Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1005/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi – “XXX10” Vəkil Bürosunun vəkili Müdafiəçi9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim S.A.Məmmədzadə, hakimlər Ə.İ.Məmmədov və T.Q.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1990-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan4-də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplan ılmaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1, 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəç i hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti, habelə digər məhkumlar barəsində verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi9 kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tanışı Azərbaycan Respublikası vətəndaşı X3, sonuncunun tanışları Təqsirləndirilən şəxs3, XX15 vətəndaşı Təqsirləndirilən şəxs1, XX16 vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən XX15nda əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi,XX15ndan Azərbaycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü X4in göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında cinayə tkar qrupun həmin vaxtXX15nda olan üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İranda qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “XXX14” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrıayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda - 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda - 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədəd sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdar - 104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddənin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tam ah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “XX26” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqəsindən kənarda, XX17nın N nömrəli hərbi hissəsinin 24- cü sərhəd zastavasının (“XX12” sərhəd zastavası) xidməti ərazisindənXX15ndan Azərbaycan Respublikasının ünvan17 XX12 kəndi ərazisinə qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra cinayətkar qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəza rət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin həmin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid7 ünvan12 XX12 kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid7 sözügedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “XX28” markalı, **-xx xx xx -*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı ünvan6na yola salmış, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 isə öz növbəsində əldə olunmuş razılığa uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı gətirdikləri külli miqdarda narkotik vasitə və psixotr op maddə, həmçinin güclü təsir edən maddələrlə birgə ünvan11 ərazisində qarşılayaraq cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “XX18” markalı, xx-xx-xx dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirməklə sözügedən maddələrin qanunsuz daşınmasını davam etdirmiş, Məhkum cinayətkar qrupun külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu iləXX15ndan Azərbaycan Respublikasına daşınması və qanunsuz dövriyyəsinin təşkil edilməsindən ibarət vahid və ümumi cinayətkar niyyətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirməklə həmçinin, dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Bakı şəhərində yerləşən evind ə gizlətməsi ilə bağlı qabaqcadan verdiyi vədə uyğun olaraq 11 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı gətirdikləri sözügedən maddələrin yerləşdirildiyi çanta ilə birgə qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilinə aparmış, orada cinayətkar qrupun üzvü X4 və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmaya n alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, onlardan tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həbi və 0,058 qram metamfetamin psixotrop maddəsini Məhkum tamah və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin gün saat 23:50 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs3 həmin ünvanı tərk etmiş, 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə Məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birgə sözügedən maddələrin yerləşdirildiyi çantanı da götürərək həmin ünvandan çıxmış, idarə etdiyi “XX19” markalı, **-xx-xx-xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı ünvan7 ə razisində olan “XX21” otelinə aparmaqla qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələri nəqliyyat vasitəsində qanunsuz daşıyaraq onları hoteldə yerləşdirmiş, bununla da o, qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq cinayətkar qrup halında öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, XX24nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə saat 12 radələrində ünvan9ndə yerləşən “XX25” marketin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış və XX28nin inzibati binasına gətirilmiş, orada keçirilmiş yoxlamalar zamanı üzərində “XX26” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda - 415 qram metamfetamin psixotrop maddəsi, külli miq darda - 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdar - 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaq-əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə Məhkum saxlanılmış, şəxsi axtarış zamanı üzərindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “XX29” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək ondan götürülmüşdür. Kassas iya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilibqiymətləndirilməmiş, o cümlədən ittiham hökmü ibtidai istintaqda Məhkum əleyhinə ifadə vermiş, lakin məhkəmədə dindirilməyən Şahid8 ifadəsi ilə əsaslandırılmış, məhkəmədə Məhkum lehinə ifadə vermiş digər təqsirləndirilən şəxslərin və Məhkum özünün ifadələri isə - əksinə hökm çıxarılarkən nəzərə alınmamışdır. Bu səbəbdən, məhkəmələr işin həqiqi hallarına uyğun olmayan nəticələrə gələrək, qanuni əsaslar olmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilib, ağır cəzaya məhkum etmişlər. Halbuki, müdafiəçinin mövqeyinə görə Məhkum narkotik vasitələrin, psoxotrop maddələrin və bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsi ilə əlaqədar heç kimlə qabaqcadan əlbir olmamış və həmin cinayətlərin törədilməsində heç bir şəkildə iştirak etməmişdir. Eləcə də onun narkotik vasitə, psioxotrop maddə və ya bunlara aid olmayan güclü təsir edən maddələri satmaq kimi məqsədi olmamışdır. O, müstəsna olaraq həmin vasitə və maddələri özləri ilə gətirmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı 11 yanvar 2022-ci ildə qarşılamış və qısa müddət ərzində evində saxlayıb, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətmələrindən şübhələndikdən sonra elə həmin gecə özündən kənarlaşdırmaq üçün o telə aparmışdır. Bu səbəblərə görə müdafiəçi hesab edir ki, Məhkum əməlləri satış məqsədi olmaqdan psixotrop maddə saxlama və başqa şəxslərin ağır cinayət törətmələrini bilib bu barədə xəbər verməmə kimi, müvafiq olaraq Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə tövsif olunmalı idi. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrindən 234.1 və 307.1-ci maddələrinə tövsif edilməsinə dair yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə təqsirli bilindiyini, halbuki onun əməllərinin Cinayət Məcəlləsinin 307.1 və 234.1-ci maddələri ilə - ağır cinayət barədə bilib xəbərə verməmə və satış məqəsdi olamadan psixotrop maddə saxlama kimi tövsif edilməli olduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə tövsif edilməsinə dair qərarın çıxarılması barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası m üdafiəçinin kassasiya şikayəti ilə əlaqədar Məhkum münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-cü maddələri ilə təqsirli bilindiyini iddia etməklə, bu qənaətini və ondan irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum əməllərinin Cinayət Məcəlləsinin həmin maddələrindən CM-in 234.1 və 307.1-ci maddələrinə tövsif edilməsi barədə tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyas ı məhkəməsini məhkəmə qərarlarında təsvir edilən faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassas iya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş, məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməllərində Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olmasına baxmayaraq, Məhkum barəsində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyasının kassasiya şikayətində qaldırılan hüquqi məsələlərə dair nəticələrin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaş dığı faktiki hallar üzərində qurulmasının mümkünlüyü və məhz onlardan çıxış etməklə həll edilməli olması barədə qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum və onun müdafiəçisi tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürülmüş və məhkəmələr həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdırıb hazırkı iş üzrə cinayət prosesinin gedişində cinayət-prosessual qanunun tələblərinin, o cümlədən sübutlar və sübutetmə, təqsirləndirilən şəxsin prosessual hüquqlarına dair müddəalarının pozulmasına yol verilmədiyini müəyyən edib, Məhkum hərəkətlərinin faktiki məzmunundan, habelə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəaları ndan çıxış edərək, Məhkum hərəkətlərində məhz CM-in 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, qeyd olunan maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən əməllərin CM-in 307.1 və 234.1-ci maddələri ilə tövsif edilməsi üçün əsasların və yaxud CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticələrə gəlmişlər. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq həyata keçirilmiş, Məhkum cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılm ası zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən məhkəmə istintaqının gedişində tədqiq olunmayan və ya yolverilməz olan sübutlardan istifadə olunmamış, onlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmunlarına uyğun olaraq əsaslandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının gedişində cinayət prosesi tərəflərinin məhkəmə baxışına təqdim etdikləri bütün sübutlar bir-biri ilə və Məhkum özünün məhkəmədə verdiyi, başqa şəxslərlə birgə narkotik vasitələrin, psixotrop maddələrin və bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsini inkar edən məzmunda olan (yalnız 11 yanavr 2022-ci ildə onun evində olduqları vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 un cinayət törətmələrindən şübhələnib xəbər verməməsinə dair) ifadəsi ilə obyektiv müqayisə edilmiş və bu cür obyektiv müqayisə nəticəsində əldə olunmuş, o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 un ifadələrində verdikləri cinayətlərin təşkilatçısı X18in “malları” (cinayətlərin predmetləri ni)XX15ndan Azərbaycan Respublikasına keçirdikdən sonra onları Məhkum qarşılayacağını və Bakı şəhərindəki evində yerləşdirəcəyini əvvəlcədən bildirməsinə dair məlumatlar; Təqsirləndirilən şəxs3 ifadəsində verdiyi taksi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 u özləri ilə gətirdikləri əşyalarla (cinayətlərin predmetləri ilə) birlikdə ünvan15ndan Bakı şəhərinə gətridikdən sonra burada onları əvvəlcədən razılaşdıqları kimi Məhkum qarşılayıb mənzilində yerləşdirməsinə dair məlumatlar; müvafiq yerlərdə quraşdırılmış videokameralardan götürülmüş videogörüntülərə baxış keçirilməsi haqqında 25 yanvar, 27 yanvar, 16 fevral, 17 fevral 2022-ci il tarixli protokollarda əksini tapmış Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 un və Təqsirləndirilən şəxs3 olduğu “XX19” (“XX19”) markalı avtomobilin (taksinin) 11 yanvar 2022-ci ildə saat 20.22-də Bakı şəhərində Məhkum yaşadığı binanın qarşısında dayanması və həmin şəxslərin Məhkum tərəfindən qarşılanıb evinə aparılması, 12 yanvar 2022-ci il tarixə keçən gecə saat 00.49-da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 un Məhkumla birlikdə binadan çıxması və saat 01.16-da birlikdə Məhkum idarə ediyi “XXX15” markalı avtomobildə otelə gəlmələri və özləri ilə əşyalarını (cinayətlərin predmetlərini) gətirmələri, oteldə Məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 u əşyaları ilə birlikdə otelin otağında yerləşdirməsinə dair görüntülər; Məhkum mobil telefonundakı məlumatlara baxış nəticəsində aşkarlanmış 11 yanvar 2022-ci ildə onunla cinayətin digər iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs3 arasında olan əlaqələrə dair məlumatlar; əşyanın (Şahid8 11 yanvar 2022-ci ildə narkotik vasitələri çəkmək üçün Məhkum sonuncunun xahişi ilə verdiyi əşya kimi tanıdığı elektron tərəzinin) tanımaya təqdim edilməsi haqqında 12 may 2022-ci il tarixli protokolda əksini tapmış məlumatlar; Məhkum üzərinə şəxsi axtarış keçirilməsi və aşkarlanmış 3 ədəd həbin götürülməsi haqqında 21 yanvar 2022-ci il tarixli protokol, həmin əşyalara və Məhkum idarə etdiyi “xxx21” markalı avtomobilə baxış keçirilməsi və metamfetamin psixotrop maddəsinə bənzər hissəciklərin götürülməsinə, onlara baxış keçirilməsinə dair 21 yanvar 2022-ci il tarixli protokollar; cinayətin digər iştirakçılarından cinayətlərin predmetlərinin götürülməsinə dair protokollar; götürülmüş vasitə və maddələrin hazırki qərarın “İşin halları” bölməsində göstərilən a dda və miqdarda narkotik vasitə, psixotrop maddə və bunlara aid olmayan güclü təsir edən maddə olmasına dair məhkəmə ekspertizalarının rəyləri və digər sübutlarda əksini tapmış, bir-biri uzlaşan məlumatlar əsasında Məhkum qarşı irəli sürülmüş ittihamın sübuta yetirildiyi, onun ifadəsində verdiyi məlumatların isə həqiqiəti əks etdirmədiyi müəyyən olunmuşdur. Eynilə, məhkəmə iclasında bilavasitə dindirilməyən Şahid8 Məhkum əleyhinə olan (onun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməllərini ifşa edən) ibtidai istintaq zamanı verdiyi ifadəsi də CPM-in 329.1-ci maddəsinə müvafiq olaraq (şahidin məhkəməyə gəlməsini istisna edən hallara görə) elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş və CPM-in 144-cü maddəsinin tələbinə uyğun olaraq digər sübutlarla müqayisə edilmək lə yoxlanıldıqdan sonra ona hökmdə Məhkum ifadələrini təkzib etməklə ittihamı təsdiq edən sübutlardan biri kimi istinad olunmuşdur. Belə ki, Şahid8 ifadəsində digər məlumatlarla yanaşı göstərmişdir ki, 11 yanvar 2022-ci ildə axşam vaxtı Məhkum onunla mobil telefonla əlaqə saxlayaraq narkotik vasitələrin çəkilməsi üçün elektron tərəzi istəmiş və o, həmin tərəzini Məhkum evinin qarşısına gəlib orada Məhkumla görüşdükdən sonra sonuncuya vermişdir. Şahid8 ifadəsində verdiyi bu məlumatın həqiqi olduğunu təsdiq edən sübutlar kimi isə hökmdə Məhkumla Şahid8 arasında müvafiq telefon əlaqələrinin olmasını əks etdirən (Məhkum mobil telefonuna baxış keçirilməsi nəticəsində aşkarlanmış) məlumatlara, eləcə də Şahid8 11 yanvar 2022-ci ildə axşam saatlarında Məhkum evinin yanına gəlməsini əks etdirən “ Təhlükəsiz şəhər” xidmətinin videokameralarından götürülmüş (15 iyun 2022-ci il tarixli protokolda təsvir edilmiş) videogörüntülərə istinad edilmişdir. Yuxarıda qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib, Məhkum ardıcıl olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində müdafiə etdiyi dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələri nin çıxardıqları nəticələri təkzib edə, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutların hamısını yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya instansiyası məhkəməsinin istər faktiki hallar, istərsə də yuxarıda təhlil edilən hüquqi məsələlər üzrə yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əlavə olaraq yalnız onu qeyd etməyi lazım bilir ki, hətta kassasiya şikayətində gətirilən bəzi dəlillər belə (özü-özlüyündə) müdafiə tərəfinin Məhkum əməllərində ağır cinayət barədə bilib xəbər verməmə (CM, 307.1-ci maddə) və satış məqsədi olmadan psixotrop maddə əldə etmə, saxlama (CM, 234.1-ci maddə) cinayətlərinin tərkiblərinin olması barədə iddiasını təkzib edir. Belə ki, kassasiya şikayətinin müəllifi Məhkum əməllərinin CM-in 307.1 və 234.1-ci maddələrinə tösvif edilməsi barədə tələb irəli sürməklə bir tərəfdən Məhkum 11 yanvar 2022-ci ildə axşam saatlarında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 onun evində olduqları müddətdə məhz ağır cinayət, yəni CM-in 234.1-ci maddəsində deyil, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmələrini (özləri ilə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və s. gətirib saxladıqlarını, daşıdıqlarını) bildiyini, həmçinin Məhkum həmin şəxsləri cinayətlərin predmetləri ilə birlikdə evində müəyyən müddət saxladıqdan sonra “xxx22” markalı avtomobilində otelə aparıb orada yeləşmələrinə faktiki kömək etməsini də qəbul edir, digər tərəfdən isə əslində, satış məqsədi ilə cinayətkar qrupun üzvləri ilə birgə cinayətlərin predmetlərini evində saxlamasını və avtomobilində evindən otelə daşımasını təsdiq edən həmin mövqeyin ziddinə olaraq, qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsində iştirakını inkar edərək, sadəcə başqalarının bu cinayətləri törətmələrini bilib xəbər vermədiyi iddia edir. Yuxarıda təhlil edilən hüquqi məsələlər üzrə olduğu kimi, Məhkum cəzanın təyin edilməsi məsələsi həll edilərkən və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı p ozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 66, 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi cinayətlərə görə ayrı-ayrılıqda və cinayətlərin məcmusu qaydasında təyin olunmuş cəzanın (7 il 6 ay müddətə azadlıqdan məhrum etmənin) həddindən artıq ağır cəza hesab edilməsi və onun yüngülləşdirilməsi üçün əsas tapmır. Qeyd olunanlar məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayə tProsessual Məcəlləsinin 416.1.2, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində onun təmin edilməsi, Məhkum münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və Məhkum, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi9 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1 un, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum barəsində ola n 26 iyul 2024-cü il tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi9 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1 un, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum barəsində olan 26 iyul 2024-cü il tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1005/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1005/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver