Məhkəmə qərarları › İş №1(102)-1006/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1006/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1006/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Ağayev Qabil Alıhüseyn oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər Kərimova Mahirə Nəzər qızı (sədrlik edən və məruzəçi) Məmmədov Fəxri Afiq oğlu və Sadıqov Anar Böyükkişi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1983-cü il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailə li, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanun suz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmiş, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni hazırlamış, daşımış və saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxt və şəraitdə naməlum şəxsdən tərkibində narkotik maddələr olan çətənə (kannabis) toxumlarını əldə edib yaşadığı ünvan 2 ünvanın həyətyanı sahəsində əkib, mütəmadi olaraq suvarma işləri aparıb, aqrotexniki qaydada qulluq edərək becərib, külli miqdarda kultivasiya etmiş, onların bir hissəsini yetişdirdikdən sonra naməlum vaxtda qurudaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq saxlamış, 23 may 2023-cü il tarixdə hazırladığı 115,0 qram çəkidə qurudulmuş narkotik vasitə marixuananı daşıyaraq həmin gün saat 19:50-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilərək saat 21:05-də üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı 1 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 115,0 qram olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldükdən sonra həmin gün saat 22:05-də yaşadığı ünvan 3 ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 2200,0 qram olan yaş vəziyyətdə külli miqdarda 15 0 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Bayramov Orxan Nizami oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Zamin Vəliyəddin oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 20 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərə k həmin qərarın ləğv edilməsini və onun əməllərinin düzgün dəyərləndirilməsi üçün işin ibtidai araşdırma orqanına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26 və 63-cü maddələrinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, bir çox ziddiyyətli məqamlar aradan qaldırılmamış, toplanmış sübutlara və onun əməllərinə düzgü n hüquqi qiymət verilməmiş və bütün bunlara baxmayaraq o, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunmuşdur. İşə baxan məhkəmələr də ibtidai araşdırma orqanının səhvlərini təkrarlamış və iş üzrə qəbul etdikləri yekun məhkəmə aktları ilə sadəcə olaraq ittiham aktında göstərilənləri təsdiq etməklə kifayətlənmiş, həmin aktları qəbul edərkən isə Azərbaycan Respublikası Konstitusiyasının, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını və onun kassasiya tələbi üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə toplanmış v ə məhkəmə iclaslarında araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməyərək həmin sübutlara və onun törətdiyi əməllərə düzgün hüquqi qiymət verməməsini iddia edir və barəsindəki həmin məhkəmənin 20 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin ibtidai araşdırma orqanına qaytarılması haqqında tələbini faktiki olaraq CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəy işdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun CM-in 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qənuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qe yd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya şikayətinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məh kəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Resp ublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məq sədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təş əbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş m əhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamətlərinin olub-olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şi kayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi h issəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu normasına əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmay an şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, eyni zamanda CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu m üəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi nin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlə ndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırı lmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan süb ut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yal nız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı topla nmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi ha qqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin a kt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati h üquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələ n mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm Bakı Ağır Cinayətlər Məhkəməsi, həm də həmin məhkəmənin 19 sentyabr 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə öz mülahizələrinə uyğun olaraq qiymətləndirməklə ibtidai araşdırma orqanını n gəldiyi nəticə ilə razılaşaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini, o cümlədən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə düzgün qənaətə gəlsələr də, məhkum olunmuş şəxsin narkotik vasitə olan 115 qram çəkidə qurudulmuş marixuananı əldə edib saxlaması və daşıması bağlı əməli məhz satış məqsədilə törətməsini, yəni cinayətin subyektiv cəhətinə aid olan halı, habelə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etməmiş, bununla bağlı mötəbər sübutları ittiham tərəfi də məhkəmələrə təqdim etməmiş və buna görə də belə sübutlar məhkəmələr tərəfindən araşdırılmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə yuxarıda göst ərilən növdə və miqdarda narkotik vasitəni satış məqsədilə əldə edərək saxlaması və daşıması, yəni onun CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə məhkəmələrin gəldikləri nəticəyə dair yekun məhkəmə aktları yalnız ehtimallara əsaslanmış və belə nəticə istər ayrı-ayrı sübutlarla, istərsə də onların məcmusu ilə təsdiq olunmamışdır. Gəldiyi qənaətlə bağlı, Məhkum törətdiyi əməllərə düzgün hüquq qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, digər tərəfdən isə qəbul etdiyi qərarın əsaslı və inandırıcı olması üçün məhkəmə kollegiyası həmin sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zəruri bilir. Bundan əvvəl isə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum kassasiya şikayətinin məzmunundan onun ünvan 3 ünvanın həyətyanı sahəsin də ümumi çəkisi 2200,0 qram olan yaş vəziyyətdə külli miqdarda 150 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-becərməsini və bu əməlinə görə CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini mübahisələndirməsi görünmür və məhkəmə kollegiyası onun təqsirli bilindiyi ittihamın bu hissəsini təftiş etməyi zəruri bilməyərək, lakin bununla belə araşdırılmış sübutları təhlil edib həmin sübutlara əsaslanaraq hesab edir ki, onun bu əməli törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir çox sübutlarla, o cümlədən məhkumun etirafedici ifadələri ilə tam təsdiq olunduğundan o, tamamilə qanuni və əsaslı olaraq qeyd olunan maddə ilə təqsirli bilinərək məhkum olunmuş, onun törə tdiyi əməl isə CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Məhkum özünü ona qarşı həm CM-in 234.2-ci, həm də CM-in 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 23 may 2023-cü il tarixdə saat 11:30-da polis əməkdaşları atasının həyətindən onun həyətinə keçərək onu saxlamış və ondan narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi tələb etmiş, o, isə cavabında onda psixotrop maddələrin olmadığını, sadəcə üzərində öz istifadəsi üçün saxladığı təxminən 25 qram çəkidə qurudulmuş marixuananın olmasını bildirərək onlara təqdim etmişdir. Həyətində aşkar edilmiş çətənə bitkisi kollarını o, xüsusi olaraq əkib becərməmiş, həmin kollar onun torpaq üzərinə atdığı çətənə bitkisinin t oxumlarından əmələ gəlmiş, lakin o, kollara xüsusi xidmət göstərməmişdir. Polis şöbəsinə aparıldıqdan sonra isə onun üzərinə şəxsi axtarış keçirilmiş və ona bu istintaq hərəkətinin aparılması nəticəsində götürülmüş narkotik vasitənin 127 qram olması bildirilmişdir. Buna görə ona qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyi vəd edildiyindən o, videoçəkiliş aparılan zaman və sonradan verdiyi izahat və ifadələrində həmin çəkidə narkotik vastə olan qurudulmuş marixunanın özünə məxsu olmasını etiraf edərək bununla bağlı tərtib edilmiş müvafiq prosessual sənədləri imzalamışdır. Lakin, buna baxmayaraq sonradan onun əməli əsassız olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif edilsə də, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində saxladığı qurudulmuş marixuananı i sə uzun illər bu vasitədən istifadə etdiyindən və buna görə də narkomaniya xəstəliyindən əzab çəkən şəxs olaraq yalnız öz istifadəsi üçün əldə edərək saxlamış, həmin narkotik vasitəni də satmaq niyyətində olmamışdır. Məhkəmələrin iş üzrə mötəbər sübutlardan biri kimi hesab edilən Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, o, 23 may 2023-cü il tarixdə saat təxminən 19:50 radələrində yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında sağ əlində olan ağ rəngli sellofan torba ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olmalarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və külli miqdarda tərkibində narkotik vasitə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirmiş, onu barəsində əməl iyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra isə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getdikdən sonra orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim olunmuş, sonra isə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən evinin açarını, 1 ədəd şəxsiyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 2 ədəd plastik kartını, sağ yan cibindən içərisində ***-***-**-** və 070-65079-79 GSM nömrələri olan “İnoi” mar kalı mobil telefonunu və sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, ona məxsus evin açarı özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 2 ədəd plastik kartı və telefonu izah edilməklə götürülmüş, təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin sellofan torbadakı qurudulmuş marixuana elektron tərəzidə çəkilərək onun sellofan torba ilə birlikdə təxminən 127 qram olması müəyyən edilmiş, daha sonra isə göstərilən narkotik vasitə torbaya qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Bu istintaq hərəkətinin aparılması zamanı verilmiş suallara cavab olaraq o, üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə - qurudulmuş marixuana olmasını, həmin vasitəni öz istifadəsi üçün yaşadığı ev in həyətyanı sahəsində əkdiyi çətənə bitkisi kollarınının yarpaqlarını qurutmaqla istifadə etmək üçün üzərində saxladığını bildirmiş, hal-hazırda da həyətində çətənə bitkisi kollarının olmasını etiraf etmişdir. Bundan sonra onun razılıq ərizəsi əsasında dəvət edilmiş aqronom, müdafiəçi və polis əməkdaşları ilə birlikdə onun yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış zamanı həyətində özü qulluq etdiyi 150 ədəd çətənə bitkisi kolları və ştilləri aşkar edilmiş, həmin kolları və şitilləri isə 2 ay əvvəl qabaq istifadə etdiyi qurudulmuş marixuananın tocxumlarını həyətdə əkməsi nəticəsində əmələ gəldiyini və onlara qulluq etməsini, 20 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, üzhər indəki narkotik vasitəni isə satmaq niyyətində olmamasını göstərmişdir. Cinayət işi materiallarının təhlili göstərir ki, həmin ifadələri Məhkum ibtidai araşdırma zamanı həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən də vermiş və bütün ifadələrində israrla bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı və yayılması ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı da satmaq niyyəti izləməmişdir. İş materiallarından göründüyü kimi, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən onun həmin ifadələri mötəbər sübut hesab edilmiş və məhz həmin ifadələr və əldə edilmiş digər sübutlara əsasən 24 may 2023-cü il tarixdə onun barəsində CM-in 234.1 və 237.2.3cü maddələri ilə, yəni qanunsuz olaraq satış məqs ədi olmadan xeyli miqdarda narkotik vasitəni maddəni əldə edərək daşımasına və saxlamasına, habelə külli miqdarda tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisi kollarını əkib becərdiyinə görə cinayət işi başlanaraq həmin işin istintaqı aparılmış, 25 may 2023-cü il tarixdə isə o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Məhkum CM-in 234.1-ci maddəsi ilə yanaşı, həm də CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsi nəzərə alınaraq onun barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Hazırki iş üzrə ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 göstərmişdir ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər törətməsi və evinin həyətində çətənə bitkisi kollarını əkməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmədaşı Şahid2 əməliyyat məlumatı daxil olmuş, bu məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçrilməsi barədə 23 may 2023-cü il tarixli qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və həmin tarixdə Məhkum Binəqədi rayonunun Sulutəpə qəsəbəsində tərəflərindən saxlanılmışdır. O, və Şahid2 özlərini Məhkum təqdim edib onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdən sonra sonuncunu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmiş, orada onun üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtar ış keçirilmiş və həmin istintaq hərəkətinin aparılması zamanı əlində olan ağ sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Verilmiş suallara cavab olaraq Məhkum bildirmişdir ki, həmin narkotik vasitəni o, yaşadığı evin həyətində əkib becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını yığıb qurutmaqla öz istifadəsi üçün əldə etmiş və hal-hazırda evin həyətində belə kollar var. Bundan sonra onun razılıq ərizəsi əsasında Məhkum yaşadığı evin həyətinə də müdafiəçinin və aqronomun iştirakı ilə baxış keçrilmiş və oradan 150 ədəd çətənə bitkisi kolları aşkar edilərək götürülmüşdür. Məhkum videoçəkiliş zamanı yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş çətənə bitkisi kollarını öz istifadəsi üçün əkdiyini, narkotik vasitə olan qurudulmu ş marixuananı da yalnız bu məqsədlə əldə edərək üzərində saxladığını və daşıdığını bildirmişdir. İş materiallarından göründüyü kimi, eyni məzmunda ifadələri həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 da vermişdir. Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 23 may 2023cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD-R formatlı diskdə yazılmış videogörüntülərdən görünür ki, həmin tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş Məhkum üzərində şəxs axtarış aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək di gər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində (070) ***-**-** və ***-***-**-** GSM nömrələr olan “İnoi” markalı mobil telefonunu, sol yan cibindən 1 ədəd yaşadığı evinin açarını, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd üzərində “Umico” və 232-01769924 yazıları əks olunmuş plastik kartını, 1 ədəd üzərində 4098-0944-2243-9420 rəqəmləri əks olunmuş “Unibanka” məxsus bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Məhkum təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisindən aşkar edilmiş şəffaf sellofan paketə baxış keçirilən zaman isə onun içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə həmin kütlə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və onun ümumi çəkisinin 127 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Məhkum təqdim etdiyi sellofan torbada olan maddənin qurudulmuş marixuana olmasını və bu narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində əkdiyi bitkilərdən quruduaraq götürdüyünü, təxminən 2 ay bundan əvvəl istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın toxumlarını torpağa əkməklə becərdiyini, özünün 20 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, bundan başqa yaşadığı evin həyətyanı sahəsində də, əkdiyi narkotik tərkibli bitkilər olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Məhkum yaşadığı evin hə yatyanı sahəsinə baxışın keçirilməsi və götürmənin aparılması haqqında 23 may 2023-cü il tarixli protokola və DVDR formatlı diskə yazılmış videogörüntülərə görə, həmin tarixdə bu istintaq hərəkətinin aparılmasından əvvəl Məhkum şəxsi axtarış zamanı qeyd etdiyi narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi təklif edilmiş, bu təklifdən sonra o, evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini bildirərək əkib-becərdiyi kolları və ştilləri göstərmiş, bu zaman aqronom tərəfindən baxış zamanı həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkləri olması, onlara aqrotexniki qaydada qulluq edilməsi, kolların diblərinin yumşaldılması, gübrələnməsi və mütəmadi olaraq suvarma işlərinin aparılması aşkar edilmişdir. Bundan sonra həmin kollar torpaqdan çıxarılaraq həm sayı lmış, həm də tərəzidə çəkilmiş və onların cəmisi 150 ədəd, təxmini çəkisinin isə 2190 qram olması müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Məhkum həyətindən aşkar edilmiş narkotik tərkibli bitki kollarının özünə məxsus olmasını, onları isə təxminən özünün 2 ay əvvəl öz qurudulmuş marixuananın toxumlarını əkməklə öz istifadəsi üçün yetişdirdiyini bildirmişdir. Məhkum üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana, onun yaşadığı evin həyatyanı sahəsindən götürülmüş 150 ədəd kolların isə narkotik tərkibli çətənə (kannabis) kollarının olması isə məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 7/766 saylı rəyi ilə təsdiq olunur. Həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Məh kum üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamada 1 ədəd sellofan torbada təmiz çəkisi – 115,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Məhkum yaşadığı ünvandan aşkar edilmiş 150 ədəd bitkilər......” yazılar və imzalar olan ağız hissəsi skoçla bağlanmış göy rəngli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 150 ədəd, ümumi çəkisi – 2200,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkilərində və hə min növ bitkilərdən hazırlanmış marixuanaların tərkibində olan kannabinoidli komponentlərə görə eynilik təşkil edirlər. Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi isə iş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 2 avqust 2023-cü il tarixli 4916 nömrəli rəyi ilə müəyyən edilir. Həmin rəyə əsasən, Məhkum müayinəsi zamanı onda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma orqanının əməliyyat tapşırığına Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən verilmiş 30 iyun 2023-cü il tarixli 3-13-46-5/2/2023 cavab məktubunda göstərilmişdir ki, Məhkum üzərində aş kar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı əldə edilmişdir. Göründüyü kimi, əməliyyat orqanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etməsini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu ibtidai araşdırma orqanına təqdim etməmiş və ibtidai araşdırma orqanı tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmayaraq qeyd olunan xüsusatı təsdiq edən mötəbər sübutlar məhkəmələr təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə dindirilmiş və polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 da ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrində Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, habelə üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı satmaq niyyəti ilə əldə edərək saxlaması və daşıması barədə onlarda hər hansı məlumatın olmasını bildirməmişlər, belə halı təsdiq edən heç bir sübuta istinad etməyərək onları ibtidai araşdırma orqanına və məhkəmələrə təqdim etməmişlər. Eyni zamanda həmin şahidlər eynilə yalnız Məhkum ifadələrinə istinad edərək onun həmin ifadələrində göstərdiyi halı, yəni sonuncunun narkotik vasitə olan 115 qram çəkidə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə edərək saxlamasını və daşımasını təsdiq etmişlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək icraat zamanı Məhkum istifadəsində olmuş mobil telefona da baxış keçir ilmiş, lakin bu baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, o cümlədən Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən telefon yazışmaları və ya zəngləri aşkar edilməmişdir. Bütün təsvir edilən sübutlarla Məhkum onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan 115 qram çəkidə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə edib saxlamasının və daşımasının müəyyən edilməməsinə baxmayaraq 15 sentyabr 2023cü il tarixdə ona CM-in 237.2.3-cü maddəsi ilə yanaşı, həm də CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, bundan əvvəl isə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərarda ibtidai araşdırma orqanı ona CM-in 234.2ci maddəsi ilə ittihamın elan olunmasının zəruriliy ini hər hansı şəkildə əsaslandırmamış və bununla bağlı mötəbər sübutlara istinad etməmişdir. İşə mahiyyəti üzrə baxılarkən məhkəmələr də ibtidai araşdırma orqanının onlara təqdim etdiyi sübutlardan əlavə başqa sübutlar əldə etməmiş, yalnız ittiham aktında təsvir edilmiş sübutları araşdırmaqla kifayətlənmiş və qəbul etdikləri yekun məhkəmə aktlarında Məhkum narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlinə münasibətdə həmin əməldə məhz CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması üzrə heç bir əsaslandırma aparmamışlar. Beləliklə də, iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, bütün toplanmış və araşdırılmış sübutlar, o cümlədən əməliyyat orqanının əməliyyat tapşırığına verdiyi Məhkum 115 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədilə edərək saxlaması və daşıması, yəni CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir, sonuncunun cinayətin predmeti olan narkotik vasitəni xırda bükümlərə bölərək qablaşdırması, onun satışını həyata keçirmək məqsədilə kiminləsə sövdələşməsi, bu narkotik vasitəni satacağı müqabilində hər hansı şəxsdən pul alması, göstərilən fəaliyyəti həyata keçirmək üçün hər hansı avadanlıqdan, ən azından elektron tərəzidən istifadə etməsi, habelə yaşayış yerində də narkotik vasitələr saxlaması isə toplanmış və araşdırılmış ayrı-ayrı sübutlarla və onların məcmusu ilə müəyyən edilməmişdir. Məhkum üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamas ı və daşıması barədə ibtidai araşdırma orqanının və birinci və apellyasiya instansiyası məhkəmələrinin ehtimal xarakterli nəticələri isə heç bir mötəbər sübuta əsaslanmır, əksinə, həmin sübutlarla Məhkum kannaboidlərin sui-istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi ona istinad olunan növdə və çəkidə (xeyli miqdarda) qurudulmuş marixuananı da yalnız şəxsi istifadəsi üçün, yəni satış məqsədi olmadan əldə etməsi, saxlaması və daşıması tam təsdiq edilir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında isə məhkəmələr ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək Məhkum narkotik vasitə olan 115 qram çəkidə qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törət məsi, yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlər etməsi barədə düzgün nəticəyə gəlsələr də, bu əməlin subeyktiv cəhətinin də sübuta yetirilib-yetirilməməsi ilə bağlı hər hansı əsaslandırma aparmamış, bu cəhət üzrə sübutlara qanuna müvafiq qaydada, yəni mötəbərliyi, mənsubiyyəti, mümkünlüyü üzrə qiymət verməmiş və nəticə də Məhkum törətdiyi əməl düzgün tövsif edilməyərək bununla CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Hərçənd toplanmış və araşdırılmış sübutlarla Məhkum yalnız ona qarşı irəli sürülmüş ittihamda göstərilən növdə və miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə edərək saxlaması və daşıması, yəni onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri etməsi təsdiq olunur, lakin onun bu əməli satış məqsədilə törətməsi həmin sübutlarla müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum törətdiyi bu əməlin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldikləri nəticə cinayət qanunvericiliyi normalarının tələbləri ilə yanaşı, Konstitusiyada, prosessual qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına da uyğun olmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.2ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əm əlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan şərlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu hallar müəyyən edildikdə cinayət in predmeti olan narkotik vasitənin və ya psixotrop maddənin xeyli və ya bundan az miqdarda olması əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əhəmiyyət kəsb etmir. Göstərilən təfsirə uyğun olan tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstə rilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində adı çəkilən Qanunun 1.0.11-ci maddəsinə istinadən məhkəmələrə i zah edilmişdir ki, həmin maddədə “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Plenum Qərarının 9-cu bəndində isə göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut larla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin xeyli, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tari xli Qərarında əksini tapmış hallar da müəyyən edilmir. Məhkum CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş və təqsirli bilindiyi ittiham isə yalnız onun üzərindən aşkar edilmiş, dövriyyəsi qanunsuz qadağan olunmuş əşyanın – narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir sübutla təsdiq olunmayan əməliyyat məlumatına əsaslanır ki, bütün digər sübutlarla Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin – 115 qram çəkidə qurudulmuş marixuananın satış məqsədi ilə əldə edərək saxlaması və daşıması təsdiq olunmur, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış və məhkəmə iclaslarında araşdırılmamışdır. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmə kollegiyası Məhkum ist inad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının sübuta yetirilməsi ilə (narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşmır, məhkum olunmuş şəxs tərəfindən yalnız ona istinad narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən edir və buna görə sonuncunun həmin əməllərini CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini, bu hissədə də kassasiya şikayətinin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini mümkün bilir, lakin yuxarıda göstərilən əsaslara görə həmin qə rarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar görmür. Eyni zamanda məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iş üzrə təkrar araşdırmanın aparılması üçün cinayət işinin ibtidai araşdırma orqanına göndərilməsini, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin də təmin olunmasını mümkün bilmir ona görə ki, CPMin 419-cu maddəsində kassasiya instansiyası məhkəməsinin belə qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkum təhlil edilən əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 iyul 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi də nəzərə alır. Belə ki, həmin Qərara görə, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərin ə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü (məhkəmənin digər yekun aktı – m.k.) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şərh olunanlardan çıxış edərək, məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə nəticə həmçinin ona bu maddə ilə cəzanın təyin edilməsini z əruri edir və bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, yaxud da apellyasiya və kassasiya müraciətlərinə əsasən qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsir ə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılı q dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla X üsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzə rə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə ed ilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Yuxarıda da istinad olunan CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü ma ddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitu siya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, mə suliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təc rübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rol u və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 26-cı bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (p sixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olubolmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitəl ərdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, g üclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanu nsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkum narkotik vasitə olan 115 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini mümkün bilən məhkəmə kollegiyası ona həmin maddə ilə müvafiq cəzanın təyin edilməsini də müzakirə edərək ilk növbədə qeyd edir ki, həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş və CM-in 15.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin maddədə göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası Məhkum törətdiyi və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin, yəni satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan 115 qram çəkidə qurudulmuş marixuananı psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlaması və daşıması əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CMin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq isə onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iş üzrə cəzanı yüngülləşdirən digər halların, CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyən edilməməsini nəzərə alıb cinayət qanunvericiliyinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək məhkum olunmuş şəxsə ilk növbədə CM-in 234.1-ci maddəsinin sanksiyas ında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, sonradan isə CM-in 66.3-cü maddəsinə əsasən ona hazırki qərarla və 19 sentyabr 2024-cü il tarixli hökmlə CM-in 237.2.3-cü maddəsi ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini məqsədə uyğun hesab edir və eyni zamanda belə qənaətə gəlir ki, məhz belə cəza, CM-in 41.2-ci maddəsi tələb etdiyi kimi, cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi Q.A.Ağayevin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum narkotik vasi tənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə ilk növbədə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, sonra isə CM-in 66.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin cəza ona CM-in 237.2.3-cü maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, həmin qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum qanunsuz olaraq narkotik vasitə olan 115 qram çəkidə, yəni xeyli miqdarda qurudulmuş marixuananı əldə edərək saxlaması və daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum hazırki qərarla Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar