Məhkəmə qərarları › İş №1(102)-1004/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1004/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1004/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)-104/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiə çi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxx 1956-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. 2. 31 oktyabr 2019-cu il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 09 dekabr 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq icla sının qərarı ilə Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgələrinə məxsus əmlakı vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özlərinin vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzi fəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, bilə-bilə qanunsuz hərəkətsizliyə və ümumi himayədarlığa görə birbaşa yolla və vasitəçiliklə maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrilərini təhrik etmişlər.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(101)-77/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə Azərbaycan Respub likası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat məbləğində cərimə cəzası təyin edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, cinayət qanunu normasının düzgün tətbiq edilməsini və Təqsirləndirilən şəxs1 və Təqs irləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunması barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin məhkum Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti verərək, hökmün ona aid hissədə ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 42 və 55-ci maddələrinə əsasən barəsində bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)-104/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə 03 (üç) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 46.2 və 62-ci maddələri tətbiq edilməklə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş dir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələri ilə cəza və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmasına dair müddəalar hökmdən xaric edilmiş, məhkum öldüyündən ona təqsirli bilindiyi maddələr üzrə cəza təyin edilməmiş, Hökm verilmiş apellyasiya protesti və şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

11. Kassasiya şikayətində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham iş üzrə toplanmış mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq h ər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməməsi əsas ları ilə bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)- 104/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Məhkum Təq sirləndirilən şəxs1 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bu zaman məhkəmə ittiham hökmünü, digər təkzib edilməz sübutlarnan (şahid ifadələri, telefon danışıqlarının səs yazılarını əks edən CD diski və sair – həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir) yanaşı, həmçinin mərhum məhkum Təqsirləndirilən şəxs2 bilavasitə məhkəmə qarşısında verdiyi özünün və məhkum Təqsirləndirilən şəxs1 təqsirsiz olduğu barədə yox, əksinə ibtidai istintaq dövründə verilmiş, o nun cinayət əməllərini Təqsirləndirilən şəxs1 göstərişi əsasında törətdiyini və əməlləri nəticəsində əldə etdiyi pul vəsaitlərinin sonuncu ilə bölüşdüyünü təsdiqləyən ifadələri əsasında qəbul etmişdir.

20. Müdafiəçinin Təqsirləndirilən şəxs1 cinayət əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmısdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələri dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, həmin əməllərdə Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası hazırki şikayətdə qaldırılan məsələ, yəni məhkəmələrin mərhum məhkum Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı yox, ibtidai istintaq dövründə verdiyi ifadələrinə üstünlük verməklə əsassız olaraq Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmalarına dair dəlilə qiymət verərək, aşağı instansiya məhkəmələrinin həmin hissədə nəticələri ilə razılaşır.

22. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, mərhum məhkum Təqsirləndirilən şəxs2 məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini təsdiq edən ifadələrini müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən vermişdir. Onun eyni məzmunlu ifadələri həmçinin “Sübutların qiymətləndirilməsi haqqında” qərarda öz əksini tapmış, 25 oktyabr 2019-cu il tarixli “Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokoldan müəyyən edilir ki, həmin tarixdə mərhum məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış edilmişlər. Bununla belə, istər Təqsirləndirilən şəxs2, istərsə də onun müdafiəçisi tərəfindən Azərbaycan Respublikası CPM-nin 287- ci maddəsi ilə müəyyən edilən qaydada əlavə dindirmənin və yaxud hər hansı digər prosessual hərəkətin aparılmasını tələb edən heç bir vəsatət irəli sürülməmiş, eyni zamanda onlar tərəfindən cinayət prosesini aparan orqanın prosessual hərəkətlərindən Azərbaycan Respublikası CPM-nin 449-cu maddəsinə əsaslanan heç bir şikayət məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılmamışdır. Deməli, mərhum məhkum Təqsirləndirilən şəxs2 ifadələrini sonradan, cinayət işinin birinci instansiya məhkəməsində baxış dövründə dəyişməsinə və məhkəmələrin məhz onun dəyişdirilərək məhkum Təqsirləndirilən şəxs1 xeyrinə verdiyi ifadələrini nəzərə almalarına yetərli əsaslar olmamış, məhkəmələr haqlı olaraq onun yeni ifadələrini özünün və məhkum Təqsirləndirilən şəxs1 məsuliyyətdən kənar qalmasına imk an yaradan amil kimi qiymətləndirmişlər.

23. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün yalnız cəza hissəsində dəyişdiril məsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)-104/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)-104/2022 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar