Məhkəmə qərarları › İş №1(102)-1007/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1007/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1007/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və y a CM-in) 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(107)-236/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 1(107)-236/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1989-cu ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, həbs olunana kimi Göyçay rayonu, Qarabaqqal kəndində yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 181.2.1, 1 81.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində cəza çəkir.

2. Şəki Rayon Məhkəməsinin (sədrlik edən X9) 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmü ilə Məhkum CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hö kmlə ona təyin edilmiş 4 ay müddətə azadlıqdan məhrum etmə cazası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq doqquz il doqquz ay müddətə azadlıqdan məhrum etmə cazasının saxlanılması, Məhkum Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsinin ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəlinin 08 fevral 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

3. Şəki Rayon Məhkəməsinin 07 yan var 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə) 14 iyun 2022-ci il tarixli, 1(107)-236/2021 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(075)-13/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Məhkum 21 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 məhkəməyə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət göndərmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X2 (sədrl ik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə) 08 yanvar 2024-cü il tarixli, 1(107)-236/2022 nömrəli qərarı ilə vəsatətin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmaması qərara alınmışdır.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 1(107)-236/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş üzrə məhkəmə yekun nəticəyə gələrkən, məhkum tərəfindən qərarın alınmasına dair qəbzin imzalambimzalanmamasmı, eləcə də nə vaxt məhkuma verilərək sonuncu tərəfindən imzalanmasını, məhkum tərəfindən müddətin ötürülməsinin həqiqətən də üzürsüz səb əbdən baş verməsini lazimi səviyyədə araşdırmamış, bununla da vəsatəti təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından, Məhkum Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(107)-236/2022 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(107)-236/2022 nömrəli qərarının ləğv edilməsi və müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

8. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məc əlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər kassasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.

15. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə.

16. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini cinayət işi materialları ilə əlaqəli şəkildə təhlil edərək, buna dair apellyasiya instansiya məhkəməsinin qənaəti ilə razılaşmır.

17. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikd ə kassasiya instansiyası məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir.

18. Məhkəmə kollegiyası hazırki halda apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apelyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür.

19. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisi Müdafiəçi2 Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 1(107)236/2022 nömrəli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 1(107)-236/2022 nömrəli qərarı ləğv edilməli və cinayət işi kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpasına dair hissədə yeni apelyasiya baxışına təyin edilməlidir.

20. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 1(107)-236/2022 nömrəli qərarı ləğv edilsin və cinayət işi kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpasına dair hissədə yenidən baxılsın. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar