Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1001/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 127.2.1 maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), A.H.Hacıyev və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 1995-ci ildə ünvan 1 doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, məcburi köçkün, həmin kənddə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2, Azərbaycan Respublikası CM-in 144.2.3 və 127.2.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-in 127.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum2 qəti cəza 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 11 noyabr 2017-ci il tarixdən hesablanması, xx xxxxxx 1990-cı ildə Beyləqan rayonunun Komsomol qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhərində Dənizkənarı Bulvar idarəsində bağban işləmiş, əvvəllər məhkum olunmamış, qeydiyyat da olmaqla ünvan 2-də kirayədə yaşamış Məhkum1 ünvan 1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 11 noyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X15 və X4 da təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən məhkum Məhkum2 müdafiəçisi X5 və və Məhkum1 müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 21 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilərək, barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edilməsini xahiş etmişdirlər. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 CM-nin 144.2.3 və 127.2.1-ci maddələri, Məhkum1, X15 və X4 isə CM-nin 144.2.3-cü maddəsi ilə ona görə təqsirli bilinərək məhkum edilmişlər ki, Məhkum2 10 noyabr 2017-ci ildə, saat 09-10 radələrində ögey qardaşı Məhkum1, dayısı X15 və bacısı X4 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək Füzuli rayonunun Bala Bəhmənli kənd sakini X3 ailə qurmaq məqsədi ilə oğurlamar üçün həmin gün, saat 15 radələrində X1un idarə etdiyi “VAZ-21063” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə kəndarası yolda hərəkətdə olarkən X14 Xəstəxanasından işdən çıxıb evlərinə tərəf gəldiyini görüb avtomobili onun yanında saxlatdırmış, Məhkum1la avtomobildən düşərək X2nı tutub ciddi müqavimət göstərməsinə baxmayaraq onu zorla avtomobilin arxa oturacağına mindirmək istəyərkən “Mercedes Benz C 220” markalı, ** CS *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan kənd sakini X7 ictimai borcunu yerinə yetirib X2nın oğurlanmasının qarşısını almaq məqsədi ilə avtomobilini X1un idarə etdiyi avtomobilin qarşısında saxlayaraq avtomobildən düşüb onlardan X2nı buraxmalarını tələb etdiyi üçün o, X3la əlb əyaxa olub onu yerə yıxaraq üz nahiyəsinə qəsdən təpiklə bir zərbə vurub ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirib onun müqavimətini qırdıqdan sonra X2nın qolundan tutub saxlayan Məhkum1la birlikdə X2nı avtomobilin arxa oturacağına zorla mindirmək üçün maşının arxa sol qapısının yaxınlığına dartıb gətirmiş, bu zaman avtomobilin arxa sərnişin yerində oturmuş qrupun digər üzvü X1 saçından tutub avtomobilin salonuna dartaraq X2 qışqırdığı üçün əlləri ilə onun ağzını tutmuş, onu zor tətbiq etməklə avtomobilə mindirərkən ona hər iki yuxarı və aşağı ətraflarında, boyun nahiyəsində çoxsaylı qançır, sağ baldır nahiyəsində sıyrıq xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onu oğurlayıb X1un idarə etdiyi avtomobillə Mincivan-Hacıqabul yolu ilə Beyləqan rayonunun Aran kəndi istiqamətində apararkən Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Məhkəmələr tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin motivi, məhkumların şəxsiyyəti, ailə vəziyyətləri, barələrindəki yüngülləşdirici hallar nəzərə alınmamış, nəticədə ağır cəza təyin edilmişdir. Məhkum2 ilk dəfə məhkum olmasını, zərərçəkmiş şəxslə barışdığını, Məhkum1 isə himayəsində 2 azayşalı övladının olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini əsas göstərərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci-ci il tarixli qərarı nın ləğv edilməsini və barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzalarının yüngülləşdirilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq inin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkumların kassasiya şikayətlərində qeyd etdikləri dəlil barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8.1-ci,41.2 və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-c i maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə az adlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası işin hallarını- törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum2 və Məhkum1 cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onları barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 127.2.1 maddələri ilə və Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə onlara aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1001/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1001/2019
16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver