Məhkəmə qərarları › İş №1(102)-1004/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1004/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1004/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cina yətlər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X7 X2 ibarət tərkibdə)1(101)-611/2020 saylı, 16 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum 16 sentyabr 2020-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-611 /2020 saylı, 16 iyun 2020-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X5)1(101)-611/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-611 /2020 saylı, 16 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) 27 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum oğunun apellyasiya şikayəti təmin edilməmiş, Məhkum oğunun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-611/2020 saylı, 16 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizəsinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 611/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində məhkum pandemiya dövründə şikayət vermək imkanının olmadığını bildirərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verməsi ilə bağlı prosessual müddətin ötürülməsini üzürlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə sa xlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə gör ə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-611 /2020 saylı, 16 iyun 2020-ci il tarixli hökmü Məhkum rəsmi qaydada 10 iyul 2020-ci il tarixdə təqdim edilmiş və məhkəmə hökmünün almasına dair məhkum şəxsən məhkəmə qəbzini imzalamışdır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, iş üzrə çıxarılmış qərar qanunla nəzərdə tutulmuş müddətdə məhkuma göndərilmiş, həmin hökm tərəfindən 10 iyul 2020-ci il tarixdə qəbzə imza edilməklə alınmış, hökm elan olunduğu gündən vəsatətin məhkəməyə göndərilməsi gününədək 03 (üç) ay 06 (altı) gün müdd ət keçmiş, məhkum və müdafiəçisi tərəfindən həmin müddət ərzində apellyasiya şikayəti verilməmiş, məhkəməyə ona münasibətdə heç bir müraciət daxil olmamış, həmçinin Məhkum apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən ötürdüyünü təsdiq edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya icraatı zamanı da hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin ver ilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilm əsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsasl ar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədal ətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin tə məl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X9rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin məhkəmə kollegiyası nə iş materiallarında nə də məhkumun vəsatətində qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən etmədi. Bakı Apellyasiya Məhkəməsi haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin Məhkum hökmün surətini aldığı tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş 05 (beş) aydan artıq müddət ərzində apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməyə əsas olan halların mövcud olmadığını qeyd etmiş və müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar