Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1003/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs və Mə hkum Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X4 və X3ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1999-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Lökbatan qəsəbəsində yeni tikilidə yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 09yanvar 2018-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, xx xxxxxxx 1998-ci il tarixdə X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Xiyabani küçəsi, ev 2-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177. 2.1, 177.2.2 və 177.2.3-ci maddəsi ilə təyin edilmiş 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası, AR Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə və 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanılması, AR Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəlinin tutulduğu gündən, yəni xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərk ibdə) Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib ələ keçirmək məqsədilə Məhkumlə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxxx 2018-ci il tarixdə, saat 22 radələrində, Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən “Ruslan 93” marketlə üzbəüz yolun kənarında piyada Zərərçəkmiş şəxs Bakı şəhəri, Qara Qarayev prospekti, 8 saylı evin qarşısında yaxınlaşaraq, ondan üzərində gəzdirdiyi pulları tələb etmiş, axırıncı pulunun olmadığını bildirdikdə, onlar Zə rərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla hücum edərək, sonuncunun qolundan tutub zorla yaxınlıqdakı beş mərtəbəli binanın arxasına çəkərək, orada o, qəflətən Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə zərbə vuraraq, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə quldurluq cinayətini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarındanməhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Məhkum kassasiya şikayətləri verərək həmin hökmün ləğv edilməsini və məhkumların əməlinin düzgün tövsif olunmasını xahiş etmişdirlər. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi tərəfi ndən hökm çıxarılarkən, demək olar ki, ibtidai istintaqın nəticələrinə uyğun məhkəmə istintaqı aparılmışdır. İş düzgün araşdırılmamış, məhkəmə işin hallarını düzgün qiymətləndirmədən təqsirləndirilən şəxsə ağır cəza vermişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə istintaqı aparılmamış, birinci instansiya məhkəməsinin hökmünə əsasən tez-tələsik qərar qəbul edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs hansısa bir şəxsə onun əmlakını ələ keçirmək məqsədi ilə basqın etməmiş, onun hansısa əmlakını ələ keçirməmişdir. Sadəcə olaraq aralarında baş vermiş mübahisə nəticəsində onu vurmuşdur. Yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bir yumruq zərbəsi yetirmişdir ki, bu da onun ittiham edildiyi maddə ilə ə laqəsi yoxdur. Əgər hansısa məqsədlə ona basqın etmiş olsa idi. Onun üzərindən hər hansısa bir əmlakını götürə bilərdi. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs elan olunmuş ittiham əsassız və qərəzli olmuş, onun təqsirliliyi nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, lakin, saxta ittihamlar nəticəsində onun barəsində hökm çıxarılmaqla 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.1 maddəsindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif olunaraq, ona həmin maddənin sanksiyası həddində ən aşağı cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, baş vermiş cinayətə birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmiş, ədalətsiz və qanunsuz qərar qəbul etmiş, apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Belə ki, zərərçəkmiş şəxs öz ifadəsində qeyd etmişdir ki, mən əlimi cibimə apararkən zərərçəkmiş silah çıxardacağımdan şübhələnmişdir, lakin cinayət əməlinin törədilməsi zamanı silah və ya silah qismində istifadə ediləcək hər hansı bir əşya olmamışdır. Bu hal nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Məhkum qeyd olunanların nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 180-ci maddəsinə tövsif edilməsi ni xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətlərdə məhkumların əməlinin əsassız olaraq CM-nin 181.2.1-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, tör ədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə h ökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş mat eriallarında olan, məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində məhkum Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Məhkum ilə 23 ildir yaxın dostdur. xx xxxxxx 2018-ci il tarixdə Mirzalı zəng edərək onu Q.Qarayev metrosunun qarşısına çağırmışdır. Saat 16 radələrində Q.Qarayev metrosunun qarşısında Mirzalı ilə görüşmüş, birlikdə söhbət edən zaman Mirzalı hərəkət edib pul qazanmaq lazım olduğunu bildirmişdir. Necə qazana biləcəklərini soruşduqda Mirzalı ona kömək edəcəyini bildirmişdir. Mirzalı bildirmişdir ki, qaranlıqda qarşılarına çıxan şəxsə hədə-qorxu gəlib, döyüb pulunu alacaqlar. Axşama kimi birlikdə gəzmişlər, axşam saat 22 radələrində Ruslan 93 marketin yaxınlığında birgə olarkən Qara Qarayev prospekti 8 saylı evin qarşısında sonradan adını bildiyi Zərərçəkmiş şəxs qarşılarına çıxmışdır. Mirzalı Romanı göstərmişdir ki, onun qarşısını kəssin. Dərhal ona yaxınlaşıb, salam vermiş və onun üzərində nə qədər pulu olduğunu soruşmuşdur. Roman cavabında pulu olmadığını, nə səbəbə ona pul verməli olduğunu soruşduqda, Mirzalı ona işarə etmişdir ki, Romanı binanın tininə, qaranlığa çəksin. Onlar birlikdə Romanı binanın tininə, qaranlıq hissəsinə çəkmişlər. Mirzalı onu tutmaq üçün əlini cibinə salmış, guya bıçaq çıxarır deyə hərəkət edərkən, Roman arxaya çəkilmiş, qəfil arxadan onun sifət nahiyəsinə əl ilə bir dəfə zərbə endirmişdir ki, huşunu itirib yıxılsın, üzərindəki pullar və qiymətli əşyaları aparsınlar. Romana zərbə endirərkən o, ani olaraq huşunu itirmiş və qışqırmağa başlamışdır. Bir nəfər tanımadığı şəxsin onlara tərəf gəl diyini gördükdə Mirzalı ona qaçmağı işarə etmişdir. Onlar birlikdə hadisə yerindən qaçaraq getmişlər. Onların niyyətləri əvvəlcədən qarşılarına çıxan şəxslərdən hədə-qorxu gəlib, döyüb xəsarət yetirib pul almaq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası MTE-nm PA və ETT BirliyininNizami rayon şöbəsinin xx xxxxxx 2018-ci il tarixli, 26 nömrəli rəyindən görünür ki, RomanHəsənovun məhkəmə tibb ekspertizasında aşkar edilmiş xəsarətlər-sol əng sümüyününqapalı yerdəyişən sınığı, sol yanağın iç səthinin əzilmiş yarası bərk küt əşya təsirindəntörənmiş, müddəti tibbi sənəddə və qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixdə vəşəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəbəlan sağlamlı ğa az agır zərərvurmaya aiddir.Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özütərəfindən özünə yetirilməsi inkar olunur. Eyni zamanda həmin xəsarətin beşbarmaqlayetirilməsi inandırıcı deyildir. (İ.V. 169-171) «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun x xxxx 2005-ci il tarixli qərarının 23-cü bəndində aşağıdakılar tövsiyə edilir: CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Məhkəmə kollegiyası kassasiya şikayətlərində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqını ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs və Məhkum CM-nin 181.2.1-ci maddəsiilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumların qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri vəmötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Təqsirləndirilən şəxs və Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənl ərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kass asiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Məhkum kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1003/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1003/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver