Məhkəmə qərarları › İş №1(102)-1002/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1002/2019

06.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1002/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 2 06.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Əliyev, hakimlər M.A.Xankişiyev və Ş.B.Məmmədovadan ibarət tərkibdə) xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci m addəsi ilə 06 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X1 da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 10 aprel 2014-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində olarkən İran İslam Respublikasının ərazisində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında kü lli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına göndərilməsini sifariş etmişdir. 12 aprel 2014-cü il tarixdə İran İslam Respublikasından narkotik vasitələrin Azərbaycan Respublikası ərazisinə keçirib Masallı rayonunda yerləşən «Zirvə» restoranının yanında yolun kənarındakı ağacın dibində gizlədilməsinə dair məlumat aldıqdan sonra, Məhkum elə həmin günü saat 23 radələrində Masallı rayonuna getmiş və qeyd olunan yerdən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə - xalis halda çəkisi 1 kq 389,3 qram olan həşiş qatranı və 1 kq 294 qram olan tiryəki götürərək satış məqsədi ilə qanunsuz əldə etmiş və daşıyaraq kirayədə yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında mənzilinə gətirib gizlətməklə qanunsuz saxlamı şdır. Bundan sonra, Məhkum qeyd olunan narkotik vasitələrin satışında çətinlik çəkdiyinə görə, bu barədə 1 həftə sonra qardaşı X1 bildirmiş və onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq həmin külli miqdarda narkotik vasitələrin satılması barədə razılıq əldə etmişlər. 26 aprel 2014-cü il tarixdə saat 17 radələrində Məhkum və X1 miqdarda narkotik vasitələrin bir hissəsini satmaq məqsədilə kirayədə yaşadıqları ünvandan çıxan zaman keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış və baxış nəticəsində X1 üzərindən külli miqdarda narkotik vasitə - xalis halda çəkisi 99,2 qram tiryək və 99,3 qram həşiş qatranı aşkar edilək götürülmüşdür. Bundan sonra davam etdirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onların kirayədə yaşadıqları Bakı şəhəri, ünvan 3 ünvanınd a mənzilinə baxış zamanı oradan satış məqsədilə qanunsuz olaraq saxladıqları külli miqdarda narkotik vasitə - 1 kq 194,8 qram tiryək və 1 kq 290 qram həşiş qatranı aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Səfərov Rizvan Kamal oğlu, hakimlər Məmmədov Qail Fazil oğlu və Abdinbəyov Abid Kamil oğlundan ibarət tərkibdə) 11 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli hökmü Məhkum aid hissədə, onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 ilə, cinayətlərin məcmusu üzrə qəti olaraq təyin olun muş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 il 06 aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarı dəyişdirməklə barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum olunmasının başlıca səbəbi yaşca ondan kiçik, narkotik aludəçisi olan və psixotrop maddələr qəbul edən, əvvəllər məhkum olunmuş doğma qardaşı X1 törətmiş olduğu cinayət əməlidir. Belə ki, hadisə baş verməmişdən bir gün öncə avtomobili ilə əlaqədar Bakı şəhərinə gəlməli olmuş, söhbət əsnasında kiçik qardaşı Bakıda görüləsi işləri olduğunu demiş və birlikdə Bakıya qardaşının kirayə yaşadığı ünvana gəlmişlər. Səhər yeməyi yedikdən sonra o öz işi ilə bağlı gedəcəyini bildirmiş, qardaşı isə ona biryerde çıxmalarını yolüstü taksi ilə onu gedecəyi yerə aparacağını demişdir. Evdən çıxarkən sabiq MTN əməkdaşları tərəfindən saxlanılmış və əməkdaşlar tərəfindən evə baxış keçirilmişdir. Qardaşının törətmiş olduğu bu cinayət əməlindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı iki nəfər hal şahidi onu tanımadıqlarını, qardaşı X1 tanıdıqlarını bildirmişlər. Qardaşı X1 psixotrop dərmanlar qəbul etmiş, narkotik vasitə (tiryək) istifadəçisi olmuşdur, hal-hazırda qaraciyər serozu xəstəliyindən əziyyət çəkir və əvvəllər narkotik vasitə istifadəsinə görə məhkumluq həyatı yaşamışdır. Böyük bir səhvə yol verərək doğma qardaşının qaraciyər xəstəsi olması və bir azyaşlı övladının olmasını nəzərə alıb onun törə tmiş olduğu cinayət əməlini öz üzərinə götürmüşdür. Cinayət işinin törədilməsində heç bir məlumatı və təqsiri olmaması barədə qardaşı X1 da yazılı şəkildə ərizə ilə müraciət etmişdir. Məhkum daha sonra yaşayış yerindən müsbət xarakterizə olunduğunu, içki və narkotik vasitələrdən uzaq olduğunu, idman yarışlarında bir neçə dəfə 2-ci yerə layiq görüldüyünü, qardaşı tərəfindən törədilmiş cinayəti öz üzərinə götürməklə səhv etdiyini və peşman olduğunu bildirib ailə vəziyyətini, bir azyaşlı övladının olmasını, xəstə yaşlı valideynlərininin olmasını, ailəsinin acınacaqlı və köməksiz vəziyyətdə olmasını nəzərə alaraq barəsində daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırı b kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəmə sinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum satış məqsədi ilə narkotik vasitə əldə edib daşımasını və qaçaqmalçılıq cinayəti törətməsini müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitənin əldə etməsi və daşıması əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı üçün birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin madd ələrlə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Məhkum cəzası yüngülləşdirilərək Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası 09 ilə endirilmişdir. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araş dırıb, apellyasiya şikayətini müdafiə edən məhkumun və onun müdafiəçisinin, hökmün dəyişdirilmədən və apellyasiya şikayətinin təmin olunmadan saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, hökm dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təyin edilən azadlıqdan məhrum etmənin və cinayətlərinin məcmusu ilə təyin olunmuş qəti cəzanın müddəti azaldılmalı, apellyasiya şikayəti təmin olunmalıdır. Birinci instansiya məhkəməsi Məhkum barəsində işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermişdir, çıxarılmış hökm onun haqqında cinayət işinin materiallarına uyğundur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM -nin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin etdiyi cəza sərtliyinə görə onun şəxsiyyətinə və cinayətinin ağırlığına uyğun olmayan cəzadır, belə olan halda hökm Məhkum barəsində dəyişdirilməli, hökmdə Məhkum haqqında göstərilən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, eyni zamanda, cinayətlərin məcmusu üzrə təyin olunan qəti cəzanın müddəti azaldılmalı, hökm Məhkum barəsində qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərinə (Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamla əlaqədar) münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldi yi nəticəni işin hallarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması cinayətinin törətməsi birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində tədqiq edilmiş müvafiq sübutlarla təsdiq edilmiş, həmin sübutlar yoxlanılarkan (tədqiq olunarkan) və qiymətləndirilərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum satış məqsədi ilə narkotik vasitələri əldə edib daşıması əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin maddələrlə cəza təyin edilərkən də bu məsələyə təsir edə bilən bütün hallar, o cümlədən şikayətdə göstərilən hallar nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum qaçaqmalçılıq cinayətində iştirak etməsi də qanunla nəzərdə tutulmuş qaydada toplanmış, t əsdiq edilərək yoxlanılmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu ittiham üzrə dəlilləri ilə əlaqədar isə qeyd edir ki, Məhkum qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan qrup şəkilində törətməsi təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən səhvən CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası müvafiq sübutları təhlil edərək belə qənaətə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətməmiş, cinayətin bilavasitə icraçısı olmamış, cinayətdə yalnız köməkçi kimi iştirak etmişdir. Məhkum qaçaqmalçılıq cinayətini n bilavasitə icraçısı olmadığı məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunmaqla yoxlanılmış sübutlarla tam təsdiq olunur. İttihamın məzmununda göstərilənlər də Məhkum qaçaqmalçılıq cinayətinin bilavasitə icraçısı olduğu qənaətinə gəlməyə əsas vermir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 1 №-li qərarının 19-cu bəndində isə izah olunmuşdur ki, “... əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obye ktiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə göm rük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nə zərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir...”. Məhkəmə kollegiyası işin faktiki hallarını, qanunun tələblərini, o cümlədən Azərbaycan Respublikası CM-nin 31, 32, 34.2-ci maddələrinin mü ddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən izahını nəzərə alaraq qeyd edir ki, Məhkum törətdiyi qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan qrup şəklində törətməsi təsdiq edilmir, bu səbəbdən onun həmin qaçaqmalçılıq əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinin tərkibi ilə tam əhatə olunur və həmin maddəyə tövsif edilməlidir (CM-nin 206.3.2-ci maddəsindən). Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3 və 146.1-ci maddələrinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübut a yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıdakılara və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkumun hərəkətləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilməli, ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası məhkuma Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hökmdə və qərarda sadalanan cəzanı yüngülləşdirən halları da nəzərə alır və CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə dair müddəalarına əsaslanır. Məhkəmə kollegiyası bunlarla əlaqədar hesab edir ki, qərar dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2- ci maddəsində nəzərdə tutulan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, Məhkum Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 09 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə hazırki qərarla Azərbaycan Respublikası CM- nin 32.5,206.2-ci maddəsi ilə təyin olunmuş 04 il müddətə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq, 09 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar