Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1005/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlu ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və məhkum X27 Aslan oğlunun müdafiəçisi Əliyev Eynar Arif oğlunun iştirakları ilə, X27 Aslan oğlunun X28 Məh kəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarından məhkum X27 Aslan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X28 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi) Abdullayev Mehdixan Ədil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) X27 Aslan oğlu, xx xxxxxx 1966-cı il tarixdə X19 Muğan Germi şəhərində anadan olmuş, İİR vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ün van 1 qeydiyyatda olan, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X13 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, X13 və X27 şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küll i miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd olunan maddələrin X15 Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirilməsi ilə bağlı 2018-ci ilin may ayının sonlarında razılığa gəldikdən sonra, bu məqsədlə xxx 2018-ci ilin avqust ayının əvvəllərində X19 Ərdəbil şəhərinə gedib cinayətkar qrupun məlum olmayan üzvündən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda- 255,405 qram narkotik vasitə heroini aşkar edilməsini çətinləşdirmək üçün hər birində 53,536 qram, 51,933 qram, 49,667 qram, 50,117 qram və 50,152 qram olmaqla beşədəd bükümdə qablaşdırıb düz bağırsağına yerləşdirib saxlamaqla xx xxxxxx 2018-ci ildə saat 16 radələrində X15 Azərbaycan Respublikasına daş ıyıb Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük idarəsinin sərnişin şöbəsindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişlər. Hökmdən məhkum X27 müdafiəçisi Nağıyev Ağakişi Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmişdir. X27 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 6 (altı) ayadək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqda n məhrum etmə cəzasının müddəti isə 8 (səkkiz) il 6 (altı) ayadək endirilməklə həmin hökm dəyişdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum X27 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundn sonra CPM-nin) bir sıra normalarına istinad edən məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və həmin vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət əməllərini onun qohumu X13 törətmiş və onun həmin əməllərin törədilməsinə heç bir aidiyyəti olmamışdır. Lakin, işə baxan məhkəmələr sübutların toplanması və onların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərini pozaraq onun barəsində əsassız hökm çıxarmış və qərar qəbul etmişdir. Özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli hesab etməyən kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, məhkum X27 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qayd asında baxılmalı müraciət kimi görür və buna görə X27 və qeyrisinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə ara şdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasi ya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəx sin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçi rilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təm inat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikas ının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxx və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) X27 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdırma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mə nsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə xxx təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum xxx təqsirliliyinin mötəbərliyi heç bir şübh ə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş X4 ibtidai araşdırma zamanı heç bir təsir göstərmədən, müdafiəçinin və tərcüməçinin iştirakları ilə verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası bu sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. İş materiallarına görə, cinayət təqibi başlanan andan X13 hələ təhqiqat orqanına verdiyi ilkin izahatında daxili orqanından aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, metronun “28 May” stansiyasının yaxınlığında kirayəyə götürdüyü mənzildə yaşayan və istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olan əmisi oğlu xxx gətirdiyini bildirmişdir. xxx şəxsiyyətinin müəyyən edilməsi üçün qanunla müəyyən qaydada həmin mobil telefon nömrəsi ilə bağlı aparılan danışıqların və digər məlumatların əldə olunması istiqamətində bir sıra istintaq hərəkətləri aparılmış və nəticədə ***-***-**-** mobil telefon nömrəsinin X14 adına rəsmiləşdirilməsinə baxmayaraq nömrənin onun qeyri-rəsmi nikah münasibətində yaşadığı X27 Aslan oğlunun faktiki istifadəsində olması, həmçinin sonuncunun atası ilə xxx atasının əmioğlu olduqları müəyyən edilmişdir. Bu hallar, eləcə də, X16 Bakı şəhərinə gələrkən xxx ilə birlikdə Bakı şəhəri, metronun “28 May” stansiyasının yaxınlığında kirayədə yaşaması, ***-***-**-** mobil telefon nömrəsinin onun istifadəsində olması, o c ümlədən Ali Jahanshahi ilə qohum olması sonuncunun öz ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilmişdir. Bununla da, xx xxxxxx 2018-ci il tarixli izahatında, xx xxxxxx 2018-ci il tarixli şübhəli və xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokollarında xxx adlı şəxsin haqqında verdiyi məlumatların faktiki olaraq X27 aid olmasını sonradan bəyan etməklə cinayətin real iştirakçısını ifşa etmişdir. Belə ki, X13 məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin və tərcüməçinin iştirakları ilə xx xxxxxx 2018-ci ildə şahid X24 və X27 arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkətlərində, həmçinin qeyd olunan tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirmə zamanı göstərmişdir ki, istintaqa verdiyi əvvəlki izahat və əlavələrində xxx kimi göstərdiyi şəxs əslində X27. Xxx adlı şəxsi tanımır və onun ümumiyyətlə elə bir qohumu yoxdur. O, X22 hadisədən əvvəl də bir neçə dəfə Bakı şəhərinə satış məqsədi narkotik vasitələr gətirmiş və onlar birlikdə həmin maddələrin satışını həyata keçirmişlər. Sonuncu dəfə 2018-ci ilin may ayının sonlarında X20 Bakı şəhərində görüşüb söhbət edən zaman sonuncu ona Bakı şəhərinə narkotik vasitə - heroin gətirməyi tapşırmış və hər bir qrama 25 manat pul verəcəyini bildirmişdir. Məhz postunda daxili orqanında aşkar olunmuş narkotik vasitəni X27 göstərişi ilə Bakı şəhərinə gətirmişdir. Əvvəlcədən aralarında razılaşdırdıqları plana əsasən narkotik vasitələri Azərbaycan Respublikasına keçirdikdən sonra ona telefonla məlumat verməli, bundan sonra xxx həmin gün axşam saatlarında Bakı şəhərinə gəlməli və metronun “28 May” stansiyasının yaxınlığında yerləşən S.Vurğun adına olan parkda görüşüb narkotik vasitələri ona verməli idi. Cinayət işi üzrə şahid qismində dindirilmiş X25 göstərmişdir ki, X5 aşkar edilmiş narkotik vasitəni Azərbaycan Respublikasına o, gətirsə də, bu işi Bahador tərəfindən təşkil edilmişdir. Yəni, narkotik vasitələrin daşınmasını və satışını təşkil edən əsas şəxs xxx olmuş, xxx isə yalnız onun tapşırıqlarını icra etmişdir. Bahador narkotik maddələri əsasən müxtəlif şəxslər vasitəsi ilə və müxtəlif yollarla Azərbaycana gətirilməsini təşkilə edərək sonradan özü həmin narkotik vasitələri əldə edib onların Bakı şəhərində satışını həyata keçirmişdir. Bir dəfə X1 zaman ondan narkotik vasitə satmasını istəyən zaman Bakı şəhərində narko tik vasitə olsa da, özü Azərbaycana gəlməyənədək narkotik vasitənin satışının həyata keçirilmədiyini bildirmişdir. Bununla da ona məlum olmuşdur ki, xxx olmadan narkotik vasitələrin nə Azərbaycana gətirilməsi, nə də satılması mümkün deyildir. İşin məhkəmə baxışı zamanı ***-***-**-** mobil telefon nömrəsinin X14 adına rəsmiləşdirilməsinə baxmayaraq həmin nömrənin X33 vətəndaşı X27 istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 xx xxxxxxx 2018-ci il tarixli 108-2-6/1434-18 nömrəli məktubuna əlavə edilmiş İİR-ə məxsus **********03 nömrəsindən 01.06 - xx.xx.2018-ci il dövrü ərzində Azərbaycan Respublikasına daxil olan və çıxan zənglərin açıqlamalarında n görünür ki, istifadəsində olmuş **********03 nömrəsindən X21 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edilərək xx.xx.2018-ci il saat 13.05-də 96 saniyə, xx.xx.2018-ci il saat 13.03-də 166 saniyə, xx.xx.2018-ci il saat 11.27-də 12 saniyə və həmin tarixdə saat 11.28də 106 saniyə, həmçinin ***-***-**-** nömrəsindən xx.xx.2018-ci il saat 13.37-də **********03 nömrəsinə zəng olunaraq 40 saniyə telefon danışığı aparılmışdır. Bununla yanaşı **********03 nömrəsindən X14 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 2018-ci iyun ayında 3 dəfə və həmin ilin iyul ayında 10 dəfə, həmçinin sonuncu nömrədən **********03 nömrəsinə 2018-ci iyun ayında 1 dəfə və həmin ilin iyul ayında 4 dəfə zəng edilməklə telefon danışıqları aparılmışdır. İnsan Hüquqları üzrə Avropa Məh kəməsinin “xxx Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “xxxx Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X26rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan ve rməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və X17 Haqqında Avropa” Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilmə lidir. Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, cinayətprosessual qanunvericiliyinin tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Göstərildiyi kimi, ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış, hökmdə və apellysiya instansiyası məhkəməsinin qərarında qanuna müvafiq şəkildə qiymətləndirilmiş sübutlar kifayət etmişdir ki, məhkəmələr X13 və X27 şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin - 255,405 qram narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd olunan narkotik vasitənin X27 təşkilatçılığı ilə X13 tərəfindən X15 Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirilməsi barədə mötəbər nəticəyə gəlsinlər. Bundan başqa, o da qeyd edilməlidir ki, apellyasiya instansiy ası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin kassasiya şikayətinin müəllifinin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, tərcüməçinin xidmətlərindən istifadə etmək, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamış, məhkumun əməlinin sübuta yetirilməməsi ilə bağlı kassasiya şikayətində irəli sürdüyü dəlillərin heç bir mötəbər əsa sı yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkum X27 heç br cinayət əməli törətməməsi barədə kassasiya şikayətində göstərdiyi dəlili əsassız olmaqla həmin şikayətin bu dəlilə, habelə sübutlara düzgün qiymət verilməməsinə dair dəlilinə əsasən təmin edilməsi mümkün deyil. Bununla yanaşı məhkəmə kollegiyası prosesssual qanunvericiliyin tələblərinə müvafiq olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq cinayət və ciayətprosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsini də yoxlayaraq və işin müəyyən edilmiş hallarından çıxış edərək vurğulamağı lazım bilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı X27 hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayət əməlləri məhkəmələr tərəfindən CM-nin 234.3.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, iş materiallarına, o cümlədən X4 ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstrilmədən verdiyi etirafedici ifadələrinə görə, narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsini məhz X27 tapşırmış, yəni bu əməllərin törədilməsini sonuncu təşkil etmiş, o, isə bu əməllərin icraçısı kimi onun tapşırığını yerinə yetirmişdir. Bu ifadələri təkzib edən başqa sübutlar istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilmədiyinə, digər tərəfdən isə işin obyektiv halları ilə də X27 qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı qismində iştirak etməsi sübuta yetirilmədiyinə görə (xxx xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən X27 orada olmaması, narko tik vasitələrin xxx bədəninə yeridilməsində iştirak etməməsi bunu deməyə əsas verir), digər tərəfdən xxxx narkotik vasitəni məhz X27 tapşırığı və təşkilatçılığı ilə Azərbaycana gətirməsi, sonuncunun bu vasitəni qəbul edəcəyini vəd etməsi araşdırılmış sübutlarla təsdiq olunduğuna görə, məhkəmə kollegiyası hesab edir ki, X27 qaçaqmalçılığın törədilməsi ilə bağlı əməllərinin hüquqi tövsifində həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr səhvə yol vermiş və qaçaqmalçılıq cinayətinin törədilməsində təşkilatçı qismində iştirak etmiş məhkumun əməlləri düzgün olmayaraq icraçı tərəfindən törədilmiş əməllər kimi qiymətləndirilib CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərinə istinad etməyi zəruri bilir. CM-nin 31-ci m addəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayıl ırlar. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq ma ddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birg ə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəf indən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qaçaqmalçılıq cinayətinin törədilməsinə dair yuxarıda şərh edilən faktiki hallara görə, xxx X7 xxx tərəfindən onda aşkar edilib götürülmüş narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində həmin cinayətin bilavasitə icraçısı qismində deyil, onun təşkil edilməsində iştirakçı kimi kimi iştirak etmişdir. Qaçaqmalçılıq işlərinə məhkəmələrə tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da t əqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası qaçaqmalçılığın törədilməsini təşkil etmiş məhkum X27 həmin epizod üzrə əməlinin CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.3, 206.3.2-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə məhkum X27 cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiya məhkəməsi məhkum X27 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməyə görə cəza təyin edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və onun cəzasını ağırlaşdıran halların iş üzrə müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək, hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, narkotik vasitələrin qabaqcadan əlbir olmuş bir qrüp şəxs tərəfindən qaçaqmalçılığı cinayətinin törədilməsində təşkilatçı qismində iştirak etmiş X27 əməlləri CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.3,206.3.2-ci maddəsinə tövsif edilməklə və ona həm bu maddələrlə ilə, həm də cinayətlərin məcmusu üzrə yeni qəti cəza təyin edilməklə adı çəkilən məhkumun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilməli, qalan hissədə isə həmin qərar dəyişdirilmədən saxlan ılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X27 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Narkotik vasitələrin qabaqcadan əlbir olmuş bir qrüp şəxs tərəfindən qaçaqmalçılığı cinayətinin törədilməsində təşkilatçı qismində iştirak etmiş X27 əməlləri CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.3,206.3.2-ci maddəsinə tövsif olunsun və ona həmin maddələr əsasında 5 (beş) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza CM-nin 66.3-ci maddəsinə əsasən X27 hazırki qərarla və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1005/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1005/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver