Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1007/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Məhkum və onun müdafiəçisi, Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 17 iyul 1976-cı ildə Ermənistan SSR Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Sumqayıt şəhəri, ****************** adına X2 Tipli Gimnaziyada müəllimə işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, ************************ qeydiyyatda olan və Sumqayıt şəhəri, ************************* bina ****-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim İ.A.Məmmədov) Məhkum Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə tə qsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), V.C.Cəfərov və R.O.Əsgərova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən Məhkum cavabdeh kimi ondan 32.000 (otuz iki min) manat məbləğində pul və ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Apelyasıya Məhkəməsinin 25 may 2016-ci il tarixli 2(105)1046/2016-saylı qanuni qüv vəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt şəhər məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq, hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum t əyin olunmuş cəzanın daha ağır cəza ilə əvəz edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs və nümayəndəsi qeyd edirlər ki, aşağı instansiya məhkəmələri Məhkum barəsində qərar qəbul edərkən qanunvericiliklə cəza təyinetmənin nəzərdə tutulan prinsiplərini pozmaqla qərar qəbul etmişlər. Şikayət müəlliflərinin fikrincə, məhkumun 14 və 15 yaşında olan uşaqlarının azyaşlı kimi qiymətləndirilərək onun cəzasını yüngülləşdirən hal hesab edilməsi əsassız olmuşdur. Bundan başqa məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən cəza təyinetmənin digər prinsiplərinə də riayət olunmayaraq törətdiyi əməlin ictimai təhlükəliliyinə uyğun olmayan yüngül cəza təyin edilməklə ədalətsiz qərar qəbul edilmişd ir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum, Müdafiəçi və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya məhkəməsi birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edil miş cəzanın ağırlaşdırılması xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əm əl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır ( CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum himayəsində iki azyaşlı uşağı vardır, özünü təqsirli bilərək əməlindən peşmandır, dəymiş ziyanı qismən ödəmişdir, işlədiyi y erdən müsbət xarakterizə olunur və əvvəllər məhkum olunmamışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1007/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1007/2019
23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver