Məhkəmə qərarları › İş №1(102)-100/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-100/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-100/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyası Rostov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 ay 16 gün CM-nin 69.3-cü maddəsinə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 04 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X8 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum t əqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanış X8 və X9 ilə qabaqcadan əlbir olan bir qrup səxs halında 27 dekabr 2016-cı il tarixdə, saat 04:00 radələrində ünvan 1 ünvanda olan yaşayış binasının birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan «VİP» Playstation klubunun pəncərəsi üzərindəki dəmir barmaqlıqları qıraraq saxlanc yeri olan kluba qanunsuz daxil olub, ordan hər birinin dəyəri 300 manat olan iki ədəd 82 dioqanallı «LG» markalı, hər birinin dəyəri 400 manat olan iki ədəd 107 dioqanallı «LG» markalı televizorları, hər birini dəyəri 250 manat olan üç ədəd «SONY» markalı oyun aparatlarını, hər birinin dəyəri 45 manat olan iki ədəd oyun aparatlarının pultunu, bir ədəd 300 manat dəyərində olan «HP» marka noutbu k kompyuterini və 206 manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs 2746 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 09 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm əsassız və qanunsuzdur. Belə ki, ona qarşı irəli sürülmüş ittiham ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam sübuta yeririlməmiş, məhkəmə prosesi zamanı zərərçəkmiş şəxslərin və iş üzrə vacib olan digər şahidlərin iştirakı tam təmin edilməmiş, CM-nin 59-cu maddəsində göstərilmiş bütün yüngüləşdirən hallar nəzərə alınmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin olunması, ədalətlilik və humanizm prinsiplərinə əsaslanaraq obyektiv və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassa siya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkə mə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən Məhkum təqsirli bilinməsi və əməlinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində işin hərtərəfli araşdırılmaması və ədalətsiz cəza təyin edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxslərin və müdafiəçilərin fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü isə məhkum edilmiş Məhkum və X7 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apell yasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum və X7 törətdiyi cinayət əməllərində təqsiri özlərinin ifadələri ilə yanaşı, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Məhkum və X5 ittiham olunduqları cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməllərini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum və X7 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətlərin xarakterini, icti mai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlar təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqın da” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum və X7 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, onların şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmiş, onların barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bu səbəblərdən də, apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab olunmaqla təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş Məhkum və X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü isə Məhkum və X7 aid hi ssədə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni (Məhkuma aid hissədə) işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəmənin Plenum qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün (Məhkuma aid hissədə) məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutla rla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının (Məhkuma aid hissədə) ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar