Məhkəmə qərarları › İş №1(102)-1005/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1005/2019

16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1005/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum və məhkumun müdafiəçisi X7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.A.Qəribov (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və N.A.Kərimovdan ibarət tərkibdə) 02 may 2018-ci il tarixli hökmü ilə 07 yanvar 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində, iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Qazax Rayon Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmiş, ünvan 1 ü nvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 120.2.5, 120.2.9, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətə, Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 01 mart 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum məhkum edilmişdir ona görə ki, o, tamah məqsədi ilə və quldurluqla əlaqəda r aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüş, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evdə yaşayan keçmiş qonşusu X4 01 yanvar 2017-ci il tarixdə aldığı 500 manat məbləğində borc pulu qaytarmamaq, yəni maddi xərclərdən yaxa qurtarmaq, eləcə də sonuncunun yaşadığı ünvanda özünün şəxsi ehtiyaclarını ödəmək üçün pul vəsaitinin olmasını ehtimal edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib quldurluqla əlaqə dar X6nı qəsdən öldürmək qərarına gələrək, 21 fevral 2017-ci il tarixdə saat 17 radələrində sonuncunun yaşadığı evə gəlib hadisədən bir neçə gün əvvəl ünvan 1 ünvanda yerləşən 42 nömrəli aptekdən aldığı yuxugətirən təsirə malik adı istintaqa məlum olmayan tərkibində “imidazolidin-4” və “qlükopiranozid metil 36 anhidridi” maddəsi olan dərman vasitəsini əzərək toz halına gətirib X6nın çayla dolu fincanına tökmüş, sonuncu həmin fincandan çayı içməklə huşsuz vəziyyətdə çarpayıya uzanıb müqavimət göstərmək imkanından məhrum olduqdan sonra, X6nın sifət nahiyyəsinə əli ilə bir neçə dəfə yumruq vurub hər iki dodağın selikli qişasının qansızması, sol göz qapaqları və gözaltı nahiyyənin, sağ göz qapaqlarının qançırlarında ifadə olunan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən, daha sonra onun əl və ayaqlarını qonaq otağından tapdığı sintetik iplə bağlayıb sellofan torbanı isə başına keçirməklə ona baş, burun və ağız dəliklərinin sellofan torba ilə qapanması nəticəsində inkişaf edən mexaniki asfiksiya ilə müşayiət olunan dərəcəsinə görə ölümə səbəb olmaqla canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, aşkar surətdə köməksiz vəziyyətdə olan X6nı tamah niyyəti ilə və quldurluqla əlaqədar qəsdən öldürmüş, bundan sonra zərərçəkmiş şəxsin barmaqlarında olan 2,95 qram çəkidə, 583 əyarlı qızıla uyğun, 147 manat 50 qəpik dəyərində 2 ədəd üzüyü və orta pərakəndə satış qiyməti 40 manat olan İMEİ 1 «**********04728» və İMEİ 2 «**********04736» kodlu «Nokia X2» markalı mobil telefonu quldurluqla ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 187,50 manat məbləğində maddi ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 29 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkumnun barəsindəki 02 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayətinin dəli lləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ona qarşı irəli sürülmüş ittiham əsassızdır və heç bir sübuta söykənmir. İşə baxan məhkəmələr onun barəsində irəli sürülmüş ittihamı kifayət qədər sübutlarla əsaslandırıb sübuta yetirə bilməmişlər. Həmçinin iş üzrə ibtidai istintaq düzgün, hərtərəfli və obyektiv aparılmamışdır. Bundan başqa Məhkum verdiyi kassasiya şikayətində bildirir ki, onun tərəfindən irəli sürülmüş vəsatətlər əsassız olaraq təmin olunmayıb, hüquqları pozulmaqla cinayət işinin materialları məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkumnun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkumnun əməlləri Azərbaycan Respublikası CM-in 120.2.5, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün h üquqi qiymət verilməməsi, sübutların kifayət qədər araşdırılmaması və məhkumun təqsirinin sübuta yetirilməməsidir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evdə yaşayan keçmiş qonşusu X4 01 yanvar 2017-ci il tarixdə aldığı 500 manat məbləğində borc pulu qaytarmamaq, yəni maddi xərclərdən yaxa qurtarmaq, eləcə də sonuncunun yaşadığı ünvanda özünün şəxsi ehtiyaclarını ödəmək üçün pul vəsaitinin olmasını ehtimal edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib quldurluqla əlaqədar X6nı qəsdən öldürmək qərarına gələrək, 21 fevral 2017-ci il tarixdə saat 17 radələrində sonuncunun yaşadığı evə gəlib ha disədən bir neçə gün əvvəl Bakı şəhəri, Xətai rayon Kazımağa Kərimov küçəsində yerləşən 42 nömrəli aptekdən aldığı yuxugətirən təsirə malik adı istintaqa məlum olmayan tərkibində “imidazolidin-4” və “qlükopiranozid metil 36 anhidridi” maddəsi olan dərman vasitəsini əzərək toz halına gətirib X6nın çayla dolu fincanına tökmüş, sonuncu həmin fincandan çayı içməklə huşsuz vəziyyətdə çarpayıya uzanıb müqavimət göstərmək imkanından məhrum olduqdan sonra, X6nın sifət nahiyyəsinə əli ilə bir neçə dəfə yumruq vurub hər iki dodağın selikli qişasının qansızması, sol göz qapaqları və gözaltı nahiyyənin, sağ göz qapaqlarının qançırlarında ifadə olunan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən, daha sonra onun əl və ayaqları nı qonaq otağından tapdığı sintetik iplə bağlayıb sellofan torbanı isə başına keçirməklə ona baş, burun və ağız dəliklərinin sellofan torba ilə qapanması nəticəsində inkişaf edən mexaniki asfiksiya ilə müşayiət olunan dərəcəsinə görə ölümə səbəb olmaqla canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, aşkar surətdə köməksiz vəziyyətdə olan X6nı tamah niyyəti ilə və quldurluqla əlaqədar qəsdən öldürmüş, bundan sonra zərərçəkmiş şəxsin barmaqlarında olan 2,95 qram çəkidə, 583 əyarlı qızıla uyğun, 147 manat 50 qəpik dəyərində 2 ədəd üzüyü və orta pərakəndə satış qiyməti 40 manat olan İMEİ 1 «**********04728» və İMEİ 2 «**********04736» kodlu «Nokia X2» markalı mobil telefonu quldurluqla ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 187,50 manat məblə ğində maddi ziyan vurmuşdur. Məhkum özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi, şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarında olan baxış keçirilməsi barədə protokoldan görünür ki, 24 fevral 2017-ci il tarixdə Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evdə yaşayan 21.03.1963-cü il təvəllüdlü X5 əlləri və ayaqları bir-birinə sintetik iplə bağlı, başına isə sellofan torba keçirilməklə ölmüş vəziyyətdə meyitinin aşkar edilməsi barədə Suraxanı rayon polis idarəsinin 30-cu PB-dən Suraxanı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçi rilmiş, hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən üzərində “BaHini” yazısı olan pul qabı, içərisindəki kartlar və 85 manat pullarla birlikdə, X6nın meyitinin aşkar olunduğu çarpayının üzərində olan yorğanın üzü, başının altında olan balıncların üzləri, döşək üzü və divanın üzərinə sərilmiş ədyal, aşkar edilmiş 14 ədəd siqaret kötükləri, 4 ədəd albom, iki ədəd üzərində 21.02.2017-ci il yazısı olan sarafanlar və iki dəst olmaqla 9 ədəd açarlar və göy rəngli ip, planşet müvafiq qaydada qablaşdırılaraq götürülmüş, eləcə də, otağın, mətbəxin, hamamın qapılarının əl tutma yerlərindən, otaqda masa üzərində olan 3 ədəd fincandan, paxlava olan üzərində 21.02.2017 yazısı olan sarafanlardan, termonun üzərində olan fincan və qablardan və digər əl barmaq izi götürülməsi mümkün olan ə şyalardan əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan 03 mart 2017-ci il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Məhkum ifadəsində göstərdiklərini təsdiq etmiş, X6nı hansı formada öldürdüyünü, mərhumun və özünün çay içdiyi fincanları, bundan əlavə qızıl üzükləri satdığı mağazanı, dərman aldığı apteki, evin açarlarını tulladığı yeri əyani şəkildə göstərmiş, fincanlar və açarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokoldan görünür ki, iş üzrə Məhkum hadisəni törətdikdən sonra götürdüyü mərhum X6ya məxsus “Noika X2” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş, bildirmişdir ki, həmin telefonda olan nömrəni çıxartmış və öz nömrəsini daxil etmişdir. Həmin mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefonun markası “Nokia X2”-dir, İMEİ 1 “**********04728” və İMEİ 2 “**********04736” kodludur. Bununla bağlı 01 mart 2017-ci il tarixdə götürmə aparılması haqqında protokol tərtib edilmiş, mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə iş üzrə X7 hadisə vaxtı qardaşı Məhkum əynində olmuş paltarları (qəhvəyi rəngli sviter, ağ rəngli mayka, qara rəngli alt paltarı, qəhvəyi rəngli alt mayka, boz rəngli alt şalvar, qara rəngli corab və qara rəngli cins materialdan şalvar) könüllü olaraq təqdim etdi, bildirdi ki, həmin paltarları Məhkum 22.02.2017-ci ildə onlara gələrkən hamamda yuyunduqdan sonra çıxartmış, o,X8in həmin paltarlarım bu müddətdə yuyub qurudub ütüləmişdir. Bununla bağlı 01 mart 2017-ci il tarixdə götürmə aparılması haqqında protokol tərtib edilmiş, paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür, Hadisə yerində olan predmetlərdən götürülmüş əl-barmaq izləri nümunələrinin Məhkum, yaxud mərhum X6ya məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə təyin edilmiş məhkəmə- daktiloskopik ekspertizanın 30 mart 2017-ci il tarixli 5956 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 7 və 17 saylı daktilolentlərin səthlərindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 18 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdrilməsi üçün yararsızd ır. Tədqiqata təqdim edilmiş 7 saylı daktilolentin səthindəki əl-barmaq izi Məhkumnun sağ əlinin orta barmağından qalmışdır. Hadisə yerinə baxış protokoluna əsasən 7 saylı daktilolent otaqda olan fincanın üzərindən götürülmüş əl-barmaq izi nümunəsidir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxx” MMC-nin 04.04.2017-ci il tarixli 4034/17 nömrəli məktubundan və diskə baxış protokolundan görünür ki, Məhkum istifadəsində olan ***-*****-** saylı nömrə 01.01.2017-ci il tarixdən 22.02.2017-ci il tarixədək (saat 13:36-dək) ikitərəfli bağlı olmuşdur. **********04728 İMEİ kodlu “Nokia X2” markalı mobil telefon aparatı 01.01.2017-ci il tarixdən (saat 00:42-dən) 21.02.2017-ci il tarixədək (saat 17:10dək) X6 məxsus ***-***-**-** saylı nömr ə, 22.02.2017-ci il tarixdən (saat 13:43-dən) 28.02.2017-ci il tarixədək (saat 17:55-dək) Məhkumna məxsus ***-***-**-** saylı nömrə altında istifadə olunub. 28.02.2017-ci il tarixdən 01.03.2017-ci il tarixədək “xxxx” MMC-yə məxsus hər hansı nömrə altında istifadə olunmayıb. Bununla da, müəyyən edilmişdir ki, Məhkum X6nı öldürdükdən sonra evdən götürdüyü sonuncuya məxsus mobil telefon aparatının nömrəsini 21 fevral 2017-ci il tarixdə saat 17:10-da çıxardaraq 22 fevral 2017-ci il tarixdə saat 13:43-də özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini salıb tutulduğu günədək istifadə etmişdir. Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, saat 16:18-17: 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosesi, saat 18:00- 21:00 radələrində Bakı şəhəri, Əhmədli qəsəbəsi, 2290-cı məhəllə, 23.02.2017-ci il tarixdə 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosesi, saat 19:00-22:30 radələrində Xətai ray. M.Hadi küç. 2324 saylı məh., saat 22:45 radələrində Bakı şəhəri R.Rüstəmov küç., saat 23:30-00:30 radələrində Əhmədli qəsəbəsi, 2290-cı məhəllə, 24.02.2017-ci il tarixdə 11:30 radələrində Əhmədli qəsəbəsi, 2290-cı məhəllə, saat 15:00-17:00 radələrində Xətai rayonu, Əhmədli şossesi, saat 17:30 radələrində Nobel pr. 56, saat 17:50 radələrində Bakı şəh. M.Mehdiyev 14, saat 17:5521:30 radələrində Bakı şəh. 28 may küç. 62, Nəsimi ray. Puşkin 26, saat 23:00-00:00 radələrində Hacıqabul ray. Atbulaq kəndi, 25.02.2017-ci il tarixdə saat 11:0 0-dan 26.02.2017-ci il saat 12:00 radələrinədək Qazax rayonu, saat 12:20-18:00 radələrində Tovuz ray., saat 19:00-dan 28.02.2017- ci il saat 16:00-dək Qazax rayonu ərazisində qeydə alınmışdır. Həmçinin, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsinə baxış zamanı müəyyən edilmişdir ki, Məhkum 24.02.2017-ci il tarixdə saat 23:36 dəqiqədən 28.02.2017-ci il tarixdə saat 15:55 dəqiqəyədək Hacıqabul, Qazax, Ağstafa və Tovuz rayonlarında olmuş, onun ilkin ifadəsində Xaçmaz rayonuna getməsi, orada Rübabə adlı qadının evində qalması ilə bağlı dedikləri tam təkzib edilmişdir. Kolegiya həmçinin qeyd edir ki, məhkum cinayəti X2 tərəfindən törətməsini bildirsə də, “xxxx” MMC-nin 06.06.2017-ci il tarixli 10481/17 nömrəli məktubu ilə daxil olmuş X2 istifadə etdiyi mobil telefon nömrələrinin anten dairəsi və ona edilmiş zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, X10un istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten dairəsi 21.02.2017-ci il tarixdə saat 15:58 və 16:11 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 göstərmiş, 16:11 dəqiqədə ona zəng vuran şəxs X10 olmuşdur. Bundan başqa X10un telefonuna 21.02.2017-ci ildən 28.02.2017-ci ilə kimi zəng vurmuş şəxslər X10un tanıdığı adamlar, yəni onun iş yoldaşları, qohumları və ailə üzvləri olmuşdur. ***-***-**-** saylı nömrəyə zəng etmiş nömrələrdən həmçinin, X2 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi və ona edilmiş zənglərdən iş üçün əhəmiyyət kəsb edən nömrə aşkar edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gə lmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkumnun məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ib tidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassı z imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apell yasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2018-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 29 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar