Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-999/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, zərərçkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçilər: «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4, «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında,
1. xx.xx.1999-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39/6, B, mənzil 30-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə;
2. xx.xx.1998-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Bahadır oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri;
3. xx.xx.2005-ci il tarixdə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı şəhəri, Vüsaqi küçəsi, ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə sovxozu, Ə.İsazadə küçəsi nömrəsiz evdə yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə ağır cinayətin törədilməsinə cəlb etməklə, silah qismində istifadə edilən əşya tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əmlakı ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 09 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında tamah niyyəti ilə qazanc əldə edəcəyi barədə vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 Bahadır oğlunun cəlb edib sonuncularla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək üzərində dəstəyi ağ «akula» adlanan bıçaqı silah qismində istifadə edib tətbiq edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayət qrupun üzvü Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üz nahiyyəsindən başı ilə vuraraq cibindən içində iki manat olan 20 manat dəyərində qara rəngli dəridən ibarət markası olmayan pul kisəsini, Təqsirləndirilən şəxs2 isə dodaq nahiyyəsindən başı ilə vuraraq əlindəki üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 600 manat dəyərində “SamsungGalaxyA52” markalı **********20463 imei kodlu mobil telefonunu ələ keçirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı olan basqın edib üst dodağın və sol bazunun qançırları ilə nəticələn, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 627 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 Bahadır oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşya tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əmlakı ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bahadır oğlu 09 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs dodaq nahiyyəsindən başı ilə vuraraq əlindəki üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 600 manat dəyərində “SamsungGalaxyA52” markalı **********20463 imei kodlu mobil telefonunu, cinayət qrupun üzvü Təqsirləndirilən şəxs1 üzərində dəstəyi ağ «akula» adlanan bıçaqı silah qismində istifadə edib tətbiq edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib, cinayət qrupun digər üzvü Təqsirləndirilən şəxs3 isə sonuncunun üz nahiyyəsindən başı ilə vuraraq cibindən içində iki manat olan 20 manat dəyərində qara rəngli dəridən ibarət markası olmayan pul kisəsini ələ keçirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı olan basqın edib üst dodağın və sol bazunun qançırları ilə nəticələn, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 627 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşya tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əmlakı ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 09 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bahadır oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən hücuma məruz qalmış Zərərçəkmiş şəxs üz nahiyyəsindən başı ilə vuraraq cibindən içində iki manat olan 20 manat dəyərində qara rəngli dəridən ibarət markası olmayan pul kisəsini, cinayət qrupun üzvü Təqsirləndirilən şəxs1 üzərində dəstəyi ağ «akula» adlanan bıçaqı silah qismində istifadə edib tətbiq edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə sonuncunun dodaq nahiyyəsindən başı ilə vuraraq əlindəki üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 600 manat dəyərində “SamsungGalaxyA52” markalı **********20463 imei kodlu mobil telefonunu ələ keçirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı olan basqın edib üst dodağın və sol bazunun qançırları ilə nəticələn, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 627 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun adından ibtidai araşdırma zamanı tərtib olunmuş ifadə ilə razı deyildir. Ona ibtidai araşdırma zamanı təzyiq olunmuş, hətta dişini sındırmışlar. Dişini İVS-də sındırıblar, Bakı İstintaq Təcridxanasında dişini çıxarıblar. Ona qarşı törədilmiş fiziki zorla bağlı Binəqədi rayon prokuroruna yazılı müraciət etmiş, lakin müraciətinin nəticəsi barədə məlumatı yoxdur.Ona verilmiş ittihamın mahiyyəti üzrə isə bildirir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanışlarıdır. Hər ikisini hadisədən əvvəl tanımışdır. 09 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Nihadla Bakı şəhəri, Binəqədi rayonu DSK yolu adlanan yerdə yerləşən “Yubiley” adlı kafedə görüşmüş, kafedə oturaraq çay içmiş, həmin vaxtı Sadiq də gəlib onlarla eyni masada əyləşmişdir. Həmin vaxta qədər Nihadla Sadiq bir-birini tanımamış və o onları tanış etmişdir. Üçü birlikdə çay içdikdən sonra kafenin qarşısına çıxaraq orada siqaret çəkməyə başlamış, bu zaman küçə ilə Zərərçəkmiş şəxs keçmişdir. Nihad Rəvanı gördükdə bildirmişdir ki, Rəvanla söhbəti vardır və onlardan aralanıb Rəvana tərəf getmişdir. Onunla Sadiq isə durduqları yerdə qalmışlar. Onun başı siqaret çəkməyə qarışmış və Nihadgil tərəfə baxdıqda görmüşdür ki, Nihad və Rəvan əlbəyaxa olub savaşırlar. Bundan sonra onlara yaxınlaşıb aralamışdır. O, Rəvanın heç bir əşyasını almamış, Sadiq və Nihadın da Rəvandan nə isə aldıqlarını görməmişdir. Nihadı Rəvandan ayırdıqdan sonra hərə öz evinə getmişdir. xx.xx.2021-ci il tarixdə evində olarkən Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olmasını bildirdi, bunu ona Nahidin özü ona demişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Bahadır oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 tutulmamışdan 2-3 ay əvvəl tanımış, belə ki, hər ikisi Binəqədi rayonunda yaşamaqla tanışlıqları təsadüfən yaranmışdır. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1lə xx.xx.2021-ci il tarixdə saat təxminən 18 radələrində Binəqədi rayonu, DSK yolunda yerləşən «Yubiley» kafesində görüşdüyü zaman görüb tanımışdır. Belə ki, həmin vaxt üçü birlikdə kafedə çay içmişlər, Nihadın boy-buxunlu olması ilə əlaqədar onun yetkinlik yaşına çatmadığını bilməmiş, nə də ki, X11 yetkinlik yaşına çatmadığını ona deməmişlər. Kafedə 2-3 saat oturduqdan sonra üçü də siqaret çəkmək üçün kafedən çölə çıxmış, kafenin qarşısında siqaret çəkən zaman kafenin qarşısından hal-hazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs keçdiyini görmüş, həmin vaxt Nihad Rəvanın onun tanışı olduğunu, Rəvanın onun arxasınca danışdığına görə sonuncu ilə söhbət edəcəyini demişdir. Nihad onlardan aralanaraq Rəvanı səsləyib onun yanına getmişdir. Bu vaxt o, Kamranla üz-üzə dayanmış, Kamranın arxası Nihadla Rəvana tərəf olmuş, o isə onları görmüşdür. Görmüşdür ki, qısa söhbətdən sonra Nihadla Rəvan bir-biri ilə itələşmiş, sonra isə əlbəyaxa olmuşlar. Səsə Kamran da geri dönmüş və ikisi də savaşanlara yaxınlaşıb onları aralamışlar. Bundan sonra Rəvan öz yolunu davam etmiş, onlar isə hərə öz evinə getmişlər. Nihadın Rəvandan nə isə aldığını görməmişdir. O və Kamran Rəvandan pul və yaxud telefon almamış, ona bıçaq nümayiş etdirməmiş, onu vurmamışlar. İbtidai istintaq zamanı təzyiqə məruz qaldığı üçün müstəntiqin göstərdiyi kimi ifadələr vermişdir. Həmin ifadələri təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 hadisədən xeyli müddət əvvəl tanımış, Təqsirləndirilən şəxs2 isə hadisə baş verən günü tanımışdır. Zərərçəkmiş şəxs isə oxuduğu məktəbdən tanımışdır. Belə ki, Rəvan həmin məktəbi ondan əvvəl bitirmiş, məktəb yoldaşlarından eşitmişdir ki, Rəvan onun arxasınca danışmış, bu səbəbdən Rəvanla görüşüb söhbət etmək istəmişdir. 09 sentyabr 2021-ci il tarixdə günortadan sonra Kamran ilə Binəqədi qəsəbəsi DSK yolunda yerləşən «Yubiley» kafesində görüşmüş, orada çay içib söhbət etmişlər. Sonra Kamran zəng edib Sadiqi də kafeyə dəvət etmişdir. Bir azdan sonra kafeyə Sadiq gəlmiş, onu ilk dəfə onda görmüşdür. Kamran onun yetkinlik yaşına çatmadığını bilirdi, belə ki, Kamran karate idman növü üzrə məşqçi idi, o isə valideynlərindən icazə alaraq Kamranın məşq keçirdiyi yerə gedərək özünü təqdim etmiş, yaşının 17 olmasını Kamrana bildirmişdir. Sadiqə isə sonuncu soruşmadığı üçün yaşını deməmişdir. Onun yanında Kamran da Sadiqə yaşını deməmişdir. Kafedə üçü bir yerdə çay içib siqaret çəkmək üçün bayıra çıxmışlar. Siqaret çəkən zaman görmüşdür ki, kafenin qarşısından tanışı Zərərçəkmiş şəxs keçir. Dostlarına Rəvanla söhbəti olduğunu bildirib onlardan aralanmış və Rəvanı səsləyərək yanına getmişdir. Rəvandan nə üçün onun arxasınca danışdığını soruşmuş, bununla bağlı aralarında mübahisə baş vermiş və Rəvan onun üzündən yumruqla vurmuşdur. O isə cavab olaraq Rəvanı vurmuşdur. Elə bu zaman Kamranla Sadiq onlara yaxınlaşaraq onları aralamışlar. O, bundan sonra tək yolunu davam etmiş, lakin Rəvan arxasınca gələrək guya onun ondan telefon aldığını deyib telefonunu geri istəmişdir. O isə Rəvana ondan telefon almadığını desə də sonuncu ona inanmamışdır. Nəhayət yolun kənarında bir obyektin qarşısında dayanmış bir neçə şəxsə Rəvan müraciət edərək guya onun ondan telefon aldığını demişdir. Tanımadığı şəxslər Rəvanın sözlərini yoxlamış, lakin onda Rəvanın telefonunun olmadığını görüb onu buraxmışlar. Bundan sonra Rəvan da ondan əl çəkmişdir. İbtidai istintaq zamanı ona təzyiqlər olmuş, bu səbəbdən müstəntqn dediyi sözlər əsasında həqiqətə uyğun olmayan ifadələr vermiş, həmin ifadələri təsdiq etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamışdır. 09 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində işlədiyi “Elmar” marketdən çıxaraq yaşadığı ev tərəfə piyada yola düşmüşdür. Yaşadığı ev işlədiyi marketə təxminən 1 kilometr məsafədə yerləşir, Evə çatmağına təxminən 100 metr qalmış “Yubiley” kafesinin qarşısında bir nəfər şəxsin onu arxadan çağırdığını eşidib, geri dönən zaman sonradan istintaq zamanı tanıdığı Təqsirləndirilən şəxs3 olduğunu gördü. Nihad ona yaxınlaşıb, məhləyə keçməyi deyib qolundan tutub çəkdi. Ona Rza adlı sinf yoldaşı ilə dalaşdığını və onu söydüyün deyib, Rzanı zəng edib buraya çağırmağı tələb etdi. O isə Rza adlı şəxslə dalaşmadığını və söyüş söymədiyini deyib, nə onu nə Rzanı tanımadığını və çıxıb getməsini istəmişdir.Lakin, Təqsirləndirilən şəxs3 ona kəllə atmış, onun zərbəsindən dodağı partlamış və dişlərindən qan gəlmişdir. Sonradan tanıdığı iki şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların dalaşdığını görüb onlara yaxınlaşan zaman Nihad onu itələyib yerə yıxmışdır. Bundan sonra Nihad, Kamran və Sadiq həmin yerdən uzaqlaşarkən, ayağa qalxmış və telefonunun üzərində olmadığını, ancaq pul qabının yerində olduğunu görüb, telefonunu oğurladıqlarını düşünmüşdür. Onların arxası ilə qışqırıb onları polisə verəcəyini demişdir. Nihadın həmin şəxslərdən aralanıb qaçdığını gördükdə onun arxasınca qaçmışdır. Nihadı bir kafenin yaxınlığında yaxalayıb onu kafeyə salaraq kafede ki şəxslərə telefonunun Nihad tərəfindən oğurlandığını demişdir. Təqsirləndirilən şəxs3 isə qarşılığında telefonun onun üzərində olmadığını və heçnə götürmədiyini demişdir. Nihad da onun telefonu olmadığı üçün məcbur qalıb onu buraxmışdır. Daha sonra oradakı şəxslər ona polisə zəng vurmasını məsləhət görmüşlər. O polisə zəng etmiş və olduğu yerə polis əməkdaşları yaxınlaşdıqda onlara telefonunun oğurlandığını bildirmişdir. Polis əməkdaşları onu hadisə yerinə aparıb, hadisə yerinin fotoşəkillərini çəkmişlər. Oradan da PB-nə getmiş, orada izahat verərək imzası ilə təsdiq etmişdir. Sonra isə valideynləri PB-nə gəlib,onu evə aparmışlar. Həmin hadisə zamanı onun üzərinə bıçaq çıxaran olmamış, onun pul qabını götürməmişlər. O, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, mobil telefona görə tutulmaqlarını istəmir.Əlavə olaraq bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı istintaq zamanı görüb tanıdığı Kamran və Nihad hərəsi bir qoluna girərək 30-40 addım çəkib aparmış, yolda onlara nə etmək istədiklərini soruşduqda, Kamran sinif yoldaşı Rza ilə nəyə görə dava etdiyini soruşmuş, Rza adlı sinif yoldaşıının olmadığını və elə bir şəxsi tanımadığını demiş, Kamran mobil telefonu cibindən çıxarmağını və Rzaya zəng etməyini bildirmiş, telefonu cibindən çıxartmayacağını və Rza adlı şəxsi tanımadığını demiş, əli ilə arxa sağ cibində olan telefonunu tutaraq saxlamış, bu zaman istintaq zamanı adınını bilib tanıdığı Sadiq də onların yanına gəlmiş, hər üçü cibində nə varsa və həmçinin mobil telefonunu onlara verməyini bildirmiş, onlara onu rahat buraxsınlar demiş, lakin onlar onu yumruqla vurmağa başlamış, yenə də onlara telefonu verməmiş, bu zaman Sadiq Kamrana bıçaqı çıxartmağı demiş, belə olan halda Kamran arxa cibindən ağ rəngli tutacağı olan kiçik ölçülü bıçağı çıxarmış, bıçaqla vuracağını demiş, başı ilə ağız nahiyəsinə kəllə atmış, digər şəxslər də ona köməklik göstərərək yumruqları ilə qarın nahiyəsinə vurmuş, həmin vaxt Kamran zorla telefonunu dartaraq əlindən almış, Nihad isə cibindən pul qabını dartaraq çıxartmış və götürmüşdür. Onlar telefonunu və pul kisəsini aldıqdan sonra qaçmağa başlamış, onların arxasınca qaçmağa başlamış, təxminən 700-800 metr qaçdıqdan sonra Nihad yorularaq dayanmış, təngənəfəs halda pul qabını ona uzatmış, o da pul qabını ondan almış, onunla birlikdə təxminən 100 metr getdikdən sonra DSK yolunda yerləşən “Tovuz Kafe” adlı yerin qarşısına çatmış, orada iki nəfər şəxsin dayandığını görmüş, onlara yanındakı şəxsin telefonunu oğurladığını demiş, həmin şəxslər Nihadı kafeyə aparmış, Nihada telefonu qaytarmağını demiş, Nihad telefonun onda olmadığını demiş və ani bir hərəkətlə kafedən çıxaraq qaçmışdır. O Nihadın arxasınca qaçmış, lakin ona çata bilməyəcəyini düşünüb yaxınlıqda olan marketə girib, marketdə işləyən şəxsə telefonun oğurlandığını demiş, marketin işçisi isə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, tez bir zamanda polis əməkdaşları həmin yerə yaxınlaşmışdır. Həmin ifadəsini qismən təsdiq edir. Qeyd etmək istəyir ki, Kamran və Sadiq onu vurmamış, onu yalnız başı ilə Nihad vurmuş, o yerə yıxıldıqdan sonra Nihad bir iki dəfə əli ilə onu vurmuşdur. Onun üzərinə Kamran bıçaq çıxarmamış, Kamran və Sadiq ondan telefon və yaxud digər əşyaları verməsini istəməmişlər. Nihad da ondan telefon və yaxud da pul kisəsini istəməmiş, sadəcə Nihadla davadan sonra ayağa qalxdıqda telefonun olmadığını görərək düşünmüşdür ki, telefonu Nihad oğurlamışdır.Bu günədək telefon və yaxud onun dəyəri ona ödənilməmişdir. Qeyd etmək istəyir ki, təqsirləndirilən şəxslərin onun üzərinə biçaq çıxarmasını müstəntiqin təkidi ilə bildirmişdir. Həmçinin Nihadın ondan pul qabını almasını da müstəntiqin təkidi ilə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. O, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 2 də yerləşən 5 mərətəbəli binanın birinci mərtəbəsində yerləşən «VİP Telekom» adlı telefon dükanını icarəyə götürərək telefonların alışı və satışı ilə məşğul olur. Həmin telefon dükanına müraciət edib telefonu satmaq istəyən şəxsdən şəxsiyyət vəsiqəsinin surətini, mobil telefon nömrəsini aldıqdan sonra və telefonun əldə edilməsi barədə bəzi şifahi sorğu-sual edildikdən sonra telefonu qəbul edir, müştəriyə mövcud olan bazar qiymətini ödəyir. Bildirmək istəyir ki, həmin mağazada yeni telefonların satışı həyata keçirilmir. Artıq tarixi xatırlamır, səhər saatlarında bir nəfər şəxs dükana gələrək “Samsung Galaxy A52” markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. Həmin şəxsin üz cizgilərini artıq xatırlamır, bu səbəbdən təqsirləndirilən şəxslərdən hansı birinin mağazaya gəlməsini deyə bilməz. Lakin həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmiş, həmçinin həmin şəxsiyyət vəsiqəsinin surətinin üzərində həmin şəxsin əlaqə nömrəsini qeyd etmiş və şəxsiyyət vəsiqəsinin surətini əks etdirən vərəqin altında “Samsung Galaxy A52” markalı mobil telefonunun oğurluq və girov olmadığını imzamla təsdiq edirəm yazdığı sözlərin altından Təqsirləndirilən şəxs2 Bahadur oğlu adı-soyadı olan şəxs imzasını da atmışdır. Bu sənəddən bilir ki, ona telefonu satan şəxs məhz Təqsirləndirilən şəxs2dir. Həmin telefonu hansı qiymətə satmasını xatırlamır, lakin müstəntiqə verdiyi ifadəsindəki bütün xüsusatları, o cümlədən telefonu əldə etdiyi qiyməti təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qardaşıdır, digər təqsirləndirilən şəxsləri isə tanımır. Bildirmək istəyir ki, ibtidai istintaq zamanı müstəntiq onu idarəyə dəvət edərək onun telefonunu alıb həmin telefon vasitəsi ilə qardaşı Kamranın adından Təqsirləndirilən şəxs2lə yazışma etmişdir. Beləliklə, həmin telefonda olan yazışma ona aid deyildir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1 cinayət işi üzrə tutulduqdan sonra qardaşı ilə birlikdə cinayət hadisəsində iştirak etmiş azyaşlı Nihad da tutulmuş, hadisə zamanı zərərçəkmiş şəxsə məxsus olan “Samsung” markalı mobil telefon da götürülmüşdür, daha sonra qardaşı Kamranın şəklini özünə məxsus olan “Samsung A10S” markalı mobil telefonda istifadə etdiyi, Whatsapp sosial şəbəkəsindən qeydiyyatdan keçdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə Sadiq adlı, cinayətin digər iştirakçısının istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Whatsappına yazmış və ona özünü Kamran kimi təqdim etmiş, onunla bir müddət söhbət etdikdən sonra qardaşı Kamranla birlikdə ələ keçirdikləri mobil telefon barədə maraqlanmış, Sadiq telefonun bacısı gildə olduğunu demiş, telefonun markasının da “Samsung A52” olduğunu yazaraq bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə yazışmaqda məqsədi qardaşı Kamranın mobil telefonu ələ keçirmədiyini sübut etmək olmuşdur. Həmin ifadəni təsdiq etmir, o ifadəni müstəntiqin təsiri altında vermiş, hal-hazırda məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin müstəntiqi X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onların barəsində ibtidai araşdırmanı o keçirmişdir. Bu şəxslərin barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən təkrar istintaqa göndərilmişdir. Ondan əvvəlki ibtidai araşdırmanı həmkarı Emin Musayev aparmışdır. Bildirmək istəyir ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olduğu üçün qanuni nümayəndəsi olan anasının iştirakı ilə dindirilmiş və cinayət işinin materiallarında olan ifadə protokolunda onun verdiyi ifadəsi olduğu kimi öz əksini tapmışdır. Həmin ifadəsində anasının iştirakı ilə Rəvan göstərmişdir ki, təqsirləndirilən şəxslər ona qarşı quldurluq törətmiş, Təqsirləndirilən şəxs1 şalvarının arxa cibindən ağ rəngli tutacağı olan kiçik ölçülü bıçağı çıxarıb onu bıçaqla vuracağını demişdir. Hətta Rəvan həmin bıçağın adını «Akula » adlandırıldığını da demişdir. Bu xüsusatlar onu göstərir ki, Rəvana qarşı bıçaq tətbiq edilmişdir. Həmçinin Rəvan ifadəsində göstərmişdir ki, telefonu ondan Kamran zorla almış, Nihad isə cibindən pul qabını çıxarıb götürmüşdür. Rəvanın məhkəmədə ifadəsini qismən dəyişməsini əsassız hesab edir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 bacısı Şahid1 özü ifadə vermək istədiyini bildirmiş və ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1 və qardaşı ilə birlikdə cinayət hadisəsində iştirak etmiş Təqsirləndirilən şəxs3 tutulduqdan sonra hadisə zamanı zərərçəkmiş şəxsə məxsus olan “Samsung” markalı mobil telefonun yerini müəyyənləşdirmək üçün qardaşı Kamranın şəklini özünə məxsus olan “Samsung A10S” markalı mobil telefonda istifadə etdiyi, Whatsapp sosial şəbəkəsindən qeydiyyatdan keçdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Whatsappına yazmış və ona özünü Kamran kimi təqdim edərək onunla bir müddət söhbət etdikdən sonra qardaşı Kamranla birlikdə ələ keçirdikləri mobil telefon barədə maraqlanmış, Sadiq telefonun bacısı gildə olduğunu demiş, telefonun markasının da “Samsung A52” olduğunu yazaraq bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə yazışmaqda məqsədi qardaşı Kamranın mobil telefonu ələ keçirmədiyini sübut etmək olmuşdur. Şahid1 məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyil. O, Güləri idarəyə çağırmamış, ondan telefonu almamış və həmin telefondan istifadə etməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Bahadır oğlu və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə Zərərçəkmiş şəxs ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələrində «Elmar» marketdən yaşadığı evə gələn zaman «Yubiley» kafesi ilə üzbəüz ara məhəllədə 3 nəfər şəxs ona yaxınlaşıb Rza adlı şəxslə dalaşdığını ona bildirib, onlardan biri kəllə ilə ağız nahiyyəstindən vurub, digəri üzərində olan “Samsung Galaxy A52” markalı telefonunu və pul kisəsini götürüb qaçmışlar. O onu vuran şəxsin arxası ilə qaçdıqda sonuncu pul kisəsini geri qaytarmışdır. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müıəyyən olunur ki, hadisə yeri ünvan 1 ünvanının qarşısında baş vermişdir. Baxışda Zərərçəkmiş şəxs və onun anası Qanuni nümayəndə1 iştirak etmişlər. X14 iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 23 radələrində satıcı işlədiyi «Elmar» marketdən çıxıb evlərinə gedən zaman bir nəfər tanımadığı şəxs arxadan onu səsləmiş, harada yaşadığını soruşmuş, sonra küçənin qaranlıq hissəsinə aparmışdır. Həmin yerdə iki nəfər şəxs də olmuşdur. Həmin şəxslərdən biri sinif yoldaşı Rza ilə niyə dalaşdığını soruşaraq başı ilə onun üz nahiyyəsinə zərbə endirmiş, onlardan biri onun üzərinə bıçaq çıxararaq telefonunu verməyi tələb etmiş, sağ tərəfdə dayanmış şəxs telefonunu, ona zərbə vuran şəxs isə pul qabını götürmüşdür. Bıçaq çıxaran şəxs yol istiqamətinə, digər şəxslər isə küçənin içəri hissəsinə qaçmışlar. O, iki nəfərin qaçdığı istiqamətə onların arxasnca qaçmış, pul qabını götürən şəxs onu ona qaytarmışdır. O, hadisə barədə DİN-nin 102 Məlumat xidtəminə zəng edərək məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə1 ibtidai istintaq orqanına təqdim etidiyi xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs onun oğludur, oğlu xx.xx.2004-cü il təvəllüdlüdür. xx.xx.2021-ci il il tarixdə bir qrup şəxs ona qarşı zor tətbiq edərək onun mobil telefonunu və pul kisəsini ələ keçirmişdir. Xahiş edir ki, oğlunun qanuni nümayəndəsi qismində tanınsın. İbtidai araşdırma orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nüayəndəsi qismində tanınmış və onun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs hadisə zamanı bir şəxs tərəfindən qaranlıq bir yerə çəkildiyni, daha iki şəxs isə sağ və sol tərəfində dayandığını, sağ tərəfdə olan şəxs onun üzərinə bıçaq çıxarmış, hər üçü ona zərbələr yetirmiş, cibindən telefon və pul qabını zorla çıxarıb qaçmalarını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 12 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, ifadənin yerində yoxlanılması müdafiəçinin iştirakı ilə keçirilmiş və hadisə ünvan 1 ünvanının qarşısında baş vermişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Nihad və Sadiqi 2 ay əvvəl tanımış, 09 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Nihad və Sadiqlə Bakı şəhəri, Binəqədi rayonu DSK yolu adlanan yerdə yerləşən “Yubiley” adlı kafedə görüşmüş, kafedə oturaraq çay içmiş, Sadiq iki bakal pivə içmişdir. Sadiq kafedə olarkən bildirdi ki, bir nəfərin ona borcu var, həmin pulu ondan almaq lazımdır. Kafedən çıxıb 300 metr getdikdən sonra Sadiq bir nəfəri göstərərək həmin şəxsin ona borcu olan şəxs olduğunu bildirdi. O, onların araxsı ilə hərəkət edirdi, Nahid həmin şəxsi çağıraraq onunla birlikdə orada olan döngəyə getmiş, o da onların arxasınca getmişdir. Nihad həmin şəxsə dedi ki, «Rzaya olan borcunu niyə vermirsən?» O da Rza adlı şəxsi tanımadığını bildirdi. Nihad həmin şəxsə «telefonunu ver əlaqə saxlayaq» dedi, o isə təkidlə Rzanı tanımadığını bildirdikdə Nihad həmin şəxsin üz nahiyyəsinə baş zərbəsi, o isə sol yumruğu və başı ilə həmin şəxsin sol çiyin və baş nahiyyələrinə zərbə endirmişdir. Sadiq də həmin şəxsə bir neçə zərbə endirmişdir. Sonra Sadiq həmin şəxsin əlində olan mobil telefonu dartıb əlindən almış, Nihad isə pul qabını götürmüşdür. Onlar qaçaraq həmin yerdən uzaqlaşmışlar. Məhkəmədə elan edilib araşdırılmış «şəxsin tanunmaya təqdim edilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, zərəçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslər arasından təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tanıyaraq onun xx.xx.2021-ci il tarixdə üzərinə bıçaq çıxararaq digər şəxslərin ondan pul qabını və telefonunu götürməsinə köməklik etməsini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuş, qanuni nümayəndəsi qismində atası Qanuni nümayəndə2 tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə2 qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli şəxs qismində xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrindən müəyyən olunur ki, o məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhriki ilə quldurluq əməlini törətmiş, zərərçəkmiş şəxsdən o telefonu istəmiş, onun üz nahiyyəsindən baş zərbələri endirmiş, sonra Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi özünə tərəf çəkərək kəllə ilə üz nahiyyəsinə zərbə endirmiş, Sadiq isə zərərçəkmiş şəxsin cibindən pul kisəsini çıxarmış, sonra Sadiq zərərçəkmiş şəxsin cibindən telefonu çıxara bilmədiyi üçün Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bıçağı çıxarsın, telefonu vermir, Kamran da belinə asdığı kiçik ölçülü çantanın içərisində olan el arasında «akula bıçağı» adlanan bıçağı çıxartdı. Bundan sonra Sadiq zorla mobil telefonu dartıb aldı və üçüdə qaçmağa başladı, bu zaman Kamran pul qabını ona ötürdü, zərərçəkmiş şəxsin onun arxasınca qaçdığı üçün pul kisəsini ona qaytardı. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin «həbsdə saxlama müddətinin uzadılmasına dair» xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsdən azad edilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin ***-**** saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 ev dustaqlığı qətimkan tədbirində olduğu zaman X6 bədən xəsarəti yerirdiyindən onun barəsində təhqiqat araşdırılması aparılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qəimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiəçinin vəsatətinə əsasən ev dustaqlığı qəimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsin tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, zərəçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslər arasından təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 tanıyaraq onun xx.xx.2021-ci il tarixdə onu qaranlıq küçəyə çağırıb orada onun üz nahiyyəsinə başı ilə zərbə vurub pul qabını götürdüyünü göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bahadır oğlunun barəsində axtarış elan edilmiş və o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Bahadır oğlunun barəsində 03 (üç) ay 23 (iyirmi üç) gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şəxsin tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, zərəçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslər arasından təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Bahadır oğlunu tanıyaraq onun xx.xx.2021-ci il tarixdə digərlri ilə birlikdə ona basqın edərək mobil telefonunu götürdüyünü göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, zərərçəkmişin qanuni nümayəndəsinin iştirakı ilə keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ona qarşı olan quldurluqda iştirak etdiyini, hər üçünün ondan cibində nə varsa və telefonu verməsini tələb etdiyini, onu döydüklərini, o telefonu verməkdən imtina etdikdə Sadiq Kamrana bıçağı çıxarmasını dediyini, Kamran bıçağı şalvarının arxa cibindən ağ rəngli, tutacağı ağ olan kiçik ölçülü bıçağı çıxararaq onu vuracağı ilə hədələdiyini, başı ilə onun ağız nahiyyəsinə kəllə atdığını, digər iki nəfərin də onu vurduqlarını, onların ondan zorla pul kisəsi və telefonu aldıqlarını göstərmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzünə qarşı söylədiklərini tam təsdiq etmiş, Təqsirləndirilən şəxs1 bıçaq tətbiq etməklə Rəvanı döydüklərini, o isə Rəvandan telefonu almış və oradan uzaqlaşaraq qaçdıığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1442 saylı rəyindən müəyyən olunuri ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər- üst dodağın və sol bazunun qançırları ilə nəticələn, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlərdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan həraitdə, yəni xx.xx.2021ci il tarixdə yumruq və kəllə ilə yetirilən zərbələr nəticəsində əmələ gələ bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3675 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3676 saylı rəyindən müıyyən olunur ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 32267 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanlarının normaya uyğun olması, həmçinin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks amblator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2266 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradisferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi-müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks amblator məhkəmə-psixtarik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2829 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bahadır oğlu hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 Bahadır oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 Bahadır oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 Bahadır oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-oi maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 Bahadır oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2850 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Nitqi aydın, mühakimələri məntiqlidir. Təfəkkürünün tənqidliyi, analizetmə və proqnozlaşdırma kimi keyfiyyətlərində normadan kənaraçıxma halları müəyyən edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ünsiyyətçil, emosional, tənqidə qarşı həssas, hövsələsiz şəxsdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ona qarşı hüquqa zidd hərəkətlər edilməsində təzahür etməmişdir. Zərərçəkmiş şəxs yaş və intellektual inkişaf xüsusiyyətlərinə görə onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi-emosional sferasında həyəcan, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış şahid X5 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs2 Bahadır oğluna məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarxdə hadisə zamanı ələ keçirilmiş “Samsung Galaxy A52” markalı **********20463 imei kodlu mobil telefon xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 2 də yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən «VİP Telekom» adlı telefon mağazasına Təqsirləndirilən şəxs2 Bahadır oğlu tərəfindən 200 manata satılmışdır. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs2 Bahadır oğlu aralarında olan wotsap yazışmalarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarxdə “Samsung Galaxy A52” markalı **********20463 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs2 Bahadır oğlunda olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, telefon qutusu, pul kisəsi saxlanılması üçün Zərərçəkmiş şəxs və qanuni nümayəndəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Bahadır oğlu və Təqsirləndirilən şəxs3 ona qarşı quldurluq hadisəsi törətmişlər. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilən sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263-1.1 və 264-cü maddələri ilə təqsirili bilinərək 02 il 03 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 7 saylı X10 Müəssisəsinin 17/47-522 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən bu cinayət əməli ehtiyatsızlıqdan törədilmiş əməl olmaqla Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmır və residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Həmçinin CM-nin 264-cü maddəsi cinayətlərin təsnifatına əsasən böyük ictimai təhlükə törətməyən əmələ aid olduğundan CM-nin 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər cinayətlərin residivi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 02 il 03 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və cəzasının çəkilməmiş 01 il 11 ay 16 gün cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilən sorğuya cavabdan müəyyən olunur ki, onlar əvəllər məhkum olunmamışlar. Məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş Bakı şəhəri Binəqədti rayon prokurorluğunun 1328-xid-22 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə edidilmiş «cinyət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bahadır oğlunun zorakılığa məruz qalmaları faktı öz təsdiqini tapmamış, materiallar üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai arpşdırma orqanına təqdim etdiyi xx.xx.2021ci il tarixli ərizəsindən müəyyən olunur ki, o təqsirləndirilən şəxslərlə barışmış, şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Bahadır oğlu və Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün olaraq tövsif etmişdir. Lakin Təqsirləndirilən şəxs2 Bahadır oğluna CM-nin 170.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 ilk dəfə hadisə günü olan xx.xx.2021-ci il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 tərəfindən kafeyə dəvət olunduğu vaxt tanımış, nə Təqsirləndirilən şəxs1, nə də ki, Nihad Təqsirləndirilən şəxs3 yaşını ona bildirməmiş, Nihad boy-buxunlu olduğu üçün onun artıq yetkinlik yaşına çatdığını zənn etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 ilk dəfə xx.xx.2021-ci il tarixdə saat təxminən 18 radələrində kafedə tanış etmiş, Nihadın yetkinlik yaşına çatmadığını bilsə də bu haqda Sadiqə məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə ilk dəfə xx.xx.2021-ci il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 vasitəsi ilə kafedə tanış olmuş, Sadiqə yetkinlik yaşına çatmaması barədə heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs kafenin qarşısından keçdiyini gördükdə onu tanıdığını və onunla söhbəti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə təqsirli olmalarına dair məhkəmənin gəldiyi bu nəticə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadələr, üzləşdrimə zamanı təqsirləndirilən şəxslərin üzlərinə qarşı verdiyi ifadələr, hadisə yerinə baxış zamanı verdiyi ifadəsi, tanınmaya dair protokollardakı hər üç təqsirləndirilən şəxsi tanıması və hər birinin rolu və iştirakı barədə izahı, məhkəmə-tibbi ekspertiza rəyi, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı müdafiəçilərin, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3, həmçinin qanuni nümayəndəsinin iştirak ilə verdikləri ifadələri, bir-biri ilə üzləşdirmə zamanı verdikləri ifadələri ilə, ifadələrinin yerində yoxlanılması zamanı verdikləri ifadələri, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş telefon vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan telefonla yazışmalarla da hər üç təqsirləndirilən şəxsin quldurluq əməli törətmələri tam sübuta yetirildiyi qənaətinə gəlir, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini həqiqətə uyğun olmayan, işin halları ilə təkzib olunan ifadələr kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı bıçaq tətbiq edilməməsi, pul qabını götürməmələrinə dair ifadələrinə məhkəmə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxslərin tanunmaya təqdim edilməsi haqqında protokollardan Təqsirləndirilən şəxs3 onun üz nahiyyəsinə başı ilə zərbə vurub pul qabını, Təqsirləndirilən şəxs2 üzərinə basqın edərək telefonunu aldığını, Təqsirləndirilən şəxs1 üzərinə bıçaq çıxarması, başı və əli ilə onu vurmasını müəyyən edilir. Binəqədi RPİ-nin müstəntiqi X4 məhkəməyə verdiyi ifadəsindən müəyyən olunur ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən ifadəsində ona qarşı tətbiq edilən bıçağın «Akula» adlandırıldığını, Təqsirləndirilən şəxs1 şalvarının arxa cibindən ağ rəngli tutacağı olan kiçik ölçülü bıçağı çıxarıb onu bıçaqla vuracağına dair ifadə vermişdir. Məhkəmə sübutların məcmusuna əsaslanaraq Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir, onun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşmaqla həqiqətə qismən uyğun olan ifadə kimi qiymətləndirir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin Qanun 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmçinin həmin Qanun 7-ci bəndinə əsasən Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının Qanun 7-ci bəndinə əsasən quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 vədlər vermə vasitəsi ilə ağır cinayətin törədilməsinə cəlb etməklə, silah qismində istifadə edilən əşya tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əmlakı ələ keçirməklə quldurluq etməsi tam sübuta yetirilmişdir. Belə ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, yetkinlik yaşın çatmayan Təqsirləndirilən şəxs3 hadisə zamanı yetkinlik yaşına çatmaması onu cinayət əməlin törədilməsinə təhrik edən Təqsirləndirilən şəxs1 aydın olmuş, onların cinayət hadisəsindən əvvəl ünsiyyətdə olmaqla biri-birlərini tanıdıqları, hadisə günü isə bir yerdə olmaqla Təqsirləndirilən şəxs3 məhz Təqsirləndirilən şəxs1 tərəfindən sövq edilməsi tam sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə cəza təyin edilməlidir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş əmələ görə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 ittihamından isə sübuta yetirilmədiyinə görə CM-nin 170.3-cü maddəsi xaric edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilmələri cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışmasını və onlara qarşı şikayət və tələbinin olmamasını onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 oğu və Təqsirləndirilən şəxs2 Bahadır oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 60-cı maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 2-ci bəndində əsasən Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2005-ci ildə Xızı rayonunda doğulmuş, cinayət əməlini törətdiyi 09 sentyabr 2021-ci il tarixə yetkinlik yaşına çatmamış, hal-hazırda da yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 elə cəza təyin edilməlidir ki, həmin cəza onun təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və təqsirləndirilən şəxsin yaş həddi nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən, islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bahadır oğlunun törətdiyi cinayət əməllərinin ağırlıq dərəcəsini nəzərə alaraq, onların islah olunmasının yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkün olduğu qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslərin törətdikləri əməlləri Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Bahadır oğlu və Təqsirləndirilən şəxs1 cəzalarını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onların cəzaçəkmə müddətinin əvvəli isə faktiki saxlanıldıqları andan hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Telefon qutusu, pul kisəsi saxlanılması üçün Zərərçəkmiş şəxs və qanuni nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Bahadır oğlu və Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmədə məhkəmə qərarına əsasən təyinatla «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 üçün 540 AZE (beş yüz qırx manat) pul «Verdiktum» Vəkil Bürosunun nəfinə, Müdafiəçi2 üçün 540 AZE (beş yüz qırx manat) pul «Kredo» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş əsas və əlavə cəzanın çəkilməmiş, 02 il 03 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və əsas cəzanın çəkilməmiş 01 il 11 ay 16 günü Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən əsas cəza hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli 12 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Bahadır oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Bahadır oğlunun ittihamından Azərbaycan Respublikası CM-nin 170.3cü maddəsi xaric edilsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs3 üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində “ev dustaqlığı»” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri seçilməklə bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun faktiki yaşayış yeri üzrə Bakı şəhər Probosiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübut qismində tanınmış telefon qutusu, pul kisəsinin Zərərçəkmiş şəxs və qanuni nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Göstərdikləri hüquqi yardıma görə müdafiəçilər - Müdafiəçi1 üçün 540 AZE (beş yüz qırx manat) pul «Verdiktum» Vəkil Bürosunun, Müdafiəçi2 üçün 540 AZE (beş yüz qırx manat) pul «Kredo» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bahadır oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.