Məhkəmə qərarları › İş №1(102)-1002/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1002/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1002/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs Təqsirləndirilən şəxs və bəraət almış şəxsin müdafiəç isi Müdafiəçi iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Fikrət Qəribov, hakimlər Telman Hüseynov və Əli Məmmədovdan ibarət tərkibdə) 1(101)-168/2021 nömrəli 12 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Masallı rayonu Sığınacaq kəndində qeydiyyatda olmaqla Masallı rayonunun Təklə kəndində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərə k, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmək, saxlamaq və daşımaq barədə qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əs asən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda - 1045,0 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla xx.xx.2020-ci il tarixdə idarə etdiyi, anası X2 məxsus "Mercedes Benz 240” markalı, "AZ-99-SB672” dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq Bakı şəhərinə apararkən həmin tarixdə saat 23:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 14-cü kilometr dairəsinin yaxınlığında saxlanılaraq yerində baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra sol əlində saxladığı bir ədəd qara rəngli polietilen torbanın içərisində olan bir ədəd sellofan bağlamada külli miqdarda 1045,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini onlara təqdim etmiş və həmin narkotik vasitə aşkar edildiyindən götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulov) 1(103)-613/2021 nömrəli 20 dekabr 2021-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərə k, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq bəraət verilmişdir. Belə ki, məhkəmə hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən ona fiziki təsirin tətbiq edilməsi istisna olunmur. Bununla bağlı qeyd edilməlidir ki, həmin xüsusatla əlaqədar Təqsirləndirilən şəxs müraciəti əsasında Baş Prokurorluqda araşdırma aparılmış və sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi təsdiq edilmədiyindən 30 aprel 2020-ci il tarixdə fakt ü zrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsinin hökmündə həmin qərarın məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsi tərəfindən ləğv edilməsinə istinad edilmişdir, halbuki faktla bağlı aparılmış əlavə araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı yenə də təsdiq olunmadığından 18 iyul 2020-ci il tarixdə təkrar olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, bəraət hökmü çıxarılarkən bu qərar artıq çıxarılmış və bələ olan halda hökmdə qərarın Səbail Rayon Məhkəməsi tərəfindən ləğv edilməsinə istinad edilməsi absurddur. Məhkəmə hökmündə həmçinin göstərilmişdir ki, hal şahidlərinin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər mövcuddu r. Belə ki, məhkəmənin hökmündə qeyd edilmişdir ki, ibtidai istintaq zamanı, eləcə də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 02 fevral 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin yanından keçərkən idarənin əməkdaşlarının təklifi əsasında keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 14- cü kilometr dairəsinin yaxınlığında keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Orada üzərinə və avtomobilinə baxış keçirilməsinə dair qərarla tanış edildikdən sonra, Təqsirləndirilən şəxs əlindəki qara rəngli paketi könüllü təqdim edib içərisində narkotik v asitə olan heroin olduğunu bildirmiş, ona görə də aşkar olunmuş maddə qablaşdırılmaqla götürülmüşdür. Polis əməkdaşları tərəfindən onun yanında Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Apelyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı Şahid4 təkrar olaraq dindirilmiş və yuxarıda qeyd olunan ifadələri inkar edərək göstərmişdir ki, hadisə yerində ümumiyyətlə olmamış və heç bir baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə idarədə görmüş və həmin vaxt Təqsirləndirilən şəxs gözünün altında qara izlər olmuşdur. O, polislərin dəvətinə əsasən əvvəllər də narkotik işləri ilə bağlı gedib-gəlmiş, başqa işlər üzrə bilmədiyi sənədlərə imza etmişdir. Bu iş üzrə də onu çağırmışlar və günorta idarəyə getmişdir. Orada Səttar adlı şəxs ona sənədlərə imza etdirmiş, lakin imza et diyi sənədi oxumadan və mahiyyətini bilmədən imzalamışdır. Onun yanında hər hansı paket açılmamış və vəkil görməmişdir. Birinci instansiya məhkəməsində ifadə verərkən narkotik vasitənin təsiri altında olmuşdur. Burada qeyd etməyi zəruri hesab edirəm ki, Şahid4 dindirilmə zamanı onun polis orqanlarına qarşı aqressiv və qərəzli mövqedə olması açıq-aşkar görünürdü. Belə ki, Şahid4 apelyasiya instansiyası məhkəməsində ifadə verərkən artıq Nərimanov RPİ tərəfindən CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir (Şahid4 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2021-ci il tarixdə Nərimanov rayon prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir). Bundan başqa, Şahid4 qərəzli mövqedə olması hətta onun məhkəmədə özünün aparılmasından da görünürdü. Belə ki, 13 oktyabr 2021-ci il tarixdə Şahid4 apelyasiya instansiyası məhkəməsində dindirilərkən cinayət işində olan bütün sənədlərdə adı qarşısında olan imzaların ona məxsus olmaması barədə ifadə vermişdir. Bununla əlaqədar, dövlət ittihamçısı tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət qaldırılmış və məhkəmə tərəfindən təyin edilmiş həmin ekspertizasının 19 noyabr 2021-ci il tarixli rəyində bütün istintaq sənədlərində Şahid4 adı qarşısında olan imzaların məhz Şahid4 tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, Şahid4 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadələr deyil, məhz apelyasiya instansiy ası məhkəməsində verdiyi ifadəsi şübhə altına alınmalıdır. Belə ki, şəxs əməliyyat tədbirində könüllü iştirak edir, bu barədə müvafiq protokolları imzalayır, daha sonra müstəntiqə ifadə verir, bununla yanaşı birinci instansiya məhkəməsində sərbəst ifadə verir və hər zaman istintaq materiallarına uyğun ifadə verməklə baxış zamanı Təqsirləndirilən şəxs üzərində içərisində heroinə oxşar maddənin aşkar edilməsini təsdiq etmişdir. Bütün bunlardan sonra, Şahid4 apelyasiya instansiyası məhkəməsində narkotik vasitənin təsiri altında olduğundan birinci instansiya məhkəməsində həqiqətə uyğun olmayan ifadə verdiyini göstərməsi nə dərəcədə inandırıcıdır? Hesab edirəm ki, yuxarıda göstərilən səbəblərə görə, məhz apelyasiya instansiyası məhkəməsində verilən ifadə şübhə altına qoyulmalı idi. Bununla yana şı, apelyasiya instansiyası məhkəməsinin hökmündə digər hal şahidi Şahid5 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələr şübhə altına qoyulmuşdur. Belə ki, hökmdə qeyd edilmişdir ki, ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadələr vermişdir. Lakin apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq etmir. Təqsirləndirilən şəxs saxlanılarkən, o, hadisə yerində olmamış, hadisə yerinə sonradan gəlmişdir. Hadisə yerinə gələndə Təqsirləndirilən şəxs əlində bağlama yox idi. Hadisə yerində və hadisədən sonra polis idarəsində vəkil görməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış zamanı avtomobilin saxlanc yerindən (bardaçokdan) paket aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin paketin ona məxsus olduğunu bildirmişdir. Hadisə yerində, o, sənədə imza etmişdir. Göründüyü kimi, Şahid5 hazırkı ifadələrlə ibtidai istintaq zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi ifadələrini, yəni hadisə yerində olduğunu, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etdiyini, həmin zaman içərisində heroin olan bağlamanın aşkar edilərək götürülməsini bir daha təsdiq etmişdir. Burada bir neçə əhəmiyyət kəsb etməyən ziddiyyət vardır: sonuncu ifadədə Şahid5 bağlamanın avtomobilin “bardaçok”unda aşkar edildiyini, lakin hazırkı ifadəyə qədər vermiş olduğu ifadələrdə həmin bağlamanın Təqsirləndirilən şəxs əlində olduğunu göstərmişdir. Eyni ilə, ilkin ifadə lərində hadisə yerində müvafiq protokolun tərtib edildiyini və hadisə yerində ona imza atdığını göstərmişdir. Danılmaz bir faktdır ki, müvafiq protokol hadisə yerində tərtib olunmuş və həmin protokol Şahid5 tərəfindən imzalanmışdır. Hesab edirəm ki, baxışdan 1 ildən çox müddətinin keçməsini nəzərə alınaraq, şahidlərin verdiyi ilkin və sonuncu ifadələr arasında bu cürə xırda ziddiyyətlərin yaranması mümkün olan bir haldır. Belə vəziyyətdə hökmdə “... hazırkı apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq etmir” sözlərinin qeyd edilməsi heç də düzgün deyil. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadə ilə bağlı qeyd edilmişdir ki, həmin ifadə Təqsirləndirilən şəxs adından deyil, X6 adlı şəxsin adından nəql edilmişdir. Burada da, apelyasiya instansiyası məhkəməsinin hökmündə həqiqət əks etdirilməmişdir. Belə ki, cinayət işinin 1-ci cild 46-49-cu vərəqələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi yerləşdirilmişdir. İfadənin 46-cı vərəqəsində Təqsirləndirilən şəxs anket məlumatları qeyd edilmiş, 47-ci səhifəsində isə “Mənə verilən suallara cavab olaraq bildirmək istəyirəm ki, mən X6 xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuşam...”. Düzdür, bu ifadədə yalnız bir yerdə çap formasında “Təqsirləndirilən şəxs” əvəzinə “X6” sözləri qeyd edilmişdir. Lakin “xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuşam” anket məlumatları məhz Təqsirləndirilən şəxs aiddir və ifadənin sonrakı mətni məhz Təqsir ləndirilən şəxs saxlanılması ilə bağlı olduğu mübahisəsizdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində yol verilmiş səhvlərə də istinad edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 57-59-cu vərəqələrində Təqsirləndirilən şəxs qismində xx.xx.2020-ci il tarixli ifadəsi yerləşdirilmişdir. Həmin ifadənin 58-cı səhifəsinin axırında “Mahir Ağayev” sözləri ağ rəngli boya ilə (korrektorla) rənglənmiş və üstündən “Təqsirləndirilən şəxs” sözləri yazılmışdır (bu hal məhkəmə istintaqı zamanı məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyində də öz təsdiqini tapmışdır). Burada da qeyd edilməyi zəruri hesab edirəm ki, həmin ifadənin anket məlumatları qrafasında olan, eləcə də ifadənin təsviri hissəsinin mətni məhz Təqsirləndirilən şəxs aiddir. Göründüyü kimi, məhkəmə tərəfindən şübhə altına qoyulmuş ifadələrdə hər bir halda bir dəfə müstəntiq tərəfindən mexaniki səhvə yol verilmiş, lakin heç bir prosessual pozuntu baş verməmişdir. Apelyasiya instansiyası məhkəməsinin hökmündə həmçinin “iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq...” sözləri qeyd edilmişdir ki. Burada ən azından məhkəmə hansı sənədlərin natamam olmasını və həmin sənədlərin hansı sənədlərlə uzlaşmamasını qeyd etməli idi, lakin hökmdə buna dair heç nə göstərilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin hökmündə həmçinin qeyd edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, səlahiyyəti olmayan şəxs, yəni baş əməliyyat müvəkkili tərəfindən Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkili X7 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Bundan sonra ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil cinayət prosesinə qoşulanadək müdafiəçi qismində X4 adı qeyd edilmişdir. İş materiallarında olan "əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 03 fevral 2020-ci il ta rixli protokolun məzmunundan belə anlaşılır ki, maddi sübut kimi tanınan narkotik vasitə heroinin götürülməsində müdafiəçi iştirak etməmişdir. Belə ki, həmin protokolun sonunda qeyd edilmişdir ki, "narkotik vasitə götürüldükdən sonra tədbir iştirakçıları polis idarəsinə yollanmışlar, orada şübhəli şəxsə vəkil təqdim edilmiş və keçirilmiş baxışla bağlı protokol tərtib olunmuşdur”. Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də "polis idarəsində təqdim olunan vəkilin iştirakı ilə” ifadəsini işlətmişdir. Belə olan halda baxış və maddi sübutun götürülməsində iştirak etməyən vəkil Kərim Bağırovun həmin protokolu imzalamaqla hansı halı təsdiq etdiyini söyləmək mümkün deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs 02 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ekspert rəyinə istinadən, o, 2-ci qrup əlildir. Habelə işdə olan çoxsaylı tibbi sənədlərə əsasən kəskin (qanlı bəlğəmlə müşayiət olunan) vərəm xəstəliyindən əziyyət çəkir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əməliyyat müvəkkili Təqsirləndirilən şəxs qeyd edilən xəstəliyi ilə əlaqədar özünün müdafiə hüququnu müstəqil həyata keçirə bilmək iqtidarında olub-olmamasını, habelə baxış və götürmə zamanı onun vəkil tələb edibetməməsini və həmin istintaq hərəkətinin vəkilin iştirakı olmadan keçirilməsinə etiraz edibetməməsini aydınlaşdırmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 fevral 2020-ci il tarixdən 24 fevral 2020-ci il tarixədək olan müddət ərzində cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən X4 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən ş əxs xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış (məsələn, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, vizual baxışla onun sol göz ətrafı nahiyədə qançırın olmasına görə döyülməsi faktının araşdırılması barədə, şahidlərin dindirilməsi barədə və digər vəsatətləri olmamışdır) və belə təəssürat yaranır ki, onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Başqa sözlə, vəkilin iştirakı formal xarakter daşımışdır. Bütün qeyd edilənlərlə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutularkən həqiqətən həmin prosessual hərəkətində vəkil iştirak etməmişdir. Bu fakt həmin protokolda da qeyd edilmişdir. Protokolda müdafiəçinin imzası yalnız sonuncunun qeyd olunan protokolla tanış olmasını təsd iq edir. Belə olan halda şübhəli şəxsin tutulması haqqında protokolun tərtibatında hər hansı bir pozuntu yoxdur. Bundan başqa, məhkəmə öz hökmündə qeyd edir ki, “müdafiəçi təyin edilməsi barədə 03 fevral 2020-ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, səlahiyyəti olmayan şəxs, yəni baş əməliyyat müvəkkili tərəfindən Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun vəkili X7 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir”. Bir məqama da toxunmaq vacib hesab edirəm. Təcrübə göstərir ki, CM-nin 234-cü maddəsi ilə aparılan cinayət işləri üzrə təqsirləndirilən şəxslər müdafiə taktikasını seçərkən, bir çox hallarda üzərilərində aşkar edilmiş narkotik maddənin onlara məxsus olmadığını, hətta onun polis işçiləri tər əfindən üzərilərinə qoyulduqlarını bildirməklə, məsuliyyətdən yayınmağa çalışırlar. Konkret bu hadisədə, Təqsirləndirilən şəxs üzərində 1045 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilməsi faktı mübahisəsizdir. Onu Təqsirləndirilən şəxs özü də əvvəlki ifadələri ilə təsdiq etmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin ifadələrinə diqqət yetirsək, müəyyən olunur ki, o, bağlamada nə olduğunu bilmədiyini, hətta baxış zamanı qarşısına qoyulmuş bağlamanın Əli adlı şəxsin ona verdiyi bağlamadan fərqli olduğuna məhkəməni inandırmağa çalışmış, sadəcə həmin Əli adlı şəxsin xahiş əsasında həmin bağlamanı guya deyilən ünvana çatdırılmağı üzərinə götürdüyünü bildirmişdir. Göründüyü kimi, iş materialları ilə Təqsirləndirilən şəxs ittiham olunan cinayəti şüurlu surətdə törətməsi bir daha sübuta yetirilmiş, onun özünün narkomaniya xəstəliyindən əziyyət çəkməsi isə bu halı bir daha dəlalət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 59-cu bəndinə əsasən “Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir.” Lakin, Apelyasiya instansiyası məhkəməsinin hökmünə nəzər salsaq, hökmün nə təsviri əsaslandırıcı, nə də nəticəvi hissəsində cinayət prosessual normasına istinad edilməsi müşahidə edilmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə ka ssasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyas ı məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs q arşı sürülmüş ittihamdan görünür ki, 02 fevral 2020-ci il tarixdə saat 23:20-də Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 14-cü Kilometr dairəsinin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz 240” markalı, AZ-99-SB672 dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılmış və yerində baxış keçirilərkən Təqsirləndirilən şəxs sol əlində saxladığı polietilen torbanın içərisində 1045 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs e lan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun istintaq zamanı verdiyi ifadə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 03 fevral 2020-ci il tarixli protokol, əməliyyat-axtarış tədbirində iştirak etmiş şəxslərin şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və işdə olan digər sənədlər təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apelyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində baxış (faktiki olaraq axtarış) qanun pozuntuları ilə və polis orqanları ilə daimi əməkd aşlıq edən şəxsləri hal şahidi qismində cəlb edilməklə keçirilmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin ci nayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirlən dirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin d igər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini hər hansı bir şəxsdən əldə etməsi, həmin narkotik vasitəni kiməsə satması və ya satmaq barədə hər hansı bir şəxslə sövdələşməsi faktları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində baxış nəticəsində sol əlində saxladığı bir ədəd qara rəngli polietilen torbanın içərisində olan bir ədəd sellofan bağlamada narkotik vasitənin tapılmasına əsaslanır. Bu hal 03 fevral 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürü lməsi barədə protokolu, həmin əməliyyat-axtarış tədbirində iştirak edən hal şahidləri Şahid5 və Şahid4 ifadələri əsasında müəyyən olunmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Apelyasiya icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında yazılanlar həqiqəti əks etdirmir. İdarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla rayonda n Bakıya gələrkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt bir-iki ay öncə tanış olduğu Əli adlı şəxs də onun yanında olmuşdur. Rayondan Əliyə çatdıracağı paket müqabilində 15 manat xidmət haqqı almağa razılaşmışdır. Həmin vaxt Əli orada olsa da, polis işçiləri tərəfindən saxlanıldıqdan sonra Əli postdan çıxıb getmişdir. Əlinin sifarişi ilə Cəlilabad rayonunda yerləşən 133 nömrəli lövhənin yanından götürüb Bakıya gətirdiyi paketi polis işçiləri aparıb kənara qoymuş, olduqları otaqdakı seyfi açaraq şəffaf sellofan paketi gətirib qarşısına qoymuşlar. Polis işçilərinin onun qarşısına qoyduqları paketi ilk dəfə görmüş, gətirdiyi paketin həmin paket olmadığını bildirmişdir. Daha sonra isə mobil telefonunda olan danışıqlarını və Əlinin nömrəsini silmişlər. Cinayət işində olan, 02 fevral 2020-ci il tarixli izahatını və onun adından müstəntiq tərəfindən kompüterdə tərtib edilmiş 04 fevral 2020-ci il tarixli ifadəsini ona verilmiş işgəncə və döyülməsi nəticəsində imzalamışdır. Məhkəmə kollegiyası “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 03 fevral 2020-ci il tarixli protokolun mötəbərliliyini müzakirə edərək aşağıdakıları nəzərə alır. Cinayət işinə əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata əsasən onun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Digər əməliyyat-axtarış tədbirlərinin keçirilmə si ilə yanaşı qərarın 3-cü bəndində qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs müəyyən olduğu təqdirdə zərurət yaranarsa onun üstü yoxlanılsın.” “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti - müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı n çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Həmin maddənin 2-ci hissəsində qeyd edilmişdir ki, bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu ilə şəxsin üstünün yoxlaması əməliyyat-axtarış tədbirlərinin növü kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Beləliklə, qanunla ümumiyyətlə canlı şəxsin üzərində baxış keçirilməsi nəzərdə tutulmur. Az ərbaycan Respublikası CPM-in 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə şəxsi axtarış məhkəmənin qərarı olmadan aparılır (CPM-in 246.2.2-ci mad.). Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində 03 fevral 2020-ci il tarixdə polisin əməliyyat işçiləri tərəfindən faktiki olaraq şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilib ki, şəxsi axt arış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələblərinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumla rı, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.2-ci maddəsi isə hal şahidinin istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir, bir şərtlə ki, onun iştirakı mütəmadi xarakter daşımamalıdır. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması onun iştirakı ilə aparılmış hərəkətin etibarsız edilməsinə əsas ola biləcəyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü ma ddəsi) şəxsi axtarış və götürmə aparılarkən dəvət olunmuş hal şahidlərinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasının müəyyənləşdirilməsi ibtidai istintaq orqanının əsas vəzifələrindəndir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.3-cü maddəsi: “Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir.”). İbtidai istintaq və birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 03 fevral 2020-ci il tarixli protokolda qeyd edilən hallar təsdiq etsə də, Şahid4 apelyasiya icraatı zamanı verdiyi ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Onun isti fadəsində ******-**-** saylı mobil telefon nömrəsi olmuşdur. O, hadisə yerində ümumiyyətlə olmamış və heç bir baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə idarədə görmüş və həmin vaxt Fərhadın gözünün altında qara izlər olmuşdur. O, polislərin dəvətinə əsasən əvvəllər də narkotik işləri ilə bağlı gedib-gəlmiş, başqa işlər üzrə bilmədiyi sənədlərə imza etmişdir. Bu iş üzrə də onu idarəyə çağırmışlar və günorta oraya getmişdir. Orada Səttar adlı şəxs ona sənədlərə imza etdirmiş, lakin imza etdiyi sənədi oxumadan və mahiyyətini bilmədən imzalamışdır. Onun yanında hər hansı paket açılmamış və vəkil görməmişdir. Birinci instansiya məhkəməsində ifadə verərkən narkotik vasitənin təsiri altında olmuşdur. Apelyasiya baxışı zamanı dövlət ittihamçısının vəsatətinə əsasən Şahid4 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələr elan olunaraq tədqiq edilmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid4 əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq etmir. O özü Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tutularaq hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir və bununla əlaqədar olaraq Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. O, narkotik vasitələrdən istifadə etməklə, həm də satışı ilə məşğul olmuşdur. Bu səbəbdən polislərdən işi keçdiyinə görə onlarla əməkdaşlıq etmək məcburiyyətində qalmış, onların təsiri altında olmuşdur. Birinci instansiya məhkəməsində ifadə verərkən narkotik vasitənin təsiri altında olm uşdur. Hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığından narkotik vasitə əldə edib istifadə etmək imkanı yoxdur və narkotik vasitənin təsiri altında deyildir. Həmçinin Şahid5 apelyasiya icraatı zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. İbtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq etmir. Təqsirləndirilən şəxs saxlanılarkən o, hadisə yerində olmamış, hadisə yerinə sonradan gəlmişdir. Hadisə yerinə gələndə Təqsirləndirilən şəxs əlində bağlama yox idi. Hadisə yerində və hadisədən sonra polis idarəsində vəkil görməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış zamanı avtomobilin saxlanc yerindən (bardaçokdan) paket aşkar edilərək götürülmüşdür. Fərhad həmin paketin ona məxsus olduğunu bildirmişdir. Hadisə yerində o, sənədə imza etmiş, lakin paket idarədə açılmışdır. Hadisə günü onun üzərində və istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İdarədə adını bilmədiyi digər hal şahidi də olmuşdur. Məhkəmə kollegiyasının sualına cavab olaraq Şahid5 həmçinin göstərmişdir ki, əvvəllər Sumqayıt Şəhər Polis İdarəsində işləmiş Fazil adlı şəxsin köməkçisi (sürücüsü) işləmiş, Sumqayıt və Lənkəran məhkəmələrində hal şahidi qismində mütəmadi olaraq iştirak etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlardan Şahid5 istifadəsində olunmuş mobil nömrənin anten dairəsi 02 fevral 2020-ci il tarixdə saat 23:19-da və 03 fevral 2020-ci il tarixdə saat 00: 02-də Sumqayıt şəhərində olmuşdur. Azərbaycan Respublikası CPM-in 90.1.2-ci maddəsinə əsasən cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs tanınır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İİİ-cü hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə cəmiyyətinin hər bir üzvünün insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat yaradır. Bu hüquq dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri- qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Ona görə də müdafiə hüququ ədalətli mühakiməsi maraqlarının təminatı kimi çıxır edir. Azərbaycan Respublikası CPM-nin 90.7.5-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 92.3.9-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin məcəllənin 92.9.3-cü maddəsinə əsasən müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ay digər prosessual hərəkətlərdə iştirak etmək hüququn a malikdir. Lakin, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 03 fevral 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə keçirilərkən ona hüquqları izah edilməmiş, müdafiəçinin iştirakı təmin etməyərək Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulmas ı yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına r iayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum et mə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mə nbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsi). Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Masallı rayonunun Mollahəsənli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun kəndçisidir. Qolu sındığından Bakıya xəstəxanaya gəlmək üçün Fərhadın avtomobilinə minmişdir. Yolda gələrkən avtomobilin arxa oturacağında yatdığı üçün yolboyu baş verənlərdən elə də xəbəri olmamış, birdən Fərhadın yüksək səslə qışqırmasını eşidib yuxudan oyanmışdır. Sonra polis əməkdaşları avtomobilə əyləşərək onun qolunu qandallamışlar. Onlardan "Niyə, nə etmişik ki, bizi tutursunuz?” deyə soruşmuş, polis əməkdaşları onun qorxduğunu görüb sakitləşdirməyə çalışmışlar. Ondan öncə Təqsirləndirilən şəxs apardıqları üçün onu görməmişdir. Polis əməkdaşları ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Təqsirləndirilən şəxs da orada olmuşdur. Baş İdarədə Əli adlı şəxsin adı çox hallanmışdır deyə Əlinin kim olduğunu soruşmuş, lakin onu danışmağa qoymamışlar. Stolun üzərində bir çanta olmuş, Təqsirləndirilən şəxs da çantanın yanında dayanmışdı. Həmin çantanı Təqsirləndirilən şəxs avtomobilində görməmişdir. Fərhad oraya gələn zaman üzündə xəsarət olmamışdır. Sonradan stolun üzərindəki çantanı seyfə qoymuşlar. Onlar oraya gələn zaman gecə vaxtı olmuş və gecəni orada qalmışlar. Səhəri gün axşamüstü onu buraxmış, Təqsirləndirilən şəxs isə harasa aparmışlar və bundan sonra Təqsirləndirilən şəxs xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayır. 03 fevral 2020-ci il tarixdə gecə saat 1-ə qalmış Təqsirləndirilən şəxs qardaşı Anar ona zəng edərək Təqsirləndirilən şəxs həbs edildiyini demiş, taksi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Gecə sa atları olduğundan içəri buraxılmamışdır. Hətta özünü Fərhadın qardaşı kimi təqdim etmiş, lakin yenə də onunla görüşə bilməmişdir. Səhəri gün saat 09 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxsla nə kimi qohumluğu olduğunu soruşmuş, onun qaynı olduğunu, tutulma səbəbini öyrənmək üçün gəldiyini demişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotik vasitə ilə saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olub-olmadığını soruşduqda sonuncu avtomobilində gətirdiyi paketin içərisində narkotik vasitə olduğunu bilmədiyini demişdir. Polislərə bildirmişdir ki, hamıya rayondan Bakıya gətirməsi üçün çanta verirlər, Təqsirləndirilən şəxs da eyni hadisə baş verib və o, şəhərə gətirməli olduğu çantada narkotik olduğunu bilməmişdir. Bu zaman polis əməkdaşları onu təhqir edərək vurmuşlar. Təqsirləndirilən şəxs da üzündə və gözündə xəsarətlər olmuşdur. Hətta onun yanında da Təqsirləndirilən şəxs sinəsindən vurmuşlar. Sonradan onu, yəni Şahid7 vuraraq çölə çıxartmışlar, sonra isə geri qaytararaq balaca bir otağa salıb qapını kilidləmişlər, daha sonra telefonla çəkiliş apararaq onun narkobaron olduğunu demişlər. Çəkiliş edərkən Təqsirləndirilən şəxs üzündəki xəsarətlər aydın görünmüşdür. Sonradan Fərhadın ailəsinə onun döyüldüyünü, üzündə və gözündə xəsarətlər olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Masallı rayonunun Təklə kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə adətən onları işd ən sonra evlərinə aparırmış. Belə günlərin birində yolda bir avtomobilin xarab olduğunu görmüşlər və Təqsirləndirilən şəxs kömək istəyən sürücüyə təkərin təmir etdirilməsi üçün kömək etmişdir. Bu ərəfədə sürücü ilə aralarında tanışlıq yaranmışdır. Həmin avtomobilin sürücüsü Əli adlı şəxs olmuşdur. Hazırkı cinayət işi üzrə qeyd etdiklərindən başqa digər hallar barədə məlumatı olmamışdır. Apelyasiya instansiyası üzrə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarına olan sənədlərin cinayətprosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasın da Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması sübuta yetirilməmişdir. Apelyasiya məhkəməsi sübutlara qiymət verərək işin yuxarıda qeyd edilən halları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri yalnız onun üzərində narkotik vasitənin aşkar edilməsi ilə əlaqədar müəyyən olunduğu halda, birinci instansiya məhkəməsi həmin narkotik vasitəsinin təhqiqat orqanı tərəfindən kobud qanun pozuntuları ilə keçirilmiş istintaq hərəkətinin nəticəsində aşkar edilməsi faktına qiymət verməmiş, Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmənin ittiham hökmü şübhəli şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş, mümkün və mötəbər olmayan sübutlara əsasən çıxarılmışdır. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən 03 fevral 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürü lməsi barədə” protokol şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlmək üçün birinci instansiya məhkəməsinin istinad etdiyi digər sübutlar – polis əməkdaşların şahid qismində ifadələri, narkotik vasitə barədə məhkəmə-kimyəvi ekspertizasının və Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk olaraq, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələri sadəcə olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı xüsusatları özündən əks etdirdiyindən, həmin ifadələrdə Təqsirləndirilən şəxs digər cinayət xarakterli əməl lərinə istinad edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab edildiyindən həmin ifadələrə də sübuti əhəmiyyət verilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4. 3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış Apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apelyasiya Məhkəməsinin kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Cinayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar