Məhkəmə qərarları › İş №1(102)-1/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Məhkum4, Məhkum12, Məhkum9, müdafiəçilər Rəsul AğaHəsən oğlu Cəfərovun, Müdafiəçi1, Müdafiəçi14, Müdafiəçi2 0, Müdafiəçi2, Müdafiəçi10, Müdafiəçi5 və Müdafiəçi12 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarından Məhkum5 Hafiz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Şahid5 və Telman Hüseynov) 16 avqust 2021-ci il tarixli 1(101)-128/2021 nömrəli hökmü ilə Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 229.3, 28,277, 277, 278 (xx.xx.2016-cı ilədək qüvvədə olmuş redaksiyada), 278.2, 279.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bili nərək CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11-ci maddələri ilə 14 (on dörd) il azadlıqdan məhrum etmə cəzasına, C-in 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 214.2.1, 214.2.3, 214.2.6-cı maddələri ilə 16 (on altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.3-cü maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 229.3-cü maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 28,277 və 277-ci maddəsi ilə 15 (on beş) il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2016-cı ilədək qüvvədə olmuş redaksiyada CMin 278-ci maddəsi ilə 15 (on beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 278.2-ci maddəsi ilə 15 (on beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 279.3-cü maddəsi ilə 15 (on beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddə sinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 20 (iyirmi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 09 iyul 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum12, Məhkum7, Salahov X2 Anar İslam oğlu və Məhkum11 da təqsirli bilinərək məhkum edilmişlər. Məhkum5 və qeyriləri tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Ab basov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov) 15 aprel 2022-ci il tarixli 1(103)-113/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 1(101)-128/2021 nömrəli hökmü Məhkum5 aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2022-ci il tarixli 1(103)-113/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 03 may 2024-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən Məhkum5 məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məh kəmə kollegiyası QƏRARA ALİR: Məhkum5 ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2022-ci il tarixli 1(103)-113/2022 nömrəli qərarından Məhkum5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar