Məhkəmə qərarları › İş №1(102)-1005/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1005/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1005/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(103)-1550/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1996-cı il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Labinsk şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Krasnodar vilayəti, Mostovskiy rayonu, Besleneyevskaya kəndi, Çkalova küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla Rusiya Federasiyası, Krasnodar vilayəti, Labinsk şəhəri, Korotkiy küçəsi, ev 34 ünvanında yaşamışdır. 2. 03 iyun 2021-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 214-3.1, 218.2 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 iyun 2021-ci il tarixdə Bakı Ağır Ci nayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən, müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaradılmış «VoMA» («X6» - sağ qalmaq sənəti) adlandırılan cinayətkar birliyə (təşkilata) daxil olaraq xx.xx.2018-xx.xx.2018-ci, təkrarən xx.xx.2019xx.xx.2019-cu, təkrarən xx.xx.2019-xx.xx.2019-cu və təkrarən xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə Ermənistan Respublikasının Yerevan şəhəri ərazisində və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” 9 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanunun 11 və 12-ci maddələrinin, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 15-ci maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində, o, cümlədən Kəlbəcər rayonu ərazisində qanunla nəzərdə tutulmayan hərbi təlim düşərgələrində Azərbaycan Respublikası CM-nin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşni kov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-1261/2021 nömrəli hökmünə ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 2143.1, 218.2 və 318.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CMnin 214-3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 218.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altl) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 16 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə eyni zamanda, ekspertiza xərci və maddi sübutlar məsələsi həll edilmiş, həmçinin Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılması hökm edilmişdir.

6. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edən materialları əlavə etmə vəsat ətinə məhəl qoyulmamışdır. Naməlum səbəblərdən bu materiallarla bağlı təqsirləndirilən şəxsin ətraflı ifadələri hökmdə digərləri ilə bərabər əsaslarla təsvir olunmamışdır. Təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin üzərindən götürülməsini, ona bəraət verilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(103)-1550/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum Təqsirləndirilən şəxs oğlu kassasiya şikayətində qeyd etmişdir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti vasitəsilə barəsində məlumatların əldə edilib iş materiallarına əlavə edilməsi ilə bağlı çoxsaylı vəsatətlərinə baxılmamış, iş materiallarının obyektiv araşdırılması aparılmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanun pozuntusuna yol verilmiş və barəsində çıxarılmış qərarın rus dilinə tərcüməsinin ona verilməsi təmin edilməmişdir. Hesab edir ki, hüquqlarını və Azərbaycan Respublikasının mövcud qanunvericiliyini kobud şəkildə pozan hərəkətlər qanunsuzdur və son dərəcə yolverilməzdir. Məhkəmə ko llegiyasından xahişinin nədən ibarət olması kassasiya şikayətində göstərilməmişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(103)-1550/2021 nömrə li qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Məhkum Təqsirləndirilən şəxs hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

18. Məhkumun yuxarıda təsvir edilən əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların ü zərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 214-3.1, 218.2 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməlləri Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: şahid ifadələri, o cümlədən istintaq hərəkətlərinin aparılması haqqında protokollar, istintaqında tədqiq edilmiş sənədlər və iş üzrə toplanmış digər mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmiş, onun tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən e dilməmişdir.

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 214-3.1, 218.2 və 318.2-ci maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs əməllərində onlara ittiham edilən cinayətin tərkibinin olması, bu maddələrlə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci m addəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

20. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 214-3.1, 218.2 və 318.2-ci maddələri ilə tövsif edilməsi, bu maddələrlə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şü bhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh olunduğundan, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

21. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində qaldırdığı, aşağı instansiya məhkəmələri tərəfindən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətindən onun barəsində məlumatların əldə edilməsinə aid verdiyi vəsatətlərin təmin edilməməsi ilə bağlı qaldırdığı məsələyə gəldikdə, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, 6-cı maddənin 1-ci bəndi məhkəmələr üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, bu vəzifə hər bir qaldırılan məsələnin ətraflı cavablandırılmasını tələb edən şərt kimi başa düşülməməlidir (Kikabidze Gürcüstana qarşı, № 57642/12, § 62, 16 noyabr 2021-ci il). Qərarların əsaslandırması vəzifəsinin tətbiqi dərəcəsi onların mahiyyətindən asılı olaraq fərqli ola bilər və işin halları nəzərə alınmaqla müəyyən edilməlidir (Zayidov Azərbaycana qarşı (No.2), № 5386/10, § 91, 24 mart 2022-ci il). Hazırki halda isə kassasiya şikayətinin müəllifi aşağı instansiya məhkəmələri tərəfindən verilən vəsatətlərin təmin edilməməsindən şikayətlənsə də, həmin vəsatətlərin nə dərəcədə əsaslı olduğunu və təmin edildiyi halda baxılan cinayət işinin nəticəsinə necə təsir edə biləcəyini təsvir etməmi şdir. Bu səbəbdən məhkəmə kollegiyası hazırki kassasiya şikayətini həmin hissədə əsassız hesab edir.

22. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının rus dilinə tərcüməsinin ona verilməməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə əlavə edilmiş və məhkum Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmış məktubdan müəyyən olduğu kimi, o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(103)-1550/2021 nömrəli qərarının rus dilinə tərcümə edilmiş surətini 14 mart 2022-ci il tarixdə almışdır.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma c inayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya lə ğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(103)-1550/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 05 oktyabr 2021-ci il tarixli, 1(103)-1550/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar