Məhkəmə qərarları › İş №1(102)-1001/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1001/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1001/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-c ü il tarixli 1(104)-543/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mikayıl Məmmədzadə (sədrlik edən və məruzəçi), Roman Ələkbərli və Abdulla Məmmədov) 06 fevral 2024-cü il tarixli 1(100)217/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 03 avqust 2024-cü il tarixdə Məhkum ərizə ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1(100)217/2024 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Mi kayıl Məmmədzadə) 24 sentyabr 2024-cü il tarixli 1(100)-217/2024 nömrəli qərarı ilə Məhkum həmin məhkəmənin 06 fevral 2024-cü il tarixli 1(100)-217/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 09 dekabr 2024-cü il tarixli 1(104)-543/2024 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(100)-217/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 1(104)-543/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti v erilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddəti üzrlü səbəbdən ötürmüşdür. Belə ki, onun hüquqi savadı olmadığından, həmçinin səhhətində narahatçılıqlar yarandığından, apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Məhkum himayəsində üç azyaşlı uşağının, arvadı və yaşlı valideynlərinin olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nə zərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum onun barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024cü il tarixli 1(100)-217/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 394.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1(100)-217/2024 nömrəli hökmünün sürətini 16 fevral 2024-cü il tarixdə almışdır. Apellyasiya şikayəti isə məhkum tərəfindən 03 av qust 2024-cü il tarixdə verilmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin məhkum tərəfindən buraxılması onun hüquqi savadsızlığı ilə əlaqələndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum orta təhsillidir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin bütün iclaslarında iştirak etmiş, eyni zamanda vəkili Müdafiəçi1 hüquqi yardımı ilə təmin olunmuşdur. Məhkəmə iclasında Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual hüquqları izah olunmuş, həmçinin məhkəmə baxışının sonunda da hökm oxunduqda, CPM-in 384-385-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin hökmdən apellyasiya şikayəti vermək hüququ, qaydası və müddəti bir daha ona elan edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş a pellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayəti nin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhk əmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(104)-543/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1(100)-217/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-cü il tarixli 1(104)-543/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar