Məhkəmə qərarları › İş №1(102)-10/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-10/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-10/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs hüquqi varisi X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi M üdafiəçi3, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi) Cavid Hüseynov və Eldar İsmayılovdan ibarət tərkibdə) 27 iyul 2022-ci il tarixli, 1(101)-551/2022 nömrəli hökmü ilə 5 may 1987-ci il tarixdə xxx şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, “xxxx” kafesində mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3 və 221.1-ci-ci maddələri ilə təqsirli bilinməklə, CM-in 126.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə, CM-in 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi, CM-in 66.3-ci maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 30 avqust 2021ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 29 avqust 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, xxxx rayonu, xxxx prospekti xxxx ünvanında yerləşən "xxxx” kafesində mühafizəçi kimi işdə olarkən kafeyə birlikdə gəlmiş müştərilər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 kafeni n girişində yerləşən pilləkənlərin yuxarı hissəsində geyimlərinə görə saxlayıb içəri buraxa bilməyəcəyini demiş, Zərərçəkmiş şəxs2 ona etirazını bildirdikdə aralarında yaranmış mübahisə zamanı mühafizəçi kimi üzərinə düşən vəzifəsindən açıq aşkar kənara çıxaraq, orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bır əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə yumruqla vurub ona sol almacıq və sol çənə bucağı nahiyələrinin yumşaq toxumalarının zəif şişkinliyi halında əzilməsi kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, həmin an ar xasında pilləkənin yuxarı hissəsində dayanmış Zərərçəkmiş şəxs1 onun çiyin nahiyəsindən əli ilə cüzi toxunmasını bəhanə edib, ona qarşı hər-hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyi və heç bir təhlükə yaranmadığı halda, Zərərçəkmiş şəxs1 tərəf çevrilərək fiziki hazırlıq gücündən istifadə edərək mübahisədə iştirak etməyən və fiziki cəhətdən ondan çox zəif olan sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurduqda, Zərərçəkmiş şəxs1 müvazinətini itirib səndələməklə orada qoyulmuş dəmir dibçəyi olan ağaca dəydikdə, dibçək aşağı düşmüş, bu zaman həmin yerdə onun istinad edəcəyi həddin olmadığını və təhlükəli vəziyyətdə qalacağını görərək növbəli dəfə vuracağı halda Zərərçəkmiş şəxs1 hündürlükdən yıxılıb həyat və sağlamlıq üçün ağır nəticələrə səbəb ola biləcək xəsarətlərin almasını, be lə nəticənin baş verməsini dərk edib və şüurlu surətdə yol verərək, onun sifət nahiyəsindən ikinci dəfə yumruqla vuraraq, ona burun sümüyünün qapalı qəlpəli sınığı, burun nahiyəsinin deformasiyası, burun belinin qançırı və sıyrığı kimi sağlamlığa az ağır, sağ göz qapağının əzilmiş yarası və qançırı kimi sağlamlığa yüngül zərər vurma, sol bazunun qançırlar, sol ayağın İ barmağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək 2 metr 70 santimetr hündürlükdən arxası üstə yıxılması və başın arxa nahiyəsinin metlax üzlü döşəmənin üzərinə dəyməsi ilə nəticələnmiş baş beyin toxumasının əzilməsi, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası həyat üçün təhlükəli olan, ölümlə birbaşa səbəbli əlaqəsi olan sağlamlığa ağır zərər vuraraq, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş və bundan sonra pilləkəndan enib orada dayanmış Valeh Məmmədovun sifət nahiyəsindən bir daha yumruqla vuraraq orada olan şəxslərin rahatlığını pozmaqla qərəzli xuliqanlıq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi hakim), Habil Məmmədov və Əhsən Əhmədov) 30 noyabr 2022ci il tarixli, 1(103)-1812/2022 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X3 və nümayəndəsi Müdafiəçi3, habelə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 27 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlan ılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1812/2023 saylı 30 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsindən CM-in 124.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(103)1812/2022 saylı yekun qərarının dəyişdirilməsini, Məhkum hərəkətləri CM-in 126.3 və 221.1-ci maddələrindən CM-in 120.2.2 və 221.1-ci maddələrinə tövsif edilməsini və Məhkum CM-in 120.2.2 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini tö rətməkdə təqsirli bilinib, ona CM-in 120.2.2-ci maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-in 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və təyin edilən cəzaları CM-in 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum qəti cəza ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi haqqında yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə çıxardığı və Bakı Apelyasiya Məhkəməsinin də öz qərarı ilə qüvvədə saxladığı hökmü qanunsuz və əsassızdır. Bakı Apelyasiya Məhkəməsində gedən araşdırma zamanı təqdim etdiyi sübutlar hərtərəfli araşdırılmam ış və nəticədə hazırki əsassız qərar çıxarılmışdır. Məhkəmələr məhkumun əməlini düzgün tövsif etməmişlər. Belə ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq qanun pozuntusuna yol verərək həmin əməli CM-in 126.3-cü maddəsinə tövsif etmişdir. Məhkəmə tərəfindən məhkumun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Əslində Məhkum əməli CM-in 124.1-ci maddəsi tövsif edilməlidir. İşin hallarını nəzərə alındıqda Məhkum Zərərçəkmiş şəxs1 münasibətdə ümumiyyətlə hər hansı bir qəsdin mövcud olmadığı açıq-aşkar müşahidə olunur. Belə ki, Zərərçəkmiş şəxs1 digər dostları ilə təqsirləndirilən şəxsin mühafizəçi kimi işlədiyi obyektə gələrək, içəri keçməyə çalışmış və bu zaman öz vəzifə səlahiyyətlərini ic ra edərək onları ərazidən uzaqlaşdırmaq istəyən Məhkumla aralarında mübahisə yaranmışdır. Mübahisənin əsas iki tərəfi Məhkumla Zərərçəkmiş şəxs2dur və ilkin mübahisə Zərərçəkmiş şəxs2 Məhkum təhqir edərək onunla kobud danışmasına görə yaranmışdır. Bu zaman ilkin olaraq vurulan zərbə Zərərçəkmiş şəxs2 yönəlmiş, Zərərçəkmiş şəxs1 isə davam edən mübahisəyə müdaxilə etmək məqsədi ilə yaxınlaşaraq Məhkum toxunmuş və sonuncu həmin şəxsin əlində hər hansı təhlükəli predmet olduğundan ehtiyat edərək onu yumruqla vurmuşdur. Bunun nəticəsində isə Zərərçəkmiş şəxs1 pilləkəndən aşağı yıxılaraq ölümünə səbəb olan xəsarəti almışdır. Həmçinin qeyd edir ki, adam öldürmənin ehtiyatsızlıqdan törədilib-törədilməməsini müəyyən etmək üçün subyektiv (təqsirkarın şəxsiyyəti, həyat və iş təcrübəsi, biliyi, dünyag örüşü və s.) və obyektiv (hadisənin baş verdiyi yer, vaxt, şərait və s.) meyarlar nəzərə alınmalıdır. Hadisənin baş verdiyi şərait və yer isə situasiya zamanı Məhkum öz vəzifə səlahiyyətlərini icra etməsini göstərir. Həmçinin Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsi tamamilə qanunsuz və əsassızdır. Məhkum ictimai qaydaları pozan qərəzli hərəkətləri törətməmiş, öz peşə fəaliyyətini həyata keçirən zaman həmin qərəzli hərəkətləri edən şəxslərə qarşı dayanmış və nəticədə sözü gedən bədbəxt hadisə baş vermişdir. Tam olaraq aydındır ki, Məhkum əməlinə səbəb zərərçəkmiş şəxslərin, xüsusi ilə də Zərərçəkmiş şəxs2 qıcıq yaradan və ikrah doğuran qanunsuz və əxlaqsız hərəkətləri olmuşdur. Məhkum xuliqanlıq cinayətini törədilməsi iddia olunan hadisə zamanı da baş ve rən sağlamlığa zərər vurma birbaşa zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamış mübahisə gedişində olmuşdur. Məhkum nəinki ictimai qaydanı pozmuş, hətta peşə fəaliyyəti ilə də əlaqədar olaraq ictimai qaydanı pozan şəxslərə qarşı zidd mövqedə dayanmış, belə pozulmanın qarşısını almaq üçün çalışmışdır. Sözügedən münaqişədə də, Məhkum ictimai qaydanın mühafizəsi üçün çalışmış, lakin zərərçəkmiş şəxslər sərxoş olmaları və s. digər səbəblərdən münaqişəni daha da böyütmüş, nəticədə də Məhkum Zərərçəkmiş şəxs1 qarşı istəməyərəkdən zor tətbiq etmişdir. Məhkum idmançı keçmişini, bu zamana qədər məhkumluğu olmamasını da nəzərə alaraq deyə bilərik ki, o cəmiyyətə yararlı fərd olmuşdur. Həmçinin Məhkum himayəsində biri azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkum təyin ediləcək cəzanın ağırlığı həmin uşaqların da gələcəyini təhlükə altına atır. Qeyd etmək zəruridir ki, hər iki instansiya məhkəməsi sübut kimi təqdim olunan bu qədər faktın heç birinə lazımi hüquqi qiymət verməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin tam qərəzli olması guya təqsirləndirilən şəxslə əlaqədar yüngülləşdirən halların müəyyən edilməməsini bildirməsindən də müşahidə olunur. Halbuki CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda sadalanan əhəmiyyətli fak tlara diqqət yetirilməmiş və nəticədə qanunsuz hökm çıxarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi3 birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tam ədalətsiz, qərəzli, qanunsuz və əsassız olaraq, ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif etməklə düzgün və qanuni əsaslandırma gətirməməklə, təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmişdir. Cinayətin qəsdən adam öldürmə məqsədi ilə törədilməsi cinayət işinin materialları tamamilə sübuta yetirilmişdir. Cinayət işində qeyd olunan halı təkzib edə biləcək heç bir sübut yoxdur. Məhkəmə öz hökmündə törədilmiş cinayət əməllərinin tövsifinin dəyişdirilməsinin səbəblərini qanuni və düzgün əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqındakı» qərarının 3-cü bəndində xüsusi olaraq qeyd olunur ki, təqsirkarın niyyətinin məhz nəyə yönəldiyini müəyyən edərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Onların baxdıqları halda təqsirkar şəxs onunla mübahisə etməyən, dalaşmayan, ondan bir kənarda durmuş, özündən fiziki cəhətdən dəfələrlə zəif olan bir şəxsi sifət nahiyəsindən yumruqla bərk zərblə vurub, «Berlib Pub» kafesinin içərisinə doğru gedən pilləkənin divarından 3 metrə yaxın hündürlükdən başı üstə aşağı metlax üzlüklü daş beton pilləkən döşəməsinin üzərinə zərblə salmışdır. Bu zaman onu vurub başı aşağı metlax üzlüklü daş-beton pilləkənin döşəməsinin üzərinə salan bir şəxsin vurduğu şəxsin ölümünü arzulamamasını təsəvvür etmək, ən azı sadəlövlük və hadisələrinin gedişini yanlış başa düşməyi arzulamaq kimi qəbul etmək olar. Zərərçəkmiş tərəf hesab edir ki, təqsirkar şəxs öz əməlləri ilə qəsdən adamöldürmə cinayət hadisəsini birbaşa qəsdlə törətmiş, bu zaman öz törətdiyi əməllərinin hərəkətlərinin nəticəsində zərərçəkmiş şəxsin faciəli şəkildə həlak olacağını əvvəlcədən görmüş və onun ölümünü arzulamışdır. Bu halla bağlı, Məhkum sonradan Zərərçəkmiş şəxs2 üzərinə getməsi, digər şəxslər olmasa, bəlkə də, onu da öldürəcəyi niyyətinin olması qənaətinə gəlmək olar. Bu səbəbdən də, zərərçəkmiş tərəf Məhkum şəxsiyyətinin cəmiyyət üçün həddindən artıq çox təhlükəli şəxs olmasını nəzərə alaraq, ona törətdiyi əməllərə görə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini vacib hesab edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Re spublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, məhkumun əməlini əsassız o laraq Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci-ci maddələri ilə tövsif etmişdir. Müdafiəçinin fikrincə məhkumun əməli CM-in 126.3-cü maddəsindən CM-in 124.1-ci maddəsinə tövsif edilməli, o cümlədən CM-in 221.1-ci maddəsi ilə ona bəraət verilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin kassasiya şikayəti məhkumun əməlinin CM-in 126.3 və 221.1-ci maddələrindən CM-in 120.2.2 və 221.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələrlə ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza kimi ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kassasiya şikayətlərindən görünür ki, nə müdafiə, nə ittiham tərəfi işin halları nı, yəni məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş hərəkətlərin törədilməsi mübahisələndirilmir. Kassasiya şikayətləri həmin hərəkətlərin hüquqi tövsifi ilə əlaqədardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin halları ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələri ilə tövsif edilməsi və həmin maddələrlə onu təqsirli bilinməsi aşağıda göstərilən səbəblərə görə əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi t örədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələ b edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törətməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibinin subyektiv cəhətinin əsas əlamələrindən biri təqsirdir. Azərbaycan Respublikası CM-in 24.1-ci maddəsinə əsasən əməli yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Məhkəmə kollegiyası vurğulayır ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsini, kassasiya şikayətlərində qeyd edilən Azərbaycan Respublikası CM-in 120 və 124-cü maddələri ilə fərqləndirən əsas amil məhz təqsirin formasıdır. Kassasiya şikayətlərinin məhkumun əməlinin müvafiq olaraq CM-in 120.2.2 və ya 124-cü maddələrinə tövsif edilməsi barədə də lilləri də məhz məhkumun təqsirinin forması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası CM-in 120-ci maddəsinin dispozisiyada görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti yalnız digər şəxsi qəsdən həyatdan məhrum etmə halında yarana bilər. Azərbaycan Respublikası CM-in 25-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət d olayı qəsdlə törətmiş hesab olunur. Ehtiyasızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti CM-in 124-cü maddəsi ilə nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 26-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurmaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulur. Həmin əməl təqsirin qarışıq forması ilə - sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən, ölümə münasibətdə ehtiyatsızlıqdan törədilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum təqsirinin formasını müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139.0.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsiri müəyy ən edilməli, təqsir yalnız sübutlara əsasən müəyyən edilir. Ona görə də təqsirləndirilən şəxs Orxan Şaxbazovun əməlinin Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, o, zərərçəkmiş şəxsin ölümünün baş verməsini qabaqcadan görmüş və arzu etmiş və ya zərərçəkmiş şəxsin ölümünün baş verməsini arzu etməmiş, lakin şüurlu surətdə buna yol vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxarkən məhkəmələr təqsirkarın niyyətini məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokal izasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında da qeyd edilmişdir ki, hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqın gedişində sübuta yetirir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Cinayət işi üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, məhkumun zərər çəkmiş şəxsi öldürmək niyyəti olmamış, onun zərər çəkmiş şəxsi birbaşa qəsdlə öldürməsi müəyyən edilməmişdir. Belə ki, Məhkum təqsirləndi rilən şəxs qismində verdiyi ifadədə göstərmişdir ki, onun zərər çəkmiş şəxsi öldürmək istəməmiş, onu təhqir etmiş Zərərçəkmiş şəxs2 yumruqla vurandan sonra kiminsə sağdan onun boyun nahiyəsinə toxunduğunu hiss etmiş və çevirərək zərərçəkmiş şəxsi yumruqla sol-sağ vurub yenidən Zərərçəkmiş şəxs2 üstünə getmişdir. Zərərçəkmiş şəxs2 çatanda ona məlumat vermişlər ki, zərbələrin nəticəsində zərərçəkmiş şəxs yıxılmış və hərəkətsizdir. Zərbələrin nəticəsində zərərçəkmişin öləcəyini gözləməmişdir. Məhkumun zərər çəkmiş şəxsi öldürmək niyyətinin olmamasına dair ifadələri iş hallarına uyğun gəlir. Məhkəmə-tibb ekspertizasının 82 nömrəli 02 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs1 ölümünə səbəb-başın küt travması nəticəsində onun beyin toxumasının əzilməsi ilə müşayiət edilən baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar olmuş və başın ənsə nahiyəsinin əzilmiş yarası və ənsə sümüyünün sınığı sürətləndirilmiş yıxılma nəticəsində törənmişdir. Beləliklə müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 iki yumruq zərbəsi vurması nəticəsində sonuncu pilləkəndən yıxılmış və ölümünə səbəb olan bədən xəsarətlərini yıxılma nəticəsində almışdır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, məhkumun zərər çəkmiş şəxsi dolayı qəsdlə öldürməsinə dair qənaətə gəlmək üçün də əsaslar yoxdur. Belə ki, dolayı qəsdin intelektual cəhəti ictimai təhlükəli nəticənin baş verə biləcəyi imkanını qabaqcadan real görməsi ilə xarakterizə olunur, ona görə də şəxs həmin təhlükəli nəticələrin baş verməsini arzu etməsə də, onların baş verməsinə şüurl u surətdə yol verir. Cinayətkarcasına etinasızlığın intelektual cəhəti isə ictimai təhlükəli nəticələrin abstrakt olması və onların verə biləcəyi imkanını görmək üçün lazımi diqqət və ehtiyatlıq göstərmək lazım olduğunu ilə xarakterizə olunur. Ona görə də şəxs həmin təhlükəli nəticələrin baş verməsini qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində cinayəti törətmiş hesab edilir. Sifət nahiyəsinə yumruq zərbəsi vurulması nəticəsində şəxsin müxtəlif bədən xəsarətlərinin ala bilməsi ehtimalı məntiqli və gözlənilən haldır. Ona görə də zərər çəkmiş şəxsin sifət nahiyəsinə yumruq zərbəsi endirən şəxs zərər çəkmiş şəxsə hər hansı bir bədən xəsarətinin yetirilməsini arzu etməsə də, öz hərəkətləri nəticəsində zərər çəkmiş şəxsə bədən xəsarətlərinin yetiril məsi mümkün olmasını başa düşür, qabaqcadan görür və buna şüurlu surətdə yol verir. Məhkum zərər çəkmişə iki yumruq zərbəsi vurmuşdur. O, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq arzu etməmişsə də, zərərçəkmiş şəxsin sifətinə yumruq zərbəsinin vurması təsirindən xəsarətin ala biləcəyini və bununla bağlı zərər çəkmiş şəxsin sağlamlığına müxtəlif növ zərər, o cümlədən ağır zərər vuracağını qabaqcadan görmüş və belə zərərin vurmasına şüurlu surətdə yol vermişdir. Göründüyü kimi məhkumun qəsdi qeyri-müəyyən xarakter daşımış və onun zərər çəkmiş şəxsə qarşı törətmiş zorakı hərəkətləri baş vermiş nəticələrə görə qəsdən zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma kimi qiymətləndirilməlidir. Hər hansı bir istisna hal mövcud olmadığı şəraitdə sifət nahiyəsinə yumruqla zərbə endirilmə si nəticəsində zərər çəkmiş şəxsin ölümünün baş verməsi gözlənilən və məntiqi yekuna malik hal deyil. Ona görə də, zərər çəkmiş şəxsi öldürmək istəməyən, onun sifətinə yumruq zərbəsi vuran şəxs öz hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin ölümünün baş verə biləcəyini şüurlu surətdə yol vermir. Bu şəraitdə zərər çəkmiş şəxsin ölümü ehtiyasızlıqdan baş verir və təqsirkarın əməli qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 öldürmək arzu etməmiş, onun tərəfindən zərər çəkmiş şəxsə tətbiq edilən zorakı hərəkətlərin xarakteri həmin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin ölümünün baş verəcəyini güman etməyə əsas vermir. Ona görə də, məhkum onun tərəfindən törədilmiş zor nəticəsində zərər çəkmiş şəxsin ölümünün baş verməsini şüurlu surətdə yol verə bilməzdi. Belə olan halda məhkumun əməli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməsi kimi tövsif oluna bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum zərər çəkmiş şəxsə zor tətbiq edilməsi nəticəsində onun sağlamlığına ağır zərər vurulduğu halda bunun nəticəsində onun ölümünün baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli idi və görə bilərdilər. Bu halda Məhkum Zərərçəkmiş şəxs1 ölümünün baş verməsi münasibətdə təqsiri ehtiyatsızlıq - cinayətkarcasına etinasızlıq formasında çıxış edir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması qəsdən törədilmiş kimi tövsif edilməli, həmin bədən xəsarətlərinin nəticəsində zərər çəkmiş şəxsin ölümünün baş verməsi münasi bətdə isə onun təqsiri ehtiyatsızlıq formasında olmuşdur. Ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulur. Ona görə də məhkəmə kollegiyası Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi3 kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır, məhkəmələrin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə tövsif edilməsi barədə gəldiyi nəticəni əsaslı və qanuna uyğun hesab edir. Məhkəmə kollegiyasının fikrincə məhkəmələrin gəldikləri nəticə cinayət işinin hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında bu k ateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Belə ki, məhkumun zərər çəkmiş şəxsə qarşı törətdiyi zorakı hərəkətlərin xarakteri və törətmə halları onun zərər çəkmiş şəxsi öldürmək niyyətinin olmamasına və bunu arzu etməməsinə dəlalət edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və məhkəmələr əsaslı olaraq məhkumun heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 yumruqla vurub ona qarşı zor tətbiq edilməsi ilə bağlı əməlinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, məhkum bu hərəkətlə ictimai qaydaları kobud surədə pozmuş və öz davranışı ilə cəmiyyətə açıq hörmətsizlik göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin mater ialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətlərinin dəlillərini əsassız olduğundan qəbul etmir və apelyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum Rəhm oğlunun cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən A zərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışlar. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətlərin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar