Məhkəmə qərarları › İş №1(102)-1004/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1004/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1004/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, mərhum Məhkum hüquqi varisi X4 və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib mə hkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(107)-87/2024 nömrəli qərarından mərhumun hüquqi varisi X5 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 2023-cü il 10 oktyabr tarixli 1(014)-103/2023 nömrəli hökmü ilə, 9 aprel 1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda ölmüş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2 (iki) il müddətinə azadlığın məhdud laşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 09 fevral 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 2 (iki) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) ay müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəs inə həvalə edilməsi, Məhkum yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Məhkum üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, Məhkum narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi, Məhkum ərazi narkoloji kabinetdə qeydiyyata alınması, hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının (X3 oğlunun (sədrlik edən), X11 və X1 ibarət tərkibdə), 2024-cü il 6 iyun tarixli, 1(107)-87/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm qismən ləğv edilmiş, hökm CinayətProsessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Məhkum cəza təyin edilməmiş, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 9,18 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Maşad kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 18:41 dəqiqədən 18:54 dəqiqəyədək ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə tə miz çəkisi 9,18 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN HÜQUQİ VARİSİNİN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun hüquqi varisi X5 və Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadəsindən görünür ki, o, polis işçiləri tərəfindən qeyri-insani rəftara, işgəncəyə məruz qalmış və narkotik vasitə qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Məhkum işgəncə verilməsi faktı isə iş materialları ilə də sübut olunur. Belə ki, istintaq zamanı təqsirləndirlən şəxs Məhkum məhkəmə-tibbi ekspertizasından keçirilmiş və məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 39 N li rəyi ilə müəyyən edilmişd ir ki, Məhkum üzərində sol üst göz qapağının qançırı, sol gözün ağıl qisasına bütünlüklə qan sızma, alın sağ nahiyəsinin, burunun üçünün, sol əlin üst səthinin sıyıqları, sol kürək altı nahiyənin yumşaq toxumlarının əzilməsi xəsarətləri vardır. Həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin qərarı əsasında Ağdaş Rayon Prokurorluğunda işgəncə faktı ilə əlaqədar araşdırma zamanı təyin olunmuş, MəhkəməTibb ekspertizasının xx.xx.2023-cü il tarixli 54 saylı rəyi ilə də müəyyən edilmişdir ki, Məhkum bədənində yuxarıda göstərilən xəsarətlərdən başqa onun bədənində 9-cu sol qabırğasının yerini dəyişməyən sınığı xəsarəti də müəyyən olunmuşdur. Belə liklə, Məhkum polis əməkdaşları tərəfindən döyülərək işgəncə və təzyiqi altında "etriafedirici ifadəsi" iş materiallarındakı videogörüntü və ekspertiza rəyi ilə tam təsdiq olunur. Bundan başqa, Məhkum arqumentləri Şəki Apellyasiya Məhkəməsidə də nəzərə alınmayıb. Əksinə, arqument kimi qoyulan dəlil rədd edilib. İşgəncə, insan ləyaqətini alçaldan rəftar və qeyri insani rəftarın təcili, dərhal və səmərəli araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Xüsusi bu hallar hüquq mühafizə orqanlarında və polisdə baş veribsə hökümət bunu dərhal yəni, ölüm cinayətlərini isti izlərlə araşdırmaq xarakterinə malik ciddilik və tezliklə araşdırmaq vəzifəsini daşıyır. Daha sonra Məhkum ibtidai istintaq zamanı müdafiə hüququndan məhrum olmuşdur, müd afiəçi olmasına baxmayaraq zəruri, keyfiyyətli hüquqi yardım ala bilməmişdir, CPM-in tələbləri pozulmaqla törətmədiyi cinayətə görə ondan qismən etiraf ifadəsi alınmışdır. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirlimiş şəxslərin əksəriyyəti polis əməkdaşları olmuşdur, həmin ifadələr ittiham aktındakı ifadələrlə eyniyyət təşkil edir. Polis əməkdaşlarının şahid qismində məhkəmə istintaqındaki ifadələri ittiham aktındakı ifadələri ilə sözbəsöz eyniyyət təşkil edir. Məhkumun hüquqi varisi və onun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq Şəki Apellyasiya Məhkəməsinin 1(107)-87 /2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi, Məhkum bəraət verilməsi, ona münasibətd ə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü, 5-ci, 6-ci maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mərhumun hüquqi varisi Bəsti Məmmədova və Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(107)-87/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələl ərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Hüquqi varis və müdafiəçi kassasiya şikayətində mərhum Məhkum bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegi yası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə hüquqi varisin və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Be lə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, Məhkum əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Mərhum Məhkum ibtidai isti ntaq zamanı işgəncə verilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən məsələ ibtidai istintaq zamanı hərtərəfli araşdırılmış və Ağdaş rayon prokuroru tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından da götünür ki, mərhum Məhkum ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə məhkəmə qərarlarında geniş və əsaslandırılmış şəkildə qiymət verilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, hüquqi varisin və müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6.6.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyi şdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mərhum Məhkum hüquqi varisi X5 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli 1(014)-103/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(107)-87/2024 nömrəli qərarı mərhumun hüquqi varisi və müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar