Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1000/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkumun müdafiəçisi X9 iştirakları ilə, Xaçmaz rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz rayon Məhkəməsinin (sədrlik edən hakim Xəlilov Rövşən Elbrus oğlu) 28 iyun 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1955-ci ildə Xaçmaz rayonu Suxtəkələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan, Xaçmaz rayonu Suxtəkələ kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü mad dəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə təhsil və tərbiyə müəssisələrində hər hansı vəzifə tutma və pedoqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 04 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində bəraətləndirici əsaslarla cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 20 sentyabr 2017-ci il tarixdən 30 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla həmin məktəbin 6-cı sinif şagirdi, az yaşlı xx.xx.2006-cı il təvəllüdlü X3 öz iş otağında tək olan vaxt həmin otağa dəvət etməklə, zor tətbiq etmədən onun dodaq və boyun nahiyələrindən öpərək, əli ilə sinə və arxa yan nahiyələrini sığallamaqla sonuncuya qarşı əxlaqsız hərəkətlər etmişdr Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onun la əsaslandırmışdır ki, ona qarşı olan cinayət işi üzrə ibtidai və məhkəmə istintaqında düzgün araşdırma aparılmamışdır, faktlara və sübutlara zərərçəkmiş tərəfin mənafeyinə uyğun şəkildə baxılmışdır. Ona istinad edilən cinayət əməlini törətmədiyinə baxmayaraq, məhkəmələr barəsində əsassız və qanunsuz ittihamedici qərar qəbul etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 04 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsi, birinci və apellyasiya instansiya məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini, kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir. Cinayət işinin materiall arından müəyyən olunur ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verildiyi məhkəmə aktlarında əsaslandırılmışdır. Kollegiya işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinin tərkibini yaratdığı üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin gəldiyi nəticə, işin faktiki hallarına və qanunun tələblərinə tam uyğundur. Apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də gös tərilmiş, bununla əlaqədar apellyasiya məhkəməsi həmin dəlillərdə qaldırılan məsələləri araşdırmış, bu dəlilləri əsaslı hesab etməmiş və buna dair nəticəni qərarında ətraflı şərh edərək əsaslandırmışdır. Zərər çəkmiş şəxs X5 ifadələrində göstərmişdir ki, Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin altıncı sinif şagirdidir. Məktəbdə səhər növbəsində oxuyur. Məhkum 2014-cü ildən tanıyır. 2016-cı ildən ona rus dili fənnini tərdis edir. 15 sentyabr 2017-ci il tarixdə dərslər başladıqdan bir neçə gün sonra təxminən 20 sentyabr 2017-ci il tarixdə birinci dərsdən sonrakı tənəffüsdə məktəbin dəhlizində olarkən Məhkum onu öz iş otağına cağırmış və o, məktəb direktoru olduğu üçün Məhkum otağına getmişdir. Onun otağına girməzdən əvvəl qəbul otağı, sonra isə öz otağına girmək üçün qapı vardır. O, qəbul otağından keçib direktorun otağına girmiş, direktor öz otağının qapısını açıq, qəbul otağının qapısını isə bağlı saxlamışdır. Daha sonra X2müəllim onu otağında stulların birində oturdub özü də yanında olan stulda oturmuş və ondan «kimin qızısan, kimin nəvəsisən» deyə soruşmuşdur. O, X2müəllimə X1ın qızı, X3 nəvəsi olduğunu bildirmişdir. X2müəllim ona «mən X3 dostuyam o, mənim bağ qonşumdur» deyə cavab vermiş və onu qucaqlayaraq üzündən, dodağından, boynundan öpərək sinə və arxa yanını sığal çəkməyə başlamış, X2müəllim qeyd olunan hərəkətləri təxminən 5 dəqiqə müddət ərzində davam etdirmiş və zəng vurulduğu üçün ona dərsə getməyini bildirmişdir. Bundan bir gün sonra 3-cü dərsin sonunda tənəffüs vaxtı o, dəhlizdə olarkən yenidən X2müəllim onu dəhlizdə görüb yenidən otağına çağırmış, o, direktorun otağına getmək istəyəndə X2müəllim onun boyununu qucaqlayıb otağına aparmış və həmin vaxt otağında olan stulların birində oturdub özü də onun yanında olan stulların birində oturub onu qucaqlayaraq üzündən, dodağından, boynundan öpərək sinə və arxa yanına sığal çəkməyə başlamış, X2müəllim qeyd olunan hərəkətləri təxminən 5 dəqiqə müddətdə davam etdirmiş və zəng vurulduğu üçün ona dərsə getməyini bildirmişdir. Bundan bir həftə sonra o, məktəbdə 3-cü dərsdə olarkən onun oxuduğu sinifdə riyaziyyat dərsi olmuş, həmin vaxt onlara riyaziyyat dərsini X4 müəllim demişdir. X4 müəllim sinifə gəldikdən X2 kimdi deyə soruşmuş, o, X4 müəllimə «X2 mənəm» deyə cavab vermişdir. X4 əlindəki jurnalı direktorun otağına aparmasını bildirmişdir. X4 müəllim ona jurnalı direktorun otağına aparmasını d eyəndə o, X4 müəllimə həmişə jurnalı qabaqda oturan qızlar aparır demişdir. X4 müəllim ona direktor sənin gətirməyini istəyir deyə bu səbəbdən o, jurnalı alıb X2müəllimin otağına getmişdir. O, otağa jurnalı stolun üzərinə qoyanda X2müəllim onu yenidən stulda oturdub, özü də da oturmuş və daha sonra yenidən onu qucaqlayaraq üzündən, dodağından, boynundan öpərək sinə və arxa yanına sığal çəkməyə başlamış, o, direktora dərsə getməliyəm deyəndə, direktor onu buraxıb dərsə getməyini bildirmişdir. Sonuncu dəfə 30 oktyabr 2017- tarixdə birinci dərsdən sonra tənəffüs vaxtı qardaşına baş çəkmək üçün 1-ci mərtəbəyə düşmüş, qardaşı Kənan hazırlıqda oxuduğu üçün ona baş çəkib dərsə getmək istəyərkən dəhlizdə yenidən X2müəllim onu otağına çağırmış və o, direktorun otağına getmişdir, otağına girdikdən s onra X2müəllim onu sağ tərəfdə olan televizorun qarşısına aparmış qucaqlayaraq üzündən, dodağından, boynundan öpməyə başlamış, bu zaman otağın qapısı döyülmüş və X2müəllim onu özündən kənarlaşdıraraq onu qapıya tərəf itələmiş, özü isə televızorun yanında aşağı əyilərək guya televizoru yanıdırır deyə televizorun kabelini elektrik naqilinə qoşması təsəvvürünü yaratmışdır. Bu zaman məktəbdə lobarant işləyən X2 içəri girib ondan hüzürü düşdüyünü və icazə alıb hüzür yerinə getməyini bildirmiş, X2müəllim ona icazə verdikdən sonra yenidən onu qucaqlayaraq televızor tərəfə itələmiş, onun dodaq və boyun nahiyəsindən öpərkən məktəbdə onun katibəsi işləyən X4 direktorun otağına girmiş və X2müəllim onu yenidən kənara itələmişdir. X4 bir neçə dəqiqə otaqda qalmış və çölə çıxmışdır. Bundan sonra X2müəll im onun yenidən boynunu qucaqlayıb öpəndə X4 yenidən otağa daxil olmuş və X2müəllim ona dərsə getməyini bildirmişdir. Bundan sonra o, direktorun otağından çıxıb dərsə gedəndə qəbul otağında oturmuş X4 onun üst-başının dağınıq, üzünün pörtmüş olduğunu görüb baş verənlər barədə evdə valideynlərinə bildirməsini ona demiş, bundan sonra otaqdan çıxıb dərsə getmişdir. Dərs bitdikdən sonra o, yaşadığı evə gəlmiş və baş verənlər barədə anası X2yə danışmışdir. Anası X2 də ilk əvvəl babası X4, sonra isə atası X1a bu barədə demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbində katibə işləyir. O, direktorun qəbul otağında oturur, direktorun otağına giriş qəbul otağındandır. Xaçmaz rayonu Arzu qəsəbəsində yaşayan X7 həmi n məktəbin 6-cı sinfində oxuyur.. 30 oktyabr 2017-ci il tarixdə birinci dərsdən sonra tənəffüs vaxtı o, çay içmək üçün məktəbdə lobarant işləyən X2 xanımın otağına getmiş və X2 ilə birlikdə otaqda çay içərkən X2in telefonuna zəng gəlmiş və X2 telefonla danışdıqdan sonra ona yas yerinə getməli olmasını deyib, otağdan çıxıb məktəbin birinci mərtəbəsinə düşmüşlər. O, həmin vaxt sanitar qovşağına, X2 isə icazə almaq üçün direktorun otağına getmişdir. O, geri qayıdanda X2 Kərimovanın direktorun otağından çıxdığını görmüş və X2dən direktorun otağında olub-olmamasını soruşmuşdur. X2 ona direktorun otağında olduğunu və özü icazə alıb getdiyini demiş və bundan sonra o, içəri daxil olanda direktorun otağının qapısının açıq olduğunu və direktorun otağında X2ın olduğunu görmüşdür. O,otağda oturarkən b ir neçə dəqiqə sonra X2ın direktorun otağından tələsik, həyəcanlı şəkildə sifətinin qızarmış vəziyyətdə çıxdığını və ona tərəf baxmadan otaqdan çıxıb getdiyini görmüşdür neçə dəqiqə sonra X2müəllim əlində sənədlərlə otaqdan çıxıb ona Xaçmaz Təhsil şöbəsinə gedəcəyini demiş və otaqdan çıxıb getmişdir. Bundan sonra o, X2ın direktorun otağından həyəcanlı vəziyyətdə çıxdığını görüb onun arxasınca gedərək icazə alıb onu dəhlizə çağırmış və X2dan nə üçün direktorun otağından həyəcanlı o çıxdığını soruşmuşdur. X2 ona qorxduğunu deyib heç nə söyləməmişdir. O, X2a baş verənlər barədə anasına danışmasını məsləhət vermiş, bundan sonra X2 öz sinifinə daxil olmuşdur. X1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbində lobarant işləyir.. 30 oktyabr 2017-ci il tarixdə birinci dərsdən sonra tənəffüs vaxtı məktəbdə katibə işləyən X4 onun iş otağına gəlmişdir. Onun iş otağı məktəbin ikinci mərtəbəsində yerləşir. O, X4 ilə birlikdə otaqda çay içərkən onun mobil telefonuna zəng gəlmiş və o, telefonla danışdıqdan sonra X4ə yas yerinə getməyini deyib otaqda icazə almaq üçün direktorun otağına birinci mərtəbəyə düşmüşdür. O, direktorun otağının qapısını döyüb qəbul otağına, oradan isə direktorun otağına daxil olmuş, direktorun otağına daxil olanda X2müəllimin otağda televizorun kabelini elektrik naqilinə keçirdiyini, bir nəfər qız uşağının isə qapıdan girəndə sol tərəfdə dayandığını görmüşdür. O, həmin vaxt X2müəllimdən yas yerində iştirak etmək üçün icazə almiş, X2müəllim ona icazə verdikdən sonra otağından çıxıb getmişdir. O, dəhlizə çıxanda dəhlizdə X4 ilə qarşılaşm ış və X4 ondan direktorun otağında olub-olmamasını soruşmuş, o, X4ə direktorun otağında olduğunu və ondan icazə alıb getdiyini deyib, getmişdir. 31 oktyabr 2017-ci il tarixdə səhər saatlarında o, məktəbə gələrkən X3 valideyni ona yaxınlaşmış və ona qızı X2ın 30 oktyabr 2017-ci il tarixdə məktəbin direktoru X2müəllimin otağında olub-olmamasını soruşmuşdur. O, X2ın valideyninə icazə almaq üçün otağına gedərkən X2ı direktorun otağında gördüyünü demişdir. Həmin vaxt X2ın valideyni Məhkum qızları X2 Məhərrəmovaya qarşı əxlaqsız hərəkətlər etdiyini ona demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin 22 noyabr 2017-ci il tarixli 28385 saylı rəyindən görünür ki, X7 əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmur. Məhkəmələr məhkumun irəli sürdüyü dəlilləri özünü müdafiə, məsuliyyətdən yayınma xarakteri daşıdığını və digər sübutlarla təkzib edildiyindən sübut növü kimi qəbul etməmişlər. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası işin hallarına əsaslanaraq hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsininin Cinayət Kollegiyasının qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1000/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1000/2019
02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver