Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-100/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri X5 və Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2018-ci il tarixli qərarından məhkum Təqsirləndiril ən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Zeynəb Axundova) 18 aprel 2018-ci il tarixli hökmü ilə 15 avqust 1988-ci ildə Hindistan Respublikası, Pencab vilayəti, Faridkot rayonu, Laleana qəsəbəsində anadan olmuş, Hindistan Respublikasının vətəndaşı, ali təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Hindistan Respublikası, Pencab vilayəti, Faridkot rayonu, Laleana qəsəbəsində qeydiyyatda olan, Gürcüstan Respublikasının, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onu n həbsdə saxlandığı 1 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə olan tramadol təsiredici maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, 16.12.2017-ci il tarixdə saat 19:40 radə lərində J2 **** saylı Bakı- Tbilisi aviareysi ilə Bakıdan Tbilisiyə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlmiş Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən saxlanılmış, əl yükləri rentgen aparatına qoyulmuş, rentgen aparatında üzərində “Royal Polo.USA” sözü yazılmış əl çantasında gömrük nəzarətinə bəyan etmədiyi, üzərində «Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets İP 100 mq» yazısı olan 18 ədəd konvalyutda, tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələrə aid tramadolun təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən 180 ədəd tramadol həbi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əflatun Qasımov (sədrlik edən və mə ruzəçi), Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) 06 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökmlə 2 (iki) il 11 (on bir) ay 29 (iyimi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2018-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və məhkuma yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, dərman preparatları olan «Tramadol 100 mg» və «Tramadol 50 mg» məhkum tərəfindən Hindistan Respublikasında ağrı kəsici kimi alınmış, həmin dərmanlar bir neçə ölkənin gömrük nəzarət keçid məntəqəsindən əl çantasında maneəsiz keçirdildiyinə görə məhkumda həmin dərmanların Azərbaycan Respublikasında mülki dövriyyədən çıxarılması şübhə doğurmamışdır. Həmçinin, o, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlib, pasport qeydiyyatından keçmiş və əl yükünü rentgen aparatına könüllü qoymuşdur. Bu zaman gömrük əməkdaşları onu saxlamış və əl çantasına məhkumun etirazı olmadan baxış keçirmişlər. Azərbaycan Respublikasının CM-in 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən qeyd edilən Məcəllənin 59.1.1-59.1.4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əl yükündə olan dərmanların sadəcə ağrı kəsici olduğunu və Azərbaycan Respublikasında buna görə cinayət məsuliyyətinin olmadığını, eləcə də həmin preparatların əhəmiyyət kəsb etmədiyini zənn edərək əvvəlcədən bəyannamə təqdim et məmiş və üzərində olan mütləq bəyan olunası malların mövcudluğunu bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu hallara hüquqi qiymət verilmiş, həmçinin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, törətdiyi cinayəti etiraf etməsi və törətdiyi əməlindən peşman olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi k assasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhk əmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin dəlillərindən biri məhkum Təqsirləndirilən şəxs əl çantasında olan və dərman hesab etdiyi həblərin bəyan edilməli olmasını bilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 18 mart 2 016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların miqdarının siyahısı”nda tramadol hidroxloridin miqdarı külli miqdar da daxil olmaqla 6 qram təşkil edir. Məhkəmə ekspertizasının 28 dekabr 2017-cimil tarixli 32622 saylı rəyindən görünür ki, məhkum Təqsirləndirilən şəxs əl çantasında aşkar olunmuş tramadol həblərində təsir edici maddənin miqdarı 6 qramdan çoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməli törətməsi tam sübuta yetirilmişdir, qanunu bilməmək isə cinayət məsuliyyətindən azad olunması üçün əsas ola bilməz. Kassasiya şikayətinin digər dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinin xaric edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarının 4-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 59-cü maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alma bilər. Belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və i ctimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına əsasən müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi məhkum Manoj Shaptalın barəsində CM-in 70-ci maddəsinin tətbiqini hökmdən xaric edərkən yuxarıda qeyd olunan qanununun normalarına və Ali Məhkəmənin Plenumunun qərarına düzgün olaraq istinad etmişdir. Belə ki, iş üzrə məhkum Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir, həmin cinayət əməlini o, dolayı qəsdlə törətmişdir. Apel lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində şərti məhkum etməni tətbiq edərkən, onun ilk dəfə cinayət törətməsi, əməlindən peşman olması, törətdiyi cinayəti səmimi etiraf etməsi, xarici dövlətin (Azərbaycan Respublikası ilə dostluq münasibətində olan Hindistan Respublikasının) vətəndaşı olması ilə şərtləndirmiş, lakin onun cəza çəkmədən islah olunmasının mümkünlüyünün nədə ifadə olunmasının hüquqi əsaslarını işin konkret halları ilə əlaqələndirməmiş və cəzanın tətbiqi məsələsinin müzakirəsi zamanı, cəzanın növünün və miqdarının seçilməsinin əhəmiyyətini və cəzanın birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməsini ifadə edən cinayət qanununun normasının tələbini və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsini düzgün nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hökmünü dəyişərkən işin hallarını, o cümlədən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almışdır. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbayc an Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnı z cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şərti hesab edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasi ya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-100/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-100/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver