Məhkəmə qərarları › İş №1(102)-10/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-10/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-10/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Mülki iddiaçı - 3 saylı Ərazi Vergi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə Quba rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixl i hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon Məhkəməsinin 07 noyabr 2018-ci tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Xəqani Qəhrəman oğlu) 25 may 1957-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Baki şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 102, mənzil 6da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək qazanc ının dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, 05 dekabr 2016-cı ildən 12 fevral 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 ay 07 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işlərinin üç günü hesabı ilə hesablanmaqla, 06 ay 21 gün islah işləri cəzası sayılaraq, ona təyin olunan 01 il 06 ay müddətə islah işləri cəzasından çıxılmaqla qəti olaraq aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 11 ay 09 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Quba rayon Məhkəməsinin 07 noyabr 2018-ci tarixli hökmündən göründüyü kimi, Məhkum təqsirləndirilir ona görə ki, o, “X14 Xidmətlər” Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) fəaliyyətinə rəhbərlik e dərək cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 104, 105, 124, 153, 154, 155, 157, 159, 161, 166, 173, 174, 175.1, 177 və 180-cı maddələrinin tələblərini pozaraq xeyli miqdar təşkil edən 60909,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 1 qeydiyyata alınmış “X14 Xidmətlər” MMC-nin 2013-cü il üzrə əldə etdiyi gəlirləri 663.445,23 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 552.871,03 manat, vergiyə cəlb edilməsi mənfəəti 110.574,20 manat, ödənilməsi mənfəət vergisi 22114,84 manat olduğu halda, cəmiyyət qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə bəyannamə təqdim etməyərək, 22.114,84 manat, 2014-cü il üzrə cəmiyyətin ümumi gəliri 362.602,79 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 302.168,99 manat, vergiyə cəlb olunan mənfəəti 60.433,80 manat, ödənilməli mənfəət vergisi 12.086,76 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək, 12086,76 manat, cəmi 34.201,60 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini az hesablamaqla, bundan başqa, o, cəmiyyətin 2013-cü ilin oktyabr ayı ü zrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 22.307,04 manat, ƏDV 4.015,27 manat, əvəzləşdirən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 4015,27 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 22.309,90 manat, ƏDV-ni 4.015,78 manat, büdcəyə ödənilməli ƏDV-ni 4.015,78 manat göstərərək, 0,51 manat ƏDV-ni artıq, noyabr ayı üzrə əlavə dəyər vergi tutulan dövriyyəsi 337564,28 manat, ƏDV 60761,57 manat, əvəzləşdirilən ƏDV 25699,37 manat, büdcəyə ödənilməsi ƏDV 35062,20 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 337607,40 manat, ƏDV-ni 60769,33 manat, əvəzləşdirilən ƏDV-ni 25699,37 manat, büdcədən qaytarılan ƏDV-ni 35069,96 manat göstərərək, 7,76 manat ƏDV-ni artıq, dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 83289,56 manat, ƏDV 14992,12 manat, əvəzləşdirilən ƏDV 3871,26 manat, büdcəyə ödənilməli ƏDV 11120,86 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 12300,00 manat, ƏDV-ni 2214,00 manat, əvəzləşdirilən ƏDV-ni 3783,62 manat, büdcədən qaytarılan ƏDV-ni 1569,62 manat göstərərək, 12690,48 manat ƏDV-ni az, 2014-cü ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 104477,00 manat, ƏDV 18.805,86 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 18.805,86 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 60.050,00 manat, ƏDV-ni 10.809,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 10.809,0 manat göstərərək, 7.996,86 manat ƏDV-ni az, noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi, 0,0 manat, ƏDV 0,0 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 0,0 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 22.698,56 manat, ƏDV-ni manat göstərərək, 4.085,74 manat ƏDV-ni artıq, nəticədə 16.593,33 manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə Məhkum direktoru olduğu “X14 Xidmətlər” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2013-cü ilin 4-cü rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 40.385,896 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbeyində tutulan vergi 5.654,02 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanina bəyannamə təqdim etməyərək, 5.654,02 manat, 2014-cü ilin 1-ci rübün də müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 13.216,86 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 1.850,36 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 1.850,36 manat, həmin ilin 2-ci rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 725,0 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 101,50 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 101,50 manat, həmin ilin 3-cü rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan f iziki şəxslərə ödənilmiş haqq 2.376,00 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 332,64 manat olduğu halda, həmin tədiyyə üzrə vergi orqanına bəyannamə təqdim etməyərək, 332,64 manat, həmin ilin 4-cü rübündə müəssisə tərəfindən yerinə yetirilmiş işlərin tərkibində göstərilmiş xidmətlərə görə uçotda olmayan fiziki şəxslərə ödənilmiş haqq 15.746,28 manat, 14,00 faiz dərəcə ilə büdcəyə ödənilməli ödəmə mənbəyində tutulan vergi 2.204,48 manat olduğu halda, vergi orqanına təqdim edilmiş bəyannamədə 200,0 manat haqdan 14% dərəcə ilə 28,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergi göstərərək, 2.176,48 manat, nəticədə, 10.115,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, cəmi xeyli miqdar təşkil edən 60.909,93 manat məbləğində vergiləri dövlət büdcə sinə ödəməkdən yayınmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əsgərova Ruhiyyə Orucəli qızı, hakimlər Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 06 mart 2019-cu il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, mülki iddiaçı isə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməs ini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarından görünür ki, Məhkum «xxxx»xxxx MMC-nin fəaliyyətinə rəhbərlik edərək 2013-2014-cü illər üzrə 34201,6 manat məbləğində mənfəət vergisini, 2013-cü ilin dekabr, 2014-cü ilin oktyabr ayları üzrə 20687,34 manat məbləğində əlavə dəyər vergisini, 2013cü ilin 4-cü - 2014-cü ilin ilin 4-cü rübləri üzrə 10115, manat məbləğində ödəmə mənbəyində tutulan vergini az hesablamaqla, 2013-cü ilin oktyabr, noyabr və 2014-cü ilin noyabr ayları üzrə 4094,01 manat məbləğində əlavə dəyər vergisini artıq hesablamaqla, ümumilikdə xeyli miqdar təşkil edən 60909,93 manat məbləğində v ergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Müəssisə tərəfindən 60909,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət işi üzrə mövcud olan sənədlərlə, cinayət işinin ibtidai istintaq zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2016-cı il tarixli 9488 saylı ekspert rəyi ilə təsdiq edilmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı və məhkəmə baxışında şahid qismində dindirilmiş 3 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, səyyar vergi yoxlaması zamanı «xxxx»xxxx” MMC tərəfindən avadanlıqların və gəmilərdə təmir işlərinin görülməsi ilə bağlı real bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə Azərbaycan Ticarət və Sənaye Palatasinin «Azərekspertiza”» Birliyindən ekspert dəvət edilmiş və müvafiq rəy alinmişdir. Ekspertin rəyinə əsasən, yoxlama ilə müəssisə 2013-2014-cü illər üzrə 34201,6 manat mənfəət vergisi, 2013-cü ilin dekabr, 2014-cü ilin oktyabr ayları üzrə 20687,34 manat əlavə dəyər vergisi, 2013-cü ilin 4-cü - 2014-cü ilin 4-cü rübləri üzrə 10115,0 manat ödəmə mənbəyində tutulan vergi az, 2013-cü ilin oktyabr, noyabr və 2014-cü ilin noyabr ayları üzrə isə 4094,01 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə 60909,93 manat məbləğində vergilərin azaldılması müəyyən olunmuşdur. Beləliklə, yuxarıda sadalanan hallardan göründüyü kimi, Məhkum ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamla bağlı istər ibtidai istintaqda toplanmış, istərsə də məhkəmə baxışında tədqiq olunmuş sübutlara əsasən onun xeyli miqdar təşkil edən 60909,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasında təqsirli olması haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanaraq, onun həmin cinayət əməli sübuta yetirilmişdir. Göründüyü kimi, işdə olan məhkəmə-mühasibat ekspertizasinin 31 may 2016-cı il tarixli rəyi, səyyar vergi yoxlama akti, vergi müfəttişləri Şahid1 məhkəmədə verdiyi ifadəsi və işdə olan digər rəsmi sənədlər işin faktiki hallarina, məhkəmədə tədqiq olunan sübutlara tam uyğun gəldiyi halda, məhkəmələr sadalanan mötəbər sübutları əsassız olaraq şübhə altina almaqla, təkrar təyin olunmuş məhkəməmühasibatliq və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının 24 iyul 2017-ci il və 09 avqust 2018-ci il tarixli işin obyektiv hallarına uyğun olmayan eyni məzmunlu və eyni nəticəli rəylərini inandırıcı və əsaslı hesab etməklə təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verməmişlər. Digər tərəfdən məhkəmələr yuxarıda sadalanan mötəbər sübutları, o cümlədən iş üzrə ibtidai istintaq zamanı keçirilmiş 31 may 2016-cı il tarixli məhkəmə-mühasibat ekspertizası rəyini heç bir əsas olmadan şübhə altına alaraq kənara qoyub, təkrar məhkəmə-mühasibatliq və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarım əsas götürməklə və 24 iyul 2017-ci il və 09 avqust 2018-ci il tarixli ekspertiza rəylərinə görə Məhkum tərəfindən «xxxx»xxxx MMC-nin fəaliyyətinə rəhbərlik edərək 2013-2014-cü illər üzrə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə 31248,76 manat məbləğində az hesablanmasının müəyyən etmişlər. Göründüyü kimi, iş üzrə bir-birinə zidd olan iki eksper tiza rəyi alınmış və bu ziddiyyətlərin araşdırılmasi və aradan qaldırılmasi üçün mülki iddiaçı tərəfindən və dövlət ittihamçısı tərəfindən dəstəklənən ekspert rəyini tərtib etmiş eksperti şahid qismində məhkəmə iclasına dəvət edilməsi ilə bağlı vəsatət verilməsinə baxmayaraq, məhkəmələr vəsatəti təmin etməmişdir. Həmçinin protestdə qeyd edilmişdir ki, məhkəmələr tərəfindən iş üzrə qərar qəbul edilərkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işinin məhkəmə istintaqı zamanı verilmiş eyni məzmunlu və eyni nəticəli 24 iyul 2017-ci il tarixli, 17606 saylı təkrar məhkəməmühasibatlıq və 09 avqust 2018-ci il tarixli, 33091 saylı təkrar komisyon məhkəməmühasibatlıq ekspert rəylərinə istinad edilmişdir. Ekspert rəylərində səyyar vergi yoxlamasının aparıldığı dövr üzrə müəssisə tərəfindən 28247,97 manat məbləğində ƏDVnin artıq hesablandığı, 23700,75 manat məbləğində mənfəət vergisi, 7548,01 manat məbləğində ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə 31248,76 manat məbləğində vergilərin az hesablandığı göstərilmiş, müəssisə tərəfindən hazırki cinayət işi üzrə 03 mart 2016-cı il tarixdə 5100 manat, 31 yanvar 2017-ci il tarixdə 5200 manat və 31 yanvar 2017-ci il tarixdə 9799 manat olmaqla, ümumilikdə 20099 manat məbləğində ödəniş olunduğu qeyd edilmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri əsassız olduğu üçün məhkəmələrin qərar qəbul edərkən həmin rəylərə istinad etməsi əsaslı hesab edilə bilməz, həmin ekspert rəylərində məhkəmə tərəfindən qoyulmuş suallara tam cavab verilməmişdir. Belə ki, ekspertiza qarşısında qoyulmuş birinci sualın məzmunu «xxxx»xxxx MMC-nin dövriyyəsinin aylar üzrə müəyyən edilməsi barədə olsa da, ekspert həmin suala dəqiq cavab verməkdən yayınaraq yoxlanılan dövr üzrə ümumi və əsassız rəqəmləri sadalamaqla kifayətlənmişdir. Qeyd olunmalıdır ki, ekspert qarşısında ƏDV-nin aylar üzrə müəyyən edilməsi barədə sual qoyulmasında məqsəd ekspert tərəfindən ƏDV üzrə ümumi rəqəmlər sadalanmasının qarşısını almaq və obyektiv rəyin verilməsinə nail olmaqdan ibarət olmuşdur. Lakin təqdim edilmiş ekspert rəylərində ƏDV tutulan dövriyyə heç bir əsas olmadan azaldılmış və ƏDV məbləği ekspert tərəfindən aylar üzrə müəyyən edilmədiyi üçün ekspert rəyi ilə gəlinmiş nəticələrlə səyyar vergi yoxlaması ilə gəlinmiş nəticələri müqayisə etmək, ekspert tərəfindən hansı ay üzrə vergi tutulan dövriyyənin azaldıldığın ı dəqiq müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar 3 saylı Vergilər İdarəsi tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq rəyi tərtib etmiş ekspertlərin məhkəmə iclasına çağırılması məhkəmədən xahiş edilmiş və rəyi tərtib etmiş ekspertlərdən X11 məhkəmədə rəylə bağlı izahat vermişdir. Ekspert ƏDV tutulan dövriyyənin aylar üzrə məbləğləri barədə verilmiş suallara savab olaraq bildirmişdir ki, müəssisənin ƏDV tutulan dövriyyəsinin məbləği 2013-ci ilin oktyabr ayı üzrə 22309,9 manat, noyabr ayı üzrə 87949 manat, dekabr ayı üzrə 83295,96 manat, 2014-cü ilin yanvar ayı üzrə 0 manat, fevral ayı üzrə 4839 manat, mart ayı üzrə 140937,59 manat, aprel-may ayları üzrə 0 manat, iyun ayı üzrə 7955 manat, iyul ayı üzrə 3831 manat, avqust ayı üzrə 10809 manat, sentyabr ayı üzrə 9483 manat, ok tyabr ayı üzrə 104477 manat, noyabr ayı üzrə 10060 manat, dekabr ayı üzrə 0 manat, 2015-ci ilin yanvar- fevral ayları üzrə 0 manat olmaqla, ümumilikdə 485946,45 manat olmuşdur. Səyyar vergi yoxlaması zamanı «xxxx»xxxx MMC tərəfindən ƏDV-nin 2013-cü ilin dekabr ayı üzrə 12690,48 manat, 2014-cü ilin oktyabr ayı üzrə 7996,86 manat olmaqla, ümumilikdə 20687,34 manat məbləğində ƏDV-nin yayındırılması, 2013-cü ilin oktyabr ayı üzrə 0,51 manat, noyabr ayı üzrə 7,76 manat, 2014-cü ilin noyabr ayı üzrə 4085,74 manat olmaqla, ümumilikdə 4094,01 manat artıq hesablanması və nəticədə yoxlanılan dövr üzrə 16593,33 manat məbləğində (20687,34-4091,01) ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən ƏDV-nin yayındırılması müəyyən edilmiş 2013-cü ilin dekabr ayı və 20 14-cü ilin oktyabr ayı üzrə ƏDV tutulan dövriyyələr ekspert tərəfindən də təsdiq edilmişdir. Lakin məhkəmələr mübahisəli 09 avqust 2018-ci il tarixli ekspertiza rəyinə əsaslanaraq 2013-cü ilin noyabr ayı üzrə müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğini 87949 manat müəyyən edilmişdir. Halbuki, səyyar vergi yoxlaması ilə müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatların məbləği 337564,28 manat müəyyən edilmişdir. Müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 337564,28 manat olması cinayət işi üzrə mövcud olan sənədlərlə təsdiq edilir. Belə ki, cinayət işinin 1-ci cildinin 121-ci vərəqində olan və müəssisənin «xxxx» ASC-dəki dollar hesabından çıxarışdın göründüyü kimi müəssisəyə ƏDV daxil olmaqla 27 noyabr 2013-cü il tarixdə 132305,99 A BŞ dolları, 29 noyabr 2013-cü il tarixdə 375568,36 ABŞ dolları olmaqla, ümumilikdə 507874,35 ABŞ dolları məbləğində vəsait gəlmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən həmin dövr üzrə dolların məzənnəsi 1 manat üçün 0,7843 ABŞ dolları olmuş və yoxlama ilə müəyyən edilmişdir ki, 2013-cü ilin noyabr ayı vergi ödəyicisinin bank hesabına gələn vəsaitin məbləği ƏDV ilə birlikdə 398325,85 (507874,35 x 0,7843) manat təşkil edir. Bank sənədlərinə əsasən vergi orqanı tərəfindən müəssisənin 2013-cü İlin noyabr ayı üzrə ƏDV-siz dövriyyəsi 337564,28 manat (398325,85/1.18) müəyyən edilməsinə baxmayaraq ekspert əsassız olaraq həmin ay üzrə ƏDV tutulan dövriyyəni 87949 manat müəyyən etmişdir. Beləliklə müəyyən edilmişdir ki, ekspert tərəfindən heç bir əsas olmadan müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 249615,28 manat, ƏDV-nin məbləği isə 44930,75 manat azaldılmış, məhkəmələr tərəfindən isə həmin hallara düzgün qiymət verilməmişdir. Buna görə də müəssisə tərəfindən 16593,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsindən yayındırılmasına baxmayaraq, məhkəmələr belə nəticəyə gəlmişdir ki, müəssisə tərəfindən 28247,97 manat məbləğində ƏDV məbləği artıq hesablanmışdır. Cinayət işinin materiallarına əsasən müəssisə tərəfindən 2013-cü il üzrə 22114,84 manat, 2013-cü il üzrə 12086,76 manat olmaqla, ümumilikdə 34201,60 manat məbləğində mənfəət vergisinin azaldılmasının müəyyən edilməsinə baxmayaraq, müəssisə tərəfəndən mənfəət vergisinin 2013-cü il üzrə 13878 manat, 2014-cü il üzrə isə 9822,75 manat olmaqla ümumilikdə 23700,75 manat azaldılması qeyd edilmişdir. Beləliklə, ƏDV üzrə dövriyyənin düzgün olmayaraq azaldılması müəssisənin mənfəət vergisi üzrə hesablamaların da azalması ilə nəticələnmişdir. Bundan əlavə, məhkəmələr belə nəticəyə gəlmişdir ki, hazırki cinayət işi üzrə 03 mart 2016- cı il tarixdə 5100 manat, 31 yanvar 2017-ci il tarixdə 5200 manat və 31 yanvar 2017-ci il tarixdə 9799 manat olmaqla, ümumilikdə mülki iddia məbləğindən 20099 manat ödəniş olmuşdur. Cinayət işinin işin materiallarından görünür ki, iş üzrə olan 60909,93 manat məbləğində mülki iddiadan cinayət işi məhkəməyə göndərilənə qədər birinci dəfə 5100 manat mənfəət vergisi, daha sonra isə 5200 manat mənfəət vergisi dövlət büdcəsinə ödənilmişdir. Vergi ödəyicisi tərəfindən 31 yanvar 2017-ci il tarixdə ödənilmiş 9799 manat məbləğində pul vəsait i isə müəssisə tərəfindən maliyyə sanksiyası kimi dövlət büdcəsinə ödənilmişdir ki, həmin maliyyə sanksiyaları mülki iddianın tərkib hissəsinə aid deyil. Müəssisə tərəfindən 9799 manat məbləğində pul vəsaitinin maliyyə sanksiyası qismində ödənilməsində məqsəd qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etməklə bağlı olmuşdur. Belə ki, “Vergi ödəyəcilərinin 01 yanvar 2017-ci il tarixə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli Qanununun 2.2.1-ci maddəsinə əsasən vergi ödəyəciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində maliyyə sanksiyalarının 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Müəssisənin şəxsi vərəqəsi üzrə məlumatlardan gör ünür ki, vergi ödəyəcisi 9799 manat məbləğində maliyyə sanksiyasını dövlət büdcəsinə ödədiyi üçün onun vergi orqanı tərəfindən 22862,97 manat məbləğində maliyyə sanksiyası silinmişdir. Müəssisə tərəfindən 9799 manat məğləğində pul vəsaitinin maliyyə sanksiyası qismində ödənilməsi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmə təqdim olunmuş ödəniş sənədi ilə də təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmələr həmin halı nəzərə almamaqda haqlı olmamışdır. Beləliklə məhkəmələr iş üzrə qərar qəbul edərkən cinayət işi üzrə mövcud olan sübutlara düzgün qiymət verməmiş, yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2018-ci il tarixli, 33091 saylı ekspert rəyi ilə gəlinmiş nəticələri nəzərə almışdır. Özündə obyektiv həqiqəti əks etdirməyən ekspert rəylərinin isə məhkəmələ r tərəfindən qərar qəbul edilərkən sübut kimi nəzərə alınması çıxarılmış qərarların qanunsuz və əsassız olması ilə nəticələnmişdir. Protestdə həm də qeyd edilmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı hər hansısa psixi və fiziki zor tətbiq edilmədiyi halda, onun məhkəmə istintaqı zamanı göstərdiyi - özünü müdafiə etmək və cinayət məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həqiqəti əks etdirməyən və məhkəmə istintaqı zamanı sübuta yetirilməyən xüsusatları məhkəmələrin əsas götürməsi isə qərarların əsassızlığına dəlalət edir. Məhkəmələr hansı səbəblərə görə iş üzrə məhkəmə istintaqı zamanı alınmış eyni məzmunlu və eyni nəticəli 24 iyul 2017-ci il tarixli, 17606 saylı təkrar məhkəmə-mühasibatlıq və 09 avqust 2018-ci il tarixli, 33091 saylı təkrar komisyon məhkəmə-mühasibatl ıq ekspert rəylərini mötəbər hesab etməsini, ibtidai istintaq zamanı alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 31 may 2016-cı il tarixli, 9488 saylı rəyinə tənqidi yanaşaraq rədd etməsinin motivlərini qərarın təsviri- əsaslandırıcı hissəsində göstərməmişlər. CPM-nin 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Belə olan halda ibtidai istintaq orqanının Məhkum tərəfindən ümumilikdə 60909,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilməkdən yayınmasına dair gəldiyi nəticələr daha əsaslı və mötəbər olmuşdur. Mülki iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri əsassız olduğu üçün məhkəmənin qərar qəbul edərkən həmin rəylərə istinad etməsi əsaslı hesab edilə bilməz. Belə ki, səyyar vergi yoxlaması materialları və cinayət işinə əlavə edilmiş digər sənədlərdən göründüyü kimi yoxlama ilə əhatə edilən dövr ərzində müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğinin 720.653,47 manat, ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatlarının məbləğinin 85.110,20 manat, dövriyyədən hesablanmalı olan ƏDV-nin məbləğinin 129.717,62 manat, əvəzləşdirilən ƏDV-nin məbləğinin 29.718,93 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 99.998,69 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssis ə tərəfindən təqdim edilmiş bəyannamələrdə isə müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləği 627.981,45 manat, ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyatlarının məbləği 2.300 manat, dövriyyədən hesablanmalı olan ƏDV-nin məbləği 113.036,62 manat, əvəzləşdirilən ƏDV-nin məbləği 29.631,29 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləği isə 83.405,37 göstərilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə 16.593,33 (99.998,69-83.405,37) manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Ekspert rəyində isə heç bir əsas olmadan yoxlama ilə əhatə olunan 01.10.2013-cü il tarixdən 01.03.2015-ci il tarixədək olan dövr ərzində müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğinin 471.048,30 manat, ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunan əməliyyat larının məbləğinin 17.190,00 manat, dövriyyədən hesablanmalı olan ƏDV-nin məbləğinin 84.788,69 manat, əvəzləşdirilən ƏDV-nin məbləğinin 29.631,29 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 55.157,40 manat olduğu qeyd edilmişdir. Bildiririk ki, müəssisənin ƏDV tutulan əməliyyatlarının 471.048,30 manat olması barədə ekspertin gəldiyi nəticələr düzgün deyil. Həmin məbləğin hansı sənədlərə əsasən müəyyən edilməsi, cinayət işi materiallarında olan və vergi ödəyicisinin dövriyyəsini təsdiq edən hansı sənədlərin ekspert tərəfindən nəzərə alınmaması nə ekspert rəylənndə, nə də məhkəmə qərarında əsaslandırılmamışdır. Halbuki, cinayət işi materiallarında müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğinin 720.653,47 manat olmasını təsdiq edən sənədlər mövcuddur. Məhkəmə tərəfindən isə bu hal nəzərə alınmamışdır. Bundan əlavə, qeyd etdiyimiz kimi, ekspert əsassız olaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş dövriyyədən də az məbləğ müəyyən etmişdir. Bundan əlavə, ekspert rəyindən müəssisənin aylar üzrə ƏDV tutulan dövriyyəsinin nə qədər olmasını müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Cinayət işi materiallarına əsasən müəssisə tərəfindən 2013-cü il üzrə 22.114,84 manat, 2014-cü il üzrə 12.086,76 manat olmaqla, ümumilikdə 34.201,60 manat məbləğində mənfəət vergisinin azaldılmasının müəyyən edilməsinə baxmayaraq, ekspert rəyində müəssisə tərəfindən mənfəət vergisinin 2013-cü il üzrə 13.878 manat, 2014-cü il üzrə isə 9.822,75 manat olmaqla ü mumilikdə 23.700,75 manat azaldıldığı qeyd edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, ekspert mənfəət vergisinin hesablanması zamanı da səhvə yol vermişdir. Yuxarıda qeyd olunduğu kimi, ekspert ƏDV üzrə dövriyyənin müəyyən edilməsi zamanı hesablamalarını düzgün aparmamışdır. ƏDV üzrə dövriyyənin düzgün olmayaraq azaldılması müəssisənin mənfəət vergisi üzrə hesablamalarının da azalması ilə nəticələnmişdir. Bundan əlavə, ekspert rəyində mənfəət vergisinin hesablanması üçün müəyyən olunan dövriyyə, ƏDV-nin hesablanması üçün müəyyən edilmiş dövriyyədən fərqlənir ki, bu da ekspert tərəfindən gəlinmiş nəticələrin əsassız olduğunu bir daha sübuta yetirir. Həmçinin, qeyd olunmalıdır ki, ekspert rəyinin ödəmə mənbəyində tutulan vergilər üzrə hissəsi rəyin digər hissələrində gəlinmiş nə ticələrlə də uzlaşmır. Belə ki, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr üzrə ekspert müəssisənin dövriyyəsini ƏDV hesablanması üçün 471.048,30 manat, mənfəət vergisi hesablanması üçün 711.022,65 (416.340,06+294.682,59) manat, ödəmə mənbəyində tutulan vergilərin hesablanması üçün isə 700.962,65 manat müəyyən etmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, ÖMV üzrə məhkəmənin gəldiyi nəticə ilə bağlı qeyd edirik ki, ekspert rəylərində yoxlama dövrünə aid müəssisənin gəlirləri azaldılmış, bununla bağlı hər hansı təhvil-təslim aktına istinad edilməmişdir. Halbuki yoxlama zamanı alınmış mütəxəssis rəyi görülmüş təmir işləri ilə bağlı tərtib edilmiş Forma N868 (təhvil-təslim aktlarına) əsasən verilmişdir. Rəyə əsasən əmək tutumu 21230 adam/saat və həmin işləri görmüş şəxslərə ödənilmiş vəsai tin məbləği 72.250,0 manat təşkil etmiş və İV rüb 2013-İV rüb 2014-cü illər üzrə 14% dərəcə ilə 10.115,0 manat ÖMV hesablanmışdır. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2017-ci il tarixli 17606 nömrəli və 09.08.2018-ci il tarixli 33091 nömrəli rəyləri hər bir sual üzrə gəldiyi nəticə hissəsində əsassızdır və işin həqiqi hallarını, yayındırılmış vergi məbləğlərini özündə düzgün əks etdirmədiyi üçün sübut kimi istifadə edilə bilməzdi. Məhkəmələrin sübut kimi qəbul etdiyi 09.08.2018-ci il tarixli 33091 nömrəli ekspert rəyi əvvəllər ekspert tərəfindən verilmiş 24.07.2017-ci il tarixli 17606 nömrəli rəyi köçürməklə kifayətlənmiş və məhkəmə tərəfindən qoyulmuş suallara tam cavab verilməmişdir. Belə ki, ekspertiza qarşısında qoyulmuş birinci sualın məzmunu “xx xx"xxxx MMC-nin dövriyyəsinin aylar üzrə müəyyən edilməsi barədə olsa da ekspert həmin suala dəqiq cavab verməkdən yayınaraq yoxlanılan dövr üzrə ümumi və əsassız rəqəmləri sadalamaqla kifayətlənmişdir. Qeyd olunmalıdır ki, ekspert qarşısında ƏDV-nin aylar üzrə müəyyən edilməsi barədə sual qoyulmasında məqsəd ekspert tərəfindən ƏDV üzrə ümumi rəqəmlər sadalanmasının qarşısını almaq və obyektiv rəyin verilməsinə nail olmaqdan ibarət olmuşdur. Lakin, təqdim edilmiş ekspert rəylərində ƏDV tutulan dövriyyə heç bir əsas olmadan azaldılmış və ƏDV məbləği ekspert tərəfindən aylar üzrə müəyyən edilmədiyi üçün ekspert rəyi ilə gəlinmiş nəticələrlə səyyar vergi yoxlaması ilə gəlinmiş nəticələri müqayisə etmək, ekspert tərəfindən hansı ay üzrə vergi tutulan dövriyyənin azaldıldığını dəqiq müəyyən e tmək mümkün olmamışdır. İlkin olaraq qeyd edirik ki, ekspertin məhkəmə iclasında qeyd etdiyi dövriyyə məbləğinin 485.946,46 manat olmasına baxmayaraq rəydə bu məbləğ 471.048,30 manat göstərilmişdir. Məhkəmə tərəfindən isə bu hal nəzərə alınmamışdır. Ekspert məhkəmədə verdiyi ifadəsində 2013-cü ilin noyabr ayı üzrə müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğini 87949 manat olduğunu bildirmişdir. Halbuki, səyyar vergi yoxlaması ilə müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 337.564,28 manat müəyyən edilmişdir. Müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 337.564,28 manat olması cinayət işi üzrə mövcud olan sənədlərlə təsdiq edilir. Belə ki, cinayət işinin 1-ci cildinin 121-ci səhifəsində olan və müəssisənin “xxxx” ASC-də ki dollar hesabından çıxarışdan göründüyü kimi müəssiyə ƏDV daxil olmaqla 27.11.2013-cü il tarixdə 132.305,99 dollar, 29.11.2013-cü il tarixdə 375.568,36 dollar olmaqla, ümumilikdə 507.874,35 dollar vəsait gəlmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən həmin dövr üzrə dolların məzənnəsi 1 manat üçün 0,7843 dollar olmuş və yoxlama ilə müəyyən edilmişdir ki, 2013-cü ilin noyabr ayı vergi ödəyicisinin bank hesabına gələn vəsaitin məbləği ƏDV ilə birlikdə 398.325,85 (507.874,35 dollar x 0,7843) manat təşkil edir. Bank sənədlərinə əsasən vergi orqanı tərəfindən müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV-siz dövriyyəsi 337.564,28 manat (398.325,85/1.18) müəyyən edilməsinə baxmayaraq, ekspert əsassız olaraq həmin ay üzrə ƏDV tutulan dövriyyəni 87.949 manat müəyyən etmi şdir. Beləliklə, müəyyən edilmişdir ki, ekspert tərəfindən heç bir əsas olmadan müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 249.615,28 manat, ƏDV-nin məbləği isə 44.930,75 manat azaldılmış, məhkəmə tərəfindən isə həmin hallara düzgün qiymət verilməmişdir. Buna görə də müəssisə tərəfindən 165.93,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsindən yayındırılmasına baxmayaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, müəssisə tərəfindən 28.247,97 manat məbləğində ƏDV məbləği artıq hesablanmışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı verilmiş ekspert rəylərinə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki cinayət işi üzrə 03.03.2016-cı il tarixdə 5.100 manat, 31.01,2017-ci il tarixdə 5.200 manat və 31.01,2017-ci il tarixdə 9.799 manat olmaqla, ümumilikdə mülki id dia məbləğindən 20.099 manat ödəniş olunmuşdur. 3 saylı Ərazi Vergilər idarəsi bildirir ki, ittiham aktına əlavə edilmiş arayışdan göründüyü kimi tərtib edilmiş ittiham aktı baxılması üçün məhkəməyə göndərilənə qədər iş üzrə olan 60.909,93 manat məbləğində mülki iddiadan 5.100 manat mənfəət vergisi dövlət büdcəsinə ödənilmişdir. Daha sonra müəssisə tərəfindən 31.01,2017-ci il tarixdə də dövlət büdcəsinə 5.200 manat məbləğində mənfəət vergisi ödənilmişdir. Vergi ödəyicisi tərəfindən 31.01,2017-ci il tarixində ödənilmiş 9.799 manat məbləğində pul vəsaiti müəssisə tərəfindən maliyyə sanksiyası kimi dövlət büdcəsinə ödənilmişdir ki, həmin maliyyə sanksiyaları mülki iddianın tərkib hissəsinə aid deyil. Müəssisə tərəfindən 9.799 manat məbləğində pul vəsaitinin yayındırılmış vergilər üzrə deyil, maliyyə sanksiyası qismində ödəməsində məqsəd qanunvericlikdə müəyyən edilmiş güzəştlərdən istifadə etməklə bağlı olmuşdur. Belə ki, ‘Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli qanununun 2.2.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində maliyyə sanksiyalarının 30 faizi ödənildikdə — maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Müəssisənin şəxsi vərəqəsi üzrə məlumatlardan göründüyü kimi vergi ödəyicisi 9.799 manat məbləğində maliyyə sanksiyasını dövlət büdcəsinə ödədiyi üçün vergi orqanı tərəfindən 22.862,97 manat məbləğində maliyyə sanksiyası 30 dekabr 2016-cı il tarixli N 474-VQ nömr əli Qanunun tələblərinə uyğun olaraq silinmişdir. Müəssisə tərəfindən 9.799 manat məbləğində pul vəsaitinin maliyyə sanksiyası qismində ödənilməsi 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədi ilə də təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan həmin halı nəzərə almamışdır. Yuxanda sadalanan hallardan göründüyü kimi məhkəmə tərəfindən iş üzrə qərar qəbul edilərkən cinayət işi üzrə mövcud olan sübutlara düzgün qiymət verilməmiş, 04.07.2017-ci il tarixli 17606 nömrəli və 09.08.2018-ci il tarixli 33091 nömrəli ekspert rəylərinin əsasız olması ilə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq olaraq məhkəməyə təqdim olunmuş 04.12.2017-ci il tarixli **********067300 nömrəli və 09.10.2018-ci il tarixli **********171700 nömrəli mü lahizələri nəzərə almamış, yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2017-ci il tarixli 17606 nömrəli və 09.08.2018-ci il tarixli 33091 nömrəli ekspert rəyi ilə gəlinmiş nəticələri nəzərə almışdır. Özündə obyektiv həqiqəti əks etdirməyən ekspert rəylərinin isə məhkəmə tərəfindən qərar qəbul edilərkən sübut kimi nəzərə alınması çıxarılmış qərarın qanunsuz və əsassız olması ilə nəticələnmişdir. Qeyd olunmalıdır ki, Məhkum tərəfindən "X14 Xidmətlər" MMC-nin fəaliyyətinə rəhbərlik edərək 2013 - 2014-cü illər dövriyyəsi və həmin dövriyyədən dövlət büdcəsinə ödənilməli olan, lakin ödənilməkdən yayındırılmış vergilərin məbləğləri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə cinayət işinin ibtidai araşdırılması zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi t ərəfindən verilmiş 31.05.2016-cı il tarixli, 9488 nömrəli rəyin sübut kimi qiymətləndirilməməsinin səbəblərini qərarda əsaslandırılmamışdır. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyi sübut kimi qəbul edilə bilməzdi və həmin rəyə istinad edilməklə qəbul edilmiş apellyasiya məhkəməsinin qərarı əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və mülki iddiaçının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə, müdafiəçinin isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərd ə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələblərinə uyğun olaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayıb qeyd ed ir ki, həmin məhkəmə Azərbaycan Respublikası CM-in 213.1ci maddəsi ilə olan ittiham üzrə qərar çıxararkən Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə riayət etməmiş, gəldiyi nəticələri faktiki olaraq əsaslandırmamış, cinayət prosessual qanununu düzgün tətbiq etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum verilmiş ittihamla tam şəkildə razılaşmamış və onun 60.909,93 manat deyil, 31.248,76 qəpik məbləğində vergi ödəməsindən yayınması müəyyən etmiş, bunun təsdiq olunduğu qənaətinə gəlmiş və faktiki olaraq bu məsələdə məhkəmə baxışında keçirilmiş son ekspertizanın rəyi ilə (09 avqust 2018-ci il tarixli 33091 nömrəli) razılaşmışdır (həmin rəydə vergidən cəmi 31.248,76 manat yayınması göstərilmişdir). Bu səbəbdən də mülki iddia məsələsi həll edilərkən məhkəmənin ödənilmiş hesab etdiyi məbləğ 60.609,93 manat məbləğindən deyil, həmin ekspert rəyində göstərilən məbləğdən – 31.218,76 manatdan çıxılaraq Məhkum ziyanın ödənilməsi hesabına tutulmalı olan məbləğ müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə ittihamın hansı həcmdə təsdiq olunduğu və ziyanın ödənilməsi hesabına Məhkum hansı məbləğin tutulmalı olduğu qənaətinə gələrkən məhkəmə baxışı zamanı keçirilmiş son ekspertizanın rəyinə (09 avqust 2018-ci il tarixli) əsaslanmışdır. Lakin iş materiallarından görünür ki, mülki iddiaçı məhkəməyə həmin ekspert rəyi ilə əlaqədar mülahizə təqdim etmiş və bu mülahizədə faktiki olaraq 09 avqust 2018-ci il tarixli 33091 saylı ekspert rəyinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırmışdır. Mülki iddiaçı özünün bu mövqeyini aş ağıdakılarla əsaslandırmışdır: “... Məhkəməyə və iş üzrə tərəflərə məlum olduğu kimi, məhkəmə tərəfindən təkrar mühasibat ekspertizası təyin edilməsi zamanı ekspert qarşısında ƏDV-nin aylar üzrə müəyyən edilməsi barədə sual 3 saylı Ərazi Vergilər İdarəsinin təklifi və vəsatəti əsasında qoyulmuşdur... Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24.07.2017-ci il tarixli 17606 nömrəli rəydə ƏDV tutulan dövriyyə heç bir əsas olmadan azaldılmış və ƏDV məbləği ekspert tərəfindən aylar üzrə müəyyən edilmədiyi üçün ekspert rəyi ilə gəlinmiş nəticələrlə səyyar vergi yoxlaması ilə gəlinmiş nəticələri müqayisə etmək, ekspert tərəfindən hansı ay üzrə vergi tutulan dövriyyənin azaldığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Həmçinin ekspert tərəfindən ƏDV tutulan dövriyyə azaldıldığı üçün mənfəət vergisi azaldılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizası zamanı ekspert qarşısında ƏDV-nin aylar üzrə müəyyən edilməsi barədə yuxarıda qeyd olunan sual qoyulsa da ekspert məhkəmənin qoyduğu suala tam cavab verməmiş, yoxlanılan dövr üzrə ümumi və əsassız rəqəmləri sadalamaqla kifayətlənmiş və Ekspertiza Mərkəzi tərəfindən verilmiş əvvəlki rəydə gəlinmiş nəticələri təkrarlamaqla işini bitmiş hesab etmişdir. Bundan sonra, 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, rəyi tərtib etmiş ekspertlərin məhkəmə iclasına çağırılması məhkəmədən xahiş edilmiş və rəyi tərtib etmiş ekspertlərdən X12 məhkəmədə rəylə bağlı izahat vermişdir... ekspert heç bir əsas olmadan 2013-cü ilin noyabr ayı üzrə müəssisənin ƏDV tutulan əməliyyatlarının mə bləğini 87.949 manat müəyyən etmişdir. Halbuki, səyyar vergi yoxlaması ilə müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 337.564,28 manat müəyyən edilmişdir. Müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 337.564,28 manat olması cinayət işi üzrə mövcud olan sənədlərlə təsdiq edilir. Belə ki, cinayət işinin 1-ci cildinin 121-ci səhifəsində olan və müəssisənin “xxxx” ASC-dəki dollar hesabından çıxarışdan göründüyü kimi, müəssisəyə ƏDV daxil olmaqla 27.11.2013-cü il tarixdə 132.305,99 dollar, 29.11.2013-cü il tarixdə 375.568,36 dollar olmaqla, ümumilikdə 507.874,35 dollar vəsait gəlmişdir. Mərkəzi Bankın məlumatlarına əsasən həmin dövr üzrə dolların məzənnəsi 1 manat üçün 0,7843 dollar olmuş və müəyyən edilmişdir ki, 2013-cü ilin noyabr ayı vergi ödəyicisinin bank hesabına gələn vəsaitin məbləği ƏDV ilə birlikdə 398.325,85 (507.874,35 dollar x 0,7843) manat təşkil edir. Bank sənədlərinə əsasən vergi orqanı tərəfindən müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV-siz dövriyyəsi 337.564,28 manat (398.325,85/1.18) müəyyən edilməsinə baxmayaraq, ekspert əsassız olaraq həmin ay üzrə ƏDV tutulan dövriyyəni 87.949 manat müəyyən etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, ekspert tərəfindən heç bir əsas olmadan müəssisənin 2013-cü ilin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 249.615,28 manat, ƏDV-nin məbləği isə 44.930,75 manat azaldılmışdır. Buna görə də müəssisə tərəfindən 16.593,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsindən yayındırılmasına baxmayaraq, ekspert belə nəticəyə gəlmişdir ki, müəssisə tərəfindən 28.247,97 manat məbləğində ƏDV məbləği artıq hesablanmışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, ekspertin müəssisənin aylar üzrə ƏDV tutulan dövriyyələrı barədə məhkəməyə şifahi qaydada verdiyi məlumatlarla, yazılı tərtib edilmiş rəydə göstərilən məbləğlər arasında da uyğunsuzluq mövcuddur. Belə ki, 09.08.2018-cı tarixli 33091 nömrəli ekspert rəyində müəssisənin yoxlanılan dövr üzrə ƏDV tutulan əməliyyatlarının məbləği 471.048,30 manat göstərilsə də, ekspertin məhkəməyə verdiyi izahatında qeyd olunan məbləğlərin cəmi 485.946,45 təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, müəssisənin ƏDV tutulan əməliyyatlarının məbləğinin ekspert tərəfindən əsassız olaraq azaldılması, müəssisə tərəfindən ödənilməli olan mənfəət vergisinin də azalması ilə nəticələnmişdir Bundan əlavə, göstərilən hallar onu deməyə əsas verir ki, ekspert ödəmə mənbəyində tutulan vergilərlə bağlı gəldiyi nəticələr də əsassızdır...”. Birinci instansiya məhkəməsi isə mülki iddiaçının təqdim etdiyi həmin sənədə (mülahizəyə) heç bir əhəmiyyət verməmiş, münasibət belə bildirməmiş, mülahizədə istinad edilən halları və sənədləri tədqiq etməmiş, faktiki olaraq qaldırılmış vəsatəti (mülahizədə ekspert rəyinin sübutlar siyahısından çıxarılması xahiş edilmişdir) müzakirə etməmiş, müvafiq qərar çıxarmamış, öz təşəbbüsü ilə yenidən əlavə və ya təkrar ekspertizanı da təyin etməmiş, əksinə, işi mahiyyəti üzrə həll edərkən həmin ekspert rəyində göstərilən məlumatları əsas götürmüşdür. Həmin ekspert rəyi ilə əlaqədar həm də qeyd olunmalıdır ki, məhkəmənin ekspertiza təyin edilməsinə dair qərarında ekspert qarşısında qoyulan birinci suala (ƏDV tutulan dövriyənin aylar üzrə məbləğləri) ümumiyyətlə cavab verilməmiş, ekspertiza rəyindən göründüyü kimi, həmin sualla bağlı məsələlər tətqiq belə olunmamış, məhkəmə dindirilən ekspert də bu məsələyə aydınlıq gətirməmişdir. Məhkəmə də buna əhəmiyyət verməmiş, həmin sual üzrə tədqiqat aparılması üçün öz təşəbbüsü ilə əlavə ekspertiza təyin edilməsi məsələsini müzakirə belə etməmişdir. Göründüyü kimi, məhkəmə CPM-nin 331-ci maddəsinin tələblərinə riayət etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum ziyanın ödənilməsi hesabına hansı məbləğin tutulmalı olduğu, yəni mülki iddianın hansı hissədə təmin edilməli olduğu məsələsini həll edərkən onun tərəfindən maliyyə sanksiyası kimi ödənilmiş 9.799 manat də nəzərə almış və bu məbləği ondan tutulmalı olan məbləğd ən (özünün mülahizəsinə görə) çıxmışdır. Halbuki, iş materiallarından göründüyü kimi, həmin məbləğ maliyyə sanksiyası kimi ödənilmiş və bu ödəmə ilə əlaqədar müəssisə tərəfindən ödənilməli olduğu maliyyə sanksiyasının 70%-i qanunvericiliyə uyğun olaraq silinmişdir. Mülki iddiaçı da ödəmənin məhz bu qaydada aparılmasını təsdiq edən sənədlərə əsaslanaraq 9.799 manat məbləğində ödəmənin ittihamda göstərilən, vergidən yayınması məbləğinə heç bir aidiyyəti olmadığını iddia edir. Birinci instansiya məhkəməsi isə qeyd olunan sənədlərə müvafiq qiymət verməmiş və bu məsələ üzrə hökmdə aşağıdakıları göstərmişdir: “... Vurulmuş ziyan üzrə təqsirləndirilən şəxs tərəfindən edilmiş ödənişlərlə bağlı məhkəmə qeyd edir ki, mülki iddiaçı təqsirləndirilən şəxs tərəfindən cinayət təqibi zamanı 03.03.2016-cı il tarixində 5.100,0 manat məbləğində, 31.01.2017-ci il tarixində 5.200,0 manat məbləğində, ümumi 10.300 manat əsas borc üzrə ödəniş edildiyini etiraf edir. 31.01.2017-ci il tarixində edilmiş 9.799,0 manat məbləğində ödənişlə bağlı təqsirləndirilən şəxs bildirir ki, o, həmin ödənişi əsas borc üzrə etmək istəmiş, lakin vergi orqanının əməkdaşı ona hesab nömrəsi vermiş, o da həmin hesab nömrəsi üzrə əsas borc hesab edərək ödəniş etmiş və sonradan ona məlum olmuşdur ki, ödənişi əsas borc üzrə yox, maliyyə sanksiyası üzrə etmişdir. Əslində onun məqsədi əsas borc üzrə ödəniş etmək olmuşdur. Çünki barəsində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə istintaq aparılan və işi artıq məhkəmədə olan təqsirləndirilən şəxs kimi onun maliyyə sanksiyası üzrə ödəniş etməsinin mənası yoxdur. Əksinə, əsas bo rcdan ödəniş edərək, vurduğu ziyanın məbləğinin azaldılması onun vəziyyətinin yüngülləşməsinə səbəb olur. Digər tərəfdən, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin maddəsinin tələbinə görə, vergilər üzrə borcların ödənilməsinin sıra qaydasına uyğun olaraq, ilk növbədə yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği, sonra hesablanmış faizlərin məbləği, daha sonra tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği ödənilməlidir. Vergi orqanının əməkdaşları ona qanunun bu tələbini izah etməli idilər. Ona görə də hesab edir ki, qanunun göstərilən tələbinə uyğun olaraq, 31.01.2017-ci il tarixində ödənilmiş 9.799,0 manat məbləğində ödəniş əsas borc üzrə ödəniş sayılmalıdır. Məhkəmə bununla bağlı hesab edir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin maddəsinin tələbi baxımında n təqsirləndirilən şəxs - mülki cavabdeh Məhkum gətirdiyi arqument əsaslı sayılmalıdır. Çünki, indiki halda, təqsirləndirilən şəxs - mülki cavabdeh Məhkum cinayət işi məhkəmədə ola-ola 31.01.2017-ci il tarixində (mülki iddiaçının təqdim etdiyi ödəniş sənədində tarix 30.01.2017-ci ildir və məhkəmənin fikrincə, bır gün fərqi mahiyyətcə heç nəyi dəyişmir) maliyyə sanksiyası üzrə 9.799,0 manat məbləğində ödəniş etməsi faktı, onun həmin işi əsas borc üzrə etmək niyyətinin real əsaslara söykənməsi və həmin ödəniş edilərkən Vergilər Məcəlləsinin qeyd olunan tələbinə əməl olunmaması Məhkum ödəniş edərkən məqsədinin vurduğu ziyanın məbləğinin deyil, maliyyə sanksiyasının məbləğinin azaldılması olmasına dair əsaslı şübhə yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü mad dəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən 23.01.2017-ci il tarixdə edilmiş 9.799,0 manat məbləğində ödəniş əsas borc üzrə edilmiş ödəniş sayılmalıdır...”. Hökmdə göstərilən bu fikirləri kassasiya protesti və kassasiya şikayətinin dəlilləri baxımından təhlil edən məhkəmə kollegiyası hesab edir ki, 9.799 manatın məhz maliyyə sanksiyası kimi ödənildiyini birmənalı olaraq göstərən sənədlər mövcud olduğu halda, Məhkum həmin vəsatəti ittihamda göstərilən vergidən yayınma ilə əlaqədar ziyanın ödənilməsi hesabına ödədiyi barədə ifadəsi inandırıcı görünmür (məhkəmə kollegiyasının qənaəti nə görə işdə olan sənədlər məhkumun həmin ifadələri baxımından bir daha təhlil edilməli, sanksiyaların, buna dair qərarların ittihamda əks etdirilmiş məbləğlərə aid olubolmadığı dəqiqləşdirilməli və yalnız bundan sonra və nəticəsəindən asılı olaraq həmin məsələ həll edilməli idi). Apellyasiya məhkəməsi də bu çatışmazlıqları aradan qaldırılmamış, apellyasiya protestinin və mülki iddiaçının apellyasiya şikayətinin bunlarla bağlı dəlillərinə münasibət bildirməmiş, müvafiq araşdırmalar (o cümlədən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən hallar üzrə) aparmamış, həmin dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, iş üzrə mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2 və 145.3-cü maddələrinin tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıql arı qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır k i, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası bütün bunlara əsaslanaraq hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə işin apellyasiya məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Su mqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti və kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar