Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1004/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.1-ci maddəsi ilə bəraət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış X18 barəsindəki qərardan Zərərçəkmiş şəxs nümayəndəsi İ6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-39/2020 nömrəli 25 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tural Ələkbərov), X18, 24 mart 1974-cü ildə Rusiya Federasiyasının ********** şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, ******* şəhəri, ************ ev *** ünvanında qeydiyyatda olan; Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət hadisəsi olmadığı əsası ilə ona bəraət verilmişdir. İşin halları: İttiham aktına əsasən X18 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, X18 02 iyul 2019-cu il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **--*** dövlətqeydiyyat nişanlı minik avtomobili ilə ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısına getdikdən sonra Zərərçəkmiş şəxs siqaret almaq üçün avtomobildən düşüb uzaqlaşmasından tamah niyyəti ilə istifadə edib onun avtomobilin salonunda, sürətlər qutusunun yanına qoyduğu pul kisəsindən 800 (səkkiz yüz) manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik e dən və məruzəçi hakim Qədim Babayev, hakimlər Faiq Qasımov və Rəşad Abdulovdan ibarət tərkibdə) 1(103)-524/2020 nömrəli 14 aprel 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Samir İsayev tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmənin hökmündən görünür ki, A6 məhkəmədə verdiyi iza hatında göstərmişdir ki, guya Zərərçəkmiş şəxs A6 Bakıda qalması üçün dözülməz şərait yaratmış, hər dəfə axtarışda olması ilə onu hədələmiş və bu səbəbdən A6 Azərbaycan Respublikasından tezliklə çıxaraq Gürcüstan Respublikasına getməyi qərara almışdır. X21 dedikləri həqiqətdirsə onda, A6 onun yaşayışını dözülməz hala salan, onun axtarışda olmasından istifadə edərək onu şantaj edən, hədələyən, hətta Azərbaycandan tezliklə getməsinə səbəb olan bir şəxsi özünə yaxın adam kimi hesab edərək ona inanardımı? Hətta onun üçün bu qədər əhəmiyyətli olan və gələcək həyatına təsir edən bir işi özünün də dediyi kimi, onun yaşayışını dözülməz hala salan, onu hədələyən Zərərçəkmiş şəxs kimi birisinə etibar edə bilərdi? Bunun heç bir sağlam izahı yoxdur, heç bir məntiqə sığmır. Digər tərəfdən, məhkəmə hökm ündə müstəntiq tərəfindən tərtib edilmiş baxış protokolunun hal şahidlərinin ünvanları doğru olmadığı üçün müəyyən edilmədiyi nəticəsinə gəlir və bu səbəbdən həmin sübuta qiymət verir. Hesab edirəm ki, məhkəmə haqlı deyildir, belə ki, əgər məhkəmə müstəntiqin tərtib etdiyi istintaq hərəkətləri protokollarında prosessual pozuntu müəyyən etmişdisə, bunu müstəntiqi dindirməklə aradan qaldıra bilərdi. Belə ki, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” Protokoldan görünür ki, aparılan həmin istintaq hərəkəti zamanı hal şahadiləri ilə yanaşı orada müstəntiq R6, təqsirləndirilən şəxs X18, müdafiəçi X16, tərcüməçi X9 da iştirak etmişlər. Lakin, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasının keçirilməsinin həqiqiliyini, bu zaman ifadəsi yerində yoxlanılan X1 0 hadisə yerində hərəkətləri və hansı məzmunda ifadə verməsi ilə bağlı araşdırmalar aparmamış, orada iştirak edən şəxsləri məhkəmədə iştirakını təmin edərək izahatlarını almamışdır. Bundan başqa hakim təqsirləndirilən şəxsin xeyrinə mövqe tutaraq belə bir ciddi prosessual pozuntuya yol verməklə məhkəmə hökmünü qəbul etmişdir. Belə olan halda, cinayət işi materiallarında olan rəsmi sənədlərdən, yəni Zərərçəkmiş şəxs oğurluq faktı ilə bağlı polis idarəsinə yazdığı ərizə və izahatlarından, istintaq hərəkətlərinin apanlmasına dair protokollardan, A6in şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən, ifadənin yerində yoxlanılması protokollarından, üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair protokollardan, ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi izahatlarından v ə işdə olan digər mötəbər sübutlarla X10 Zərərçəkmiş şəxs 800 manat pulunu oğurlaması faktı bütünlüklə tam təsdiq olunur. Lakin, məhkəmənin sözügedən hökmündən göründüyü kimi, işə baxan hakim, təsirləndiriiən şəxs A6 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bəraət verərkən cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əməl etməmiş, cinayət işlərinə məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətli baxmalı olduğu halda, bunun əksinə olaraq, işə qərəzli və ədalətsiz baxaraq təqsirləndirilən şəxsin barəsində tamamilə əsassız və qanunazidd olaraq bəraət vermişdir. İşə apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsi tərəfində n yol verilmiş maddi və prosessual pozuntuların aradan qaldırılması, iş üzrə tam və hərtərəfli araşdırmaların apanlmasının təmin edilməsi, qanunauyğun olaraq yekun məhkəmə hökmünün çıxarılması üçün bir sıra vəsatətlər, o cümlədən vəkil X5, müstəntiq X7 işin yuxarıda qeyd olunan halları ilə bağlı məhkəmə iclasına çağırılaraq izahatlarının alınmasına dair vəsatətlər vermişik. Bizim verdiyimiz vəsatəti dövlət ittihamçısı, hətta müdafiə tərəfi belə müdafiə edərək təmin edilməsini xahiş etsələr də, məhkəmə kollegiyası bizim bu haqlı və əsaslı vəsatətimizi təmin etməmiş, heç bir əlavə aparmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlamışdır. Cinayət işi materiallarından və məhkəmə hökmlərindən göründüyü kimi, məhkəmə qanunvericiliklə müəyyən edilmiş həmin qaydalara əməl etməmiş, cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı olduğu halda bunu etməmiş, işə birtərəfli baxaraq məhkəmə araşdırmaları zamanı qərəzli mövqe tutmuş, zəruri materialların əldə edilməsinə mane olmuş, hökmünü yalnız müdafiə tərəfinin iştirakı ilə tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. X11 sözügedən cinayət əməlini törətməsi onun istintaqa verdiyi etirafedici ifadələri ilə bərabər, həmçinin cinayət işi materiallarında olan, prosessual hərəkətlərin aparılmasının nəticəslərinə dair tərtib edilmiş protokollarla və müstəntiqini bu cinayət işi üzrə qəbul etdiyi qərarlarla da təsdiq olunur. Təqsirləndirilən şəxs A6 istintaqa verdiyi ifadələrində və zərərçəkmiş şəxslə keçirilən üzləşdirmə zamanı həqiqətən 02.07.2019-cu il tarixdə saat 17 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **--*** döviət qeydiyyat nişanlı minik avtomobilinin salonundan Zərərçəkmiş şəxs məxsus olan pul kisəsindən 800 manat pul vəsaitini oğurlamasını etiraf etmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasının keçirilməsinin həqiqiliyini, bu zaman ifadəsi yerində yoxlanılan X10 hadisə yerində hərəkətləri və hansı məzmunda ifadə verməsi ilə bağlı araşdırmalar aparmamış, orada iştirak edən şəxsləri məhkəmədə iştirakını təmin edərək izahatlarını almamışdır. Kassator göstərilənlərə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-524/2020 saylı, 14 aprel 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin başlıca dəlili X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə qanunsuz və əsassız olaraq bəraət verilməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsində ifadə vermiş X18 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında onun barəsində yarım qram anaşaya görə cinayət işi olmuşdur. Rusiya Federasiyasında bura nisbətən həmin narkotik vasitədən istifadə etmək daha ciddi işdir. Həmin cinayət işi üzrə sübutlar olmasa da, düzgünlük olmadığından Rusiyadan qaçmaq qərarına gəlmişdir. Azərbaycanlı tanışı Bakıya onu öz bacısı oğlu K6ın yanına göndərmişdir. K6 onu aeroportda qarşılamış, əvvəl iki gün oteldə qalmış, sonra K6 köməyi ilə kirayə ev tutmuşdur. Mənzili baha qiymətə tutsa da, sonradan kirayə haq qının daha ucuz olması ona məlum olmuşdur. Onun hesabına K6 da onunla bir yerdə həmin mənzildə qalmışdır. K6 onun hesabına yeyib-içmiş, hətta dostları da onun hesabına kafedə yeyib içmişlər. Sonra bir yerdə, hardasa 2019-cu ilin iyun ayının 1-i Gürcüstana gedərək oradan maşın almışlar. Həmin vaxt onun barəsində axtarış elan edilmədiyi üçün sərhədi rahat keçə bilmişdir. “Toyota Prius” markalı, 2010-cu il buraxılışlı avtomobili 5000 dollara əldə etmiş, pulunu özü ödəmişdir. Belə ki, Rusiyadan bura gələndə özü ilə pul gətirmişdir. O, axtarışda olduğu üçün K6 ona maşını onun adına rəsmiləşdirməsini demişdir. Avtomobili qardaşı hesab etdiyi K6ın adına rəsmiləşdirmişdir və K6 həmin maşını hazırki vaxta qədər idarə edir. Bakıya qayıtdıqdan sonra K6 10 günlük Minvoda getmişdir. O da Bakıda bu 10 gün ərzində rahat yaşamışdır. Bir aydan artıq Bakıda qalmış və 3-4 dəfə içki içmişdir. İçdiyi vaxtlar səhər ayılanda pullarının yoxa çıxmasının şahidi olmuşdur. Məsələn, cibində 40000 rubl pul vardısa, səhər bu pul 25000 rubl olurdu. 15000 rubl isə yoxa çıxırdı. K6, içkili olduğu üçün pullarını özü itirməsini desə də, cavabında bildirmişdir ki, əgər o, pul itirsəydi, hamısını itirərdi, çünki pullar hamısı bir yerdə olurdu. Lakin hər dəfə pulları hissə-hissə itirdi və bu hal bir neçə dəfə təkrar olunurdu. O, axtarışda olduğu üçün K6 onu qorxudur və hər yerdə kameranın olduğunu bildirirdi. O isə axtarışda olduğu üçün qorxurdu. K6 onun üstünə qışqırırdı, söyürdü. K6 onun üçün dözülməz bir şərait yaratmışdı. Belə ki, K6 tamam dəyişilmiş və avtomobili adına keçirəndən sonra şirə dönmüşdü. K6 e lə bir vəziyyət yaratmışdı ki, o canından bezib hətta özünü asmağa, ya da qatarın altına atmağa hazır idi ki, ondan canını qurtarsın. Axtarışda olsa da, K6dan canını qurtarmaq üçün risq etmək, sərhədi keçərək Gürcüstana getmək qərarına gəlmişdir. 2019-cu il iyul ayının 3-də K6 onu avtomobili ilə Qazax rayonunda Qırmızı körpü deyilən yerə, sərhədə gətirmişdir. Bu vaxt K6 ondan təxminən 10 nəfər arxada onun sumkasını götürərək gəlmişdir. Lakin aralarında mütəmadi əlaqə olmuşdur. Bu zaman onu sərhəddə barəsində saxla işarəsi verildiyi üçün saxlamış və Qazax rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinə gələnə qədər ona telefonla əlaqə saxlamağa icazə verilmiş və o, K6a zəng edərək bildirmişdir ki, onu saxlayıb polis şöbəsinə gətirirlər. Bu aralıqda K6la bir neçə dəfə danışmışdır. Polis şöb əsindən sonra o, müvəqqəti saxlama yerinə, oradan da məhkəməyə aparılmış və barəsində məhkəmə qərarı ilə həbs seçilmişdir. Təxminən 2 həftə orada qalandan sonra K6a zəng edib onda olan sumkasını gətirməyini demişdir. Çünki, sumkada onun əşyaları, qab-qacaq, yataq dəsti və başqa əşyaları olmuşdur. K6 onun saxlanıldığı yerə gəlmiş və həmin sumkanı gətirmişdir. Bu hardasa iyul ayının axırlarında olmuşdur. Sonra onun yanına, Gəncə müvəqqəti saxlama yerinə 31 iyulda vəkil E6 gəlmişdir. E6 ona bildirmişdir ki, onu həbsdən qurtarmağın yeganə yolu odur ki, barəsində guya yüngül cinayət törətməsi barədə iş olmalıdır, həmin cinayət əməlinə görə şərti cəza alar və azadlığa çıxar. Bundan sonra K6 da onun barəsində avqust ayında guya oğurluq etməsi barədə polis şöbəsinə ərizə vermişdir. Sonra onun yanı na artıq müstəntiq, tərcüməçi, hətta K6 da gəlmiş, ona ağ kağızlara qol çəkdirmiş və demişlər ki, özləri nə lazımdırsa yazacaqlar. Bununla da onu Şüvəlanda yerləşən İstintaq Təcridxanasına köçürmüşlər. K6 polis şöbəsində yazdığı ərizədə göstərmişdir ki, guya o, itib yoxa çıxdığından onu gözləmiş, hesab etmişdir ki, qayıdacaq, buna görə də oğurluq barədə vaxtında məlumat verməmişdir. Lakin onun mobil telefonunda olan nömrələr araşdırılarsa, məlum olar ki, o, K6la daim əlaqədə olmuşdur. K6 yalandan ərizəsində göstərmişdir ki, guya onunla əlaqəsi itmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində X18 verilən suallara cavab olaraq bildirmişdir ki, ona E6 vəkil kimi A6 adlı tanışı tutmuşdur. Onun Bakıda qalmaq fikri olmamış, o, burada sənəd düzəldib Ukraynaya getmək istəmişdir. Buna görə o na tanışları kömək edəcəkdi. O, burada heç kimi tanımadığından Azərbaycanda yaşamaq onun üçün çətin idi. Belə ki, azərbaycan dilində bir kəlmə belə bilmirdi. K6 da onun üçün dözülməz şərait yaratdıqdan sonra Gürcüstana getmək qərarına gəlmişdir. Vəkil E6 onu aldadaraq cinayət işi başlanması, həm də öz xidmətləri üçün ondan ümumilikdə 30000 manata yaxın pul almışdır. Əvvəl pul verilməsinə razı olmamış və demişdir ki, onu qurtarsınlar, sonra onun hesabına göndərilən puldan onlara verər. E6 kömək edib onu buraxdıracağına söz vermişdir. O da Rusiya Federasiyasında yaşayan arvadı Y8 vasitəsilə həmin məbləğlərin E6 çatdırılmasını təmin etmişdir. Sonradan xəbər tutmuşdur ki, E6 dələduzluq edib Y8 hətta elə aldatmışdır ki, sonuncu onun xəbəri olmadan ona əlavə 5000 rubl pul göndərmişdir. Y8 nə baş verdiyini bilməmiş, sadəcə E6 deməsi ilə ona pullar göndərmişdir ki, guya ona kömək edəcək. X18 həmçinin birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, o, K6la 02 iyul 2019-cu il tarixdə saat 15:00 radələrində “Nərimanov” metro stansiyasının yaxınlığında görüşmüş və K6ın idarə etdiyi “Toyota Prius” markalı, **--*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə əvvəlcədən təmir üçün həmin ünvanda yerləşən ayaqqabı təmiri sexinə verdiyi özünə məxsus ayaqqabını götürməsi üçün ************ ünvanına getmişdir. Həmin gün ayaqqabı sexi bağlı olduğundan K6 ayaqqabı sexini işlədən şəxsin mobil telefonuna zəng edib danışmış, bundan sonra qonşuluqda yerləşən telefon mağazasının işçisi sexin qapısını açıb ayaqqabını təhvil vermişdir. E6 bildirmişdir ki, guya baş vermiş oğurluq hadisəsind ə hər şeyin inandırıcı olması üçün zərərçəkmiş şəxs yaxın, yəni onun tanıdığı adam olmalı idi. Bu epizodu E6ə danışanda, E6 bildirmişdir ki, guya oğurluq hadisəsini də elə həmin vaxtda olmasını bildirmək lazımdır. E6in bildirdiyinə görə guya cinayət hadisəsinin baş verdiyi gün onların ************ ünvanının qarşısında həqiqətən də olmaları müvafiq orqanlar tərəfindən yoxlanıldığı halda, təsdiq olunacaqdır. Rusiya Federasiyasından gələndə üzərində kifayət qədər pul məbləği olmuş və onun hər hansı maddi ehtiyacı olmamışdır ki, oğurluq etsin. Sonradan başa düşmüşdür ki, vəkil E6 bütün bunları təşkil etməkdə, yəni ona qarşı cinayət işinin qaldırılması, guya oğurluq cinayət hadisəsinin baş verməsi barədə ssenari qurub həyata keçirməkdə məqsədi pul qazanmaq olmuşdur. Gec də olsa başa düşmüşdür ki, hətta barəsində cinayət işi olsa belə, onun ekstradisiya olunması labüddür və Rusiya Federasiyasında barəsində olan cinayət işi üzrə məsuliyyətdən qaça bilməyəcək. Buna görə də öz ölkəsinə üzərində baş verməmiş bir cinayətə görə cəza ilə getmək istəmir. Verilmiş ittiham uydurma və yalandır, buna görə də məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin iyun ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ona zəng edib görüşmək istədiyini bildirmiş və onlar *********** kafesində görüşmüşdür. K6 onunla görüşə A6 gəlmişdir. K6 onun əvvəllər A6 tanış olduğunu bilməmişdir. O, A6 Rusiya Federasiyasında olan vaxtlardan tanımış, lakin onun Azərbaycana gəlməsindən xəbəri olmamışdır. O,A6 gör üşüb onunla hal-əhval tutmuş, sonuncu ona axtarışda olduğunu və bunu dəqiqləşdirməklə bağlı ona kömək lazım olduğunu bildirmişdir. O, şəxsi əlaqələrindən istifadə edib onun doğurdan da axtarışda olubolmaması məsələsini aydınlaşdırmağa çalışmışdır. Həmin vaxt öyrənmişdir ki, A6 doğurdan da Rusiya Federasiyasında olan cinayət işi ilə bağlı axtarışdadır. Daha sonra o, K6 və A6lə bir az söhbət etdikdən sonra sağollaşmışdır. Bir müddət sonra A6in həyat yoldaşı ona zəng edib A6in tutulduğunu və ona kömək etmək lazım olduğunu bildirmişdir. O, bu məsələ ilə bağlı N6 danışmış, N6 E6 adlı vəkil qohumunun olduğunu bildiyi üçün, Nadirdən bu məsələdə kömək istəmişdir. Nadir ona E6in bu işdə kömək edə biləcəyini bildirmişdir. Daha sonra o, N6 və vəkil E6 görüşüb məsələ barədə ətraflı danışmışdır. Vəkil E6 bu məsələdə köməklik edə biləcəyini və bununla bağlı 10-15 min manat arası məbləğdə pul lazım olacağını bildirmişdir. Daha sonra vəkil E6 bu işlə maraqlanmağa başlamışdır. Həmin vaxt A6 Qazax rayonunda tutulmuşdur. Vəkil E6 A6lə Qazaxda görüşüb məsələ barədə ətraflı məlumat almışdır. A6in həyat yoldaşı poçt vasitəsilə ona ilkin olaraq 11000 manat pul göndərmişdir. O və N6 Nərimanov rayonu ərazisində yerləşən parkda görüşüb həmin pulu vəkil E6 vermişlər. Daha sonra A6lə bağlı vəkil E6in planlaşdırdığı kimi cinayət işi açılmış və K6 zərərçəkmiş şəxs qismində çıxış etmişdir. Həmin vaxt vəkil zərərçəkmiş şəxsin yaxın adam olmalı olduğunu bildirmişdir. Daha sonra vəkil E6 əlavə məbləğdə pulun lazım olduğunu bildirmişdir. Qalan pulları A6in həyat yoldaşı vəkil E6in özünə göndərmişdir. İş məhk əməyə gedən zaman vəkil yenidən 4000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, isə həmin məbləğdə pulu aparıb yenidən Nadirlə birlikdə vəkil Əliyev E6ə vermişdir. Bu məsələ ilə bağlı onun tərəfindən E6 Əliyevə cəmi 15000 manat pul verilmişdir. Qalan məbləğdə pul isə A6in arvadı tərəfindən vəkil Əliyev E6ə verilmişdir. Ümumilikdə isə bu işlə bağlı vəkilə onda olan məlumata əsasən 29000 manat məbləğində pul verilmişdir. Bundan başqa, suallara cavab olaraq şahid X3 bildirmişdir ki, X8 Xabarovsk şəhərində təhsil alarkən tanış olmuşdur. Bakıya gələndə A6i K6 qarşılamışdır. A6in Rusiyada maddi vəziyyəti həmişə yaxşı olmuşdur. Hazırda A6in oğurluq cinayətini törətməkdə təqsirləndirildiyi bu iş vəkil X5 planına uyğun olaraq qurulmuş işdir. Belə ki, vəkil E6 onlara onun barəsində burad a cinayət işi olmasını, zərərçəkmiş şəxsin isə yaxın adam olmasını və belə olarsa məsələni həll edə biləcəyini demişdir. K6 A6lə birlikdə maşın almaq üçün Gürcüstan Respublikasına da getmişdir. Vəkil E6 aldığı pulları polisə və məhkəməyə verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində olmasını vəkil və A6 özləri planlaşdırmışlar. Çünki, vəkil zərərçəkmiş şəxsin yaxın adam olmalı olduğunu A6 bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, A6i tanışı K6a görə tanımışdır. X20 “****** ” restoranına gətirmiş və onlar orada tanış olmuşdular. Bu görüşə qədər o, A6i tanımamışdır. Görüş zamanı Tubis A6 ondan özü barəsində “saxla” işarəsinin olub-olmamasının öyrənməsini xahiş etmişdir. X13 sərhəddə tutulmasını və K6ın ona vəkil axta rdığını eşitmişdir. O, A6 kömək üçün hazırki müdafiəçisi Şahmarı məsləhət görsə də, K6 ona Nadirin qohumu Əliyev E6i vəkil kimi tutmuşdur. Sonradan vəkil E6in tərəfindən əslində olmayan oğurluq hadisəsini uydurmasını, K6ın da həmin oğurluğa görə şikayət verməsini, E6in A6in pulunu mənimsədiyini bilmişdir. Hətta Nərimanov Rayon Məhkəməsinin binasının qarşısında E6ə A6in pullarının geri qaytarmasını demiş, E6 isə məhkəmədə iş başa çatandan sonra pulları qaytaracağını bildirmişdir. Həmçinin işinin materiallarından göründüyü kimi, X18 03 iyul 2019-cu il tarixdə sərhəddə tutulmuş, Zərərçəkmiş şəxs isə oğurluq hadisəsi barədə 14 avqust 2019-cu il tarixdə şikayət ərizəsi yazmış və həmin tarixdə də Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi R6 tərəfindən cinayət işi başlanmışdır. Məhkəməyə təqdim edilm iş “Whatsapp” yazışmalarından görünür ki, X18 ilə Zərərçəkmiş şəxs arasında onun tutulduğu gün, yəni 03 iyul 2019-cu il tarixdə yazışma olmuş,X14 “Brat” adı ilə qeyd etdiyi K6 arasında 3 dəfə (saat 6:56-da çıxan zəng 1 dəqiqə, saat 06:06-da daxil olan zəng 30 saniyə, 6:01-də daxil olan zəng 5 dəqiqə) telefon danışığı olmuş, X18 mesaj yazaraq tutulduğunu və sərhəddən 50 km-də yerləşən Qazaxa aparıldığını bildirmişdir. Yəni, Zərərçəkmiş şəxs 03 iyul 2019-cu il tarixdə X10 artıq tutulduğunu, həbsdə olduğunu və qayıdıb gələ bilməyəcəyini bilmiş və Zərərçəkmiş şəxs guya baş vermiş oğurluq hadisəsi barədə polis orqanına məlumat verməyə mane olan hər hansı hal mövcud olmamışdır. Lakin, Zərərçəkmiş şəxs yalnız 12 avqust 2019-cu il tarixdə, yəni A6in tutulduğunu bildikdən 1 ay 9 gün sonra oğurluq b arədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bundan əlavə, iş materiallarında olan sənədlərdən görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X16 19 avqust 2019-cu il tarixli vəkil orderi təqdim edərək cinayət işinə müdafiəçi kimi buraxılmışdır. Məhkəməyə təqdim edilmiş pul köçürmələrini təsdiq edən sənədlərdən isə müəyyən edilir ki, Rusiya Federasiyasından Y8 tərəfindən mobil telefon nömrəsi +********** olan X5 və X1 adlarına 23 iyul 2019-cu il tarixdən başlayaraq 09 noyabr 2019-cu il tarixədək müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə pul köçürülmüşdür. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə X10, şahid qismində dindirilmiş X3 və X2 ifadələri birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş və təkzibedilməz mötəbər sübutların məcmusu ilə təsdiq edilmiş sübutlarla üst-üstə düşmədiyindən və real həqiqəti əks etdirmədiyindən inandırıcı deyil və A6in Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilənərək məhkum edilməsi üçün sübut kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri öz hökm və qərarında haqlı olaraq vurğulamışdır ki, cinayət hadisəsi baş vermədiyindən X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəm əsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, cinayət təqibi üzrə cinayət hadisəsi olmaması əsasını düzgün müəyyən etmiş, X10 təqsirli bilindiyi cinayət işi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi barədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmış, qanuni və əsaslı hökm çıxarmışdır. Kollegiya vurğulayır ki, cinayət işinin materiallarındakı sübutların mabədində X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bəraət verilməməsi mümkünsüzdür və buna görə də bəraət hökmünün qanuni və əsaslı olması heç bir şübhə doğurmur. Beləliklə, kassasiya kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan məhkəmələrin qərarlarının təsviriəsaslandırıcı hissəsindəki istinad etdiyi sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, X17 bəraət verilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilm iş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun dəlillərini tutarlı bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, apellyasiya instansiyası məhkəməsinin X18 haqqındakı bəraət hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və hökmün və qərarın təsviri-əsaslandırıcı hissəsindəki sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir fakta və sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X10 barəsindəki 14 aprel 2020-ci il tarixli qərarının zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs nümayəndəsi İ6 kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmiş X10 barəsindəki Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1004/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1004/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver