Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1/2025 24.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi, X5, Məhkum və onun müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarında n dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1993-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, “Oskar” yanacaq doldurma məntəqəsində mühasib işləyən, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. 2. 06 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmiş dir. 3. 23 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 may 2021-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi, “Ford Fusion” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Novxanı-Binəqədi avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində Binəqədi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayan ma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu sağdan sola keçən piyada, 25 avqust 1976-ci il təvəllüdlü X4 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun daxili və xarici qanaxma ilə müşayiət olunan yuxu arteriyasının, vidaci venalarının, traxeyanın, qida borusunun, sol ağciyərin, diafraqmanın, qaraciyərin, dalağın, sol böyrəyin, böyük piyliyin və bağırsaqların əzilmələri-cırılmaları, onurğa beyinin boyun şöbəsinin zədələnməsi, boyun fəqərələrinin, hər iki tərəfli çoxsaylı qabırğaların, sol körpücük sümüyünün, döş sümüyünün və sol baldır sümüklərinin sınıqları, boyun nahiyəsini və döş qəfəsinin sol yarısını əhatə edən, eləcə də döş qəfəsinin və qarın nahiyəsini n sol yan səthini əhatə edən geniş sahəli əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq, yerinidəyişən sınıqları, sol baldırın yuxarı 1/3-nin ön səthinin cırılmış yarası, alın nahiyəsinin orta hissəsinin, alın nahiyəsinin sol hissəsinin, sol yanaq, sol bazu, sağ əl, sol dirsək oynağı, sol said, qarın, sol budçanaq oynağı, hər iki bud və baldır nahiyələrinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə səbəb olmuşdur.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-11/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələri ni idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Hüseynov Əli Meybulla oğlu apellyasiya şikayəti verib, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığına görə onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən eyni zamanda dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X5 apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, M əhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır əsas və əlavə cəzaların təyin edilməsini xahiş etmişlər.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apelyasiya protesti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-11/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protestində qeyd edilmiş dir ki, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməmiş, sonuncu özü də hər iki instansiya məhkəməsində verdiyi ifadələrində Məhkum bağışlamadığını və onunla barışmadığını bildirib, məhkum barəsində daha sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş mənəvi ziyanın aradan qaldırılmaması və məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi konteksində irəli gələn mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını nəzərə almamış, qərarın həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə, məhkəmələr məhkuma azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza təyin etməklə Məhkum islah olunacağı qənaətinə gə lməsini və belə bir mövqe nümayiş etdirməsini öz qərarlarında əsaslandıra bilməmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsi və onun məhkumdan şikayətçi olması, məhkumun əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, məhkumun şəxsiyyəti və işin digər halları Məhkum azadlıqdan məhrum etmə cəzasının son həddində cəza təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmələr əksinə olaraq ona azadlıqdan məhrum etmə cəzasının həddində münasibətdə yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşlar. Bundan başqa, məhkum tərəfindən barışığa cəhd onun özü tərəfindən deyil, qohumları tərəfindən edilmişdir və cəhdin ö zü belə natamamdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarının ləğv olunması və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində qeyd etmişdir ki, 18 mart 2024-cü il tarixdə uzun mübahisədən sonra ona dəymiş ziyanın cüzi, çox az məbləği olan on beş min manat hissəsi məhkumun valideynləri tərəfindən ona ödənilmişdir. O, həmin məbləğlə razılaşmasa da, lakin məcbur olub götürmüşdür. Ona ödənilmiş məbləğ vurulan ziyana münasibətdə çox azdır. Mərhum oğlu ali təhsilli olmaqla, ailəni dolandıran şəxs olmuşdur. Məhkəmələrin obyektiv halları nəzərə almayaraq məhkuma yüngüllüyünə görə açıq-aydın ədaləts iz cəza təyin etmələri, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozur. Cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun deyil. Məhkum tərəfindən ona ödənilmiş ziyandan əlavə on beş min manat əlavə ziyanın ödənilməsinin təmin edildiyi halda o, məhkuma təyin edilmiş yüngül, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini nəzərdə tutan cəzanın təyin edilməsinə etiraz etməyəcəkdir, əks halda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir.
12. Məhku mun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkumla görüşüb söhbət edən zaman sonuncu ona müstəntiq tərəfindən aldadılaraq ifadəsinin təhrif edildiyini, həmçinin də cinayət işindəki parametrlərin müstəntiq tərəfindən saxtalaşdırıldığını, məsafələrin düzgün göstərilmədiyini bildirmişdir. Müstəntiq işdə mövcud olmayan parametrlə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmiş, ekspertlər də təqsirləndirilən şəxsin təqsirliliyi barədə rəy vermişlər. Müstəntiq özünün məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında 25 may 2021-ci il tarixli qərarında ekspertizanın keçirilməsi və ekspert hesablamalarının aparılm ası şərti kimi göstərmişdir ki, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu yerə kimi iti yerişlə 5,8 metr məsafə qət etmişdir və piyadanın iti yerişlə hərəkət sürətinin orta həddi piyadaların hərəkət sürəti cədvəlindən götürülməlidir. Cinayət işi materiallarında bir yerdə də belə olsun “iti yeriş” ifadəsi yoxdur. Məhkum bütün ifadələrində göstərir ki, piyada yolu qaçaraq keçməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı məhkumun ifadəsində göstərdiyi halları təkzib edə biləcək heç bir sübut ortaya çıxmamışdır. Müdafiə tərəfi olaraq yalnız özləri müəyyən etmişlər ki, məhkumun özünün ehtimal etdiyi kimi, onun idarə etdiyi avtomaşının eni 1,6 metr yox, faktiki olaraq 1,952 metrdir. Ona görə də bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə yox, ittiham tərəfinin xeyrinə təfsir etmək lə razılaşmışlar ki, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu ana qədər iti qaçışla 5,352 metr (3,4 m hərəkət hissəsinin bir zolağının eni + 1,952m avtomobilin tam qabarit eni = 5,352 metr) məsafə qət etmişdir. Cinayət işinin materiallarında olan müstəntiqin özünün məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında 25 may 2021-ci il tarixli qərarında ekspertizanın keçirilməsi və ekspert hesablamalarının aparılması şərti kimi göstərilmişdir ki, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu yerə kimi iti yerişlə 5,8 metr məsafə qət etmişdir və piyadanın iti yerişlə hərəkət sürətinin orta həddi piyadaların hərəkət sürəti cədvəlindən götürülməlidir. Hesablamalar reallığa uyğun olan 5,352 metr qət edilən məsafə üzərindən yox, məhz istintaq orqanının qərəz li “5,8” metri üzərindən aparılmışdır. Hesablamalar ittiham tərəfinin xeyrinə “iti yeriş” tempi və anlayışı ilə əhatə olunan iti yerişin yuxarı tempi çərçivəsində və yenə də təqsirləndirilən şəxsin ifadəsinə və mövqeyinə zidd olaraq, iti qaçış tempinin yuxarı həddi çərçivəsində yox, sakit qaçış tempinin orta həddi çərçivəsində aparılmışdır. Bütün bu parametrlərdə yalnız bir hal müəyyən edilmişdir ki, Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamışdır, yəni o, bu hadisədə təqsirsizdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Göstəri lənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlində cinayət tərkibi olmadığına görə, barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyində n, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilməklə, kassasiya xahişləri olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndiri lmişdir.
19. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə məhkumun müda fiəçisinin kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məc əlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət M əcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibinin olm adığına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.
26. Belə ki, hazırda müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü, ekspertiza üzrə hesablamaların ittiham tərəfinin xeyrinə “iti yeriş” tempi və anlayışı ilə əhatə olunan iti yerişin yuxarı tempi çərçivəsində, iti qaçış tempinin yuxarı həddi çərçivəsində yox, sakit qaçış tempinin orta həddi çərçivəsində aparılmasına dair irəli sürdüyü dəlilləri apellyasiya instansiyası məhkəməsi qarşısında da qaldırılmış, həmin dəlillərin araşdırılması ilə bağlı apellyasiya baxışı zamanı Abşeron Rayon Polis İdarəsinin müstəntiqi X6 təkrar şahid qismində dindirilmiş, həmçinin ekspert X7 məhkəməyə dəvət olunaraq izahatı alınmışdır.
27. Müstəntiq X6 ifadəsində hadisə yerini sürücü və yanında olan bir nəfər şəxsin iştirakı ilə müayinə etdiyini, Məhk um hadisə yerində ilkin olaraq piyadanın onun qarşısına qəfil çıxdığını bildirdiyini, onun da məhkumun söylədiyi “qəfil çıxmanı” iti yeriş kimi qəbul etdiyini bildirmişdir. Müdafiəçinin sualına cavab olaraq hadisə yerində ilkin sorğu-sual zamanı Məhkum şifahi şəkildə piyadanın qəfil iti yerişlə maşının qarşısına çıxdığını bildirdiyini, daha sonra müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini dəyişdiyini göstərmişdir.
28. Həmçinin, ekspert X7 apellyasiya baxışı zamanı ifadəsində bildirmişdir ki, məhkəmə tərəfindən qoyulan sualda piyadanın iti qaçış və adi qaçışla hərəkətdə olması şəraitində sürücünün hadisənin qarşısını almağa imkanı olub-olmaması soruşulmuşdur. İbtidai istintaq zamanı isə piyadanın iti yerişlə hərəkətdə olduğu halda sürücünün hadisənin qarşısını almağa imkanının olub-olmaması barədə sual qoyulmuş, tərəfindən isə cavab olaraq piyadanın iti yerişlə hərəkətdə olduğu halda sürücünün hadisənin qarşısını almağa imkanının olduğu bildirilmişdir. Rəylər arasında hər hansı ziddiyyət yoxdur, fərq vardır ki, buna da səbəb sualların fərqli olması, yəni hərəkət templərinin fərqli göstərilməsidir. Piyadaların hərəkət cədvəlində bütün hərəkət templəri göstərilir.
29. Qeyd edilən məsələ ilə yanaşı, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş bütün sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum məhkəmə qarşısında verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəməyədək və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, hadisəni etiraf etməsi barədə özünün şahid qismində verdiyi ifadəsi, cinayət təqibinin müxtəlif mərhələlərində əldə edilmiş ekspertiza rəyləri, ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
30. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü ümumilikdə götürülməklə yoxlayan a pellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaət i apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
32. Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
33. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfd ən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin icti mai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
36. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
37. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
38. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar n əzərdə tutulur.
39. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
40. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
41. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, hə m sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
42. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
43. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
44. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzan ın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
45. Kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticənin gəlməsi üçün əsas v ermir.
46. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
47. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran halların olmamasını, cəzasını yüngülləşdirən hal kimi isə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə həmin maddənin sanks iyasında müəyyən edilmiş əsas və əlavə cəzanın son həddinə yaxın 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi məhkumun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanın ödənilməsi üçün cəhdlər göstərməsini və məhkəmə baxışı dövründə davranışını cəzanın məqsədinə nail olunmasında nəzərdə tutulan xüsusat kimi qiymətləndirərək, ona təyin edilmiş cəzanın daha da ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etməmişdir.
49. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsinə aid məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir. Bu şəbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
50. Qeyd edilənlər kassasiya müraciətlərinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulan halların müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
51. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlunun kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-33/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.