Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-999/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X26 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 30 avqust 1965-ci il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunun Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-584/2023 saylı, 10 avqust 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(004)-756/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metallik civə zəhərli maddəsini əldə etmə, saxlama, göndərmə, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək satışını həyata keçirmək barədə 07 avqust 2023-cü il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı X18 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü X35 Federasiyasında istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq 50,265 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metallik civə zəhərli maddəsini əldə etmiş, 1 ədəd şüşə flakonda olan həmin maddənin malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək içərisində bal olan 1 ədəd plastik qabın içinə, plastik qabı isə 1 ədəd karton qutuya yerləşdirib saxlamış, cinayətin törədilməsindən xəbəri olmayan Rusiya Federasiyası vətəndaşı Elshan Aliev vasitəsilə sonuncuya məxsus “Hyundai Starex“ markalı, T480BY71 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində “Professor Gül“ gəmi-bərəsi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına göndərilərək daşınmasını təmin edib əvvəlcədən qeyd edilən maddəni təsvir edilən şəkildə gizlədərək Elshan Aliev vasitəsilə Azərbaycan Respublikasına göndərməsi barədə onu məlumatlandırmış, bununla da o, Vüqar Hacıyev və cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə aralarında olan razılaşmaya əsasən ümumi cinayətkar niyyətə uyğun olaraq həmin maddəni Elshan Aliev vasitəsilə 07 avqust 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə, saat 23 radələrində göstərilən gömrük postunda nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən zəhərli maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, bundan sonra metallik civə zəhərli maddəsinin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 08 avqust 2023-cü il tarixdə, saat 13 radələrində həmin zəhərli maddəni satışını həyata keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Su doldurma” məntəqəsinin yaxınlığında əldə edərkən saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci və 206.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunun Şahsevən kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Hadisədən 3-4 gün əvvəl həmkəndlisi, həmin vaxt Rusiya Federasiyasında yaşayan Vüqar Hacıyev ona zəng edərək Kürdəmir rayonunun Şahsevən kəndində yaşayan ailə üzvlərinə bal göndərmək istədiyini bildirmiş, onun Bakı şəhərinə həkim müayinəsindən keçmək üçün gedəcəyini bildiyini deyərək, özünün tanışı olan “Elşən” adlı şəxslə görüşüb göndərəcəyi balı Kürdəmir rayonunun Şahsevən kəndində yaşayan ailə üzvlərinə çatdırmasını xahiş etmişdir. Bundan sonra o, Bakı şəhərinə həkim müayinəsindən keçmək üçün gəlmiş, burada həmkəndlisi Vüqarın ona nömrəsini vermiş olduğu “Elşən” adlı şəxsə zəng etsə də, həmin nömrəyə əvvəlcə zəng çatmamış, təxminən bir saat sonra sonuncu özü ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Su doldurma” məntəqəsinin yaxınlığında olduğunu bildirmişdir. O, göstərilən ünvana getmiş, “Elşən” adlı şəxsə yaxınlaşarkən polis əməkdaşları onu tutaraq idarəyə aparmışlar. İdarədə olarkən Vüqarın göndərdiyi, plastik qablarda olan bal qarşısına qoyulmuş, vəkilin iştirakı olmadan ifadəsi alınmışdır. Eynəkləri üzərində olmadığı üçün ifadəsini oxumadan imzalamışdır. O, Vüqar Hacıyevin ona göndərdiyi balın içərisində civə olmasından xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.2.1-ci və 206.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elshan Aliev (Şahid1) ifadəsində göstərmişdir ki, 2004-cü ildən etibarən Rusiya Federasiya vətəndaşlığını qəbui etmişdir. Həmin tarixdən etibarən Rusiya Federasiyası, Tula şəhəri, Lenin prospekti, ev 147, Korpus 1, mənzil 28 ünvanında qeydiyyatdadır, əsasən həmin ünvanda olmaqla, ünvan 3nda yaşayır. 2017-ci ildən etibarən özünə məxsus olan “Hyundai Starex” markalı “T480BY71” dövlət nömrə nişanlı avtomobil ilə müxtəlif şəhərlərə sərnişin daşıyır. Bəzən öz avtomobili ilə Azərbaycana da gəlib getmişdir. Bu zaman ödəniş qarşılığında ayrı-ayrı şəxslərə məxsus yükləri də Azərbaycana gətirmişdir. “Koronavirus” pandemıyasma görə quru sərhədlər bağlanandan sonra təxminən ayda bir dəfə avtomobili ilə Rusiya Federasiyasının Tula şəhərindən Qazaxıstan Respublikasının Aktau şəhərinə gəlib, avtomobilini Aktaudan gəmi-bərə ilə Azərbaycana göndərir, özü isə Aktau Bakı aviareysİ ilə Bakı şəhərinə gəlib gəmi-bərədən avtomobilini təhvil alır, ardınca Azərbaycan Respublikasında olan Rusiya vətəndaşlarını quru sərhəddi ilə Rusiya Federasiyasına aparır. 01 avqust 2023-cü il tarixdə Rusiya Federasiyasının Tula şəhərində olarkən tanımadığı bir şəxs ona zəng edərək ondan Bakı şəhərinə xəstə üçün bal aparmasını xahiş etmişdir. O, özü 1 balon bal apardığına görə həmin balı aparmaqdan imtina etmişdir. Bir gün sonra, yəni 02 avqust 2023-cü il tarixdə həmin adam yenidən ona zəng edərək bir daha həmin xahişini təkrarlamışdır. O, həmin şəxsin çoxsaylı xahişini nəzərə alaraq bu dəfə imtina etməmiş və balı gətirməyə razılıq vermişdir. Həmin gün günorta saatlarında o, Rusiya Federasiyasının Tula şəhərində olan avtoyumalardan birində olarkən həmin şəxs ora gəlmiş, 1 ədəd karton qutunu ona verib içərisində bal olduğunu bildirmişdir. O, karton qutunu açmadan onu həmin şəxsdən götürmüşdür. Qutunun üzərinə “***-***-**-** Madər” yazısı olan kağız parça yapışdırılmış vəziyyətdə olmuşdur və qutunu verən şəxs Bakıya çatdıqda qutunu həmin nömrə ilə əlaqə saxlayıb adı yazılan şəxsə verməli olduğunu bildirmişdir. O, qutunu götürüb “Hyundai Starex” markalı “T480BY71” dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuş və 05 avqust 2023-cü il tarixində yaxın olduğu üçün Rusiyadan Qazaxıstana keçərək avtomobilini Qazaxıstanın Aktau şəhərində dəniz limanında gəmi ilə Azərbaycana yola salmış, özü isə 06 avqust 2023-cü il tarixində Aktau- Bakı aviareysi ilə Azərbaycana gəlmişdir. 07 avqust 2023-cü il tarixində ***-***-**-** saylı telefon nömrəsindən ona zəng gəlmiş, zəngə cavab verdikdə qarşı tərəf ondan balın gəlibgəlmədiyini soruşmuş, o, isə avtomobilin gəlmədiyini bildirmişdir. 07 avqust 2023-cü il tarixində avtomobili “Beynəlxalq Dəniz Ticarət Limanı”na çatdığı üçün o, həmin tarixdə saat 22 radələrində ora getmişdir. Orada gömrük əməkdaşları ondan gətirdiyi əşyalar barədə şifahi sorğu-sual aparmışlar, o da yüklər, o cümlədən gətirdiyi ballar barədə gömrük əməkdaşlarına məlumat vermişdir. Bundan sonra 1 ədəd karton qutuya videoçəkilişdən istifadə edilərək baxış keçirilmiş, baxış zamanı karton qutu açılmış və həmin qutunun içində 3 ədəd içərilərində bal olan plastik qablar olduğu məlum olmuşdur. Yoxlama zamanı plastik qablardan birinin içərisində balın içinə yerləşdirilmiş və içərisində naməlum maye şəkilli rnaddə olan bir ədəd şüşə qab aşkar olunmuşdur. Gömrük əməkdaşları aşkar olunan predmeti götürmüşlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olaraq onu imzalamışdır. Bu predmetlər tanımadığı şəxsə məxsus olmuşdur, onu əvvəllər görməmişdir, həmin şəxs ona qeyd edilən həmin predmetləri Bakıya çatdırmağını xahiş etmişdir. O, düşünür ki, Tulada yaşayan azərbaycanlılar onun ayda təxminən 1 dəfə Azərbaycana gedib-gəldiyini bildiyindən həmin şəxs onlardan onun Bakı şəhərinə gedəcəyini öyrənmişdir. Onun balın içərisində hər hansı bir maddə gizlədilməsindən xəbəri olmamışdır. Qutunu ona verən şəxs onun içərisində bal olduğunu və xəstə adam üçün göndərdiyini söylədiyindən onun içərisinə baxmamışdır. Bal xəstə adam üçün göndərildiyindən onu Bakı şəhərinə gətirmək müqabilində hər hansı məbləğdə pul almamışdır. Qutunu ondan alan Madər adlı şəxsi əvvəllər tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda rentgen qurğusu vasitəsilə ölkə ərazisində gələn yük və nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirmişdir. Həmin tarixdə xidməti vəzifələrini icra edərkən saat 23 radələrində Rusiya Federasiyası vətəndaşı Elshan Alievə məxsus olmaqla, Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına "Professor Gül“ gəmi-bərəsi ilə gətirilmiş “Hyundai Starex“ markalı, T480BY71 qeydiyyat nişanlı nəqliyyat vasitəsi gömrük postuna daxil olmuş və o, rentgen qurğusu vasitəsilə həmin avtomobilə baxış keçirdikdə yük yerində olan 1 ədəd karton qutunun içərisində şübhəli təsvirlər müşahidə etmişdir. Bundan sonra o, videoçəkilişdən istifadə etməklə gömrük əməkdaşı Şahid3 və nəqliyyat vasitəsinin sahibi Elshan Alievin iştirakı ilə karton qutuya ətraflı baxış keçirmişdir. Baxış zamanı karton qutu açılmış, bu zaman onun içində 3 ədəd, içərilərində bal olan plastik qablar olduğu məlum olmuşdur. Bunun ardınca həmin qabların içərilərini yoxlamış və onlardan birinin içərisindən halın içinə yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, içərisində naməlum maye şəkilli maddə olan bir ədəd şüşə qab aşkar olunmuşdur. Bundan sonra həmin predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüş, ardınca bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən İmzalanmışdır. Yoxlama zamanı aparılmış şifahi sorğu-sual zamanı Elshan Aliev 06 avqust 2023-cü il tarixində Aktau-Bakı aviareysi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gəldiyini, qeyd edilən nəqliyyat vasitəsini 05 avqust 2023-cü il tarixdə gəmi ilə Aktaudan Bakı şəhərinə yola saldığını, karton qutunun ona Rusiya Federasiyasının Tula şəhərində Azərbaycana çatdırrnası üçün tanımadığı şəxs tərəfindən verildiyini və həmin qutunun içərisindən aşkar olunan maddədən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Rusiya Federasiyası vətəndaşı Elshan Alievə məxsus olmaqla, Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına “Professor Gül“ gəmi-bərəsi ilə gətirilmiş “Hyundai Starex” markalı, T480BY71 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində olan karton qutuya yerləşdirilmiş, içərisində bal olan 1 plastik qabın içindəki 1 şüşə flakonda gömrük nəzarətindən gizlədilmiş civə zəhərli maddəsinin aşkar edilməsindən sonra X31-İstintaq Baş İdarəsinə ünvanladığı 08 avqust 2023-cü il tarixli ərizəsində civənin göndərildiyi, ***- ***-**-** saylı mobil nömrənin istifadəçisi “Madər” adlı şəxsin ifşa edilməsinə kömək etmək istədiyini bildirərək bunun üçün zəruri tədbirlər görülməsini və həmin tədbirlərin aparılmasında iştirakının təmin edilməsini xahiş etdiyindən, belə iştiraka etiraz etmədiyini qeyd etdiyindən “Madər” adlı şəxsin müəyyən edilərək saxlanılması üçün zəruri əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədilə 08 avqust 2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərarla onun rəhbərliyi altında gömrük əməkdaşları Şahid5, Şahid6, Şahid7 və Şahid8 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Elshan Aliev civə zəhərli maddəsini ***-***-**-** saylı mobil nömrədən istifadə edən “Madər” adlı şəxsə çatdırmalı olduğunu bildirdiyindən həmin şəxsin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində 08 avqust 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirində istifadə edilməsi məqsədilə aşkar edilmiş civə zəhərli maddəsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin möhürü ilə möhürlənərək qablaşdırıldığı bağlamada, bağlamanın tamlığının pozulmaması təmin edilməklə aşkar edildiyi 1 ədəd karton qutunun içərisinə yerləşdirilmiş və həmin tarixdə əməliyyat qrupunun nəzarəii altında Elshan Alievlə “Madər” şəxsin 30 avqust 1965-ci il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuş, ardınca Təqsirləndirilən şəxs, hal şahidlərinin və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə içərisində yuxarıda göstərilmiş şəkildə qablaşdırılmış civə zəhərli maddəsinin yerləşdirildiyi 1 ədəd qutuya baxış keçirilmişdir. Baxış zamanı qutunun içərisindən civə zəhərli maddəsinin qablaşdırıldığı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin möhürü ilə möhürlənmiş bağlama aşkar edilmiş və həmin bağlamanın tamlığının pozulmadığı müəyyən edilmişdir. Yekunda bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 və X1 Seymur Mehdiqulu oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə Yasamal rayonunda piyada gəzərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq gömrük əməkdaşı olduğunu bildirmiş və ardınca bir predmetə baxış keçirmək istədiklərini söyləyib ondan həmin baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmiş, o, gömrük əməkdaşı ilə razılaşdıqdan sonra sonuncu onu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişdir. O, həmin Baş İdarənin inzibati binasına daxil olduqdan sonra həmin gömrük əməkdaşı hüquq və vəzifələrini izah edərək digər gömrük əməkdaşlarının, eləcə də əvvəllər tanımadığı digər hal şahidinin, Təqsirləndirilən şəxs və Elshan Alievin iştirakı ilə bir ədəd karton qutuya baxış keçirməyə başlamışdır. Baxış zamanı karton qutunun içərisindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin möhürü ilə möhürlənmiş 1 ədəd bağlama aşkar edilmiş, bağlamanın tamlığı pozulmamışdır. Bundan sonra baxış başa çatdırılmış və o, digər iştirakçılarla birgə baxışa dair tərtib edilmiş protokolla tanış olaraq onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 3 il əvvəl “Ləhic bağları” adlanan ərazidə dəqiqə xatırlamadığı ünvanda fəhlə kimi işləyərkən orada usta işiəyən Madərlə tanış olmuşdur, həmin tanışlıq vaxtı o, iş üçün fəhlə lazım olduqda onu çağırmaq istədiyini bildirmiş və ondan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni götürmüşdür, həmin tanışlıq zamanı o, Madərə adı ilə deyil, yaşına görə “Dayı” kimi səslənmişdir, bundan əlavə uşaqlıqdan hamı onu “Yusif” adlandırdığından Madərə adının "Yusif” olduğunu söyləmişdir. Aralarında olan bu danışıqdan sonra Madərlə hər hansı əlaqəsi olmamışdır. Təxminən 8-9 ay əvvəl, yəni 2022-ci ilin sonları 2023-cü ilin əvvəlləri istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş, zəngə cavab verdikdə həmin şəxsin Madər olduğunu bilmiş, aralarında olan telefon danışığı zamanı Madər Bakı şəhərində olduğunu, iş axtardığını, onunla görüşmək istədiyini bildirmiş, o da cavab olaraq yaşadığı Bilgəh qəsəbəsinə gəlməsini, iş tapmaqda kömək edə biləcəyini söyləmişdir. Bundan sonra ya həmin gün, ya da səhəri gün Madər Bilgəh qəsəbəsinə gəlmiş və onlar yaşadığı evin yaxınlığında görüşmüşlər, görüş zamanı Madərə tanışına hasar tikmək üçün usta lazım olduğunu demiş və Madərə həmin işi təklif etmiş, Madər də onunla razılaşmış, bundan sonra Madər cibindən dərman ampulalarının ölçüsündə bir ampul çıxardaraq onun içərisindəki az miqdarda maye şəkilli maddənin civə olduğunu, ona satmaq istədiyini, civənin satışından yaxşı gəlir əldə edildiyini bildirmiş və onun talış olduğunu bildiyindən talışların civə satışı ilə məşğul olduğunu bildirib ondan civə satmaq üçün müştəri tapa bilib-bilməyəcəyini soruşmuş, O, cavab olaraq civə alğı-satqısı ilə məşğul olmadığını, konkret elə tanışının olmadığını bildirmiş, bunun ardınca Madər təkidlə talışların bu işlə məşğul olduğunu söyləyib müştəri tapmağını xahiş etmiş, o, Madərin çox təkid etdiyini gördüyündən ondan əl çəkərək artıq israr etməməsi üçün yalanda ona bu barədə maraqlanacağını demiş, lakin Madərdən civəni götürməmiş, ardınca sağollaşmışlar və Madər çıxıb getmişdir. Bundan sonra xatırlamadığı tarixlərdə bir neçə dəfə Madər ona yenə zəng edərək civə satmaq üçün müştəri tapıb-tapmadığını soruşmuş, o isə hər dəfə ondan əl çəkməsi, sovuşması üçün yalandan maraqlandığını demişdir. Bundan sonra 8 avqust 2023-cü il tarixdə Madər ona zəng edərək civə satmaq istədiyini bildirib ondan özünün ala bilib-bilməyəcəyini, yaxud alacaq tanışının olub-olmadığını soruşmuş, o, ilkin olaraq Madər belə işlə məşğul olmaq istəmədiyini bildirsə də, Madər yenidən israrla ondan bu barədə xahiş etməyə başlamış, bu zaman yalandan ondan əl çəkməsi, sovuşması üçün Madərə yalandan müştəri tapmağa çalışacağını, bu barədə maraqlanacağını bildirmiş, həmin gün Madər ona bir neçə dəfə zəng edərək eyni məzmunda danışıq aparmış, o da Madərə eyni məzmunda cavablar vermişdir. Bundan sonra Madərlə aralarında hər hansı danışıq olmamışdır. O, Madərdən civə almamış, ümumiyyətlə, heç vaxt belə malların alğı-satqısı ilə məşğul olmamış, bir neçə dəfə ondan əl çəkməsi, israr etməməsi üçün yalandan Madərə müştəri tapmaq üçün maraqlanacağını söyləmiş, Təqsirləndirilən şəxs tərəfindən yol verilmiş əməlin törədilməsin hər hansı formada iştirak etməmişdir. X13 və Elshan Alievi tanımır. Təqsirləndirilən şəxsla Rusiya Federsiyasında yaşayan hər hansı şəxs vasitəsilə deyil, “Ləhic bağları” adlanan ərazidə tikinti işləri apararkən tanış olmuşdur. Təqsirləndirilən şəxs ampulada ona göstərdiyi civəni haradan əldə etməsini bilmir, Təqsirləndirilən şəxs civəni Rusiyadan gətizdirdiyini söyləmişdir, lakin konkret olaraq hansı üsulla, kimlərin vasitəsilə gətizdirməyini, onun miqdarını, həmin maddəni nə etməsini bilmir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X16 arasında üzləşdirmə aparmaq haqqında hər biri istintaq orqanına verdiyi öz ifadəsi təsdiq edərək ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demişdir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, 07 avqust 2023-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşı Elshan Alievə məxsus olmaqla, “Professor Gül” gəmi-bərəsi ilə ölkə ərazisinə gətirilən “Hyundai Starex” markalı, T480BY71 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerindəki karton qutuya yerləşdirilmiş, içərisində bal olan 3 plastik qabdan birinin içində gömrük nəzarətindən gizlədilmiş 1 şüşə flakonda naməlum maye şəkilli maddə aşkar edilmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli aktdan görünür ki, 08 avqust 2023cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki X5 və kimya laboratoriyasının Fərdi və kollektiv mühafizə vasitələrinin yoxlanılması bölməsi tərəfindən PA 915 cihazı vasitəsi ilə kiçik ölçülü şüşə qabda maddə yoxlanılmış və həmin maddənin metallik civə maddəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 3-16-16/1-6/4234 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd şüşə flakonda təmiz çəkisi 50,265 qram olan maddə civədir. Civə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına (2 nömrəli əlavə, sıra nömrə 30) daxildir. Tədqiqat zamanı civə zəhərli maddəsinin 0,100 qramı sərf edilmiş, qalıq çəki 50,165 qram təşkil etmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Elshan Alievə məxsus məxsus “İphone” markalı mobil telefona baxış zamanı ona məxsus +**********88 saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə, saat 18:36-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********91 saylı mobil nömrədən zəng daxil olmuşdur. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli “Şəxsin müəyyən edilməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Elshan Aliev civə zəhərii maddəsini ***-***- **-** saylı mobil nömrədən istifadə edən “Madər” adlı şəxsə çatdırmalı olduğunu bildirdiyindən həmin şəxsin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində 08 avqust 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirində istifadə edilməsi məqsədilə aşkar edilmiş civə zəhərli maddəsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin möhürü ilə möhürlənərək qablaşdırıldığı bağlamada, bağlamanın tamlığının pozulmaması təmin edilməklə aşkar edildiyi 1 ədəd karton qutunun içərisinə yerləşdirilmiş və həmin tarixdə əməliyyat qrupunun nəzarəti altında Elshan Alievlə “Madər” adlı şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “su doldurma” məntəqəsinin yaxınlığında görüş təyin edildi 08 avqust 2023-cü il tarixdə, saat 13 radələrində “Madər” adlı şəxsin təyin edilmiş yerdə, yəni Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “su doldurma” məntəqəsinin yaxınlığında gözlədiyi müəyyən edilmiş və o, içərisində yuxarıda göstərilmiş şəkildə qablaşdırılmış civə zəhərli maddəsi olan 1 ədəd qutunu Elshan Alievdən təhvil aldıqdan sonra əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini “Madər” adlı şəxsə təqdim etmişlər və o, araşdırma aparılması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, içərisində yuxarıda göstərilmiş şəkildə qablaşdırılmış civə zəhərli maddəsinin yerləşdirildiyi 1 ədəd qutuya baxış keçirildi. Baxış zamanı qutunun içərisindən civə zəhərli maddəsinin qablaşdırıldığı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin möhürü ilə möhürlənmiş bağlama aşkar edimiş və həmin bağlamanın tamlığının pozulmadığı müəyyən edilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü İl tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti olan civə zəhərli maddəsinin aşkar edildiyi bir ədəd qutu açıq-qəhvəyi rəngli karton materialdan hazırlanmışdır, qabın uzunluğu 33.8 sm, hündürlüyü 13 sm, eni 20.3 sm-dir, qutunun bütün səthi yapışqanlı lent (skoç) vasitəsilə örtülmüşdür. Baxış zamanı qutunun üzərində qutuya yapışqanlı lent vasitəsilə yapışdırılmış, üstündə Təqsirləndirilən şəxs adını və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni bildirən, göy rəngli mürəkkəblə əlyazma formasında icra edilmiş “***-***-**- ** Magəp” mətni yazılmış ağ rəngli, üzərində kvadrat şəkilli izlər olan, qeyri-müəyyən formalı kağız parçası aşkar edilmişdir. Həmin kağız parçası iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla kəsici vasitə ilə karton qutunun üzərində kəsilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş bu zaman qutunun içərisində 3 ədəd hər biri eyni ölçüdə və formada olmaqla, diametri 12 sm, hündürlüyü 11.8 sm təşkil edən, nisbətən şəffaf plastik qablar müəyyən edilmişdir. Qutunun içərisində sağ və sol tərəflərdə yerləşən qabların qapaqlarının üst hissəsinə göy rəngli markerlə “A” hərfi yazılmışdır, həmin yazılar qismən pozulmuş vəziyyətdədir, ortada yerləşən qabın qapağının üst hissəsində hər hansı hərf və ya işarə mövcud deyildir. Qabların üzərində markasını bildirən hər hansı qeyd mövcud deyildir, qabların səthi zədəsizdir. Qabların qapaqları açıldıqdan sonra onların hər birinin içərisində tünd rəngli maye şəklində bal aşkar edilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli, 3-33/3-1-035693/2023 nömrəli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində “Yusif” adlı şəxsin əslində 22 may 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı X16 olduğu, X10 isə 24 yanvar 2014-cü il tarixdə “Samur” sərhəd-nəzarət məntəqəsindən keçməklə Rusiya Federasiyası istiqamətində ölkə ərazisini tərk etdiyi və həmin tarixdən geri qayıtmadığı müəyyən edilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Rusiya Federasiyasında Elshan Alievə Təqsirləndirilən şəxs çatdırması üçün “bal” yükü verənin şəxsin X19 olub-olmamasının müəyyən edilməsi üçün sonuncunun fotoşəkli oxşar 3 nəfərin fotoşəkilləri ilə birgə tanıması üçün Elshan Alievə təqdim edilmiş, Elshan Aliev həmin fotoşəkillər arasında Vüqar Hacıyevin fotoşəkiini göstərərək Rusiya Federasiyasında ona “bal” yükü verənin həmin şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində adını çəkdiyi “Yusif” adlı şəxs olub-olmamasının müəyyən edilməsi üçün X7 fotoşəkli oxşar 3 nəfərin fotoşəkilləri ilə birgə tanıması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, Madər həmin fotoşəkillər arasında Rəsul Mirzəyevin fotoşəkiini göstərərək ifadəsində adını çəkdiyi “Yusif” adlı şəxsin həmin şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində adını çəkdiyi, ona civə zəhərli maddəsini göndərən X23 olub-olmamasının müəyyən edilməsi üçün X10 fotoşəkli oxşar 3 nəfərin fotoşəkilləri ilə birgə tanıması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, Madər həmin fotoşəkillər arasında Vüqar Hacıyevin fotoşəkiini göstərərək ifadəsində adını çəkdiyi, ona civə zəhərli maddəsini göndərən Vüqar Hacıyevin həmin şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli olmaqla, sensorludur, smartfondur, işlək vəziyyətdədir, üzərində ***-***-**-** və ***-***-**-**2 saylı 2 ədəd SİM-KART vardır, 1-ci İMEİ **********68799, 2-ci İMEİ isə **********68797-dir, telefonda 2.5 GB ölçülü 1 ədəd yaddaş kartı vardır. Telefonun “Adlar” bölməsində oxşar hərf kombinasiyalardan istifadə etməklə X18 (tel:+**********9), X16 (tel: ***-***-**-**) və Elshan Aiievin (tel: ***-***-**-**, +**********0) ad, soyad və ata adları, eləcə də istifadələrində olan mobil nömrələr üzrə axtarış aparılmış, bu zaman X10 istifadəsində olan +**********9 saylı mobil nömrənin “Вугар Тула" adı altında, X7 istifadəsində olan 055-664-34- 54 saylı mobil nömrənin “йусиф Астара Жин" adı altında, Elshan Aiievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin isə “Елшен Тула" adı altında qeydiyyata alındığı, Elshan Aiievin istifadəsində olan +**********0 saylı mobil nömrənin isə hər hansı formada qeydə alınmadığı məlum olmuşdur. Telefonun “Zənglər” bölməsində Təqsirləndirilən şəxs mobil telefonunda istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vasitəsilə X10 istifadəsində olan +**********9 saylı, X7 istifadəsində olan ***-***-**-** saylı, həmçinin Elshan Aiievin istifadəsində olan ***-***-**-** və +**********0 saylı nömrələrlə hər hansı telefon danışığı aparıb-aparmaması yoxlanılmışdır. Bunun nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan +**********9 saylı mobil nömrə arasında 1 danışıq (29 iyul 2023-cü il tarixdə, saat 19:04-də danışıq müddəti qeyd edilməyən çıxan zəng). Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2 danışıq (03 iyul 2023-cü il tarixdə, saat 20:42-də danışıq müddəti 4 dəqiqə 23 saniyə təşkil edən çıxan zəng və 08 avqust 2023-cü il tarixdə, saat 13:40-da danışıq müddəti 1 dəqiqə 35 saniyə təşkil edən çıxan zəng) və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Aiievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 6 danışıq (8 avqust 2023-cü il tarixdə, saat 11:34, 11:50 və 11:57-də danışıq müddəti qeyd edilməyən 3 zəng, həmin tarixdə saat 12:00 və 12:35-də danışıq müddətləri müvafiq olaraq 1 dəqiqə 18 saniyə və 17 saniyə təşkil edən 2 daxil olan zəng, habelə qeyd edilən tarixdə, saat 12:36-da danışıq müddəti 55 saniyə təşkil edən çıxan zəng) həyata keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan +**********0 saylı nömrə arasında hər hansı zəng icra edilməmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X11 məxsus mobil telefon “Redmi Note 10” markalı, “M2101K7AG" modelli olmaqla, sensorludur, smartfondur, işlək vəziyyətdədir, üzərində ***- ***-**-** saylı 1 ədəd SİM-KART vardır, 1-ci İMEİ **********06726, 2-ci İMEİ isə **********06734-dür, yaddaş kartı yoxdur. Telefonun “Adlar” bölməsində oxşar hərf kombinasiyalardan istifadə etməklə X18 (tel:+**********9), Təqsirləndirilən şəxs (tel: ***-***- **-** və ***-***-**-**) və Elshan Alievin (tel: ***-***-**-**, +**********0) ad, soyad və ata adları, eləcə də istifadələrində olan mobil nömrələr üzrə axtarış aparılmış, lakin hər hansı nəticə müəyyən edilməmişdir. Telefonun “Zənglər” bölməsində X7 mobil telefonunda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, X10 istifadəsində olan +**********9 saylı və Elshan Alievin istifadəsində olan 050- ***-**-** və +**********0 saylı nömrələrlə hər hansı telefon danışığı aparıb-aparmaması yoxlanılmışdır. Bunun nəticəsində müəyyən edilmişdir ki, X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə yalnız Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 1 zəng (8 avqust 2023-cü il tarixdə, saat 13:40-da danışıq müddəti 1 dəqiqə 33 saniyə təşkil edən daxil olan zəng) həyata keçirilmiş, digər sadalanan mobil nömrələrlə danışıq qeydə alınmamışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli “Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2007-ci il tarixdən 27 yanvar 2019-cu il tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə Rusiya Federasiyası, Gürcüstan və Ukrayna istiqamətlərində ümumilikdə 23 dəfə ölkə ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə 28 may 2018-ci il tarixdə “Samur" sərhəd nəzarət məntəqəsindən keçməklə Rusiya Federasiyası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və 27 yanvar 2019-cu il tarixdə “Xanoba" sərhəd nəzarət məntəqəsindən keçməklə eyni istiqamətdən ölkə ərazisində daxil olmuşdur. Bundan əlavə Vüqar Hacıyev yalnız 1 dəfə, yəni 24 yanvar 2014-cü il tarixdə “Samur” sərhəd nəzarət məntəqələrindən keçməklə Rusiya Federasiyası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və bir daha geri qayıtmamışdır. Elshan Aliev 22 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə Rusiya Federasiyası, Gürcüstan və Qazaxıstan istiqamətlərində ümumilikdə 42 dəfə ölkə ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə 06 avqust 2023-cü il tarixdə “X24 Aeroportu” sərhəd nəzarət məntəqəsindən keçməklə Qazaxıstan Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdir. Bundan başqa Rəsul Mirzəyevin hər hansı sərhədkeçmə məlumatı aşkar edilməmişdir. Elshan Alievə məxsus ‘‘Hyundai Starex” markalı, T480BY71 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərhədkeçməsinə baxış nəticəsində məlum olmuşdur ki, nəqliyyat vasitəsi 07 avqust 2023-cü il tarixdə, saat 20:59-da “Bakı Beynəlxalq Dəniz Ticarət Limam'’ sərhəd nəzarət məntəqəsindən keçməklə Qazaxıstan Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-dən daxil olmuş X10 istifadəsində olan +**********9 saylı və Elshan Alievin istifadəsində olan +**********0 saylı mobil telefon nömrələri üzrə aparılmış telefon danışıqlarına dair məlumatlara baxış zamanı X10 istifadəsində olan +**********9 saylı və Elshan Alievin istifadəsində olan +**********0 saylı mobil telefon nömrələri ilə X7 istifadəsində olan ***-***-**-** saylı, Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı (X10 istifadəsində olan +**********9 saylı mobil nömrəyə münasibətdə), Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında hər hansı telefon danışığının aparılıb-aparılmaması yoxlanılmışdır. Bu zaman yalnız X10 istifadəsində olan +**********9 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Belə ki, onların arasında 20 dekabr 2022-ci ii tarix, 21 dekabr 2022-ci il tarix, 22 dekabr 2022-ci İl tarix, 26 yanvar 2023-cü il tarix, 05 fevral 2023-cü il tarix, 21 mart 2023-cü il tarix, 25 iyun 2023-cü il tarix, 28 iyun 2023- cü il tarix (2 dəfə), 30 iyun 2023-cü il tarix, 04 iyul 2023-cü il tarix, 06 iyul 2023-cü il tarix və 19 iyul 2023-cü il tarixdə olmaqla, ümumilikdə 13 telefon danışığı həyata keçirilmişdir. Bundan başqa baxış zamanı X10 istifadəsində olan +**********9 saylı və Elshan Alievin istifadəsində olan +**********0 saylı mobil telefon nömrələri ilə yuxarıda sadalanan digər mobil nömrələr arasında hər hansı telefon danışığı aşkar edilməmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Azercell Telekom” daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 19646 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və 11 sentyabr 2023-cü il tarixli, 19647 nömrəli məktuba əlavə edilmiş Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatlara baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan +**********0 saylı, X10 istifadəsində olan +**********9 saylı və Elshan Alievin istifadəsində olan +**********0 saylı, X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında, həmçinin Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan +**********9 saylı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında hər hansı telefon danışığının aparılıb-aparılmaması yoxlanılmışdır. Bu zaman yalnız Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan +**********9 saylı mobil nömrə arasında telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan +**********9 saylı mobü nömrə arasında isə 20 dekabr 2022-ci il tarixdə (1 dəfə), 21 dekabr 2022-ci il tarixdə (1 dəfə), 22 dekabr 2022-ci il tarixdə (1 dəfə), 26 yanvar 2023-cü il tarixdə (1 dəfə), 05 fevral 2023-cü il tarixdə (1 dəfə), 21 mart 2023-cü il tarixdə (1 dəfə), 25 iyun 2023-cü il tarixdə (1 dəfə), 28 iyun 2023-cü il tarixdə (1 dəfə), 30 iyun 2023-cü il tarixdə (1 dəfə), 04 iyul 2023-cü il tarixdə (1 dəfə), 06 iyul 2023-cü il tarixdə (1 dəfə) və 19 iyul 2023-cü il tarixdə (1 dəfə) olmaqla, ümumilikdə 12 dəfə telefon danışığı, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında İsə 07 avqust 2023-cü il tarixdə (1 dəfə) və 08 avqust 2023-cü il tarixdə (3 dəfə) olmaqla, ümumilikdə 4 telefon danışığı, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 08 avqust 2023-cü il tarixdə 1 dəfə telefon danışığı həyata keçirilmişdir. Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2022-2023-cü illər ərzində, Elshan Alievin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050-874- 33-91 saylı mobil nömrə arasında 2022-ci il ərzində, Elshan Alievin istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan 055- ***-**-** saylı mobil nömrə və X10 istifadəsində olan +**********9 saylı mobil nömrə arasında 2022-2023-cü illər ərzində, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan +**********0 saylı mobil nömrə arasında 2022-2023-cü illər ərzində, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 2022-ci il ərzində hər hansı telefon danışığı aşkar edilməmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatlara baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elshan Alievin istifadəsində olan ***-***-**-** və +**********0 saylı mobil nömrələr, X10 istifadəsində olan +**********9 saylı mobil nömrə, X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında hər hansı telefon danışığının apanlıbaparılmaması yoxlanılmışdır. Bu zaman yalnız Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan +**********9 saylı mobil nömrə arasında telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan +**********9 saylı mobil nömrə arasında isə 25 iyun 2023-cü il tarixdə, 28 iyun 2023-cü il tarixdə, 30 iyun 2023-cü il tarixdə və 06 iyun 2023-cü il tarixdə olmaqla, ümumilikdə 4 telefon danışığının həyata keçirilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə yuxarıda sadalanan digər mobil nömrələr arasında hər hansı telefon danışığı müəyyən edilməmişdir. Bundan sonra X7 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatlara baxış zamanı X7 istifadəsində olan ***-***-**-** saylı mobii nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr, Elshan Alievin istifadəsində olan ***-***-**-** və +**********0 saylı mobil nömrələr və X10 istifadəsində olan +**********9 saylı mobil nömrə arasında hər hansı telefon danışığının aparılıb-aparılmaması yoxlanılmışdır. Bu zaman yalnız X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 08 avqust 2023-cü il tarixdə 1 telefon danışığının həyata keçirildiyi aşkar edilmişdir. Bundan başqa baxış zamanı X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə yuxanda sadalanan digər mobil nömrələr arasında hər hansı telefon danışığı müəyyən edilməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 saylı Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Həmin Qərarın 19-cu bəndinə əsasən, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, həmkəndlisi Vüqar tərəfindən Rusiya Federasiyasından göndərilmiş balın içərisində civə olmasında xəbərsiz olması, həmçinin üzərində eynəkləri olmadığı üçün ibtidai istintaq orqanın onun adından yazılmış ifadəni oxumadan imzalaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsindən göstərmişdir ki, əvvəllər Bakı şəhərində və Kürdəmir rayonunda fərdi qaydada evlərdə suvaqçı-usta kimi işləmişdir, hazırda heç bir yerdə işləmir. O, təxminən 2-3 il bundan əvvəl Bakı şəhərində evlərdən birində usta kimi işləyərkən xatırlamadığı şəxslərlə söhbət edərkən onlar civə satışından yaxşı gəlir əldə edildiyini, onun az miqdarının yüksək qiymətə, yəni təxminən 1 qramının 30000 manata satıldığını bildirmişlər. Bundan bir qədər sonra o, səhhətində olan problemlərlə əlaqədar uzun müddət əmək fəaliyyəti ilə məşğul olmadığına görə maddi vəziyyəti yaxşı olmadığından Kürdəmirdə olarkən təxminən 2022ci ilin noyabr-dekabr aylarında civə əldə edərək onu satıb gəlir əldə etmək qərarına gəlmişdir. Azərbaycanda sərbəst dövriyyəsinə icazə verilmədiyində görə civəni burada əldə edə bilməyəciyini bildiyindən təxminən həmin tarixdə həmkəndlisi, təxminən 6-7 ildir Rusiya Federasiyasının Tula şəhərində yaşayan, aralarında yaxşı münasibətlər olan X10 istifadəsində olan +********** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng etmiş və aralarında olan danışıq zamanı Rusiya Federasiyasında civə satan tanıyıb-tanımadığını, tanıdığı təqdirdə oradan onun üçün civə alıb göndərə bilib-bilməyəcəyini soruşmuş, buna cavab olaraq Vüqar belə adam tapdığı təqdirdə ona xəbər edəcəyini, eləcə də civəni göndərə biləcəyini söyləmişdir. Bundan sonra təxminən 2023-cü ilin yanvar ayında xatırlamadığı Rusiya Federasiyasının mobil operatoruna məxsus mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəngə cavab verdikdə qarşı tərəf özünü ya “Orxan”, ya da “Oqtay” kimi təqdim edərək, özü barəsində hər hansı digər məlumat vermədən Vüqarın tanışı olduğunu, Vüqarla aralarında olan söhbət zamanı Vüqarın onun civə əldə edərək satmaq istədiyini söylədiyini bildirib Azərbaycan Respublikasında yaşayan “Yusif” adlı tanışının civə alqısatqısı ilə məşğul olduğunu, ona civə göndərə biləcəyini və tanışı “Yusifin həmin civəni ondan satın ala biləcəyini söyləmiş, ardınca “Yusifin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni sonuncu ilə əlaqə saxlayaraq görüşüb civənin alqı-satqısına dair ətraflı söhbət aparmağı üçün şifahi olaraq ona söyləmişdir. Həmin şəxslə əvvəllər aralarında hər hansı danışıq olmamışdır, onu görməmişdir. Qeyd edilən şəxslə aralarında olan danışıqdan sonra səhəri gün o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Yusifin istifadəsində olan 055-664- 34-54 saylı mobil nömrəyə zəng etmiş, aralarında olan danışıq zamanı ona ona nömrəsinin verilərək civə alqı-satqısı ilə məşğul olduğunun söylənildiyini, civə əldə edərək satmaq istədiyini söyləmiş və görüşərək bu barədə danışmağı təklif etmiş, Yusif də onunla razılaşaraq, hazırda yorğun olduğunu, səhəri gün axşam saatlarında Maştağa kəndində, dəqiq xatırlamadığı ünvana gəlməyini, orada görüşəcəyini bildirmişdir. Bundan sonra o, səhəri gün Yusifin dediyi, Maştağa kəndində, dəqiq xatırlamadığı ünvana getmiş və axşam saatlarında dediyi ərazidə, küçədə Yusiflə görüşmüşdür. Görüş zamanı aralarında olan danışıq zamanı Yusif ondan civə satın ala biləcəyini, lakin ilk öncə nümunə qismində əz miqdarda civə gətirməyini, həmin civənin kimyəvi xüsusiyyətlərini yoxlayacağını, bu xüsusiyyətlər qane etdiyi təqdirdə, həmin az miqdarı ondan satın alacağını, daha sonra böyük miqdarda həmin civədən gətirməyini, həmin civəni də ondan satın alacağını, civənin qiymətini onun kimyəvi xüsusiyyətlərini müəyyən etdikdən sonra təyin edə biləcəyini demiş və ondan civəni harada gətirəcəyini soruşmuş, o da Yusifə Rusiyadan gətizdirəcəyini bildirmişdir. Bu görüşdün sonra xatırlamadığı tarixdə Vüqarla aralarında olan telefon danışığı zamanı Vüqara Yusiflə görüşdüyünü və sonuncu ilə aralarında olan söhbətləri danışmışdır. Bundan sonra bir neçə dəfə təxminən 2023-cü il aprel ayınadək civə göndərib-göndəməyəcəyi barədə danışmaq üçün özünü ya “Orxan”, ya da “Oqtay” kimi təqdim etmiş şəxslə telefon əlaqəsi yaratmaq istəsə də, buna nail ola bilməmiş və təxminən həmin tarixdə bu barədə Vüqara məlumat vermişdir. Bu danışıq zamanı Vüqar özünün də həmin şəxsi tapa bilmədiyini, əlaqə qura bilmədiyini bildirmiş, ardınca özü civə taparaq Azərbaycanda satmağı üçün Rusiyadan ona göndərəcəyini söyləmişdir. Bundan sonra 2023-cü ilin iyul ayının sonlarında Vüqar onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan +********** saylı mobil nömrədən zəng edərək ona göndərmək üçün az miqdarda civə tapdığını bildirmiş, lakin civənin dəqiq çəkisini, eləcə də onu hansı mənbədən əldə etdyini bildirməmişdir. Bunun ardınca tezliklə bir şəxs taparaq həmin civəni ona göndərəciyini, civənin satdıqdan sonra əldə edilmiş gəliri aralarında böləcəklərini söyləmiş, o da Vüqarla razılaşmış, lakin bu bölgünün hansı hissələrdə olmasını, yəni kimə hansı məbləğdə pay çatacağını razılaşdırmamışlar. Bundan sonra elə təxminən həmin tarixlərdə bir daha dəqiqləşdirmək üçün o, yenidən Yusiflə telefon əlaqəsi yaradaraq civə gətirdiyi təqdirdə ondan satın alıb-almayacağını soruşmuş, Yusif də cavab olaraq təkrarən həmin civənin kimyəvi xüsusiyyətlərini yoxlayacağını bu xüsusiyyətlər qane etdiyi təqdirdə, həmin az miqdarın satın alacağını, daha sonra böyük miqdarda həmin civədən gətirməyini, həmin civəni də satın alacağını bildirmişdir. Təxminən 2023-cü ilin avqust ayının əvvəlində Vüqar onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan +********** saylı mobil nömrədən zəng edərək dəqiq çəkisini söyləmədən ona az miqdarda civə göndərdiyini, civəni ona çatdırması üçün “Elşən” adlı şəxsə verdiyini, Elşənin ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, onun nömrəsini Elşənə verdiyini, Elşənin onunla əlaqə yaradacağını, civəni şüşə qabın içərisinə yerləşdirdiyini və həmin şüşə qabı içərisində bal olan plastik qaba, həmin qabı İsə karton qutuya qoyduğunu, bundan əlavə karton qutuda əlavə olaraq 2 dənə plastik qabda bal olduğunu, qarışıq düşməməsi üçün içərisində civə olmayan, içinə bal doldurulmuş plastik qabların üstünə “A” hərfi yazdığını, içərisində civə olan balla doldurulmuş plastik qabın qapağının üzərinə isə hər hansı işarə qoymadığını bildirmiş. O, Vüqardan hansı səbəbdən civəni şüşə qabda, bu şəkildə içərisində bal olan qaba yerləşdirdiyini soruşduqda Vüqar həm gömrük nəzarəti zamanı civənin aşkar edilməməsi, həm də Elşənin bal göndərildiyini zənn edərək yükləri ona gətirmək üçün təhvil almasına nail olmaq üçün belə etdiyini demişdir. Həmçinin aralarında olan danışıq zamanı Vüqar ona civəni satmaq üçün yola və digər ehtiyaclara xərcləməyi məqsədilə ona 200 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra 07 avqust 2023-cü il tarixdə axşam saatlarında istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən Elşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ona çatdırması üçün mal verildiyini söyləmiş, Elşən isə Bakı şəhərində olduğunu, 1 qutuda malı götürdüyünü, artıq axşam saatları olduğunu, səhəri gün, yəni 08 avqust 2023-cü il tarixdə, saat təxminən 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “su doldurma” məntəqəsinin yaxınlığında görüşərək qutunu ona verəcəyini demiş, bundan sonra o, 08 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “su doldurma” məntəqəsinin yaxınlığında Elşəni gözləməyə başlamış, Elşən gecikdiyindən yenidən sonuncu ilə əlaqə saxlamış, bu zaman Elşən bir qədər gecikəcəyini bildirib gözləməyini demiş, bundan sonra həmin tarixdə təxminən saat 13 radələrində Elşən onun olduğu yerə gəlmiş, Elşən onunla görüşdükdən sonra çatdırmalı olduğu karton qutunu ona vermiş, o, qutunu götürdükdən scnra tanımadığı şəxslər ona yaxınlaşaraq gömrük əməkdaşı olduqlarını bildirmişlər və onu Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər, həmin Baş İdarədə qutuya baxış keçirilmiş və qutunu içərisində üzəri möhürlə möhürlənmiş, tamlığı pozulmamış bir ədəd kağız bağlama aşkar edilmiş, ardınca bu barədə protokol tərtib edilmiş, o da protokolla tanış olaraq onu imzalamışdır. O, civənin dövriyyəsinin qadağan olduğunu bildiyindən bütün telefon danışıqları zamanı biz həmin maddəni civə kimi deyil, “meyvə”, “alma” və bu kimi şərti adlarla adlandırmışdır. O, Elshan Alievi əvvəllər tanımamışdır, yalnız ona Vüqarın verdiyi malı çatdırması ilə bağlı tanımışdır, aralarında hər hansı münasibət yoxdur, Elşənin içərisində bal olan plastik qabın içindəki şüşə qabda civə zəhərli maddəsinin gizlədilməsindən əvvəlcədən məlumatı olmamışdır, Vüqar civəni gömrük nəzarəti zamanı aşkar edilməməsi ilə yanaşı, həm də Elshan Allevin daşıdığı qutuda civə olmasından məlumatı olmaması üçün yuxanda qeyd edilən şəkildə gizlətmişdir. “Orxan” və ya “Oqtay” adlı şəxsin Vüqarın ona civə göndərməsindən məlumatı olub-olmasından məlumatı yoxdur. O, aralarında olan söhbətlər zamanı “Yusifə civəni Rusiya Federasiyasından gətizdirəcəyini söyləsə də, sonuncuya həmin maddənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriləcəyini deməmişdir, aralarında bu barədə söhbət olmamışdır, Yusifin Vüqarın ona civə göndərməsindən məlumatı olmamışdır, Vüqar ona civəni göndərdiyini söylədikdən sonra o, Yusiflə danışaraq sonuncuya sadəcə civə əldə etdiyi təqdirdə onu ondan satın alıb-almayacağını soruşmuş, Yusif də alacağını demişdir, civənin artıq göndərildiyini Yusifə deməmişdir. Vüqarla aralarında olan söhbət zamanı Vüqar içərisində civə gizlədilmiş karton qutunun Elshan Aliəvə özünün verdiyini söyləmişdir. Vüqarın Yusifi tanıyıb-tanımaması, tanıdığı təqdirdə aralarında olan münasibətlər barədə məlumatsızdır, sadəcə Vüqarla danışıq zamanı sonuncuya civəni “Yusif” adlı şəxsə satacağını demişdir. “Orxan” və ya “Oqtay” adlı şəxsin hansı səbəbdən birbaşa deyil, onunla vasitəsilə Yusifə civə göndərmək istəməsi barədə məlumatsızdır. Əvvəllər civə və digər növdə zəhərli maddələrin qanunsuz dövriyyəsi, onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə məşğul olmamışdır. Saxlanılarkən, eləcə də istintaq orqanında iştirakı ilə istintaq və digər prosessual hərəkətlər həyata keçirirlərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdi. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci və 206.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə olunan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır, ailə tərkibinə arvadı X12, qızı X8, bacısı X9 və bacısı oğlu X14 daxildir, sonuncu 1-ci qrup əlildir, serebral iflic xəstəsidir və Təqsirləndirilən şəxs himayəsində yaşayır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ tip şəkərli diabetdən və xroniki ürək çatışmazlığından əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X37 tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ürəyin işemik xəstəliyi, stabil stenokardiya stent şəkərli diabet İİ tip, insulin tələbli, xroniki ürək çatışmazlığı İİ f.s. diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-584/2023 saylı, 10 avqust 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(004)-756/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "xxxx" MMC-də saxlanılan 50,265 qram metailik civə zəhərli maddəsi Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J2” markalı mobil telefon Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış şahid X11 məxsus olan “Redmi Note 10” markalı mobil telefonun X11 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, üzərinə “***- ***-**-** Magəp” mətni qeyd edilmiş 1 ədəd kağız parçasının əslinin ********* nömrəli cinayət işi materiallarından X18 və qeyrilərinin barəsində ayrılmış cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 3 ədəd içərisində bal olan plastik qablar və onların aşkar edildikləri 1 ədəd karton qutu məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 52 (əlli iki) iş saatı üçün 312 (üç yüz on iki) manat məbləğində vəsait Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il azadlıqdan məhrumetmə növündə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "xxxx" MMC-də saxlanılan 50,265 qram metailik civə zəhərli maddəsi dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J2” markalı mobil telefon Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış şahid X11 məxsus olan “Redmi Note 10” markalı mobil telefonun X11 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərinə “***-***-**-** Magəp” mətni qeyd edilmiş 1 ədəd kağız parçasının əslinin ********* nömrəli cinayət işi materiallarından X18 və qeyrilərinin barəsində ayrılmış cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 3 ədəd içərisində bal olan plastik qablar və onların aşkar edildikləri 1 ədəd karton qutu məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 52 (əlli iki) iş saatı üçün 312 (üç yüz on iki) manat məbləğində vəsait Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-999/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-999/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver