Məhkəmə qərarları › İş №1(102)-1000/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1000/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1000/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanov iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 1(101)-1963/2021 nömrəli, 14 dekabr 2021ci il tarixli hökmü ilə xx xxxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, A.Azərtürk küçəsi ev 35-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, nömrəsiz fərdi evində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və üzərində daşımışdır. Belə ki, o, 9 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 7,430 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 10 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də 4-cü sıra 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və orada saat 19:35 radələrində inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli ağ cızıqları olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 7,430 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi) Faiq Qasımov və Kamran Əkbərov) 1(103)-500/2022 nömrəli 03 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablanmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, mə hkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olmaqla, işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayət əməli üzrə sübut edilməli olan narkotik vasitələrin satışı faktı deyil, cinayət əməlinin subyektiv cəhəti, məqsədidir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə reallığa və işin hallarına uyğun deyildir. İttiham tərəfinin məhk əməyə əməlin satış məqsədi ilə törədilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməməsi ilə bağlı məhkəmə kollegiyasının dəlili aşağıda şərh olunan sübutların məcmuyu ilə uzlaşmır. Təqsirləndirilən şəxs verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman İran İslam Respublikası vətəndaşı Məhəmməd Xəttabi adlı şəxsdən onun göndərdiyi “Beynəlxalq bank”-a aid hesab nömrəsinə 9 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində “20 yanvar” metrostansiyası yaxınlığında Milliön ödəniş terminalı vasitəsilə 180 manat pul köçürüb onun dediyi, ünvan 1 ünvanında yerləşən Bakı Dövlət Sirkinin binasının həyətindəki dirəyin aşağı hissəsindən götürərək aldığı küll i miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olarkən onun düzgün tərtib edildiyini görüb həmin protokolu imzalamışdır. Cinayət işində olan 10 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli ağ cızıqları olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 7,430 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 11 sentyabr 2021-ci il tarixli, 6/3998 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək g ötürülmüş maddə 7,430 qram (külli miqdarda) narkotik vasitə heroindir. Apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, CM-in 234.4.3-cü maddəsi yalnız narkotik vasitənin satışına görə deyil, satış məqsədi ilə narkotik vasitə əldə edilməsinə görə də cinayət məsuliyyəti müəyyən etmişdir və şəxs tərəfindən narkotik vasitənin satış məqsədi ilə əldə edildiyi andan artıq həmin cinayət əməli başa çatmış hesab edilir. Bunun üçün hər hansı satış faktının real mövcud olması tələb edilə bilməz. Satış məqsədi isə ilkin məlumat olaraq əməliyyat-axtarış fəaliyyətinin nəticəsi kimi təsdiqini tapmaqla yanaşı həm də Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi ilə də təsdiq edilmişdir. Apelyasiya məhkəməsinin gəldiyi qənaətdən fərqli olaraq Təqsirləndirilən şəxs 7,430 qram heroini necəsə şəxsi istehlakla bağlı əldə etməsinə, eləcə də, həmin çəkidəki heroini məhz şəxsi istehlakla bağlı əldə etməsinə inanmaq və yekun qərarın əsasında təsbit etmək mövcud reallıqdan və verilən real ictimai qiymətdən çox uzaqdır. Apelyasiya məhkəməsinin qərarında əks etdirilən mövqe narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, bu sahədə layiqli cəzalandırma üzrə qanuni mübarizə imkanlarını məhdudlaşdırmaqla ümumilikdə ictimai dəyərlərin mühafizəsinə xidmət etmir. Hüquq mühafizə orqanları ictimai təhlükəlilik dərəcəsi yüksək olan bu qəbildən olan cinayət əməlləri barədə məlumat əldə etdikdə satış faktını bilavasitə qeydə ala bilmək üçün müvafiq şəxslərə cinayət əməllərini davam etdirməyə imkan yaratmağa haqlı deyil. Narkotik vasitənin külli miqdarın ın ümumi həcmi cinayətin xarakterini müəyyən etməyə imkan verdiyindən bu zaman satış məqsədi də şübhəsizdir. Bundan başqa apelyasiya məhkəməsinin qərarında Ali Məhkəmənin Plenumu qərarının müvafiq müddəasının mənası hazırki cinayət işi üzrə düzgün açıqlanıb tətbiq edilməmişdir. Əslində Plenum qərarının müvafiq müddəası aydın ifadə olunduğundan onun əlavə açıqlanmaya zərurət mövcud deyildir. Qərarda göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Göründüyü kimi, bu zaman işin bütün hallarının nəzərə alınması zərurət olaraq müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə, birincisi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ümumi satış dəyəri, ikincisi, narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs tərəfindən şəxsi istehlak edilmə miqdarı və onda aşkar edilmiş narkotik vasitənin miqda rı, üçüncüsü isə onda aşkar edilmiş heroin miqdarının “külli miqdar”dan sadəcə deyil, dəfələrlə artıq olması kimi işin halları ilə cinayət işi üzrə narkotik vasitənin əldə edilməsi və saxlanılmasının hansı məqsədlə törədilməsi tam sübuta yetirilmişdir. Apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin əsası, habelə onda narkomaniya xəstəliyinin aşkar olunması ilə bağlı gəldiyi qənaətə münasibətdə həmçinin qeyd olunmalıdır ki, şəxsin narkotik vasitənin satışı ilə məşğul olması və ya onları satış məqsədi ilə əldə etməsinə dair hüquq-mühafizə orqanlarına hər-hansı konkret məlumatın daxil olmaması, eləcə də onda narkomaniya xəstəliyinin aşkar olunması özlüyündə həmin şəxs tərəfindən narkotik vasitənin məhz satış məqsədi ilə əl də etməklə saxlamasını inkar edən faktor kimi qəbul oluna bilməz. Bundan başqa apelyasiya məhkəməsinin nəzərə almadığı hallardan biridə odur ki, bir qayda olaraq heroin həcmi vərdiş edilən hissələrdə selofana bükülüb ağzının yandırılması ilə satılır. Bu zaman əməlin tövsifi üçün hər hansı avadanlıq axtarmaq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsləri qanuni cinayət məsuliyyətindən kənarda qoyur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməli tövsif edilərkən işin halları düzgün nəzərə alınmamış, mövcud dəlillərə qiymət verilməmiş, cinayət əməlinin tövsifində səhvə yol verilmiş, reallığa açıq-aydın uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkum edilmiş şəxsin ifadəsində, ondan aşkar edilmiş 7,430 qram narkotik vasitə olan heroini guya ki, istifadə etmək üçün əldə edib üzərində saxlayı b gəzdirməsi barədə göstərdikləri inandırıcı dəlil olmamaqla yanaşı həmçinin aşağıda şərh olunan sübutların məcmusu ilə də təkzib olunur. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından 49,5 dəfə, külli miqdardan isə 3,4 dəfə çox narkotik vasitə heroin gəzdirməsi və saxlaması həmin heroini məhz satış məqsədilə əldə edib saxlayıb daşımasına dəlalət edir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitənin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz qərarında müzakirə edərək hüquqi qiymət verməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gə lmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən, onun tərəfindən törədilən cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, aşkar olunmuş narkotik vasitə heroinin külli miqdarda olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bu halların öz-özlüyündə törədilən cinayətin ictimai təhlükəlil ik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini qərarda kifayət qədər əsaslandırmamışdır. Təqsirləndirilən şəxs əməlinə apelyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş və hər iki məhkəmə instansiyasında tədqiq edilmiş işin obyektiv hallarına uyğun olan yuxarıda şərh olunan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyr ənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sö zlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama əməlinin həmin maddə ilə tövsif edilməsi üçün bu əməllər satış məqsədi ilə törədilməli, yaxud narkotik vasitələrin və ya psixotrop maddələrin satması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələb lərinə görə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş və saxlamış şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitənin və ya psixotrop maddənin külli miqdarda olması ilə yanaşı həmin şəxsin onları satmaq məqsədi və ya satma faktı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. Məhkum Təqsirləndirilən şəxs həm ilkin izahatında, həm də ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə üzərində aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün almasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyin dən əzab çəkir. Cinayət işi üzrə toplanmış digər sübutlar – şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair sənədlər Təqsirləndirilən şəxs tərəfindən üzərində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsini və saxlamasını təsdiq edən heç bir hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələri n miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkumda aşkar edilmiş narkotik vasitə olan heroinin 7,430 qram miqdarında olması da həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi barədə birmənalı nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum Təqsirləndirilən şəxs narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi müəyyən edilməmiş və bunun üçün Təqsirləndirilən şəxs hər hansı avadanlıq aşkar edilməmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşımasına dair mötəbər sübut olmadığından apelyasiya instansiyası məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi məhkumda aşkar olunmuş 7,430 qram miqdarında narkotik vasitə olan heroini külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin məhkum Təqsirləndirilən şəxs məxsus narkotik vasitə çəkilib xırda bağlamalara bükülməmiş, yalnız bir bükümdə olmuş, narkotik vasitənin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməsi, saxlaması və daşımasına dair nə istintaq materiallarında, nə də iş üzrə tərtib edilmiş ittiham aktında mötəbər sübut olmadığından apelyasiya instansiyası məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəm ənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xe yrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan apelyasiya instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, məhkum Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyasi məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cin ayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Apelyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 03 mart 2022-ci il tarixli qərarı kassa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar