Məhkəmə qərarları › İş №1(102)-1005/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1005/2023

31.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1005/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşamış, hal-hazırda həbsd ə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili İskəndərov Coşqun İbad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.M. Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 5 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 6 may 2021-ci il tarixli hökmü dəyişdirilərək, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 9 (doqquz) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), Ş.Y.Yusifov və İ.Ə.Rəcəbov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 6 may 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tə yin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) aya endirilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 05 iyun 2020-ci il tarixdə saat 14.30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və o rada saat 16:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ rəngli sellofan paketin içərisində olan bir ədəd polietilen bağlamada külli miqdarda - 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum haqqında olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin həmin iş üzrə 07 iyun 2022-ci il tarixli qərarında göstərilən və təqsirləndirilən şəxs Məhkum təqsirli olub-olmamasının müəyy ən edilməsi üçün yoxlanılmasının zəruri olduğu bir sıra halları araşdırmamış, bununla əlaqədar müdafiə tərəfinin vəsatətlərini təmin etməmişdir. O cümlədən: -Məhkum polis işçiləri tərəfindən tutulması zamanı onunla birlikdə olmuş və tutularaq polis idarəsinə gətirildikləri iddia olunan şahidlər X11 və X5 məhkəməyə dəvət edilərək dindirilməsi barədə verilən vəsatət təmin edilməmişdir. Həmin şəxslərin birinci instansiya məhkəməsi tərəfindən dindirilməsinə baxmayaraq onların təkrar dindirilməsi ona görə zəruri idi ki, polis işçiləri Şahid3 və Şahid1 həmin şəxsləri Məhkumlə birlikdə polis idarəsinə gətirilməsini inkar edirlər. -Təqsirləndirilən şəxs Məhkum ifadəsindən görünür ki, onun tutulması və üzərində axtarış aparılması zamanı polis işçiləri Şahid3 və Şahid1 iştirak etməmişlər, həmçinin, üzərində axtarış xx.xx.2020-ci il tarixdə saat 16 radələrində deyil, gecə saatlarında aparılmışdır. Axtarış zamanı vəkil Aqil Azadov da iştirak etməmişdir. Bununla əlaqədar qeyd olunan şəxslərin istifadəsində olan mobil telefonların anten məlumatlarının götürülməsinə dair müdafiə tərəfinin verdiyi vəsatət də əsassız olaraq təmin edilməmişdir. -Şahidlər X11 və X5 polis idarəsinə gətirilmələrinə dair ifadələrinin doğru olubolmamasının yoxlanılması məqsədi ilə onların istifadəsində olan mobil telefonların anten məlumatlarının götürülməsinə dair müdafiə tərəfinin verdiyi vəsatət də əsassız olaraq təmin edilməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum təqsirliliyini təsdiq edən sübutlar iş materiallarında yoxdur və ona görə də onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilm əsinə dair qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışını n predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azər baycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 23 4.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan c inayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qey rilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərini n nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum 5 iyun 2020-ci il tarixdə tutularkən üzərində aşkar edilmiş külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinə görə verilmiş ittihamlar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə: -“Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 05 iyun 2020-ci il tarixdə saat 14.30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada saat 16:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ rəngli sellofan paketin içərisində olan bir ədəd polietilen bağlamada külli miqdarda - 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.” İbtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum elan olunmuş ittihamda təqsirli olması nəticəsinə gələrkən əsasən onun ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrinə və onun tutulmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə istinad etmişlər. Belə ki: - təqsirləndiri lən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə göstərmişdir ki, təxminən 2-3 ildir ki narkotik vasitə sayılan heroindən gündəlik 5-6 qram folqada yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Qəbul etdiyi narkotik vasitə olan heroini Bakı şəhərində müxtəlif şəxslərdən almışdır. O, X10lə birlikdə 8-ci kilometr bazarında heroindən istifadə etmişdir. 2-3 gündən bir bazara gəlirdi. X10 ona təklif etmişdir ki, onda təxminən 4-5 kiloqram heroin var, onu satıb yaxşı gəlir əldə etmək olar....O, da X10ə həmin narkotik vasitəni ona verməsini, satdıqdan sonra pulunu verəcəyini bildirmişdir... ona sonradan çəkisinin 4 kiloqram olduğu məlum olan narkotik vasitə heroini gətirmişdir.... həmin narkotik vasitənin 2 kiloqramın ı bir nəfərə, 1 kiloqramını isə başqa bir şəxsə satmışdır... qalan 1 kiloqram narkotik vasitə heroini isə o yenidən Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında 1 həftə əvvəl təsadüfən tanış olduğu, lakin adını bilmədiyi və yalnız üzdən tanıdığı şəxsə... malın keyfiyyətindən asılı olaraq 5.000-7.000 manat arasında satacaqdır.... həmin malı satmaq üçün gələrkən bazarın yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. - şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 05 iyun 2020-ci il tarixdə “Məhkum” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlum at əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Məhkum” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmiş, Məhkum yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əm əliyyat tədbirlər nəticəsində Məhkum Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanın yaxınlığında olması müəyyən edilmiş və Məhkum xx.xx.2020-ci il tarixdə saat 14:30-da yuxarıda qeyd etdiyi ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Məhkum etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə getmişdir. Baş İdarədə Məhkum müdafiəçi təqdim edilmiş, sonra Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və üzərində külli miqdarda satış məqsədi ilə narkotik vasitə əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra Məhkum təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkum təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum sağ əlində tutduğu, ağ rəngli sellofan paketin içində olan 1(bir) ədəd bükümü təqdim etmişdir. Həmin 1(bir) ə dəd bükümün içindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, sellofan paketin içindən isə 2(iki) ədəd led lampalar aşkar olunub stolun üzərinə qoyulmuşdur. Sonra Məhkum üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “SAMSUNG” markalı, qara rəngli mobil telefonu və 10 manatı təqdim etmişdir. İçində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1047(min qırx yeddi) qram olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, Məhkum, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “SAMSUNG” markalı, qara rəngli mobil telefon, bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülm üşdür. 2(iki) ədəd led lampalar, 1(bir) ədəd ağ rəngli sellofan paket və 10(on) manat təhqiqatçı tərəfindən Məhkuma geri qaytarılmışdır. Məhkum təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, təqdim etdiyi, içində narkotik vasitə heroin olan bükümün özünə məxsus olduğunu, 4-5 ay əvvəl Sabirabad rayon sakini “X10” adlı şəxsdən təxminən 4 kq heroin əldə etdiyini, 3 kq heroinin bir qismini özünün istifadə etdiyini, bir qismini isə müxtəlif şəxslərə sataraq təxminən 3000-5000 manat qazandığını, həmin bükümü üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsə 5000-7000 manata satmaq üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisinə gəlmişdir. Sonra axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və iştirakçıl ar tərəfindən imzalanmışdır. -şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. -Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Məhkum həmin gün saat 14:30-da Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. -Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci ildə saat 16-00-dan saat 16-16-dək Məhkum üstündə BNMİ-nin Təhqiqat İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən müdafiəçinin və DİN-nin BNMİ əməliyyat müvəkkilləri - Şahid2, Şahid3 və Şahid1 iş tirakları ilə axtarış aparılmış, Məhkum sağ əlində tutduğu, ağ rəngli sellofan paketin içində olan 1 ədəd bükümü təqdim etmiş, həmin 1 ədəd bükümün içində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə, sellofan paketin içində 2 ədəd led lampalar, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu və 10 manat pul aşkar olunaraq götürülmüşdür. -Cinayət işinin 1-ci cild 134-ci vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş 27 avqust 2020-ci il tarixli, 13148 saylı məktuba əlavə olunmuş 1 ədəd özündə telefon danışıqları barədə məlumatları əks edən CD diskə baxış keçirilməsi haqqında 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan Məhkum istifadəsində olmuş ******-**-** saylı mobil nömrəsinin m əlumatlarında, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmiş, lakin istintaq marağı kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. -Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş 15 sentyabr 2020-ci il tarixli məktuba əlavə olunmuş 1 ədəd özündə telefon danışıqları barədə məlumatları əks edən CD diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin məlumatlarında, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmiş, lakin istintaq marağı kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. -Birinci instansi ya məhkəməsinin istintaqı zamanı isə Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən almışdır. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polislər tərəfindən saxlanılan gün evin təmiri üçün lazım olan malları almaq məqsədi ilə usta və taksi sürücüsü ilə birlikdə 8-ci kilometr bazarına getmişdir. Həmin gün evdən çıxarkən üzərində bir qrama yaxın heroin və 500 manat pul olmuşdur. Ona lazım olan lampaları və digər elektrik avadanlıqları alıb bazardan çıxdıqdan sonra polis əməkdaşları onu saxlanmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt onun üzərində 1047 qram çəkisi olan heroin olmamış, üzərində 1 qram a yaxın heroin olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Polislərin təzyiqi nəticəsində 1 kq çəkisi olan heroinin üzərində tapıldığını qeyd etmiş, sənədlərə təzyiq nəticəsində oxumadan imza etmişdir. 8-ci km-də olan bazara gedərkən heç kimlə narkotik vasitənin satışı ilə bağlı danışmamış, oraya təmir üçün mal almaq məqsədi ilə getmiş və 250 manata lazım olan avadanlıqları almışdır. O, saxlanılarkən yanında onunla birlikdə bazara gəlmiş X5 adlı usta və X11 adlı sürücü olmuşlar. X5 və X11i də şübhəli şəxslər kimi polis idarəsinə aparıb, sonra sərbəst buraxmışlar. Polis əməkdaşlarından Şahid2 tanıyır, 6-7 il əvvəl onu polis idarəsinə şübhəli şəxs kimi dəvət etmiş və sonra sərbəst buraxmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırma zamanı verdiyi i fadələrlə, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsinin arasında kəskin fərqlər mövcuddur. Bu fərqlər həm aşkar edilmiş narkotik vasitələrin Məhkum məxsus olubolmaması ilə, həm də onun polis işçiləri tərəfindən tutulma şəraitinin iş materiallarında sənədləşdirilmiş vəziyyətinin gerçəkliyi əks etdirib-etdirməməsi ilə bağlıdır. Ona görə də məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəsində irəli sürdüyü dəlillərin yoxlanılması üçün istintaq hərəkətlərinin aparılması zəruri idi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum məhkəmədə verdiyi ifadəsinin yoxlanılması məqsədi ilə heç bir tədbir görülmədən onun ibtidai araşdırma zamanı verdiyi qismən etiraf edici ifadəsi və əməliyyatı keçirmiş polis əməkdaşlarının dindir ilməsi ilə kifayətlənilərək onun əməlini Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsinə tövsif edərək ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, tutulan zaman üzərində narkotik maddə olmamışdır. Ona görə apelyasiya şikayətində əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini istəmişdir. Narkotik maddəyə gəldikdə isə olanda əvvəllər istifadə edirmiş. Belə ki, o, Türkan qəsəbəsində yaşamışdır. Hadisə günü səhər saat 09-dan çıxıb əvvəlcə Dərnəgülə, sonra isə material almaq üçün 8-ci kilometr bazarına getmiş, saat 12–12:30-da bazara çatmışdır. O, bazarda 240 manatlıq əşya almışdır. Orada olarkən əməliyyatçı Şirəli ona yaxınlaşıb əlin dən tutmuşdur. Polislər əlində olan həmin əşyalarla birlikdə onu polis idarəsinə gətirmişlər. Həm də onu yaxınlıqda olan polis idarəsinə yox, Badamdara aparmışlar. Orada onların öz vəkilləri gəlmiş və videoçəkiliş aparmışlar. Əgər onun üzərində narkotik vasitə olsaydı, həmin gün onunla olan X5 və X11 adlı şəxslər də bunu görərdi və məhkəmədə bunu deyərdilər, amma belə ifadə verilməmişdir. Üzərinə baxış keçiriləndə 3 nəfər iştirak etmişdir və onlardan təkcə «Şirəli» adlı şəxsi tanımışdır. O, Şirəlini çoxdan, tutulmamışdan əvvəl bir dəfə görmüşdür. Belə ki, Şirəli Bakı şəhəri Baş Polis İdarəsində işləyəndə onu nəşə çəkməsinə görə polisə dəvət etmişdir. O, Bakı şəhəri Baş Polis İdarəsində ancaq «Zaur» adlı şəxslə söhbət etmiş, ondan nəşə çəkib-çəkməməyi barədə soruşanda istifadəçi olduğunu de miş, sonra ordan sərbəst buraxılaraq çıxıb getmişdir. İstintaq zamanı onun adından qeyd olunan ifadə ilə razı deyildir. İfadənin altındakı yazı və imza onun özünə aiddir, amma ona təzyiq göstərildiyindən imzanı icra etmişdir. Ona oğlunu da polisə gətirdiklərini, əgər ifadəyə qol çəkməsə oğlunu tutacaqlarını dediklərindən o da sənədləri oxumadan imzalamağa məcbur olmuşdur. Tutulduqdan sonra döyülmüş, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində başını partlatmışlar. Xəsarət aldıqdan sonra 2 (iki) gün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, ümumi olaraq «narkobiznes» və «banditizm»də isə 5-6 gün qalmış, sonra isə Bakı İstintaq Təcridxanasına aparılmışdır. İstintaq Təcridxanasında həkimlərə döyüldüyünü demiş, lakin heç bir y erə şikayət verməmişdir. Birinci instansiya məhkəməsi barəsində qanunsuz hökm çıxarmış və nəyə görə tutulmasının səbəbini bilmir. O, istintaq zamanı verdiyi ifadəni imzalamağa məcbur edilmiş, savadı olmadığından təsir və təzyiqə məruz qaldığı barədə heç bir yerə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 onu hadisə vaxtı tutan şəxslərin içərisində görməmişdir. İş materiallarından görünür ki, Məhkum müdafiəçisi tərəfindən birinci instansaiya məhkəməsi qarşısında X11 və X5 dindirilməsi barədə vəsatət qaldırarkən həmin şəxslərin izahatlarını vəsatətə əlavə etmişdir. X5 və X11adından yazılmış həmin izahatlarda göstərilmişdir ki, hadisə günü saat 10:30-da onlar Məhkumla Türkan qəsəbəsində görüşmüş, lazım olan tikinti və elektrik mallarını almaq üçün əvvəlcə Dərnəgül, sonra isə 8-km bazarlarına getmişlər. Məhkumla görüşən anda sonuncunun əlində heç bir əşya, bağlama və ya çanta olmamışdır. Cinayət işinin 1-ci cild 294-cü vərəqəsində olan şahid X5 verdiyi izahatda həmçinin göstərmişdir ki, Məhkum uzun illərdir ki tanımış, 5 iyul 2020-ci il tarixdə saat 10:30 radələrində Məhkum və X5lə Türkan qəsəbəsində görüşmüş, Məhkumla görüşən anda onun əlində heç bir əşya, bağlama, paket və ya çanta olmamışdır. Bundan sonra idarə etdiyi «Hyundai» markalı avtomobildə müxtəlif tikinti materiallarını və alətlərini almaq üçün əvvəl Dərnəgül inşaat bazarına gedib orada lak, fırça, rolik və s. inşaat materialların almışlar, sonra isə 8-ci km inşaat bazarına gedib orada saat təxminən 12:30-da olmuşlar. 8-ci km inşaat bazarından elektrik malları (spot, «vklüçatel», «rozetk a») alıb geri dönəndə, pilləkanda onlara polis əməkdaşları yaxınlaşıb saxlamışlar və üçünü birlikdə Məhkumın aldığı mallarla birlikdə Narkotiklərlə Baş Mübarizə İdarəsinə aparmışlar. Orada Məhkumı onlardan ayırıb başqa otağa aparmışlar, o isə X5lə birlikdə təxminən 2-3 saatadək polis idarəsində qaldılar.Məhkumla birlikdə polisə gətirilərkən onun əlində aldıqları mallardan başqa heç nə yox idi. Sonra isə onları evə buraxıb dedilər ki, Məhkum polis idarəsində qalacaqdır. Həmçinin, qeyd etmişdir ki, onlar inşaat bazarlarında olanda Məhkuma heç kim yaxınlaşmayıb və ona heç bir paket, bağlama və sair əşya verməmişdir. Həmin gün onlar Qara Qarayev prospekti, 81 saylı ünvanın yaxınlığında olmamışlar. Cinayət işinin 1-ci cild 296-cı vərəqəsində olan şahid X6 izahatında göstərilmişdir ki, Məhkum və X7 uzun illərdir ki, tanımışdır.Məhkumın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkum birinci ailəsinin Türkan qəsəbəsində yerləşən evinin təmirini görməklə məşğul olurdu, ona həmin işdə kömək edərək usta kimi bəzi təmir işlərini o də görürdü. X11 isə inşaat materiallarının və alətlərin alınması üçün özünə məxsus «Hyundai» malkalı avtomobildə onları inşaat bazarlarına aparırdı və gətirirdi. 5 iyul 2020-ci il tarixdə saat 10:30 radələrində Məhkum və X11lə Türkan qəsəbəsində görüşmüşlər, Məhkumla görüşən anda onun əlində heç bir əşya, bağlama, paket və ya çanta olmamışdır. Bundan sonra, X11in idarə etdiyi «Hyundai» markalı avtomobildə müxtəlif tikinti materiallarını və alətlərini almaq üçün əvvəl Dərnəgül inşaat bazarına gedib orada lak, fırça, rolik və s. inşaat materialların almışlar, sonra isə 8-ci km inşaat bazarına gedib orada saat təxminən 12:30-da olmuşlar. 8-ci km inşaat bazarından elektrik malları (spot, «vklüçatel», «rozetka») alıb geri dönəndə, pilləkanda onlara polis əməkdaşları yaxınlaşıb saxlamışlar və üçünü birlikdə Məhkumın aldığı mallarla birlikdə Narkotiklərlə Baş Mübarizə İdarəsinə aparmışdılar. Orada Məhkumı onlardan ayırıb başqa otağa apardılar, o isə X11lə birlikdə təxminən 2-3 saatadək polis idarəsində qalmışdır. Məhkumla birlikdə polisə gətirilərkən onun əlində aldıqları mallardan başqa heç nə yox idi. Sonra isə onları evə buraxıb dedilər ki, Məhkum polis idarəsində qalacaq.Həmçinin, qeyd etmişdir ki, onlar inşaat bazarlarında olanda Məhkuma heç kim yaxınlaşmayıb və ona heç bir paket, bağlama və sair əşya verməmiş dir. Həmin gün onlar Qara Qarayev prospekti, 81 saylı ünvanın yaxınlığında olmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Məhkum ilə qonşudurlar. 05 iyun 2020-ci il tarixdə idarə etdiyi avtomaşın ilə usta X5i və Məhkumı Dərnəgülə daha sonra 8-ci kilometr bazarında yerləşən təmir materialları satılan bazara aparmışdır. Dərnəgüldən müxtəlif növ inşaat materialları almışlar. 8-ci kilometr bazarında alış-verişləri bir saat çəkmişdir. Bazardan çıxanda iki nəfər mülki geyimdə olan şəxslər hərəsi Məhkumın bir qoluna girərək söhbət edə-edə onu maşına otuzdurub aparmışlar. Daha sonra X5i və onu da digər maşına əyləşdirib Badamdar qəsəbəsində yerləşən polis idarəsinə aparmışlar. Onlar polisə həm ayrı-ayrı maşınlarda aparılmışlar, həm də ki, idar ədə ayrı-ayrı otaqlarda saxlanılmışlar. Məhkumı və onların hansı səbəbə idarəyə aparıldıqlarını bilməmişlər. X5lə onu təxminən 4-5 saat orada saxlayandan sonra sərbəst buraxmışlar. Həmin gün inşaat bazarında Məhkumın kimdənsə büküm almasını və ya kiməsə verməsini görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, qapı-pəncərə ustasıdır. Məhkum Türkan qəsəbəsində yerləşən evində təmir işləri aparmışdır. 05 iyun 2020-ci il tarixdə Məhkum və o, qonşuluqda yaşayan X11in avtomobili ilə Dərnəgülə daha sonra 8-ci kilometrdə yerləşən inşaat bazarına təmir üçün lazım olan materialları almağa getmişlər. Onlara lazım olan təmir materiallarını almış və bazardan çıxanda iki nəfər şəxs mülki geyimdə Məhkuma yaxınlaşmış və hərəsi onun bir qoluna girərək avtomo bilə əyləşdirib aparmışlar. Daha sonra X11i və onu də digər maşına əyləşdirib Badamdar qəsəbəsində yerləşən polis idarəsinə aparmışlar. X11lə onu təxminən 4-5 saat orada saxlayandan sonra onları sərbəst buraxmışlar. Həmin gün inşaat bazarında Məhkumın kimdənsə büküm almasını və ya kiməsə verməsini görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxs Məhkum və şahidlər X5 və X11un ifadələrində göstərdikləri xüsusatlar araşdırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli telefonların danışıq cədvəlləri götürülsə də, müstəntiq tərəfindən "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş disklərdə iş üçün əhəmiyyət kəsb edən məlumatları n olmamasına dair formal tərtib olunmuş protokollarla kifayətlənilmişdir. (cild 1, vərəqə 134, 136) Halbuki, həmin disklərdə olan məlumatların tədqiq olunması ilə 05 iyun 2020-ci il tarixdə Məhkum ifadəsində qeyd olunduğu kimi onun Bakı şəhərinin Dərnəgül adlandırılan ərazisində olub-olmadığını müəyyən etmək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şahidlər X5 və X11un da istifadəsində olan telefonların məlumatlarını müvafiq operatorlardan sorğu verib əldə edərək yoxlamaqla onların həmin gün Məhkumlə birlikdə hərəkət edib-etməmələrini müəyyən etməli idi. Bu istintaq hərəkətlərinin edilməsi ona görə zəruri idi ki, 05 iyun 2020-ci il tarixdə Məhkum ilkin ifadələrində göstərdiyi kimi, narkotik satmaq məqsədi ilə Türkan qəsəbəsindən birbaşa 8-ci k m qəsəbəsinə görüşməli olduğu müştərisinə doğru gəlməsinin, yaxud məhkəmə baxışında verdiyi ifadəsinin həqiqəti əks etdirib-etdirmədiyi müəyyən edilsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şahidlər X11un və X5 polis işçiləri tərəfindən tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmalarına dair verdikləri ifadələr də araşdırılmamışdır. Həmin xüsusatların araşdırılması Məhkum tutulması və üzərində narkotik vasitələrin aşkar edilməsi ilə polis işçiləri tərəfindən tərtib edilmiş sənədlərin gerçəkliyi əks etdiribetdirmədiyinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarı la bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2022-ci il tarixli qərarı ilə həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin təkrar baxışı zamanı Ali Məhkəmənin Cinayət Kollegiyasının qeyd olunan qərarında yoxlanılmasını zəruri hesab etdiyi xüsusatlar araşdırılmamış, Məhkum tutulmasında iştirak etmiş polis işçilərinin təkrar dindirilməsi ilə kifayətlənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin kifayət qədər araşdırma aparmadan, təqsirləndirilən şəxsin tutulması və üzərində axtar ışın aparılması zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasını, şəxsin qanunla qorunan hüquqlarının təmin edilib-edilməməsini araşdırmadan gəldiyi həmin nəticəni əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştira k edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.

15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəm əsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üç pilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekun laşmasına mənfi təsir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir. Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilm əməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirlən dirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzr ə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar