Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1002/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-542/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qasım lı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1992-ci il tarixdə Sabirabad rayonunun Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 06 fevral 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 fevral 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzr ə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, ailə münasibətləri pozulduğu üçün atası evinə getmiş arvadı Zərərçəkmiş şəxs1, qohumu Şahid5 ilə intim münasibətdə olmaqla ona xəyanət etməsinə görə qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 20 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdən məişət təyinatlı mətbəx bıçağı götürməklə Sabirabad şəhəri, Muğan prospekti, döngə 1 ünvanında yerləşən qayınatası Şahid2 məxsus 1 nömrəli evin önünə gələrək, sonuncunun və həmin evdə yaşayan qayını Şahid3 evdən çıxıb getmələrini gözləmiş, həmin gün, saat 15:20-də onların evdən getdiyini görüb, bununla da öz cinayətkar niyyətini həmin şəxslərin müdaxiləsi olmad an maneəsiz həyata keçirəcəyinə əmin olduqdan sonra, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, evdə yaşayan qayınanası - Zərərçəkmiş şəxs2 Nərçə qızının iradəsi ziddinə mənzilə daxil olaraq, həmin vaxt yataq otağında olan arvadı Zərərçəkmiş şəxs1 Asəf qızına yaxınlaşıb qolundan tutmaqla söhbət etmək adı ilə evdən çıxarmağa çalışmış, bu vaxt orada olan qızı xx.xx.2014-cü il təvəllüdlü Şahid4 onun bel nahiyəsində gizlətdiyi həmin bıçağını görüb, anası Zərərçəkmiş şəxs1 vuracağını düşünərək dərhal əli ilə bıçağı götürüb evin həyətinə atmış, bundan sonra Məhkum həyətə çıxıb bıçağı yerdən götürmüş, bu vaxt onun arxasınca həyətə çıxan Zərərçəkmiş şəxs1nı görüb sonuncuya yaxınlaşaraq, anası Zərərçəkmiş şəxs2 və qızı Şahid4 gözləri qarşısında, onlara müstəsna dərə cədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə Zərərçəkmiş şəxs1 döş qəfəsi, qarın və yuxarı ətraf nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub, boğaz nahiyəsini kəsməklə, sonuncuya boyunun ön səthində, döş qəfəsinin ön səthində sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, sol körpücük xətti üzrə 4-cü və 7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 3-cü qabırğa səviyyəsində, sağ qoltuqaltı xətti üzrə 5-ci qabırğa səviyyəsində, sağ bazunun orta 1/3-də bayır səthdə, sağ bazunun ön və iç səthdə, sağ dirsək oynağının bayır səthində, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ əlin üst səthində 4-cü əl darağı sümüyü proyeksiyasında, sağ əlin 4-cü barmağının üst səthində, sol əlin üst səthində əl darağı sümüyü proyeksiyasında, sol əlin ovuc səthində 5-ci əldarağı proye ksiyasında yaralardan ibarət, ümumilikdə 20 ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs1 əlləri ilə ona müqavimət göstərməklə özünü müdafiə etməsi, həmçinin həmin vaxt hadisə yerində olan qayınanası Zərərçəkmiş şəxs2 onu əli ilə geri itələməklə və qolundan tutub saxlamaqla bıçaq zərbələrinin intensiv və kəsərli endirilməsinə imkan vermədiyindən, eləcə də vurduğu zərbələrdən sonra yerdə yaralı halda hərəkətsiz qalan Zərərçəkmiş şəxs1 öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşdığından, o, bilavasitə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir
5. Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 1(099)-259/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 157.1ci maddəsi ilə 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətə islah işləri cəzasının eyni Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 4 (dörd) gününün azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb Azərbay can Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 29.120.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X3 apellyasiya şikayəti vermiş, daha sonra digər müdafiəçisi Qasımlı Anar Elman oğlu təqsirləndirilən şəxsin razılığı ilə əvvəlki müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə dəyişiklik edərək, hökmün ləğ v edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslərlə barışması nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 128-ci və 157.1-ci maddələri ilə Məhkum barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-542/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və ona dəyişikliyin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-259/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası CMnin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilməsi və həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 4 (dörd) gününün azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla müəyyən edilmiş 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair hissədə ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 43.1.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində həmin hissədə cinayət təqibinə xitam verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə aid müddəaların xaric edilməsi, hökmün Məhkum Azərb aycan Respublikası CM-nin 29,120.2.4 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə aid hissədə, apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş dəyişikliyə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilir ki, baxılan iş üzrə verilmiş ittiham bıçaq zərbələrinin çoxsaylı olmasına əsaslanır, lakin hazırki halda əsas məsələ cinayətkarın niyyəti, yəni cinayətin subyektiv cəhətinin müəyyən edilməsidir. Zərbələr çoxsaylı olsa da, onların dərəcəsi təyin olunmayan və yüngül xəsarət olmaları birbaşa ona dəlalət edir ki, məhkumun zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək niyyəti olmamışdır. Hesab edir ki, məhkum edilmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-542/2023 nömrəli, 22 noyabr 2023-cü tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın ba ş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyi iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-542/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud o lduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edi lmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Müdafiəçinin Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinə dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə verilən tövsiyələrə görə, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağl ı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər ("Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 3, § 8, 12 dekabr 2002-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında gəldiyi nəticəsi ilə razılaşır.
23. Belə ki, Məhkum Zərərçəkmiş şəxs1 bıçaqla zərbələri məhz qəsdən öldürmək məqsədilə vurmasını, eləcə də həmin zərbələri qızı Zəhra İsayevanın və qayınanası Zərərçəkmiş şəxs2 aşkar gördüyü şəraitdə, həmin şəxslərə xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol ver məklə yetirməsini, cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsini, yəni onun göstərilən əməli xüsusi amansızlıqla törətməsini təsdiqləyən ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmışdır. Nəticədə məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 157.1-ci ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, həmçinin zərərçəkm iş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nərçə qızının, şahidlər Şahid2, Şahid3, Şahid1, Şahid5, Şahid6 və Şahid7 ifadələri, “götürmə aparılması haqqında”, “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar, məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji, məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizalarının rəyləri, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiəçilərin apellyasiya şikayəti və həmin apellyasiya şikayətinə dəyişiklikdə irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbayca n Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbi qi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
26. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-542/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-542/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.