Məhkəmə qərarları › İş №1(102)-100/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-100/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-100/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 123.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1 (100)-59/2021 saylı hökmü ilə (sədrlik edən N.T.Əliyev, hakimlər M.Ə.Bağırov və D.H.İmanov) 25 iyul 1984-cü il tarixdə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Record” günəbaxan firmasında sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə t əqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 05 aprel 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və S.B.Hüseynovdan ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin ha lları: Məhkum ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham ondan ibarətdir ki, o, 04 aprel 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindəki evinin həyətyanı sahəsində yerləşən ərzaq mağazasına oğurluq məqsədi ilə daxil olan, şəxsiyyəti sonradan müəyyən edilmiş 31 yanvar 1992-ci il təvəllüdlü Tovuz rayonunuq Abulbəyli kənd sakini X4 mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda görüb əsəbləşərək əmlakını talayan şəxsdən qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb mağazanın həyətə açılan qapısının qarşısına gəldikdə həmin vaxtı mağazadan çıxan Elnur Mehdiyevi qar şılayıb əlindəki deşici-kəsici xassəyə malik olan bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə zərbə vurub Elnur Mehdiyevə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağ ciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirmiş, növbəti zərbələri yetirmək istədikdə Elnur Mehdiyev onun əlindən çıxaraq Tovuz şəhəri, Əhməd Cavad küçəsi istiqamətində qaçarkən o, əlindəki bıçaqla sonuncunu təqib edib çata bilməyərək geri qayıtsa da Elnur Mehdiyev aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölmüş, bununla da o, qəsdən Elnur Mehdiyevi öldürüb həyatdan məhrum etmişdir. Hökmə əsasən X3 04 aprel 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindəki evinin həyətyanı sahəsində yerləşən ərzaq mağazasına oğurluq məqsədi ilə daxil olan, Tovuz rayonunun Abulbəyli kənd sakini X4 mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda görüb onun üzərində bıçaq ola biləcəyini ehtimal edərək, əmlakına qarşı yönələn qəsdin qarşısını almaq məqsədilə evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb mağazanın həyətə açılan qapısının qarşısına gəlmiş, arvadı X5 da bu vaxt onun arxasınca çıxmış, həmin vaxt mağazada n çıxan X6 Sultanovun üzərinə hücüm edərək onun üz nahiyəsinə yumruqla zərbə endirməsi zamanı özünün və ailə üzvlərinin həyatını, sağlamlığını və əmlak hüquqlarını cinayətkar qəsdən müdafiə etmək məqsədilə Aftandil Sultanov zərərçəkmiş Elnur Mehdiyev tərəfindən törədilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verib zəruri müdafiə həddini aşmaqla əlindəki deşici-kəsici xassəyə malik olan bıçaqla sonuncunun döş nahiyəsinə bir dəfə zərbə vurub Elnur Mehdiyevə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağ ciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşil miş-kəsilmiş xəsarət yetirmiş, Elnur Mehdiyev onu itələyərək Tovuz şəhəri, Əhməd Cavad küçəsi istiqamətində qaçarkən o, sonuncunu yaxalayıb polisə təslim etmək məqsədilə əlindəki bıçaqla Elnur Mehdiyevin arxasınca çölə qaçmış, lakin arvadı Elladanın onun arxasınca qışqırmasmı eşitmiş və bu zaman Elnur Mehdiyevi yaxalamaqdan imtina edərək geri qayıtsa da, Elnur Mehdiyev aldığı xəsarətdən hadisə yerindən bir qədər kənarda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölmüşdür, yəni Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı ndan Dövlət ittihamçısı kassasiya protesti vermişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Aftandil Sultanovun əməlini tövsif edərkən belə nəticəyə gəlmişdir ki, onun əməlində CM-nin 120.1-ci maddəsinin tərkibi olmamış, sonuncu zərərçəkmiş şəxs X4 cinayətkar qəsdinin qarşısını alarkən öldürmüşdür. Belə ki, Elnur Mehdiyev hadisə günü Məhkum həyətində olan mağazaya qanunsuz daxil olub oğurluq etmiş, bunu kamerada izlədikdən sonra Məhkum onun cinayətkar qəsdinin qarşısını almaq üçün həyətə düşmüş, bu zaman özünü müdafiə etmək məqsədilə həyətdən bıçaq götürmüşdür. Mağazanın qarşısınd a olarkən E.Mehdiyev anidən Məhkum üzərinə tullanmaqla yumruqla onun üzündən vurub qaçmış, sonuncu isə əlində olan bıçaqla onu vurmuşdur. Apelyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkəmənin mövqeyinə görə, X3 tərəfindən yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün, zəruri müdafiə həddini aşmama istisna olmaqla, zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcuddur. Belə ki, zərərçəkmiş mərhum Elnur Mehdiyev qanunsuz olaraq təqsirləndirilən şəxs Aftandil Sultanovun ailə üzvləri ilə birgə yaşadığı evin həyətində yerləşən ona məxsus mağazayadaxil olaraq oğurluq etməklə təqsirləndirilən şəxsin əmlak hüquqlarına qəsdi, həmçinin təqsirləndirilən şəxs mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda zərərçəkmişi görüb onun üzərində bıçaq ola biləcəyini ehtimal edərək evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan bıçağı özünü gələcək təhlükədən müdafiə etmək məqsədilə götürdükdən sonra mağazanın həyətə açılan qapısından çıxan Elnur Mehdiyevin hamilə olan arvadı Ellada Əliyevanın gözü qarşısında onun üzərinə tullanaraq üz nahiyəsindən vurmaqla onun və ailə üzvlərinin həyat və sağlamlıqlarına qəsdi əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtlərinin hamısını özündə ehtiva edir. Məhkəmə Məhkum əməlində zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcud olması qənaətinə gəlsə də, ictimai təhlükəli qəsdin başlama, davam etmə və bitmə a nı, eləcə də cinayətkar qəsdin konkret olaraq hansı obyektə yönəlməsi, Məhkum tərəfindən məhz hansı obyektin müdafiə olunması xüsusatlarını qiymətləndirməmişdir. Belə ki, zəruri müdafiə, ictimai təhlükəli qəsdin başlayıb davam etdiyi zaman çərçivəsində mövcud olduğu üçün qeyd edilən xüsusatın müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşin faktiki hallarından görünür ki, Məhkum həyətində olan mağazadan kiminsə oğurluq etdiyini evdə olan kameranın monitorunda izlədikdən sonra oğrunun cinayətkar qəsdinin qarşısını almaq üçün həyətə düşmüşdür. Yəni ki, Məhkum monitora baxanda E.Mehdiyevin cinayətkar qəsdi artıq başlanmışdı və davam edirdi. İşdə olan videogörüntülərdən də görünür ki, E.Mehdiyev bir dəfə mağazadan oğurladığı məhsul və pulları götürüb çıxır, yenidən bir daha mağazaya qayıdıb kassada olan qalıq dəmir pulları götürüb çıxır. Həmin görüntülərdən belə aydın olur ki, E.Mehdiyev Məhkum ona yaxınlaşmasından xəbərdar deyildir. E.Mehdiyev dəmir pulları götürdükdən sonra mağazadan çıxır. Onun mağazadan çıxması ilə cinayətkar qəsdi başa çatmış olur. Eyni zamanda, videogörüntülərdən aydın görünür ki, E.Mehdiyevin əlində oğurladıqlarından başqa hər hansı əşya yoxdur. Görünən odur ki, E.Mehdiyev cinayətini başa çatdırıb mağazadan çıxıb gedərkən anidən Məhkumla rastlaşır və bu zaman E.Mehdiyev birinci başlamaqla onlar qarşılıqlı şəkildə bir birinə doğru hər iki əlləri ilə yumruq atırlar və bu zaman E.Mehdiyevin əlində hər hansı əşyanın olmadığını gördüyü halda, Məhkum əlində olan bıçaqla ona E.Mehdiyevə bir dəfə vurmaqla xəsarət yetirir və qaçmaqda olan zərərçəkənin ardınca küçəyə doğru qaçır. Burada Məhkum əməlinə qiymət verərkən nəzərə alınmalıdır ki, o, yalnız E.Mehdiyevin ona məxsus əmlakı oğurlamasından ibarət cinayətkar qəsdindən məlumatlıdır və əlinə bıçaq götürüb həyətə düşməkdə məqsədi məhz həmin qəsdin qarşısını almaqdan ibarətdir. Aftandil mağazanın qarşısında durub gözləyərkən artıq E.Mehdiyevin cinayətkar qəsdi başa çatmışdı. E.Mehdiyevin Məhkum üzərinə tullanarkən etdiyi hərəkət isə zəruri müdafiə kimi qiymətləndirilə bilməz. Əvvəla ona görə, E.Mehdiyevin həmin anadək belə bir qəsdi ilə əhatə olunan niyyəti olmamışdır. Məhkum isə E.Mehdiyevin edəcəyi ikinci bir cinayətkar qəsddən məlumatsız olmuşdur. E.Mehdiyevin onun üzərinə tullanması spontan olmaqla anidən və qısa zaman kəsiyində olduğu üçün zərərçəkmişin bu əməli cinayətkar qəsd kimi yox, mə hz edib bitirdiyi cinayətin məsuliyyətindən yayınmaq üçün edilmiş hərəkət kimi qiymətləndirilməlidir. Bu zaman da tərəflərin etdiyi hərəkət adi qaydada cinayət məsuliyyəti yaradır. E.Mehdiyevin cinayətkar qəsdi başa çatdığı andan Məhkum zəruri müdafiə hüququ başa çatmış olur. İşin müəyyən edilmiş obyektiv hallarından da görünür ki, Məhkum məhz E.Mehdiyevin oğurluqdan ibarət cinayətkar qəsdinin qarşısını almaq üçün həyətə düşmüşdür. E.Mehdiyevin əlində hər hansı bir əşyanın olması ehtimalı ilə bağlı Məhkum ifadəsində göstərdikləri xəyali müdafiəni yaratmır, ona görə ki, Məhkum və onun ailə üzvləri kamerada baxarkən E.Mehdiyevin əlində hər hansı əşyanın və ya silahın olmamasını aydın görmüşlər. Cinayət hüquq nəzəriyyəsində qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli hücumun qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna qəsd əməli və müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri mövcuddur. Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi aşağıdakı şərtləri tələb olunur: -əməl ictimai təhlükəli olmalıdır, əməl şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; qəsd mövcud olmalıdır, kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır. Bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır; qəsd real olmalıdır, yəni varlıqda obyektiv olaraq baş verməlidir. Qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. E.Mehdiyevin cinayətkar qəsdi olmuş olsa da, Məhkum onu vurarkən həmin qəsd artıq başa çatdığından mövcud olmamışdır. Qeyd edilən işin faktiki halları Aftandil Sultanovun niyyətinin E.Mehdiyevi öldürmək olmasını aşkar surətdə göstərsə də, məhkəmə bu hallarla bağlı hər hansı sübut olmadığı, təsdiq olunmadığı halda əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək əsassız və qanunsuz olaraq CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də düzgün olmayaraq birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesa b edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkumun əməlinin əsassız olaraq CM-nin 123.1-ci maddəsi ilə tövsif olunması mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üz rə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya protestində məhkumun əsassız olaraq CM-nin 123.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşm ayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan Apellyasiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. CM-nin 123.1-ci maddəsində zəruri müdafiə həddini aşmaqla qə sdən adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120.1-ci maddəsində isə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə nəzərdə tutulmuşdur. İttiham orqanının qənaətincə Məhkum zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum törətdiyi cinayət əməli CM 123.1-ci maddəsi ilə tövsif edilmiş, Apellyasiya məhkəməsi həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin bütün halları ilə tam sübut olunmuşdur ki, X3 tərəfindən yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən - əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün, zəruri müdafiə həddini aşmama istisna olmaqla, zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcuddur. Belə ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev qanunsuz olaraq təqsirləndirilən şəxs Aftandil Sultanovun ailə üzvləri (arvadı, 2 azyaşlı övladı və anası) ilə birgə yaşadığı evin həyətində yerləşən ona məxsus mağazaya daxil olaraq oğurluq etməklə təqsirləndirilən şəxsin əmlak hüquqlarına qəsdi, həmçinin təqsirləndirilən şəxs mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda zərərçəkmişi görüb onun üzərində bıçaq ola biləcəyini ehtimal edərək evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan bıçağı özünü gələcək təhlükədən müdafiə etmək məqsədilə götürdükdən sonra mağazanın həyətə açılan qapısından çıxan Elnur Mehdiyevin hamilə olan arvadı Ellada Əliyevanın gözü qarşısında onun üzərinə tullanaraq üz nahiyəsindən vurmaqla onun və ailə üzvlərinin həyat və sağlamlıqlarına qəsdi əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtlərinin hamısını özündə ehtiva edir. Baxılan işdə qəsd əməli ilə bağlı zəruri müdafiənin mövcudluğu məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin, zəruri müdafiə həddini aşmama istisna olmaqla, müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtlərinin, o cümlədən müdafiənin təqsirləndirilən Aftandil Sultanovun özünün və ailə üzvlərinin həyatı, sağlamlığı və hüquqlarının qorunmasına yönəlməsi, təqsirləndirilən Aftandil Sultanovun müdafiəni qəsd edən zərərçəkmiş Elnur Mehdiyevə zərər vurmaq yolu ilə həyata keçirməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət qanununda zəruri müdafiə vəziyyəti və onun mövcud olduğu müdd ət qəsdin başlanma və qurtarma anı arasındakı zaman intervalı ilə müəyyən edilsə də, qanunda zəruri müdafiə hüququ yaradan qəsdin başlanma və qurtarma anı konkretləşdirilməmişdir. Cinayət hüquq elminə əsasən zəruri müdafiə ancaq qəsdin başlandığı anda deyil, həm də ictimai təhlükəli qəsdin başlanacağına real təhlükə yarandığı anda başlamış olur. Məhkəmə kollegiyası qeyd edir ki, zəruri müdafiə vəziyyəti hələ zərərçəkmiş Elnur Mehdiyevin təqsirləndirilən şəxsin ailə üzvləri (arvadı, 2 azyaşlı övladı və anası) ilə birgə yaşadığı evin həyətində yerləşən ona məxsus mağazaya daxil olandan başlamışdır. Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, Aftandil Sultanov zərərçəkmiş Elnur Mehdiyev onun üz nahiyəsinə yumruqla zərbələr vurduqdan sonra zərərçəkmiş şəxs tərəfindən törədilən qəs din xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verməklə zəruri müdafiə həddini aşıb, əlindəki bıçaqla bir dəfə zərbə vurmaqla Elnur Mehdiyevə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağ ciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirərək Elnur Mehdiyevi qəsdən öldürmüşdür. Odur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə yumruqla zərbə vurmasına baxmayaraq təqsirləndirilən şəxs onu qəsdən bıçaqla vuraraq ölümünə səbəb olan xəsarət yetirməklə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıqaşkar uyğun gəlməyən hərəkətlərə y ol verməklə zəruri müdafiə həddini aşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.2-ci maddəsinə əsasən peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən edilmiş həyat üçün təhlükəli olan hücuma məruz qalmış Məhkum öz həyatını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə etmək hüququna malik olmuş və onun əməli məhz Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə və onun tərəfindən törədilmiş qanunsuz hərəkətlər nəticəsində baş vermişdir. Bu isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən, qeyd edilən xüsusata diqqət yetirərək təqsirləndirilən şəxs Məhkum özünü müdafiə şəraitinin elementlərinin olmasını nəzərə almış, bu səbəbdən əməlin tövsifində düzgün nəticəyə gələrək, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə tövsif etmişdir. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq- aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir (Cinayət Məcəlləsinin 36.1 və 36.3-cü maddəsi). Bununla əlaqədar qeyd edilməlidir ki, zəruri müdafiə həddini aşma dedikdə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər başa düşülür. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə müxtəlif formalarda təzahür edə bilər: müdafiədə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması; müdafiənin qəsdlə müqayisədə daha intensiv şəkildə həyata keçirilməsi; müdafiə zamanı qəsdlə müqayisədə açıq-aşkar uyğun olmayan tədbirlərin seçilməsi... zəruri müdafiə həddinin aşılıb-aşılmaması məsələsi həll edilərkən, müdafiə ol unana qarşı yönələn qəsdin xarakteri və təhlükəlilik dərəcəsi, belə qəsdin qarşısının alınmasında onun gücü və imkanları (hücum edənlərin və müdafiə olunanların sayı, onların yaşı, fiziki inkişafı, silahın olub-olmaması, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətini aydınlaşdırmağa real imkan verən sair hallar) nəzərə alınmalıdır. Qəsdin xarakterinə açıq-aşkar uyğun gəlməyən müdafiə vəziyyətində qəsdən adam öldürmə hücum edənin qəsd etdiyi obyektlə (ictimai münasibətlərlə) də müəyyən edilir. Qəsd əmlaka qarşı yönəldilibsə, hücum edənin qətlə yetirilməsi zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edilməlidir. Lakin qəsd həyata qarşı yönəldilmişdirsə, bütün mümkün vasitələrdən istifadə etməklə (o cümlədən, zərərçəkmişi öl dürməklə) hücumdan müdafiə olunmağa yol verilir. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd — başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Ona görə də qəsd başa çatmışdırsa və belə vəziyyət təqsirkar tərəfindən dərk edilirsə, qəsd edənin həyatdan məhrum edilməsi ümumi əsaslarla (qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti yoxdursa) CM-nin 120-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur... şəxsin müdafiə aktı başa çatmış hücum aktından bilavasitə sonra olsa da, işin vəziyyətinə görə müdafiə olunan üçün hücumun bitməsi vaxtı aydın olmadığı halda zəruri müdafiə vəziyyəti aradan qalxmış olmur. Belə vəziyyətdə də zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinə yol verilə bilər... ictimai-təhlükəli qəsd faktiki başlamasa da, onun başlayacağına real təhlükə vardırsa, belə hallarda da qəsd başlanan qəsd kimi qiymətləndirilir və zəruri müdafiə vəziyyəti yaranır. Qəsdin başlanması üçün real təhlükə olduğunu dərk edən təqsirkarın zərərçəkmiş şəxsi qətlə yetirməsi hallarında da zəruri müdafiə həddi aşıla bilər. Zəruri müdafiə həddini aşmaqla adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar zəruri müdafiə vəziyyətində olduğunu, zəruri müdafiə həddini aşdığını və belə həddi aşmaqla zərərçəkmiş şəxsi öldürdüyünü dərk edir və onun ölümünü arzu edir, yaxud onun ölümünü arzu etməsə də, belə nəticəyə şüurlu surətdə yol verir. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əsas məqsədi qəsd edənin həyatdan məhrum edilməsi deyil, ictimai-təhlükəl i qəsddən müdafiə olunmaqdır. Ona görə də zəruri müdafiə həddini aşmaqla cinayət törədən şəxsin əməli baş vermiş faktiki nəticəyə görə tövsif edilməlidir. Əgər zərərçəkmiş şəxs ölmüşdürsə, əməl CM-nin 123.1-ci, onun sağlamlığına ağır zərər vurulmuşdursa, 130-cu maddəsi ilə tövsif olunmalıdır... Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əməlində CMnin 120.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətinin əlamətlərindən hər hansı biri (bir neçəsi) olduqda da, əməl yalnız CM-nin 123.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün təhlil edib, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yumruqla zərbə vurmasına baxmayaraq təqsirləndirilən şəxs onu qəsdən bıçaqla vurar aq ölümünə səbəb olan xəsarət yetirməklə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verməklə zəruri müdafiə həddini aşması qərarına gəlməklə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəmələrinin gəldikləri nəticə əsaslıdır və işin faktiki hallarına tam uyğundur. Birinci instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CMnin 123.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkum CM-nin 123.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya p rotestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar