Məhkəmə qərarları › İş №1(102)-1004/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1004/2019

28.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1004/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə xx xxxxxxxx 1988-ci il tarixdə Bərdə rayonu, ********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, ********** kəndində qeydiyyatda olan və Bakı şəhəri, ******************************** nömrəsiz evdə yaşamış, h al hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: E.H.Vəliyev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X2 və X3 da təqsirli bilinərək məhkum ed ilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və məhkumun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmişdir. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə edilmiş dəyişikliyə əsasən Məhkum ə məlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinin tərkibi olmadığı üçün cinayət iş üzrə icraata həmin hissədə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2017ci il tarixli, 1(101)-1114/2017 saylı hökmün təsviri-əsaslandırıcı hissəsindən məhkumun Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il müddətindən 04 (dörd) il 09 (doqquz) ay müddətinə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum özgənin əmlakını açıq talamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə tanışı X2 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26 dekabr 2016-cı il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs taksi kimi istifadə etdiyi “Opel Omega” minik markalı Az ** *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazisində Dərnəgül qəsəbəsində saxlatdırıb onları Sabunçu və Bakıxanov qəsəbələrinə aparmalarını razılaşdıqdan sonra, o, avtomobilə qabaq sağ oturacaqda sürücünün yanında, X4 isə arxa oturacaqda əyləşmiş, avtomobili Bakı şəhəri, ************************** küçəsindəki binaların arasından keçib oradakı açıq darvazadan xristian qəbristanığına kimsəsiz sahəyə sürdürüb, sürücü Zərərçəkmiş şəxs avtomobili saxlamağa və düşüb, arxa oturacağa keçməyi tələb edib, buna nail olduğdan sonra, özü avtomaşından düşməmiş sükan arxasına, E6 qabaq sağ oturacağa keçmiş, sürücü Zərərçəkmiş şəxs isə arxa oturacağa R6 yanına oturmuşdur. O, avtomobili idarə edib oradan bir qədər aralandıqdan sonra Zərərçəkmiş şəxs yüksək tonla avtomaşından düşməsini demiş, Zərərçəkmiş şəxs heç bir müqavimət göstərmədən avtomaşından düşmüşdür. Bundan sonra, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “Opel Omeqa” minik markalı avtomobilin salonundakı bar hissəsinə qoyduğu 50 manat dəyərində bir ədəd “Samsung” markalı mobil telefonu, üzərindəki 5 manat dəyərində ***-***-**-** “nar” mobil nömrəsi ilə birlikdə, 150 manat bir ədəd “Samsung S4” markalı mobil telefonu, üzərindəki 5 manat dəyərində ***-***-**-** “nar” mobil nömrəsi ilə birlikdə götürüb ələ keçirərək, eyni zamand a sürücü Zərərçəkmiş şəxs maşından düşürərək ona məxsus olan 3.200 dəyərində “Opel Omega” minik markalı Az ** *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanlarını çıxarıb sürərək, hadisə yerindən aparıb satmaq üçün ələ keçirərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, ümumilikdə, 3.410 manat məbləğində xeyli miqdarda ziyan vurub, əmlakını açıq talamaqla soyğunculuq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017ci il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını yüngülləşd irilməklə daha humanist qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya instansiya məhkəməsi barəsində olan yüngülləşdirici halları,o cümlədən ilk dəfə məhkum olunduğunu,əməlindən peşman olduğunu,ailəli olmaqla 2 azyaşlı uşağının olduğunu,himayəsində həmçinin yaşlı və xəstə ata-anasının olduğunu,habelə CM-nə edilən cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar dəyişiklikləri nəzərə alaraq ona təyin edilmiş cəzanı daha çox yüngülləşdirməli olduğu halda, bunu etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli,apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzg ün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qəra rları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 5 8.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın məhz onun ailəsi tərəfindən tam ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli və himayəsində iki azyaşlı uşaqlarının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum K6 elan olunmuş ittihamla bağlı işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi ü çün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Ba kı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar