Məhkəmə qərarları › İş №1(102)-1001/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1001/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1001/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Çərkəz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə (hakim: A.Y.Vəliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 2 aprel 2021-ci il tarixdən hesablan ması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), V.C.Cəfərov və R.O.Əsgərova) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Həmin iş üzrə həmçinin X5 və X8 da Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, təkra rən, satış məqsədi ilə saxta xarici valyuta, yəni saxta ABŞ dollarlarını əldə etmə və satma məqsədi ilə tanışları X5, X8, X3, şəxsiyyəti istintaqa məlum olmayan X12 adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, X10 istintaqa məlum olmayan vaxtda və yerdə, naməlum şəraitdə tanışları X11və şəxsiyyəti istintaqa məlum olmayan X12 adlı şəxsdən satış məqsədi ilə axınlı çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən saxta xarici valyuta, yəni saxta 9300 ABŞ dollarlarını əldə edib saxlamış, 02 aprel 2021-ci il tarixdə X10, X13, Məhkum, Şahid10 və X10 Həsənovun idarə etdiyi «BMW» markalı, **-RY-*** nömrə nişanlı avtomobillə Bakı şəhərindən Quba şəhəri istiqamətində hərəkət edər kən X10 aralarında olan razılığa əsasən Bakı-Sumqayıt yolunda həmin saxta dollarlardan satış məqsədi ilə Məhkum və X13a vermiş, Məhkum satış məqsədi ilə əldə etdiyi saxta xarici valyutadan Siyəzən şəhərində istintaqa məlum olmayan ət məhsullarının satışının həyata keçirildiyi mağazanın işçisinə saxta 100 ABŞ dolları sataraq 20 manat məbləğində ət məhsulları almış, X13 satış məqsədi ilə əldə etdiyi saxta xarici valyutadan Qusar şəhərində yerləşən istintaqa məlum olmayan paltar mağazasının işçisinə təkrarən saxta 200 ABŞ dolları sataraq özü üçün geyim ləvazimatları almış, Məhkum göstərişi ilə Şahid10 Qusar şəhərində gündəlik tələbat mallarının satışının həyata keçirildiyi “X15” adlı mağazanın işçisi Zərərçəkmiş şəxsoviçə təkrarən saxta 100 ABŞ dolları sataraq 25 manat dəyərində “Nemiroff” ma rkalı araq və 2 manat dəyərində meyvə şirəsi almış, daha sonra Məhkum göstərişinə əsasən Şahid10 Quba rayonu Xucbala kəndində istintaqa məlum olmayan meyvə-tərəvəz satışının həyata keçirildiyi mağazanın işçisinə təkrarən saxta 100 ABŞ dolları sataraq ondan 40 manat dəyərində yumurta və meyvə-tərəvəz məhsulları almış, daxil olmuş məlumat əsasında 02 aprel 2021-ci il tarixdə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X10 və qrupun digər üzvləri Şabran rayonu ərazisində saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə gətirilmiş, 03 aprel 2021-ci il tarixdə keçirilmiş baxış zamanı X13dan saxta 300 ABŞ dolları, X10dən saxta 5200 ABŞ dolları, Məhkum isə saxta 1400 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: M əhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının Məhkum CM-in 204.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı mülahizələrə və ehtimallara əsaslandığından əsassız və qanunsuzdur. Belə ki, iş üzrə məhkum edilmiş Məhkum, X5 və X4 ifadələrində də qeyd etdikləri kimi, onlar xx.xx.2021-ci il tarixdə saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə aparılmışlar. Bundan bir gün sonra 03 aprel 2021-ci il tarixdə isə onları Bakı şəhərinə apararaq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil vermişlər. 03 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il t arixədək o, X10 və Məhkum həmin idarədə saxlanılmışlar. 07 aprel 2021-ci il tarixdə onlar şübhəli şəxs qismində tutulmuşlar. 08 aprel 2021-ci il tarixdə isə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla təqsirləndirilən şəxslərin faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı xx.xx.2022-ci il tarixdən 5 (beş) gün sonra xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmaları onların məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri müdafiə hüquqları pozulmaqla, təzyiq altında verdiklərinə əsaslı şübhələr yaradır. Müdafiəçi, həmçinin, aşağı instansiya məhkəmələrinin zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə istinadən təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirli olması ilə bağlı mövqeyini də əsassız hesab edir. Belə ki, Zərərçəkmiş şəxsoviç məhkəmədə göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadəsi düzdür. Qusar şəhəri ərazisində "X15" adlı mağazanı işlədir. 2021-ci ilin aprel ayının əvvəlində adını sonradan bildiyi Gülnarə onun işlətdiyi mağazaya gəlmiş və 100 ABŞ dolları təqdim edərək 25 manat dəyərində "Nemiroff" markalı araq və 2 manat dəyərində meyvə şirəsi almaq istədiyini demiş, o isə həmin qadından ona milli pul verməsini demiş, lakin həmin qadın hamilə olduğunu, uzaqdan gəldiyini, qonaq olduğunu deyərək ondan kömək istəmişdir. Bundan sonra o, razılaşaraq həmin qadından 100 ABŞ dolları pulu götürmüş, ona araq və şirə vermiş, həmçinin 143 manat pul qaytarmışdır. O, həmin qadının dalınca mağazadan çıxmış, həmin vax t maşında başqa bir qadın və sürücü olmuş, həmçinin orada başqa şəxslər də olmuş, onlar hərəsi bir istiqamətə getmişdir. Sonradan o həmin qadının verdiyi 100 ABŞ dollardan şübhələnmiş və dəyişməyə getmişdir. Orada ona məlum olmuşdur ki, ona verilmiş 100 ABŞ dollar saxtadır. Ona görə də bu barədə polisə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin saxta pul təqsirləndirilən şəxslər X2, X6 və Məhkum məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, Elçini çoxdan tanıyır. 2021-ci ilin aprel ayının əvvəlində Elçinlə istirahət etmək üçün gəzməyə getmək barədə razılaşmışlar. Elçinlə ümumi tanışları Oruc da onlarla gəldiyini demiş, о, Elçini Oruca görə tanımışdır. 02 aprel 2022-ci il tarixdə səhər saat 9-10 radələrində Bakı şəhəri Şamaxinka adlanan yerdə gö rüşmüşlər, maşını Elçin idarə etmişdir. Həmin vaxt sonradan tanıdığı Sahil adlı şəxs Oruca zəng edərək onlarla getmək istədiyini demiş, o, əvvəlcə buna razı olmamış, beşinci adamın artıq olduğunu demiş, lakin, sonradan Sahil də onlarla gəlmişdir. Onlar Qusar şəhərinə gəlmiş, Elçin maşını mağazanın qabağında saxlamış və ona 10 manat pul vermişdir. Sahil isə 100 ABŞ dolları xırdalasaq deyərək dolları ona vermiş, o, mağazaya girmiş, digərləri isə maşında qalmışlar. Mağazadan araq almamış, meyvə şirəsi almışdır. Satıcı ilk olaraq dolları götürmək istəməmiş, sonra götürmüşdür. Sonra onlar Quba şəhərinə getmişlər, orada Elçin ABŞ dolları dəyişmək üçün pul dəyişmə məntəqəsinə getmiş və qayıdıb pulların saxta olduğunu demiş, pul dəyişmə məntəqəsində pulu dəyişən şəxsin dollarlardan şübhələndiyini və onları götürmədiyini bildirmiş və Sahillə mübahisə etməyə başlamışdır. O, həmin vaxta kimi pulların saxta olduğunu bilməmişdir. Onlar restoranda oturan zaman ora polis əməkdaşları gəlib onları saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadə düz deyil, o, həmin ifadəni oxumadan qol çəkmişdir. Müdafiəçi hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozaraq iş üzrə ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qəra rının onun CM-in 204.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməsinə və ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, iş üzrə maddi ziyan yoxdur, ziyan ödənilmiş, şikayətçi ilə barışıq əldə edilmişdir. Ailəlidir, az yaşlı övladı vardır. Böyrəkdə zülalın artıqlığı xəstəliyindən əziyyət çəkir, irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, hesab edir ki, ittiham üzrə bütün sübutlar düzgün araşdırılmamışdırdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini geri götürdüyünü b ildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri məhkum tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüq uquna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar