Məhkəmə qərarları › İş №1(102)-1003/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1003/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1003/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R I Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmün ə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) 18 avqust 2021ci il tarixli hökmü ilə xx xxxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivi ev 13, mənzil 36-da yaşam ış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B» dərəcəli sürücülük vəsiqəsi ilə mülkiyyətində olan texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz C 220» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobili 25 noyabr 2019-cu il tarixdə, saat 17:43 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə saatda 30-40 km sürətlə idarə edərkən həmin küçədə, 313 ünvanda avtomobilindən sürətinə müvafiq olaraq (81.8-90.2) və ya (109.6-120.7) metr aralı məsafədə hərəkət hissəsinə keçmək üçün piyadanın daxil olduğu andan hərəkəti üçün təhlükə yaransa da həmin məsafələrin avtomobi lin dayanma yolundan-17.3-26.2 metrdən çox olduğu üçün sürücü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq yəni hərəkət üçün təhlükə yarandığı andan avtomobilin surətini tam dyanma həddinə qədər azlatmaq üçün tədbirləri görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olsa da, həmin yol-hərəkəti qaydalarını pozub avtomobilin sürətini azaltmadan hərəkətini davam etdirməsi ehtiyatsızlıqdan avtomobilin güzgüsü ilə piyada X5 vurmasına onun huşun komatoz tipli pozulması ilə müşayiət olunan baş beyin maddəsinin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, baş beyinin sağ təpə-gicgah paylarında hemorragik kontuziya, sağ beyin yarımkürəsi üzərində kəskin subdural h ematoma, baş beyinin sağdan-sola yerini dəyişməsi, sağ gicgah sümüyünün xətti sınığı, sağ ənsə nahiyəsinin əzilmiş cırılmış yarası kimi dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına və 05 fevral 2020-ci il tarixdə, saat 21:30 radələrində xəstəxanada ölməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. Şikayət müəllifi qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin, 18 avqust 2021-ci il tarixli hökmü qanunsuz və əsassızdır və Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlam ətləri olmadığından ona həmin maddə üzrə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı, tərəflərin vəsatəti əsasında hadisəni özündə əks etdirən diskə geniş monitorda baxdıqdan sonra müəyyən edildi ki, istintaq orqanı tərəfindən verilmiş və yol-nəqiliyyat hadisəsi ekspertizası tərəfindən tərtib edilmiş rəydə əks olunan mexanizm, parametrlər və digər məlumatların mənbəyi məlum deyil, göstərlən hallar video görüntüdə əks olunmamış, həmin məlumatların alınma mənbəyi barədə cinayət işinin materiallarında hər hansı bir sübut mövcud deyildir. xx.xx.2020-ci il tarixdə tərəflərin vəsatəti əsasında, 05 may 2020-ci il tarixli, 8/331 saylı rəyi tərtib etmiş ekspert Sahib Qədirov məhkəmə iclasına dəvət edilərək dindirilmiş, onun iştirakı ilə diskdə olan görüntülərə monitor vasitəsilə baxılmış və rəydə gəldiyi nəticənin əsasını təşkil edən məlumatların haradan götürülməsi barədə ona suallar verilmiş, rəyi tərtib edən ekspert isə bildirmişdir ki, "cinayət işinin materiallarına əlavə edilmiş diskə baxmış, lakin həmin diskdə heç bir hal müəyyən edə bilməmiş, tərtib etdiyi rəyin əsasını təşkil edən məlumatlar qərar əsasında müstəntiq tərəfindən ona təqdim edilmiş, heç bir halı o özü müəyyən etməmiş, həmin məlumatların müstəntiq tərəfindən haradan əldə etməsini bilmir, cinayət işinin materiallarında da bu barədə heç bir məlumat yoxdur, hadisə yerində olmamışdır. xx.xx.2020-ci il tarixdə tərəflərin vəsatəti əsasında, ibtidai istintaqı aparmış müstəntiq Elməddin Köçəriyev məhkəmə iclasına dəvət edilmiş, onu iştirakı ilə diskdə əks olunan görüntülərə monitor vasitəsi ilə dəfələrlə baxılmış, m üstəntiqin istinad etdiyi məlumatların diskdə olan görüntülərdə əks olunmadığı onun iştirakı ilə müəyyən edilmiş, bu məlumatları haradan götürməsi barədə ona verilən suallardan yayınaraq bildirdi ki, "bu məlumatları və hesablamaları ekspert aparmış, həmin halları ekspert müəyyən etmişdir". İstintaq orqanının qərarında və ekspert rəyində olan məlumatların haradan götürülməsini ekspert müstəntiqin, müstəntiq isə ekspertin üzərinə atdığından, məhkəmə və dövlət ittihamçısı məcbur olaraq, "təkrar kompleks komisyon yol-nəqiliyyat hadisələri və əlyazmalar və səslərin ekspertizası" təyin edilməsi ilə razılaşmışlar. Videoyazıda qeydə alınan görüntülər kifayət qədər keyfiyyətli olmadığı qənaətinə gələn ekspert rəyi də ittiham hökmünün qanunsuz və əsassız olmasını bir daha sübut edir. İttiham hökmünü n əsasını təşkil edən və mənbəyi istintaq tərəfindən haradan götürülməsi məlum olmayan məlumatlardan fərqli olaraq, şəxs tərəfindən təqdim edilən və əsl hadisə mexanzmini özündə əks etdirən məlumatlar aşağıdakı kimidir. Belə ki, Təqsirləndirilən şəxs, 25 noyabr 2019-cu il tarixdə saat 17:43-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə Bakıxanov dəmir yolu İstiqamətində idarə etdiyi "Mersedes Benz C 220" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 30-40 km/saat sürətlə idarə edərkən, göstərilən yol sahəsində onun hərəkət istiqamətində yolun sağ kənarında piyada X8 hərəkət zolağına daxil olub, Təqsirləndirilən şəxs hərəkət zolağına keçmiş, lakin bu zaman əks İstiqamətdə naməlum bir avtomobilin gəldiyini görüb, onu vura biləcəyindən qorxaraq, geri çevri lib əks Rafail Mikayılovun hərəkət zolağı istiqamətində 2-3 metr iti sürətlə qaçmış və həmin anda da piyadaya nəzərən sağdan hadisə yerinə çatan Təqsirləndirilən şəxs avtomaşınının sürücü yeri tərəfdən yan güzgüsünə çırpılaraq xəsarət almış və sonra aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs hadisə yerinə çatmağa təxminən 10 metr qalmış əks yolda olan avtomobilin sürücüsü öz avtomobilinin işıqlarını yandırması ilə piyadanın Təqsirləndirilən şəxs avtomobilinin sol qabaq güzgüsünə çırpılması eyni vaxta, yəni bir anda baş vermişdir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə, piyada yolu keçib geriyə döndükdən sonra Təqsirləndirilən şəxs hərəkət zolağı istiqamətində qaçmağa başladığı andan yaranmışdır. Təhlükə yarandığı andan avtomaşınla vurulan ana qədər piyada iti sürətlə 2- 3 metr məsafə qət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmünün əsasını təşkil edən yol nəqiliyyat hadisəsini özündə əks etdirən video görüntünün qeyd edildiyi diskdəki məlumatların apellyasiya qaydasında yoxlanmasına zərurət vardır. Müdafiə tərəfi olaraq hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmünü və həmin hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin xx.xx.2021-ci il tarixli qərarı qanunsuz və əsasızdır, ləğv edilməli və Təqsirləndirilən şəxs Mehirıan oğlunun əməlində CM-in 263.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində bəraətverici əsaslara xitam verilməlidir. Müdafiəçi kassasiya şikayətinə dəyişiklik edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və kassasiya şikayətinə əlavə edərək apellyasiya instansiyası məhkəməsinin baxışında yol nəqliyyat hadisəsini əks etdirən video görüntüyə baxılması və prosessual pozuntularla bağlı cinayət işinin ibtidai istintaqını aparmış müstəntiqin və yol nəqliyyat hadisəsi üzrə rəy vermiş ekspertlərin çağırılıb dindirilmələrinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavənin təmin olunması barədə müdafiə tərəfinin, kassasiya şikayətinin və ona əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışları nı dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhku m edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir v ə yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirilən məsələ Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsassız məhkum olunması barədədir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işi nin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəti cələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 noyabr 2019-cu il tarixdə, saat 18:15 radələrində istifadəsində olan «Mercedes Benz E 220» markalı, «Az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobili saatda 30-40 km sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə Bakıxanov dəmir yolu metrostansiyası istiq amətində idarə etmişdir. Avtomobilin hərəkəti üçün heç bir təhlükə olmamışdır. Anidən bir nəfərin sol qabaq güzgüsünə toxunaraq, avtomobilin qabaq şüşəsinə dəyib, kapotun üzərinə, oradan isə yerə düşməsini görüb tez avtomobili saxlamışdır, TTYB-sı çağırtdırmış və zərərçəkmişi xəstəxanaya aparılmasını təmin etmişdir. Havanın qaranlıq, yolun yaş olması və əks istiqamətdən gələn avtomobilin işıqlarının onun gözünə düşməsi piyadanın yolu keçməsini görməməsinə səbəb olmuşdur. Sonradan zərərçəkmişin qohumlarının təqdim etdiyi videogörüntülərə baxıb müəyyən etmişdir ki, piyada yoluna ona aid hissəsini keçmiş və yolun əks istiqamətli hissəsinə daxil olanda həmin istiqamətdə hərəkətdə olan avtomobillə vurulmasından qurtarmaq üçün geriyə dönmüş və özünün idarə etdiyi avtomobilin güzgüsünə dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələrinin 4184 saylı, 28 fevral 2020-ci il tarixli ekspertizası rəyindən görünür ki, piyada yolu keçməyə başlayan anda 40 km/saat sürətlə hərəkətdə olan «Mercedes Benz» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomovilin piyadanın vurulma yerindən 54.5-68.6 metr aralı məsafədə olmuşdur. Hərəkət üçün təhlükənin yaranma anının qiymətləndirilməsi hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə «Mercedes Benz» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələrinin 8/331 saylı, 05 may 2020-ci il tarixli əlavə ekspertizası rəyindən görünür ki, piyada yolun hərəkət hissəsinə daxil olan anda 30-40 km. sürətlə hərəkətdə olan «Mercedes Benz» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulma yerindən (81.8-90.2)-(109.8-120.7) metr aralı məsafədə olmuşur. Piyadanın adi yerişlə qət etdiyi 5 metr məsafəyə sərf olunan 4.15.1 saniyədir həmin məsafənin sonunda avtomobil piyadanın vurulma yerindən (39.347.7-56)(52.9-64.1-75-2) metr aralı məsafədə olmuşdur. «Mercedes Benz» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobilin mövcud şəraitdə dayanma yolu saatda 30 km. sürətlə 17.3 metr və 40 km. sürtələ 26,2 metrdir. Sürücü R. Mikayılov tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma hədinə qədər azalmaq üçün mümkün olan tədbirləri görməli olduğu tələbini pozmuş və həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri, audio və videoyazıların 8/2364-4/16 saylı, 11 fevral 2021-ci il tarixli əlavə ekspertizası rəyindən görünür ki, rəy in tədqiqi hissəsində göstərilən səbəblərə görə vəsatətdə göstərilən şəraitdə «Mersedes Benz C 220» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiq etmək mümkün deyildir. Metodtikanın tələblərinə əsasən yol-nəqliyyat ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürətini yalnız tormoz izinə görə müəyyən edilir, lakin hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izinin olması haqqında məlumatlar tələb edilmədiyindən «Mercedes Benz C 220» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobil hərəkət sürətini yol-nəqliyyat ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxsin qeyd etdiyi kimi piyada avtomobilin sol güzgüsü ilə vurulma şəraitində piyada avtomobilin hər əkət istiqamətində irəli və sola doğru atılır. İş materiallarında olan istintaq tərəfindən 11 fevral 2020-ci il tarixli qərarda göstərilən məlumatlara əsasən «Mersedes Benz C 220» markalı, «az ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununu 73- cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud vəziyyətdə 30-40 km/saat sürtlə hərəkətdə olan «Mercedes Benz C 220» markalı avtomobilin dayanma yolu həmin avtomobilin 30 km/saat surətində 15.6 metr, 40 km/saat sürətində isə 23.9 metrdir. Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə yol-nəqliy yat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli, 4184 nömrəli rəyinə əsasən müəyyən edilir ki, piyadanın vurulma yerinə kimi qət etdiyi məsafə 6 metr, piyada yolu keçməyə başlayan anda 40 km/sürətlə hərəkətdə olan «Mersedes Benz C 220» markalı avtomobil piyadanın vurulma yerindən 54,6-68,6 metr aralı məsafədə olmuşdur. Əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-cu il tarixli, 4184 nömrəli rəyində isə bu rəqəmlər müvafiq olaraq 5 metr və 109,6-120,7 metr qeyd edilmişdir. Cinayət işinin materiallarında olan yol-nəqliyyat yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş sxemdə piyadanın vurulma yerinə kimi qət etdiyi məsafə 6 metr, istintaq orqanının ekspertiza təyin edilməsi barədə 02 aprel 2020-ci il tarixli qərarında isə bu rəqəm 3,8 metr göstərilmişdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan göründüyü kimi, hazıki cinayət işi üzrə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadanın vurulma yerinə kimi qət etdiyi, həmçinin piyada yolu keçməyə başlayan anda qəza törətmiş avtomobilin vurulma yerindən olduğu məsafə fərqli rəqəmlərlə ifadə edilərək nəticədə toqquşma yerinin dəqiqləşdirilməsində qeyri-müəyyənlik yaranmışdır. Belə ki, piyadanın vurulma faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, it i yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Yalnız yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəyi əsasında baş vermiş hadisədə nəqliyyat vasitəsi sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının, həmçinin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq, nə ticədə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub-olmadığı müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən yol-nəqliyyat hadisələrinə dair ekspert rəyləri arasında olan hadisənin mexanizminə dair müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılması üçün tədbir görülməmişdir. Halbuki hadisənin düzgün mexanizmini müəyyən etmək və ekspertiza rəyləri arasında ziddiyyətin aradan qaldırılması təkrar ekspertiza təyin edilməsi, həmçinin istintaq fərziyyələrinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə xüsusi təcrübə (istintaq eksperimenti) keçirilməsi yolu ilə mümkündür. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixl i 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cina yət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspert izalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfi ndən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin yaranması üçün yol hərəkəti qaydalarının pozulması ilə ictimai təhlükəli əməl nəticələr arasında səbəbli əlaqənin olub-olmaması, yəni, hazırki cinayət işi üzrə hadisənin düzgün müəyyən edilmiş mexanizmi əsasında yol nəqliyyat hadisələri ekspertizasının rəyi əsasında sürücünün hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən edilməlidir. Məhkəmələr Təqsirləndirilən şəxs təqsirli olması barədə nəticəyə gələrkən ittihamı n əsasını təşkil edən ziddiyyətli sübutlara istinad etmiş və iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişlər. Belə ki, məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış sübutlar arasında ziddiyyət aradan qaldırılmamış, Təqsirləndirilən şəxs təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də şəxsin yol verdiyi «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyən olunması üçün cinayət prosessual qanunvericiliyin təkrar və ya əlavə ekspertiza təyin edilməsi və ya istintaq eksperimenti keçirilməsi kimi imkanlarını nəzərə almamışlar. Nəticədə baş vermiş yol nəqliyyat hadisəsinin mexanizmi, piyada ilə nəqliyyat vasitəsinin toqquşma yeri, təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə və nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar fərqli rəqəmlərlə ifadə olunaraq dəqiq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı olan digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəl ləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir CPM-in 144-145-ci maddələrinə ə sasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 263.2-ci maddəsi ilə təqsirli hesab edərkən birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilm əməsini, iş üzrə toplanmış sübutların hərtərəfli araşdırmamasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməməsini nəzərə almadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq edilməməsinə qiymət verməmişdir ki, bu hal da Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Belə ki, CPM-in 416.1.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətini təmin etməklə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilsin. Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar