Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1000/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından zərərçəkmiş şəxs X1 verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Ağcabədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (hakim E.B.Quliyev) Məhkum (xx xx 1992-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Aran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yerində çəkməsi, cəzasının əvvəlinin onun aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu andan hesablanması qərara alınmışdır. Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər Ə.Ə.Novruzov və E.Ə.Camalovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarından zərərçəkmiş şəxs X1 kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xx 2016-cı il tarixdə, gecə saat 04 radələrində Ağcabədi rayon Aran kənd sakini X1 yaşadığı evin həyətində olan qarajın nəfəsliyinin şüşəsini çıxararaq qaraja daxil olub, oradan x2 mə xsus “xxxx markalı **-BF-*** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək sürüb yaşadığı evin həyətinə aparmış və 4 gün müddətində şəxsi məqsədləri üçün idarə etdikdən sonra həmin avtomobili sahibinə qaytarmaq məqsədilə x2 yaşadığı evin qarşısındakı küçəyə gətirib saxlamış, Məhkum tərəfindən avtomobil idarə olunan müddət ərzində ehtiyat hissələrinin xarab olması nəticəsində zərərçəkmiş şəxs x2 912 manat məbləğində maddi ziyan dəymişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Əməlin düzgün tövsif edilməməsi barədə fikrini isə müdafiəçi belə izah edir ki, Məhkum o nun avtomobilini oğurlamış, onun avtomobili qaytarmaq niyyəti olmamışdır və yalnız polis əməkdaşları tərəfindən axtarıldığını öyrəndikdən sonra avtomobili gətirib evdən 50 metr məsafədə tərk edib getmişdir. Zərərçəkmiş şəxs hesab edir ki, Məhkum cinayət əməli talama məqsədi olmadan qanunsuz olaraq avtomobili və ya başqa nəqliyyat vasitəni ələ keçirmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 177.1, 177.2.1, 177.2.3-cü maddələri ilə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayəti kimi tövsif edilməli idi. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs X1 kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və təqsirakrın əməlinin hüquqi tövsifinin dəyişdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs X1 kassasiya şikayətindən görünür ki, o, Məhkum ona məxsus avtomobilini oğurladığını iddia etməklə, Məhkum əməlində Cinayət Məcəlləsinin 185.1-ci maddəsində göstərilən cinayətin deyil, 177.1, 177.2.1, 177.2.3-ci maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə daxil olmaqla oğurluq ci nayətinin tərkibinin olması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum əməlinin Cinayət Məcəlləsinin 177.1, 177.2.1, 177.2.3-ci maddələrinə tövsif edilməsi barədə tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, zərərçəkmiş şəxs kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci m addəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edil miş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, məhkumun əməlinin düzgün tövsif edilməməsi haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kass asiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmə qərarlarında işin həqiqi halları kimi təsvir edilmiş faktik məlumatlardan, bu faktlardan apellyasiya məhkəməsinin hasil etdiyi nəticələrdən çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri, o cümlədən 125, 143-146-cı maddələrinin müddəaları pozulmamışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib zərərçəkmiş şəxsin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, kassasiya şikayətində gətirilən dəlillər isə apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib etmədiyindən, nə sübutları yenidən təsvir etmək, nə də ki, kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək üçün əsas görmür. Qeyd olunanlar zərərçəkmiş şəxsin kassasiya şikayətinə baxılmasının nəticələrinə görə həmin şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.15-ci maddələrində təsbit olunmuş pozuntuların yəni, kassasiya şikayətinin təmin edilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs X1 kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxa rıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs X1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx2017-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-1000/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1000/2018
05.07.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver