Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1006/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şi kayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 1 (bir) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddətin ona təyin o lunan 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 4 (dörd) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs7 7844 (yeddi min səkkiz yüz qırx dörd) manata ekvivalent olan 10000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, həmin maddələrlə ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 35000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərə findən aldatma və etibardan suiistifadə etmə yolu ilə təkrar ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, həmin maddələrlə ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, həmin maddələrlə ona cəza təyin edilməməsi, Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından həmin epizodun irəli sürülmüş ümumi ittih amdan xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin mülki iddia, maddi sübutlar və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs6, eləcə də təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-898/20 22 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 nümayəndəsi və müdafiəçisi Nümayəndə1, Zərərçəkmiş şəxs6 apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın onun Zərərçəkmiş şəxs6 55000 (əlli beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 70000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirməsi barədə dələduzluq epizodları üzrə əməlində cinayət tərkibi olmadığına görə həmin epizodlar üzrə ona bəraət verilməsi, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 ümumilikdə 247180 (iki yüz qırx yeddi min yüz səksən) manat 50 (əlli) qəpik məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq epizodu üzrə “təkrarlıq” tövsifedici əlamətin xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, Zərərçəkmiş şəxs7 7844 (yeddi min səkkiz yüz qırx dörd) manat ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi, Zərərçəkmiş şəxs 2 35000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirilməsi və Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodları üzrə Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və ona həmin hissədə cəza təyin edilməməsi, elan olunmuş ittihamın qalan epizodları üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqq uz) gün müddətin ona təyin olunan 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin mülki iddia, maddi sübutlar və digər məsələləri həll edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu kassasiya protesti, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1777/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixl i qərarı ilə Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-898/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmünün kassasiya protestinə və Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)69/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etm ə cəzasının təyin edilməsi, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 02 (iki) ay 18 (on səkkiz) gün müddətin təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 10 (on) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 sentyabr 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində, Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində, Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat, eləcə də 1153 (min yüz əlli üç) manat 35 (otuz beş) qəpi k təşkil edən 1100 (min bir yüz) ABŞ dolları məbləğində, Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat məbləğində və Zərərçəkmiş şəxs8 13539 (on üç min beş yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik təşkil edən 12900 (on iki min doqquz yüz) ABŞ dolları məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə cinayət məsuliyyətindən azad edilməsi və bu epizodlarla bağlı ona cəza təyin edilməməsi, Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından həmin epizodun ona qarşı irəli sürülmüş ittihamdan çıxarılması hökm edilmiş, həmçinin mülki iddia, maddi sübutlar və digər məsələləri həll edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü i l tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.
9. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
11. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı dır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.