənin iştirakçıların və onun iştirakı ilə qablaşdırılsığı möhürlə möhürləndiyi əks olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamış, şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparılmış, saat 04:00da başlandığı və 04:25-da başa çaldırılmış, şəxsi axtarışın “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş edildiyi, protokolun tərtib olunduğu, iştirakçılara ucadan oxunduğu və imzalarla təsdiq edildiyi müşahidə edilmişdir.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 995/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 4(005)-995/2024 nömrəli qərarına əsasən, həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 03 fevral 2025-ci il tarixədək uzadılmışdır.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3155,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, sübutetmənin predmeti olduğu nəzərə alınaraq maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış qalıq, yəni 3154,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6981 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2024-cü il tarixli 3196 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu (F 60.4) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - yeniyetmə yaşlarında xasiyyətcə əsəbi, hövsələsiz, emosional reaskiayalara meylli olması, hərbi xidmətə çağırış zamanı SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müayinədə “şəxsiyyət pozuntusu” diaqnozunun təyin olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, şahidlərin fadələri, şəxsi axtarış və götürməyə dair protokol, şəxsi axtarış və götürməni özündə əks etdirən “DVD” disk, telefon məlumatlarında qeyd olunan mesajlar, aşkar edilib götürülmüş maddi sübut və digər istintaq sənədləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmişdir.
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Hazırda həmin məhkumluqlar ödənilmişdir.
18. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə, elan edilərək tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2024cü il tarixdə saat təxminən 23:00 radələrində yaşadığı ünvanda olan zaman təxminən 3 ay əvvəl onunla əlaqə saxlamış İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxs yenidən onunla “whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxlayıb şəkil və ünvan göndərdiyini bildirmişdir. O, ondan bunun nə olduğunu soruşan zaman “Maqa” ona göndərdiyi ünvanda 3 kiloqram çəkidə narkotik vasitə nəşə olduğunu və onu götürüb 1 kiloqramını Yasamal rayonuna onun dediyi ünvana aparmağını demişdir. Ona bunun qarşılığında istifadə etməyi üçün nəşə verəcəyini bildirmişdir. Qalan 2 kilonu isə özündə saxlamağını və onun deyəcəyi ünvanlara aparmağını bildirmişdir. O, da bundan sonra xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə 18 ünvanına gedib axtarmağa başlamış, o, bağlamanı götürüb oradan uzaqlaşan zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirdiklərini, ona onlarla birlikdə Nərimanov RPİ-nə getməsini xahiş etdiklərini demişdir. O, onlarla birlikdə Nərimanov RPİ-nə getdiyini, idarədə olan zaman özünü şübhəli apardığı və narkotik vasitə təsiri altında olmasından şübhələndiklərini demişdir. Bu səbəbdən ondan şübhələndiklərinə görə üzərinə axtarış və götürmə aparılacağını bildirmişlər. Ona görə də, hüquqlarını izah edib vəkil siyahısı təqdim etdiklərini, istədiyi vəkilin hüquqlarının müdafiəsi üçün seçə biləcəyi bildirilmişdir. O, da təqdim olunmuş siyahıdan vəkil X10 özünün hüquqlarının müdafiə edilməsi üçün seçdiyini demişdir. Polis əməkdaşı vəkil X10 idarəyə dəvət etmiş, müdafiəçi gəldikdən sonra onu Nərimanov RPİnə gətirmiş əməkdaşların iştirakları ilə üzərinə axtarış və götürmə aparmağa başlanmışdır. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Bundan sonra o, ağ rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan "Samsung A 02" markalı mobil telefon cihazı, 01 (bir) ədəd üzərində A05188160 saylı 10 AZN pul əskinası, 01 (bir) ədəd A83981180 saylı 1 AZN pul əskinası 01 (bır) ədəd B22794494 saylı 5AZN pul əskinasını 01 ədəd üzərində 5522 0993 6006 1733 sayları olan "ABB” kartını, sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə "Mələk” və sarı rəngli "Angel” yazısı olan sellofan torbanın içərisindən 01 bir ədəd qara rəngli sellofana bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Polis əməkdaşı onun təqdim etdiyi 01 (bir) ədəd içərisində yaşıl rəngli spesifik qoxuya malik maddə olan bağlamanı qablaşdırmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuşdur. O və hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etdiklərini demişdir. Polis əməkdaşları tərəfindən o, polisə gətrilərkən eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlərin, fiziki və psixoloji təzyiqlərin, habelə xəsarətinin olmadığını bildirmişdir Narkotik vasitəni əldə etdiyi şəxsi tanımadığını, onu heç vaxtı görmədiyini bildirmişdir. Bundan başqa o, əlavə ifadəsində "xxxx" MMC-dən daxil olmuş sms məlumatları ilə tanış olduqdan sonra istifadəsində olan Samsung A02 markalı mobil telefonun narkotik vasitələrin gizlədildiyi yerin konumları, iran nömrəsi ilə yazışmalar və üzərindən aşkar edilib götürülmüş 3155 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın gizlədildiyi məkanın konumu, həmin narkotik vasitənin şəkli, 3 kq çəkidə olan narkotik vasitəni götürülməsi, evə çatmaq və 1 kq hara konum barədə yazışmalarının yaları olduğunu, ona aid olmadığını, o, həmin iran nömrəsi ilə danışdığını, 5 qram urmiya malı olduğunu dediyini, istəsən sənə verim dediyini bildirmişdir. İranlı ona get götür pulu sonra verərsən və bundan sonra ona konum atdığını bildirmişdir. O. həmin konumda göstərilən yerə getdiyini, 5 qram malı götürmək istədiyini, lakin həmin konumda malı tapmadığını, onun iranlı ilə danışıqlarının bunlardan ibarət olduğunu, digər danışıqların isə ona aid olmadığını demişdir. Azərfon MMC tərəfindən verilmiş diskdəki onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə gəlmiş smslər ilə tanış olduqdan sonra bu smslərdən onun xəbəri və məlumatı olmamışdır.
19. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Nərimanov RPİ-nin NMB-nin rəisi vəzifəsində vəzifəsində işləyən, polis polkovnik-leytenantı Şahid1 Nizamı oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlamasında və qəbul etməsində şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat tədbirində iştirak etmiş, qrupda onunla birgə Şahid2 olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 02:55 radələrində Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-ə gətirilmiş, İdarədə inzibati otaqların birində videoçəkiliş ilə şəxsi-axtarış götürmə istintaq hərətəkləri aparılan zamanı Təqsirləndirilən şəxs üzərində olan şəxsi əşyalarını, sellofan torbanı təqdim edərək həmin torbada marixuana növündə narkotik vasitə olduğunu bildirmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən o, narkotik vasitənin çəkisini və Təqsirləndirilən şəxs narkotik vasitəni nə üçün əldə etdiyini xatırlamadığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılan zaman ətrafda insanların çoxluğu ilə bağlı əlverişsiz şərait mövcud olduğundan onu tutan zaman üstünün yoxlanılması həyata keçirilməmişdir.
20. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Nərimanov RPİ-nin NMB-in rəisi vəzifəsində işləyən, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən, narkotik vasitələrin istifadəsində, saxlamasında şübhəli olan, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, əvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuş, ünvan 9 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində ünvan 11 ünvanın qarşısında saxlanılaraq saat 02:55 radələrində Nərimanov RPİ-nin inzibati binasına gətirildiyi və bu barədə tərəfindən raport tərtib olunaraq Əzimov X5 RPİ-nə təhvil verildiyini bildirmişdir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısının xidməti otağında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin olunmaqla və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə zamanı ona üzərində dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung A 02” markalı mobil telefon cihazını, 01 ədəd üzərində A05188160 nömrəsi olan 10 (on) manat pul əskinasını, 01 ədəd A83981 180 nömrəsi olan 1 (bir) manat pul əskinasını, 01 ədəd B22794494 nömrəsi olan 5 (beş) manat pul əskinasını və 01 ədəd üzərində 5522 0993 6006 1733 nömrəsi olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş kartı könüllü təqdim etdiyini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs sag əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə “Mələk" və sarı rənglə “Angel" yazısı olan sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etdiyini demişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində qırmızı rənglə "Mələk" və sarı rənglə “Angel" yazısı olan sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldığını və Azərbaycan Respublikası DİN-nin '“Zərflər üçün 44" nömrəli möhürü İlə möhürləndiyini demişdir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdığını və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişin əks olunduğu elektron daşıyıcısı protokola əlavə olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, orqanizm funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş, buna görə də 12 ildir pensiya alır. Həbs edilənədək anası ilə birlikdə yaşamışdır. Anası və özünün aldığı pensiya ilə dolanışığını təmin etmişdir. O, psixloji problemləri ilə bağlı X1 qeydiyyatdadır, bununla yanaşı vərəm xəstəliyi və ağ ciyərində problemi vardır. QİÇS xəstəliyindən əziyyət çəkir. Narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitələrdən iynə vurma yolu ilə istifadə etmiş, əsasən narkotik vasitənin heroin növündən istifadə etmiş, marixuanadan istifadə etməmişdir. Adətən narkotik vasitəni İran İslam Respublikası vətəndaşı kimi bildiyi şəxsdən online qaydada almış, həmin şəxsi tanımamışdır. 1 qram nakotik vasitəni 40 manata almış və həmin narkotiki 4 gün ərzində istifadə etmişdir. O, narkotik vasitəni evdə qəbul etmiş, üzərində saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış, heç kim də ondan narkotik vasitə istəməmişdir. “Maqa” adlı İran vətəndaşı ona tutulmamışdan əvvəl 4 ay ərzində satması üçün narkotik vasitə verməyi təklif etmiş, o da cavabında narkotik vasitə satmadığını bildirmişdir. Maqa onu bezdirdiyi üçün dəfələrlə onun nömrəsini blok etmişdir. İşlətdiyi telefon nömrəsi anasının adına olmuşdur. O, “Maqa” adlı İran vətəndaşından narkotik vasitə almamış, “Maqa” ona narkotik vasitəni götürüb başqa yerə qoymasını tapşırmamışdır. ”Maqa” adlı şəxs ona mesaj yazaraq 1-2 qram narkotik vasitə almağı, 5 qram narkotik vasitə qoyacağını demiş, o pulunun olmadığını bildirsə də, “Maqa” ona pulu olanda verə biləcəyini bildirmişdir. 2 avqust 2024-cü il, axşam saat 23:00 radələrində “Maqa” adlı şəxs ona məkan məlumatları göndərmiş, 5 qram heroini gedib götürməsini yazmış, o, “Maqa”nı blok etmiş və həmin mesajları silmişdir. Lakin bununla belə o, məkan məlumatı göndərilən yerə getmiş, lakin həmin yerdə heç bir narkotik vasitə olmamışdır. Oradan uzaqlaşıb təxminən 100 metr getdikdən sonra binanın tinində polis əməkdaşları onu saxlamışlar. Saxlanılan zaman üzərində marixuana olmamış, əlində çörək və su olmuşdur. Tutulan zaman polislər videoçəkiliş etməmişlər. Polis əməkdaşları onu Nərimanov rayon polis idarəsinə aparmışlar. Otaqlardan birində ondan hansısa məkan məlumatı əsasında tutulduğu yerə gəlib-gəlmədiyini soruşulmuş, o da etiraf edərək “konuma” gəldiyini demişdir. Bu zaman polis əməkdaşları ona “gözlə, indi biləcəksən nəyə gəlmisən” deyərək, onun telefonuna whatsapp mobil tətbiqində “Bu 3 kq narkotiki Nərimanovdan götürüb Yasamala apar” məzmununda səslər göndərmişlər. Daha sonra qarşısına 3 kq marixuana qoyaraq, ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. O həmin narkotikin ona məxsus olmadığını deyib polislərin dediklərini etməkdən imtina etdikdə, polislər həmin narkotiki aparıb evinə qoyacaqları ilə onu təhdid etmişlər. Himayəsində 62 yaşlı anası olduğu üçün qorxaraq polislərin dediklərini etməyə məcbur qalmış və şəxsi axtarış və götürmə zamanı həmin 3 kq narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Hüquqi savadı olmadığı üçün polislərin qanunsuz hərəkətlərindən heç bir dövlət orqanına şikayət etməmişdir.Təqsirləndirilən şəxs növbəti məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına dair verdiyi ifadədən imtina etdiyini bildirmiş, ona heç bir təsir-təzyiq göstərilmədiyini bildirərək, barəsində aparılan cinayət təqibi üzrə icraatın tez yekunlaşdırılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
22. CM-nin 234.4.3-cü maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.3. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
36. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
37. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
38. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
39. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
40. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
42. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
43. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
44. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
45. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
46. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsinə, daşınmasına dair ittiham (CM-in 234.4.3-cü maddəsi) toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, məhkəmədə tədqiq olunmuş digər sübutlar (Təqsirləndirilən şəxs özünün ibtadai araşdırma zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokolları, şahidlərin ifadələri və.s) Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir.
47. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
48. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4cü maddəsilə irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
49. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ondan aşkar olunan narkotik vasitənin ona aid olmaması, narkotik vasitəni satış məqsədilə əldə etməməsi, polis əməkdaşları tərəfindən psixi təsir və təzyiqlərə məruz qalmasına və polis əməkdaşları tərəfindən zorla etirafa məcbur edilməsinə dair qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir.
50. Belə ki, qeyd olunan xüsusatlar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.
51. Belə ki, xx.xx.2024-cü il tarixli, “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonun yaddaşında +98-904-640-2297 saylı nömrədən göndərilmiş SMSlərdə ardıcıl olaraq dəqiq vaxtlar qeyd olunmaqla aşağıdakı məzmunlu mesaj və məlumatlar olması müşahidə edilmişdir. - Gel konuma taxdanın altında 3 kq ot, Götürmüşəm məndədi mal, Çatım evə bağlayıram 1 kq hara konum edim. - Gel kona şıaqdaundan menieye girsin yekə demir çenin dalında yerdə taxda var, şəkildə hamısı tam izahlı var, taxdanı qaldır onun altında qoy paketin içindedir. Baba gecə çekmek olmur deyə şəkili işıq düşmür qaranlıqda köhnə konumların yerinə qoyuram. - Gel konuma taxdanın altında 3 kq ot, Siz cavab verənə və ya onu kontakt kimi əlavə edənə qədər göndərən onun mesajını oxuyub-oxumamağınızı görməyəcək - Təkrar eyni mesajlar - Göndərilən 04 ədəd fotoşəkildə küçədə ağacın dibində, taxtanın altında ox işarələri ilə gösərilən yerlər təsvir olunmuşdur. Göründüyü kimi, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin mesajları və fotoşəkilləri onun mobil telefonuna "Maqa" adlı İİR vətəndaşının göndərmiş, həmin mesajlarda 3 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananın yerləşdirildiyi yer göstərilmiş, o da “mal” və “ot” adı altında həmin narkotik vasitəni götürüb onun deyəcəyi yerlərə qoymasını tapşırmışdır.
52. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü sözügedən dəlillər heç bir sübutla dəstəklənmir.
53. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadəsinə qeyd etdiyi yuxarıda göstərilən xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatları təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq məqsədi güdən, heç bir fakta əsaslanmayan ifadələr kimi qiymətləndirir.
54. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.
55. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi X8 iştirakı ilə 04 avqust 2024-cü il tarixli ifadəsində Nərimanov RPİ-də olduğu zaman ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığını bildirmişdir.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dair qənaətini, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 03 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1274 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli, “Mobil telefona baxış keçirilməsi haqqında” protokolu, xx.xx.2024-cü il tarixli, “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokolu, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6981 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2024-cü il tarixli 3196 nömrəli ekspert rəyi, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı, eləcə də, iş materiallarında olan digər sənədlərdə qeyd olunanlar baxımından əsaslı hesab edir.
57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə (CM-in 234.4.3-cü maddəsi) təqsirini təsdiq etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı olduğu qənaətinə gəlir.
58. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar, sənədlər və protokolların məzmunundan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni (3155 qram qurudulmuş marixuananı) satış məqsədi ilə əldə etmiş, üzərində saxlamaqla daşımışdır.
59. Bununla belə, məhkəmə vurğulayır ki, istintaq orqanı heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən əsaslı sübut təqdim edə bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Maqa” adlı İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək onunla cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən İran İslam Respublikası vətəndaşının bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3155 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşımış, bu barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhəri Nərimanov rayonu polis idarəsinə gətirilmiş, keçirilən şəxsi axtarış zamanı əlində saxladığı 01 ədəd sellofona bükülmüş və üzəri şəffaf rəngli yapışqanla bağlanmış bağlamanın içərisindən yaşıl rəngli spesifik qoxuya malik olan ümumi təmiz çəkisi 3155 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
60. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə və daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni şəxsiyyəti məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək, sözügedən əməli digər şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşməklə törətməsi qənaətinə gəlib, baş vermiş hüquqazidd əməli əlavə olaraq CM-in 234.4.1-ci maddəsi ilə tövsif etmişdir.
61. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.
62. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.
63. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 12-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
64. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə razılaşıb onun göndərdiyi narkotik vasitəni götürüb başqa ünvanlara qoyacağı ilə bağlı məlumata yalnız Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə rast gəlinmişdir.
65. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
66. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı hər hansı digər sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır.
67. Məhkəmə kollegiyası CPM-in 126.6-cı maddəsini rəhbər tutaraq hesab edir ki, digər hər hansı bir sübutun olmadığı və sübutların məcmusu ilə təsdiq edilmədiyi bir vəziyyətdə, sadəcə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrə əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ibtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunub iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olduğu iddia edilən İran İslam Respublikası vətəndaşının cinayətin subyekti sayılıb-sayılmaması (yaş və anlaqlılıq baxımından) müəyyən edilmədən sadəcə olaraq Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən göndərilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərərək üzərində daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur.
68. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olması, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı, satış məqsədi ilə bağlı qabaqcadan razılıq əldə edilməsinə dair heç bir sübut mövcud olmamışdır. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni sayıla bilməz.
69. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
70. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
71. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir.
73. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, CM-nin 234.4.1-ci maddəsinə münasibətdə ibtidai istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmunundan onun CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar ona qarşı irəli sürülmüş ittihamdan çıxarılmalıdır.
74. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
75. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
76. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
77. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İİ qrup əlillik, yəni orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlillik müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsində “İİV-infeksiyası İ klinik mərhələ, ll-cili anemiya, Xroniki C virus hepatiti” diaqnozları ilə müalicədə olmuş, xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasında həkim-infeksionistin müayinəsində “İİV-infeksiyası İ klinik mərhələ, C virus hepatiti” diaqnozu ilə qevdiyyatdadır.
78. Təqsirləndirilən şəxs orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin müəyyən edilməsi, 2008-ci il tarixdən QİÇS xəstəliyindən əziyyət çəkməsi, səhhətinin ağır olması və himayəsində yaşlı anasının olması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən haldır.
79. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilmədi.
80. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
81. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
82. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 03 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
83. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
84. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3154,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, SMS çıxarışları olan 01 ədəd DVD diski və şəxsi axtarış və götürməyə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
85. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İİ qrup əlillik, yəni orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 86 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
87. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 03 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3154,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, SMS çıxarışları olan 01 ədəd DVD diski və şəxsi axtarış və götürməyə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev