Məhkəmə qərarları › İş №1(102)-1003/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1003/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1003/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mustafayev Namiq Məhərrəm oğlunun, Bəraət almış şəxs X8 müdafiəçisi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Qasımov Əli Nəsir oğlunun iştirakları ilə x xxxxxx 1986-cı ildə Füzuli r ayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünavnında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 1(103)-1889/2023 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mustafayev Namiq Məhərrəm oğlu tərəfindən ayrı-ayrılıqda veri lmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 1(101)-61/2022 nömrəli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) X15 - Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 8 oktyabr 2019-cu ildən hesablanması, cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində olan mülki iddiasının qismən təmin edilməsi, ondan 491.000 (dörd yüz doxsan bir min) manat məbləğin də pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulması, tələbin X8 mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan hasil olunacaq pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, Orxan Məhərrəmovun mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin və X5 mülkiyyətində olan ünvan 4 mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi və həmin əmlakların həbsdən azad edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi, zərərçəkmiş şəxs - mülki iddiaçı və onun nümayəndəsi tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli 1(103)-1117/2022 nömrəli qərarı ilə məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs - mülki iddiaçı və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısının verdiyi apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 1(101)-61/2022 nömrəli hökmü dəyişdirilmiş, X10 təqsirli bilindiyi 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, mülki iddia qismən - 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat hissəsində təmin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli 1(103)-1117/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə, zərərçəkmiş şəxs mülki iddiaçı və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(102)809/2023 nömrəli qərarı ilə zərərçəkmiş şəxs-mülki iddiaçı və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti, eləcə də dövlət ittihamçı sı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli 1(103)1117/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 1(103)-1889/2023 nömrəli hökmü ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və İ.A.İbrahimli) zərərçəkmiş şəxs-mülki iddiaçı və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, məhkum və onu n müdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 1(101)-61/2022 nömrəli hökmü ləğv edilmiş, X8 CM-in 178.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən, CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmlə həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanımış, ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X15 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cin ayətini törətmişdir. Belə ki, o, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzun müddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək şəxsi mənzili olmadığı üçün ailə qura bilmədiyini, əgər öz adına mənzil olarsa, həmin yaşayış sahəsinin sənədlərini ailə həyatı qurmaq istədiyi qızın valideynlərinə göstərib razılıq əldə edəcəyini deyərək ailə həyatı qurub bir müddət orada yaşadıqdan sonra mənzili geri qaytaracağına dair dayısı Zərərçəkmiş şəxs yalan vəd verməklə bu məqsədlə mənzil almaq üçün pul verməsini xahiş etmiş və sonuncunu dediyi sözlərin həqiqiliyinə inandıraraq bacısı oğlu kimi özünə qarşı mərhəmət hissi yaratmaql a razılığını əldə etməyə nail olmuş, 13 noyabr 2008-ci ildən 04 sentyabr 2009-cu il tarixədək olan müddət ərzində dayısı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından bank köçürməsi ilə Şahid2 göndərdiyi 252.170 (iki yüz əlli iki min bir yüz yetmiş) ABŞ dolları məbləğində pulun həmin dövrün məzənnəsi ilə 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat təşkil edən 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində olan hissəsini 22 yanvar 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən metronun «Neftçilər» stansiyasının çıxışının qarşısında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən Şahid2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək 15 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında fəaliyyət göstərən B akı şəhəri 9 saylı dövlət notariat kontorunda Şahid17 Rayıf oğlu ilə daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və saylı müqavilə bağlayaraq ünvan 5 saylı 102,76 kv.metr sahəsi olan iki otaqlı mənzilini cəmi 110.000 (bir yüz on min) ABŞ dollarına almış və vahid cinayətkar niyyətinin davamı olaraq 12 avqust 2010-cu il tarixdə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alınmasına nail olaraq, ailə həyatı qurduqdan sonra bir müddət həmin mənzildə ailəsi ilə birgə yaşasa da, sonrakı müddətdə vədinə əməl etməyərək mənzili boşaldıb yaşayış sahəsinin mülkiyyət hüquqlarını həqiqi sahibi olan dayısı Zərərçəkmiş şəxs və ya onun etibar etdiyi digər şəxsin adına rəsmiləşdirmək əvəzinə cinayət əməlini pərdələmək məqsədi ilə həmin yaşay ış sahəsini X11 olan borcunun əvəzində 29 sentyabr 2016-cı il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən ünvan 4aşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və saylı müqaviləyə əsasən sonuncunun anası X1 və nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxslə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla dələduzluqla ələ keçirdiyi ünvan 5 mənzilində və Zərərçəkmiş şəxs şəx si vəsaiti hesabına alınmaqla qardaşı X16 tərəfindən dələduzluqla ələ keçirilmiş ünvan 3 fərdi yaşayış evində təmir işlərinin görülməsi üçün pul lazım olduğunu yalandan bildirərək bu adla Zərərçəkmiş şəxs 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti istəmiş və sonuncu bacısı oğlu Orxan Məhərrəmovun həqiqi niyyətindən xəbərsiz olduğundan onsuz da, hər iki yaşayış sahəsinin faktiki özünə məxsus olduğunu və gələcəkdə özünün istifadə edəcəyini düşünərək təmir üçün pul vəsaiti verməyə razılaşmış, bundan sonra Orxan Məhərrəmov 2015-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66 ünvanında yerləşən «Çudo Peçka» şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 52.480 (əlli iki min dörd yüz səksən) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun dostu Şahid5 vasitəsi ilə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda 52.480 (əlli iki min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə qardaşı Malik Məhərrəmovla razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dayıları Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altay vilayətinin Barnaul şəhərində yerləşən «Özbək bazarı» adlanan ticarət mərkəzini almaq niyyətində olması, bunun üçün lazımi məbləğdə pul vəsaiti əldə etmək məqsədi ilə topdan meyvə ticarətini həyata keçirmək istəməsi barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs onlara pul verəcəyi halda həmin vəsait hesabına Azərbaycan Respublikasının Bakı və Rusiya Federasiyasının Moskva şəhərlərindən alma və digər növ meyvələri alıb göndərməklə Barnaul şəhərindəki saxlanc anbarında tədarük edib sata biləcəklərini və satışdan əldə olunan vəsaiti Zərərçəkmiş şəxs bazarın alınmasına sərf edə biləcəyini deyərək sonuncunu təkliflərinin həqiqiliyi və əlverişli olmasına inandırmış, bu adla Orxan Məhərrəmov 2016-cı ilin sentyabr ayında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən sonuncunun qardaşı Şahid1 vasitəsi ilə ünvan 6 ünvanının qarşısında iki dəfəyə 210.000 (iki yüz on min) və 40.000 (qırx min) ABŞ dolları olmaqla, cəmi 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitini almış və həmin vəsait hesabına alıb göndərdikləri meyvə məhsullarını Barnaul şəhəri, Kosmonavtov prospekti 59 ünvanında yerləşən topdan satış bazasında 2016-cı ilin sentyabr ayının sonlarında satdıqdan sonra 250.000 (iki yüz əlli min) ABŞ dolları əsas vəsait və qazanc olaraq əldə olunmuş 50.000 (əlli min) ABŞ dollarından ibarət, ümumilikdə həmin dövrün məzənnəsi ilə 491.100 (dörd yüz doxsan bir min yüz) manat təşkil edən 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitini vəd etdikləri kimi Zərərçəkmiş şəxs verməyib qardaşı Malik Məhərrəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ k eçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda 491.100 (dörd yüz doxsan bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 1(103)-1889/2023 nömrəli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutl arın tədqiqindən əsassız imtina edildiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 1(103)-1889/2023 nömrəli hökmünün ləğv edilməsi və X15 barəsində ittiham hökmünün çıxarılması, həmçinin zərərçəkmiş – mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydasında qiymətləndirilməmiş, cinayət işi üzrə sübutların tam və obyektiv tədqiqi təmin olunmamış və bunun nəticəsi olaraq Orxan Məhərrəmova törətdiyi cinayətin ağ ırlığına və ictimai təhlükəliliyinə uyğun olmayaraq bəraət verilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 1(103)1889/2023 nömrəli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifi hesab ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində toplanmış sübutlar nəzərə alınmadan X10 əsasssız olaraq bəraət verilmiş və əmlakları həbsdən azad olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətlərin in təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Nümayəndə2, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməməsi barədə müdafiəçi Ə.Qasımovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılma sı, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş protestdə və şikayətlərdə O.Məhərrəmovun əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayar aq apellyasiya instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən “bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdəbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini qismən əsaslı hesab edir və öz mövqeyini əsaslandırmaq üçün cinayət-prosessual və cinayət qanunu normalarının tələblərinə müraciət etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərts iz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar X15 barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr kifayət qədər tədqiq edilməmiş sü butlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmı ş etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). İş materialların dan görünür ki, verilmiş kassasiya şikayətlərinə və kassasiya prostestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(102)-809/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli 1(103)-1117/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(102)-809/2023 nömrəli qərarında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarı ləğv edərkən aşağıdakı xüsusatların araşdırılmasına dair göstəriş verilmişdir: “.......Bununla belə, məhkum X10 verilən ittihamın 1 və 2-ci epizodla rı üzrə məhkəmə araşdırmasını aparan apellyasiya instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs ilə məhkum O.Məhərrəmov arasında alınacaq mənzilə dair hər hansı bir razılaşmanın mövcud olub-olmadığına, olduğu halda Orxan Məhərrəmovun öhdəliyinin şərtlərinin nədən ibarət olduğuna, hansı müddət ərzində icra edilməli olduğuna və sair bu kimi amillərə dair heç bir sübut əldə edilməmişdir. Məsələn, məhkum Orxan Məhərrəmovun mənzil alınan dövrdə həqiqətən ailə qurmaq niyyətində olması, bununla bağlı hər hansı, o cümlədən evsiz olmasına dair problemlə üzləşməsi, arvadının ailəsinin onun qarşısında müvafiq şərtlərin qoyması, həmin şərtlərin həlli məqsədilə kiməsə müraciət etməsinin müəyyən edilməsi istiqamətində heç bir addım atılmamışdır.

40. Eyni ilə, mənz il əslində məhkum yox, ittihamda göstərilən kimi Zərərçəkmiş şəxs tərəfindən alınmışdırsa, bunun hansı məqsədlə edildiyi - hədiyyə qismində məhkumun toyunun mümkün edilməsi, tapşırıq əsasında məhkum tərəfindən alınıb nəticə etibarilə zərərçəkmişin mülkiyyətinə verilməsi, müvəqqəti istifadə (ödənişsiz kirayə) və yaxud hər hansı digər səbəb və ya məqsədlə alındığının, müvafiq olaraq tərəflər arasında yaranan hüquq münasibətlərinin nədən ibarət olduğunun aydınlaşdırılması üçün istər ittiham aktına, istərsə də cinayət işinin materiallarına heç bir məlumat və sübut əldə edilib əlavə edilməmişdir.

41. Ən başlıcası, Zərərçəkmiş şəxs ilə məhkum X15 arasında həqiqətən də alınacaq mənzillə bağlı əvvəlcədən hər hansı bir razılaşma əldə edilmişdirsə, belə razılaşmanın bilə-bilə yalan, həqiqətə uyğun o lmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsini (aldatma) və yaxud mənzilin özünün xeyrinə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirmək niyyətində olmadığını (etibardan sui-istifadə etmə) pərdələmək məqsədi ilə əldə edildiyini, yəni özgənin əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş niyyətin Orxan Məhərrəmovda məhz həmin əmlaka dair hüququ əldə edənədək yarandığını təsdiqləyən heç bir sübut apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında əksini tapmamışdır.

42. Yuxarıda qeyd edilən amilləri araşdırıb cinayət hadisəsinin baş verib-vermədiyini və yaxud X8 əməlində cinayət tərkibinin olub-olmadığını müəyyən etmək məqsədi ilə süb ut toplayıb təhlil etmək əvəzinə, həm ibtidai istintaq orqanı, həm də məhkəmələr xeyli sayda şahid ifadələrinə əsaslanmaqla ittihamın 1 və 2-ci epizodları üzrə sərf edilmiş pul vəsaitinin Zərərçəkmiş şəxs məxsus olub-olmadığı üzrə cinayət təqibi aparmışlar. Bununla belə, həmin şahid ifadələrinin təhlili göstərir ki, dindirilən şahidlərin əksəriyyəti ifadələrində məhkum və zərərçəkmiş arasında olan ailə və işgüzar münasibətlərin tarixinə dair ümumi məzmunlu izahlar vermiş, nəinki cinayət işinin həll edilməsinə aidiyyəti olan, hətta bu epizodlar üzrə xərclənmiş pul vəsaitinin mənsubiyyətinin aydınlaşdırılması üçün faydalı olan hər hansı bir məlumatı bildirməmişlər.

43. Faktiki olaraq, cinayət təqibi dövründə ifadələri alınmış 23 şahiddən yalnız 3-nün – zərərçəkmiş şəxsin qardaşı olan Şahid 1, zərərçəkmiş şəxsin yeznəsi olan Şahid2 və mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş Şahid17 Rayıf oğlunun ifadələrinin işin mahiyyətinə aidiyyəti olsa da, hətta bu ifadələrlə verilən məlumatın hansı qaydada X8 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayətin məsuliyyətinə cəlb edilməsinə əsas verdiyini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından müəyyən etmək qeyrimümkündür.

44. Belə ki, qeyd edilən şahidlərdən Şahid2 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs özü yox, kənar şəxslər vasitəsilə müxtəlif tarixlərdə Rusiya Federasiyasından onun "xxxx" ASC-də olan hesabına pul vəsaitləri keçirmiş və o, həmin pulun 120.000 ABŞ dolları məbləğində hissəsini məhkum X15 ilə “Neftçilər” metrosu yaxınlığında gö rüşüb sonuncuya vermişdir.

45. Şahid17 Rayıf oğlu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil onu mülkiyyətində olmuş, 2010-cu ilin iyul ayının əvvəllərində o, Orxan Məhərrəmov və Şahid1lə görüşüb mənzili onlara göstərmiş, Akiflə Orxan mənzilə baxıb bəyənmiş və mənzilin satış qiymətini 110.000 ABŞ dollarına razılaşmışlar. Mənzilin dəyərinin əsas hissəsini bank yolu ilə, qalan hissəsini isə Akifdən almışdır.

46. Şahid1 ibtidai istintaq dövründə fərqli ifadə versə də, məhkəmədə dindirilərkən bildirmişdir ki, Orxan Məhərrəmova 250.000 ABŞ dolları məbləğində pul verməmiş, həmçinin Şahid2 tərəfindən Orxana həmin məbləğdə pul verilməsində iştirak etməmişdir. Bakıda alınan və hazırki iş üzrə mübahisələndirilən evlərin kimə məxsus olmasını b ilmir. İbtidai istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsində iştirak etməmişdir.

47. Buna baxmayaraq, məhkəmələr Şahid1 məhkəmədə ibtidai istintaqdan fərqli məzmunda ifadə verməsini məhkumun məsuliyyətdən yaxa qurtarmasına kömək məqsədilə etməsi kimi qiymətləndirib, bu ifadələri nəzərə almaqdan imtina etmiş, lakin belə qərarını heç cür əsaslandırmamışlar.

49. Qeyd edilənlərlə yanaşı, məhkəmələr həmçinin nəzərdən qaçırmışlar ki, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən qərarında dələduzluğun əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edildiyi müəyyən edilmişdir (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, § 4).

50. Cinayət işinin materiallarından göründüyü kimi, məhkum Orxan Məhərrəmovun mənzilə dair mülkiyyət hüququ 12 avqust 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, zərərçəkmiş isə ona qarşı dələduzluq əməlinin törədilməsi ilə bağlı ilk dəfə polis orqanına 4 yanvar 2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyasının fikrincə, kifayət qədər yüksək dəyərli mənzili n alınması üzrə tapşırıq verdikdən sonra (əgər Zərərçəkmiş şəxs ilə məhkum X15 arasında həqiqətən də alınacaq mənzillə bağlı əvvəlcədən hər hansı bir razılaşma əldə edilmişdirsə) həmin mənzilə dair mülkiyyət hüququnun əldə edilməməsi, eyni zamanda şifahi razılaşma üzrə öhdəliyin icra edilməməsi nəticəsində həmin məbləğdə maddi itkilərlə üzləşib, buna baxmayaraq artıq başa çatmış hesab edilən cinayət barədə 8 ildən çox müddət ərzində hüquq-mühafizə orqanlarına müraciət edilməməsi kimi zərərçəkmişin hərəkətləri ağlabatan mühakimə kimi qəbul edilmə bilməz.

54. Qanunverici məhkəmələr qarşısında mülki iddia üzrə gədiyi nəticəyə dair əsaslandırmanın qəbul etdiyi qərarların təsviri-əsaslandırıcı hissəsində əks etdirməsi tələbini qoysa da, hazırki cinayət işi üzrə qəbul edilmiş istər birinci ins tansiya məhkəməsinin hökmündə zərərçəkmiş şəxsin verdiyi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddianın hissəvi, 491.000 (dörd yüz doxsan bir min) manat həcmində təmin edilməsinin, istərsə də mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında bu məbləğin 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat məbləğinə artırılmasının səbəbi təfsir edilməmiş, məhkəmələr verilən iddia ərizəsinin hansı hissələrdə qəbul, hansılarında isə rədd etdiyini və müvafiq nəticələrin hansı sübutlarla təsdiqləndiyini izah etməmişlər.” Apellyasiya instansiyası məhkəməsi cinayət işinə baxılmasını məhkəmə istintaqı ilə keçirilməsi qərarına gəlsə də, təqsirləndirilən şəxs X8, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid5 və Şahid2 dindirilməsi ilə kifayətlənmiş və Ali Məhkəmənin adı çəkilən qərarında araşdırılması zəruri hesab edilən xüsusatları tam, hərtərəfli və obyektiv araşdırmayaraq X8 CM-in 178.3.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlmiş və ona CPM-in 42.1.4-cü maddəsinə əsasən, CM-in 178.3.2-ci maddəsi ilə bəraət vermişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “......X8 CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyinin toplanmış sübutlara əsasən müəyyən olunub-olunmaması, əməlində cinayət tərkibinin mövcudluğu, cinayət hadisəsinin baş verib-verməməsi Orxan Məhərrəmovun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə əsas götürülmüş epizodların (həmin epizodların təkrar təsvir edilməsi lüzumsuzdur) ayrı-ayrılıqda təhlilini labüd edir. Birinci epizod üzrə təqsirləndirilən şəxs bil dirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı 102,76 kv.metr sahəsi olan ikiotaqlı mənzilin alınması 110.000 dollar qeyd edilsə də, faktiki olaraq 119.500 dollara almışdır. Bu pul özünə məxsus olmuşdur. 2016-cı ildə inflyasiya olduğu dövrdə maddi cəhətdən problem yaşadığı üçün evi satmışdır. Həqiqətən də evin baxılıb bəyənilməsində dayısı Şahid1lə bir yerdə olmuş, onunla birgə gedib baxıb bəyənmişdir. Həmin vaxt iki-üç evə baxmış, hətta birinə 300 dollar beh vermişdir. Dayısı Akiflə notariusa getmiş, bütün hərəkətləri onunla birlikdə aparmışdır. Dayısı Zərərçəkmiş şəxs qayını, Şahid2 bankda işlədiyi üçün atası Nazimin, qardaşı Malikin və rus milliyətindən olan mühasiblərininadından Rusiyadan dəfələrlə böyük məbləğlərdə, o cümlədən 252.170 dollar məbləğində pul Şahid2 adına göndərilmişdir. Zərər çəkmiş şəxs Bakı şəhərinin Nizami rayonunda və Qaraçuxur qəsəbəsində alınan evlərin onun puluna alınmasını iddia etsə də, həqiqətdə həmin evlər özünün və qardaşının şəxsi vəsaiti hesabına alınmışdır. Zərər çəkmiş şəxsin oğlanları üçün ev almaq məqsədilə qayını Elçinə pul göndərməsi də məntiqli deyil, çünki həmin vaxt onun 24 yaşı var idi və əgər dayısı Amil oğlanlarına ev almaq üçün Elçinə pul göndərmişdirsə, elə Elçinin özünə bu işi həvalə edə bilərdi ki, Elçin öz bacısı uşqları üçün ev alınmasınsda dayı kimi köməklik etsin. "xxxx" ASC-nin təqdim etdiyi, Şahid2 adına xx.xx.2008-ci il tarixdə açılmış valyuta (ABŞ dolları) hesab çıxarışından görünür ki, xx.xx.2009-cu il tarixədək Məhəbbət Məhərrəmov, Şahid6 və Anna Stepanova tərəfind ən hər biri bir dəfə olmaqla, Nazim Məhərrəmov tərəfindən isə dörd dəfə olmaqla, cəmi 252.170 dollar məbləğində pul köçürməsi olmuşdur. Qeyd edilən pulların Rusiya Federasiyasından məhz Orxan Məhərrəmovun qardaşı Möhübbət və atası Nazim, ümumi qohumları Şahid6, eləcə də mühasib Anna Stepanovanın adından Şahid2 adına açılmış valyuta hesabına göndərilməsi həmçinin zərər çəkmiş şəxsin ifadəsi ilə təsdiq edilsə də, Zərərçəkmiş şəxs bu pulların ona məxsus olmasını, sadəcə həmin şəxslərin adından köçürmə əməliyyatının aparılmasını bildirmişdir. Orxan Məhərrəmov tərəfindən satılan mənzilin adına rəsmiləşdirilmiş X6 Hüseynov bu epizod üzrə şahid qismində dindirilərkən bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 29-un faktiki alqı-satqısını həyata keçirmiş, mənzi l formal olaraq anası X2 adına rəsmiləşdirilmişdir. Novosibirsk şəhərində yaşayan, meyvə ticarəti ilə məşğul olan kiçik qardaşları Rahil, Müşfiq və Daşqın təxminən 2008-2009-cu illərdən Rusiya Federasiyasının Barnaul şəhərində meyvə işi ilə məşğul olan əslən, Füzuli rayonundan Zərərçəkmiş şəxs ilə iş birliyinə girmiş, ona mal göndərmişlər. Amilin bacısı oğlanları Orxan və X19 məxsus anbarda işləmişlər. Barnaulda olan işin rəhbəri, yəni bazanın böyüyü Amil olduğundan qardaşlarının danışığı da əvvəldən Amillə olmuşdur, lakin Amil ticarəti, işləri idarə etməyi Orxanla Malikə tapşırmış, mal sifarişini Orxanla Malik etmişlər. Amil Daşqının toyunda iştirak etdiyi üçün o da qardaşlarının adından Malikin toyunda iştirak etmiş, Orxanı ilk dəfə həmin toyda görmüşdür. 2016-cı ilin təxminən yay ayla rında Daşqın Novosibirskdən ona zəng vurub demişdir ki, Orxanla Malikə göndərdiyi mala görə Orxangilin 3.000.000 rubldan artıq, təxminən 90.000 manat borcu yaranmışdır və Orxan həmin borcun əvəzinə Bakı şəhərində iki mənzil təklif edir, mənzillərə baxıb birini götürmək lazımdır. Orxan mənzilə 160.000 manat qiymət qoymuşdur. Orxanla belə razılaşmışlar ki, həmin mənzil Daşqıngilin adına keçirilir, əvəzinə sonuncu, Orxanın 90.000 manat borcunu silir və əlavə 70.000 (yetmiş min) manat pul verir, bununla da mənzil cəmi 160.000 (bir yüz altmış min) manata başa gəlir. Bu razılıqdan sonra Orxan Bakıya gəlmiş və birlikdə 29 sentyabr 2016-cı il tarixdə mənzili anası Həqiqətin adına rəsmiləşdirməklə alqı-satqı etmişlər. Notariusda Orxana 70.000 manat əvəzinə 40.000 ABŞ dolları pul vermişdir. Sənədləş mə işlərini Orxan özü həll etmiş, mənzilə dair anası Həqiqətin adına çıxarış almışlar. Sonradan Daşqıngil bir daha Orxanla ticarət əlaqəsi qurmamışlar. Bir müddət sonra Orxanın meyvə işindən ayrılıb, mal-qara ticarəti ilə məşğul olmasını eşitmişdir. Amilin Orxanla onların arasında olan ev alqı-satqısından xəbəri olubolmamasını bilməmiş, özünün də Amillə Orxanın arasında yaranmış narazılıqdan məlumatı olmamışdır. Amillə Orxanın arasında olan anlaşılmazlıq barədə ibtidai istintaq zamanı dindirməyə çağırılarkən bilmişdir. Amilona Orxanın onlara satdığı evin özünə məxsus olması barədə deməmişdir. Mənzili əldə edən şəxslərin Orxan Məhərrəmovla deyil, ilk növbədə Zərərçəkmiş şəxslə əlaqəli olduqları halda sonuncunun puluna alınmış əmlakın təqsirləndirilən şəxsin borcu əvəzinə özgəninkiləşdirilmə sindən narazılıq bildirməməsi, eləcə də Zərərçəkmiş şəxs ticarəti, işləri idarə etməyi Orxan və Malik Məhərrəmovla tapşırması, məhz bu qardaşların mal sifarişini etdikləri, Orxan və Malik Məhərrəmovların dayıları Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə bağlı işlərini idarə etməklə yanaşı, müstəqil şəkildə özlərinin də ticarətlə məşğul olmaqla qazancları olmaları bu işdə hər hansı marağı olmayan Şahid9 ifadəsində nəzərə çarpır. Birinci epizoda dair Ali Məhkəmə mövqeyini qərarının 39-43-cü və 50-ci bəndlərində vurğulayaraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Orxan Məhərrəmov arasında alınacaq mənzilə dair hər hansı bir razılaşmanın mövcud olub-olmadığına, olduğu halda Orxan Məhərrəmovun öhdəliyinin şərtlərinin nədən ibarət olduğuna, hansı müddətə ərzində icra edilməli olduğuna və sair bu kimi amillərə dair heç bir sübut əldə edilməmişdir. Orxan Məhərrəmovun mənzil alınan dövrdə həqiqətən ailə qurmaq niyyətində olması, bununla bağlı hər hansı, o cümlədən evsiz olmasına dair problemlə üzləşməsi, arvadının ailəsinin onun qarşısında müvafiq şərtlərin qoyması, həmin şərtlərin həlli məqsədilə kiməsə müraciət etməsi müəyyən olunmamış, mənzil əslində təqsirləndirilən şəxs deyil, ittihamda göstərilən kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən alınmışdırsa, bunun hansı məqsədlə edildiyi hədiyyə qismində Orxan Məhərrəmovun toyunun mümkün edilməsi, tapşırıq əsasında onun tərəfindən alınıb nəticə etibarilə zərər çəkmişin mülkiyyətinə verilməsi, müvəqqəti istifadə (ödənişsiz kirayə) və yaxud hər hansı digər səbəb və ya məq sədlə alındığı, tərəflər arasında yaranan hüquq münasibətlərinin nədən ibarət olması barədə sübut əldə edilməmişdir. Ən başlıcası, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə X15 arasında həqiqətən də alınacaq mənzillə bağlı əvvəlcədən hər hansı bir razılaşma əldə edilmişdirsə, belə razılaşmanın bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsini (aldatma) və yaxud mənzilin özünün xeyrinə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirmək niyyətində olmadığını (etibardan sui-istifadə etmə) pərdələmək məqsədi ilə əldə edildiyini, yəni özgənin əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş niyyətin Orxan Məhərrəmovda məhz həmin əm laka dair hüququ əldə edənədək yarandığını təsdiqləyən heç bir sübut məhkəmə qərarlarında əksini tapmamışdır. Orxan Məhərrəmovun mənzilə dair mülkiyyət hüququ 12 avqust 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, zərər çəkmiş isə ona qarşı dələduzluq əməlinin törədilməsi ilə bağlı ilk dəfə polis orqanına 4 yanvar 2019-cu il tarixdə müraciət etmişdir. Kifayət qədər yüksək dəyərli mənzilin alınması üzrə tapşırıq verdikdən sonra (əgər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə məhkum X15 arasında həqiqətən də alınacaq mənzillə bağlı əvvəlcədən hər hansı bir razılaşma əldə edilmişdirsə) həmin mənzilə dair mülkiyyət hüququnun əldə edilməməsi, eyni zamanda şifahi razılaşma üzrə öhdəliyin icra edilməməsi nəticəsində həmin məbləğdə maddi itkilərlə üzləşib, buna baxmayara q artıq başa çatmış hesab edilən cinayət barədə 8 ildən çox müddət ərzində hüquq-mühafizə orqanlarına müraciət edilməməsi kimi zərər çəkmişin hərəkətləri ağlabatan mühakimə kimi qəbul edilə bilməz. İkinci və üçüncü epizodlar üzrə verilmiş ittihamlarda isintaq orqanı Zərərçəkmiş şəxs ifadəsindən başqa həmçinin pulların çatdırılmasında iştirak etmiş zərər çəkmiş şəxsin yaxın dostu Şahid5 (2-ci epizod) və doğma qardaşı Şahid1 (3-cü epizod) ifadələrinə istinad etmişdir. Belə ki, ikinci epizod üzrə ittihama görə Orxan Məhərrəmov Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı mənzilində və Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla qardaşı X16 tərəfindən dələduzluqla ələ keçirilmiş ünvan 3saylı fərdi yaşayış evində (halbuki bu mənzilin dələduzluq yolu ilə ələ keçirilməsi barədə nəinki qanuni qüvvəsini almış məhkəmə qərarı, hətta hər hansı bir başqa təsdiqedici sənəd mövcud deyil) təmir işlərinin görülməsi üçün pul lazım olduğunu yalandan bildirərək bu adla Zərərçəkmiş şəxs 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti istəmiş və həmin pulu zərər çəkmişin dostu Şahid5 vasitəsi ilə almışdır. Üçüncü epizod üzrə isə guya Orxan Məhərrəmov, qardaşı Malik Məhərrəmovla əlbir olan bir qrup şəxs halında birləşərək dayıları Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altay vilayətinin Barnaul şəhərində yerləşən «Özbək bazarı» adlanan ticarət mərkəzini almaq niyyətində olması, bunun üçün lazımi məbləğdə pul vəsaiti əldə etmək məqsədi ilə topdan meyvə ticarətini həyata keçirmək istəməsi barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs onlara p ul verəcəyi halda həmin vəsait hesabına Azərbaycan Respublikasının Bakı və Rusiya Federasiyasının Moskva şəhərlərindən alma və digər növ meyvələri alıb göndərməklə Barnaul şəhərindəki saxlanc anbarında tədarük edib sata biləcəklərini və satışdan əldə olunan vəsaiti Zərərçəkmiş şəxs bazarın alınmasına sərf edə biləcəyini deyərək sonuncunu təkliflərinin həqiqiliyi və əlverişli olmasına inandırmış, bu adla Orxan Məhərrəmov 2016-cı ilin sentyabr ayında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən sonuncunun qardaşı Şahid1 vasitəsi ilə cəmi 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Birinci instansiya məhkəməsində Şahid5 göstərmişdir ki, Amil deyəndən sonra ifadəsində bir nəfərə 50.000 (əlli min) ABŞ dolları verməsini bildirmiş, lakin bu şəxsin O rxan olub-olmamasını dəqiq xatırlamır, həm də sonradan həmin şəxsin Orxan olmadığı məlum olmuşdur. Apellyasiya instansiya məhkəməsində isə Şahid5 Orxan Məhərrəmova Amilin tapşırığı ilə konkret olaraq pul vermədiyini göstərmişdir. Həmçinin zərər çəkmiş şəxsin qardaşı Şahid1 istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilərkən qardaşı Amilin uzun illərdir Rusiya Federasiyasının Barnaul şəhərində yaşamasını, ticarətlə məşğul olmasını, özünə müəyyən şərait qurduqdan sonra qohumlarını, o cümlədən bacısı Nazəninin əri Nazim Məhərrəmov və oğlanları Maliklə Orxanı da yanına aparıb işlə təmin edib köməklik etməsini, Amilin nəsilə yardım əli uzatmasını, yol göstərən olmasını, Rusiyada olarkən Bakı şəhərinə nə göndərirdisə, hamısını onun tərəfindən yerbəyer edilm əsini, Amilin Rusiyadan ona göndərdiyi pulların sayı-hesabının olmamasını, Amilin bacısı oğlu Orxana inanmaqda səhvə yol verməsini, ailədə, nəsildə olan bütün çatışmazlıqları Amilin hesabına etdiyini, Amil onun qardaşı olsa da, onu özünə ata bilməsini vurğulamaqla yanaşı, Orxana 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vermədiyini, həmçinin Şahid2 tərəfindən Orxanla Malikə həmin məbləğdə pul verilməsində iştirak etmədiyini, Bakıda alınan və hazırki iş üzrə mübahisələndirilən evlərin kimə məxsus olmasını bilmədiyini qeyd etmişdir. Göründüyü kimi, ikinci və üçüncü epizodlar üzrə ittiham yalnız zərər çəkmiş şəxsin ifadələri əsasında verilmişdir ki, bu, başqa sübutlarla öz təsdiqini tapmır. Ali Məhkəmə də qərarında ikinci epizoda dair, demək olar ki, eyni mövqeyini 39, 42-ci bən dlərdə bildirmişdir. Üçüncü epizoda nisbətdə isə Ali Məhkəmə qərarının 46-47-ci bəndlərində qeyd etmişdir ki, Şahid1 ibtidai istintaq dövründə fərqli ifadə versə də, məhkəmədə dindirilərkən bildirmişdir ki, Orxan Məhərrəmova 250.000 ABŞ dolları məbləğində pul verməmiş, həmçinin Şahid2 tərəfindən Orxana həmin məbləğdə pul verilməsində iştirak etməmişdir. Bakıda alınan və hazırki iş üzrə mübahisələndirilən evlərin kimə məxsus olmasını bilmir. İbtidai istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsində iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmələr Şahid1 məhkəmədə ibtidai istintaqdan fərqli məzmunda ifadə verməsini məhkumun məsuliyyətdən yaxa qurtarmasına kömək məqsədilə etməsi kimi qiymətləndirib, bu ifadələri nəzərə almaqdan imtina etmiş, lakin belə qə rarını heç cür əsaslandırmamışlar. Cinayət işinin materialında həmçinin diqqət çəkən məqam odur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Orxan və Malik Məhərrəmovlarla birgə ticarət əlaqələri zamanı aralarında yaranmış narazılıq nəticəsində Zərərçəkmiş şəxs Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarına da müraciəti olmuş və bu müraciətin bir ildən artıq aparılmış araşdırılması zamanı sonuncuların əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyası Barnaul şəhər Polis İdarəsinin Lenin Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən qərar qəbul edilmişdir. Qərarın əsaslandırıcı hissəsindən göründüyü kimi, Zərərçəkmiş şəxs onun vəsaiti hesabına alınmış bir neçə avtomobillərin Orxan və Malik Məhərrəmovlar tə rəfindən dələduzluq yolu ilə ələ keçirib satmaları ilə bağlı müraciət etmiş, bir ildən artıq aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Orxan və Malik Məhərrəmovlar tərəfindən həmin avtomobilləri öz vəsaitləri hesabına almaları heç bir sübutla təkzib edilməmişdir. Əksinə, şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, həqiqətən də ilkin olaraq Orxan və Malik Məhərrəmovlar dayıları Zərərçəkmiş şəxs məxsus Barnaul şəhərində ticarət obyektlərində işləmiş, lakin sonradan Zərərçəkmiş şəxs Rusya Federasiyasından kənarda yaşamağa başladıqda onun işlərini idarə etmişlər. Zərərçəkmiş şəxs işlərini idarə etdikləri dövrdə öz vəsaitlərini də meyvə ticarətinə yatırım edib 2012-2015-ci il Zərərçəkmiş şəxs biznesini idarə edərkən əldə edilmiş gəlirin yarısını nəğd şəkildə sonuncuya verirdilər. Parale l olaraq Orxan və X13 şəhərində meyvə-tərəvəz alqı-satqısı ilə bağlı bir neçə ticarət obyektləri açmış və məhz əldə etdikləri öz vəsaitləri hesabına onlar mübahisə predmeti olan avtomobilləri almışlar. 2016-cı ildə Məhərrəmov qardaşları dayısı Zərərçəkmiş şəxs biznesinin inkişaf etdirilməsindən imtina edib şəxsi bizneslərini yaratdıqları üçün Zərərçəkmiş şəxslə onların arasında mübahisə yaranmış və nəticədə Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Beləliklə, hər üç epizodun təhlilindən müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən dayısı Zərərçəkmiş şəxs daşınmaz əmlakını (1-ci epizod) və pullarını (2-ci və 3cü epizodlar) ələ keçirməsi, bu hallar baş verdiyi təqdirdə belə onun niyyətinin hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin özgə əmlakın əvəzsi z və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlməsi, özgə əmlakın talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyətin həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranması sübuta yetirilməmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmünün istinad edilən məzmunundan da göründüyü kimi, hökmdə təqsirləndirilən şəxs X8 təqsirsizliyi ilə əlaqədar nəticəyə gəlinərkən sübutlar deyil, daha çox məhkəmənin mülahizələri əsas götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən gəbul edilmiş qərarda araşdırılması zəruri hesab edilən xüsusatların yoxlanıldığı qeyd edilsə də, iş materiallarından g örünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.(1-ci bənd) Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən s übutlar şərh edilməlidir.(6-cı bənd). Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir.(7-ci bənd) Odur ki, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri ilə qismən razılaşan və həmin şikayətlərin və protestin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12- ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsi ni.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti və kassasiya şikayətləri qismən təmin edilsin. Bəraət almış şəxs X15 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 20 noyabr 2023-cü il tarixli 1(103)-1889/2023 nömrəli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar