Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1007/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X12 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, 6 mart 1993-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsili, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyy atda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-555/2023 nömrəli 12 oktyabr 2023-cü il tarixli hökmünə əsasən (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.M.Ağalarov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsi nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 28 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi X20 və onun nümay əndəsi X13 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2024 nömrəli 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-555/2023 nömrəli 12 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan zərər çəkmiş şəxsin hüquqi varisi X20 və onun nümayəndəsi X14 tərəfindən birgə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1234/2024 nömrəli 13 i yun 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), V.C.Cəfərov və İ.S.Qılıcov) təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümünə, habelə sonuncunun ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridx analan istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 7 may 2021-ci il tarixdən 5 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a nömrəli ünvanda yerləşən Şahid12 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz olaraq fəaliyyət göstərən mərkəzdə ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olunmaqla) əsaslarla məsləhətçi qismində işləyən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən X3, mərkəzin maliyyə məsələlərinə nəzarət edən X17 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən X9, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X7, habelə mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a nömrəli ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 4 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, mərkəzə rəhbərlik edən şəxslər tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq həmin gün növbəni növbədə müalicə olunanlara nəzarət edən şəxs kimi qrupun üzvləri X9, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X7 ilə birlikdə X3, X31 və Şahid1 təhvil aldıqdan qısa müddət sonra, yəni 4 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri X9, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X7 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 | Oruc oğlu və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 4 sentyabr 2021-ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də X9 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi vasitəsi ilə X2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib xəbər vermiş, X16 Həsənov və Elvüsal Hüseynovla birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova bildirməklə onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxsl ərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl- qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, o, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Orucəli Əliheydərovdan aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qr upun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoçyapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirz əmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxnömrəli zərbələr endirən zaman, qrupun digər üzvləri X4, Şahid1 və X17 birlikdə mərkəzin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Orucəli Əiiheydərov, Şahid1 və Elvüsal Hüseynovla birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 4 sentyabr 2021ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində gö stərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və so! yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızma lar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol milbilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxnömrəli qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin zirzəmidə müxtəlif nahiyələri göy ərməklə şişkin vəziyyətdə soyuq otaqda acsusuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərər çəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlanılmasını davam etdirib, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxnömrəli xəsarətlər almış, hu şu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 5 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlı ğı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra Orucəli Əliheydərov, Şahid1 və Elvüsal Hüseynovla birlikdə “New Life” adlı mərkəzdən gedən zaman Zərərçəkmiş şəxs1 bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması göstərişini verdikdən sonra o, qrupun digər üzvləri Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynov ilə birlikdə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi izt irablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərə r çəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni o, qrupun digər üzvləri Şahid2, Famil Rzayev və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynov ilə birlikdə həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alko loidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Orucəli Əliheydərov, Şahid1, Elvüsal Hüseynov, Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024 tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərmişdir ki, İbtidai istintaqın, birinci və apellyasiya instansiyarında olan məhkəmələrdə ittiham tərəfinin irəli sürdüyü ittihamdan görünür ki, guya Məhkum Bakı şəhəri, Binəqədi r ayonu, Novxanı bağ massivi, 946 a nömrəli ünvanda yerləşən Şahid12 məxsus 3 mərtəbəli və zirzəmidən ibarət evdə olan və narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyasını həyata keçirən “New Life” adlı Reabilitasiya Mərkəzində məsləhətçi kimi işləyərkən həmin mərkəzdə proqram tədris edən, eləcə də mərkəzin rəhbəri X3, mərkəzin maliyyə məsələlərinə nəzarət edən X18, mərkəzin ərzaq təhcizatçısı X9, mərkəzin tibb məsləhətçisi Şahid1, həmin mərkəzdə işləmiş və ölmüş X7 və müalicə alan, lakin sərbəst çəkildə hərəkət edən vasitəçi stajor Şahid2 ilə guya cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı 10 avqust 2021-ci il tarixdən 5 sentyabr 2021-ci il tarixə kimi Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticəyə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan həmin şəxslərlə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməlləri nəticəsində müalicə alan Zərərçəkmiş şəxs1 ölümünə, habelə sonuncunun ölümü ilə əlaqəsi olmayan sağlamlığa az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlıqlarına yün gül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olan cinayət əməlini törətmişdir. Hər iki məhkəmə istintaqı zamanı və Məhkum barəsində olan cinayət işi materiallarından açıq-aydın göründü ki, o, X3 və qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməmişdir. Məhkum həmin mərkəzdə reablitasiya keçən şəxslərin, o cümlədən iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış şəxslərin heç biri, heç bir vaxt və heç bir halda asılı vəziyyətdə olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı tam sübut olundu ki, Məhkum aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticəyə səbəb olmayan mütəmadi olaraq döymə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab v erməmiş, qabaqcadan Orucəli Əliheydərov və qeyriləri ilə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməmişdir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı dindrilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ifadələrində verilmiş suallara israrla cavab olaraq bildirdilər ki, onların Məhkum hər hansı bir asılılığı olmamış və Fərhad Əiyevin həmin şəxslərə qarşı mütəmadi olaraq döyməklə və sair üsullarla zor tətbiq etməsi, onlara işgəncə verməklə döyməsi və onların azadlıqlarının məhdudlaşdırılması halı olmamışdır. Araşdırma zamanı iş ü zrə zərər çəkmiş şəxs kimi tanınmış və dindirilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 nömrəli, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 nömrəli və Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 nömrəli dövlət notariat kontoru vasitəsi ilə istintaq orqanına ərizə verərək bildirmişlər ki, Məhkum onlarla birlikdə 2021-ci ilin avqust-sentyabr aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946 “a” ünvanda yerləşən Şahid12 məxsus 3 mərtəbəli binada müalicə alarkən onlara qarşı heç bir qanunazidd hərəkətlərə yol verməmiş, həmin şəxslərin Məhkum qarşı heç bir şikayət və tələbləri yoxdur. İş üzrə məhkəmədə dindirilən şadidlər Şahid5, Şahid4, Şahid14, Şahid13, X8 heç birinin ifadələrində ittiham tərəfinin göstərdiyi kimi Fərhad X1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab verməsi, qabaqcadan həmin şəxslərlə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərzrçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlığın məhdudlaşdırılması halı olmamış, nəticədə müalicə alan Zərərçəkmiş şəxs1 ölümünə, habelə sonuncunun ölümü ilə əlaqəsi olmayan sağlamlığa az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül dərəc əli, Zərərçəkmiş şəxs3 və X15 sağlamlıqlarına yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olan cinayət əməlini törətməsini göstərən heç bil dəlil- sübut olmadı. Əksinə Şahid4 və digərləri məhkəmədə Məhkum narkomaniyadan əziyyətdən yaxa qurtarmaq üçün müalicə keçməkdə onlara kömək etdiyinə görə minnətdarlıqlarını bildirmişlər. Məhkum Orucəli Əliheydərov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticəyə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab verməmiş, qabaqcadan həmin şəxslərlə əlbir o lub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməmiş, onun əməlləri nəticəsində müalicə alan və döyülən və bədəninə dozadan artıq narkotik vasitə yeridilməsi nəticəsində Zərərçəkmiş şəxs1 ölümünə, habelə sonuncunun ölümü ilə əlaqəsi olmayan sağlamlığa az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlıqlarına yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olan cinayət əməlini törətməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə mi nmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 133-cü maddəsinə əsasən “əzab vermə - bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə” görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələrinə əsasən “eyni əməllər iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən, yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; işgəncə verməklə törədildikdə” əməllərinə görə məsuliyyət nəzərdə tutulur və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 145-ci maddəsinə əsasən “adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 145.3-ci maddəsinə əsasən “qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli ola n insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dai r məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X21rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış o lmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hü quqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkumin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol ve rməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, o, təxminən 1 0 ildir ki, narkotik vasitə istifadəçisi olmuşdur. Əvvəllər marixuana çəksə də, sonradan daha ağır narkotiklərə keçərək “patı”, “kokain” və “kokos” kimi adlanan narkotiklərdən istifadə etmişdir. Təxminən 2 il öncə uşaqlıq vaxtlarından tanıdığı Orucəli adlı tanışı narkomaniya xəstələri üçün reabilitasiya mərkəzi açmış və 1 il müddətində mütəmadi olaraq ona zəng edərək bu mərkəzdə onu müalicə etmək istədiyini, narkomaniyadan sağaldacağını bildirmişdir. Bu səbəbdən də o, 7 yanvar 2021-ci il tarixdə Orucəlinin təklifini qəbul etmişdir. Daha sonra Orucəli ilə yaşadığı məhəllədə görüşmüşdür. Orucəli “New Life” reabilitasiya mərkəzində işləyən, sonradan adının Elgiz olduğunu öyrəndiyi şəxsin maşını ilə gələrək onu götürmüşdür. Birlikdə “New Life” reabilitasiya mərkəzinə çatdıqda orada həmin gün növbədə olan Elgiz adlı şəxs tərəfindən qarşılanmışdır. Mərkəz əvvəllər Xaçmaz rayonu, Nabran qəsəbəsində fəaliyyət göstərdiyindən ilk getdiyi ünvan Nabran qəsəbəsi olsa da, sonradan təxminən aprel ayının axırlarında pandemioloji vəziyyət bəhanə edilərək Novxanı ərazisində yerləşən “AF Hotel” adlanan otelə köçürülmüşdür. Burada 1 gün qaldıqdan sonra Quba rayonu ərazisinə köçürülərək təxminən 5-6 gün müddətində burada qalmışlar. Yekunda, yəni təxminən may ayında bütün heyət və xəstələr yenidən Novxanı ərazisinə gətirilərək Gülüstan adlı şəxsə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən üçmərtəbəli fərdi yaşayış evində yerləşdirilmişdir. Reabilitasiya mərkəzində təqribən 10-12 nəfər işçi çalışmışdır. Belə ki, Orucəli rəhbər,Vüsal mühasib olmuş, bundan başqa da mə rkəzdə Qənbər, Sərxan, İsrafil, Famil, Urfan, Elgiz, Elçin, Kamran, Cəlal, Fərhad və Kənan işləmişlər. Həmin şəxslərdən ibarət 3-4 nəfərlik qrup 3 gün müddətinə mərkəzə gəlib növbədə qalmışlar. Bu müddətdə onlar nəzarət edib dərslər keçmişlər. Mərkəzdə hər şey icazə ilə baş vermişdir. Belə ki, icazə olmadan gedib siqaret çəkmək, çörək yemək, yatmaq və ya bir mərtəbədən digərinə düşmək qadağan olmuşdur. Bu qaydalar pozulduqda isə müxtəlif növ cəzalara məruz qalınmışdır. Məsələn, əgər kiminsə kiminləsə münasibəti korlansa, həmin şəxslərin qolları bir-birinə skoçla bağlanmışdır. Bundan başqa, nə isə özbaşnalıq etdikdə yazılar olmuş, yəni hansısa müxtəlif yazını 500 dəfə yazmaq lazım olmuşdur. 4 sentyabr 2021-ci il tarixdə nahar fasiləsindən sonra ona “volontyor’lardan bir nəfər aşağı düşməyin i və “konsultanski” adlanan yerə girərək kameraları müşahidə etməyi tapşırmışdır. “Yat komandası” verildiyindən hər kəs yatmalı olmuş, lakin yat komandasından sonra o, yatmalı olduğu otağa gedərkən rezidentlərdən Kamranın Arzu tərəfindən oyadılaraq aşağı mərtəbəyə düşürüldüyünü görmüşdür. Bundan sonra o da aşağı mərtəbədə “konsultanskiy” adlanan yerə düşərək video müşahidə kameralarından ətrafı müşahidə etməyə başlamışdır. Bu zaman zirzəmidə “kurilka” adlandırdığı, içində ərzaq məhsullarının, təmizlik əşyalarının saxlandığı və siqaret çəkmək üçün istifadə olunan otaqda Famil, Sərxan, İsrafil və Fərhad adlı şəxslərin olduğunu görmüşdür. Kamran da adıçəkilən şəxslərlə eyni otağa salınmış, bir qədər söhbət etdikdən sonra adıçəkilən şəxslərdən Famil Kamranı vurmağa başlamışdır. Famil və digərl əri Kamranı mütəmadi vəziyyətdə ayrı-ayrılıqda olmaqla şillə, yumruq və təpik zərbələri ilə vurmuşlar. Daha sonra Fərhad işlətdiyi fəntlə Kamranı yerə yıxmışdır. Oradakı şəxslərdən kimsə rezidentlərə qandalı gətirməsini demişdir. Qandal ilə Kamranın əlləri arxadan bağlanmış və içəridəkilər tərəfindən yenidən döyülmüşdür. Daha sonra Arzuya siyahıdakı digər şəxslərdən birini çağırmasını bildirmişlər. O, “konsultanskiy” adlanan otağa daxil olduqda orada bir siyahı və üzərində 4 nəfərin adının, yəni Kamran, Fuad, Hüseyn və Cahangirin adlarının qeyd olunduğunu görmüşdür. Əvvəllər mərkəzdən qaçmağa müvəffəq olmuş Fuad adlı rezident də çağırılaraq eyni qaydada döyülmüşdür. Daha sonra Cahangir çağırılmış, lakin o, hadisə barəsində xəbəri olmadığını bildirmiş və bununla əlaqədar olaraq yüngül forma da əlləri bağlanmadan döyülmüşdür. Bu zaman o, nə baş verdiyinə baxmaq məqsədilə aşağıya düşmüşdür. O, zirzəmiyə endikdə Cahangir heç nə bilmədiyini və heç nə etmədiyini bildirmiş, Famil isə Cahangiri buraxaraq “bunu buraxın getsin” demişdir. Bundan sonra o, yenidən yuxan qalxaraq “konsultanskiy” adlanan otağa daxil olmuş, bu zaman kameradan Hüseynin zirzəmidə olduğunu görmüşdür. Famil Hüseynlə söhbət etdiyi zaman qəfildən Hüseynin üz nahiyəsindən şillə zərbəsi endirmişdir. Hüseyni də döyərək əllərini qandalladıqdan sonra Kamran və Fuadın yanına uzatmışlar. Əlavə olaraq orada uzanmış və əlləri qandallanmış vəziyyətdə olan Hüseyn, Fuad və Kamranın əlləri və ayaqları arxadan yapışqan lent vasitəsilə bağlanılmışdır. Famil Hüseyni döyərkən plastmas borudan istifadə etmiş, Hüseyn döyüldüyü va xt təxminən saat 15:00 radələrində Familgil onu çağıraraq adam gəldiyini bildirib qapını açmağını istəmişdir. Lakin o, kimin nə üçün gəldiyindən xəbərsiz olmuş, darvazanı açdıqda Orucəli, Qənbər və Vüsalın gəldiyini görmüşdür. Onlar gəldikdən sonra o, pilləkənlərin aşağı hissəsində dayanaraq səslərə qulaq asmışdır. Bu zaman Qənbərgilin Familgil ilə salamlaşaraq nə baş verdiyini soruşduqlarını eşitmiş, bundan sonra yenidən “konsultanskiy”ə daxil olaraq nə baş verdiyini izləməyə davam etmişdir. Bu vaxt Qənbərin kəmərini çıxardaraq Hüseyni, Kamranı və Fuadı sifət nahiyələrindən vurmağa başladığını görmüşdür. Qənbərgil gəldikdən sonra Cahangir bir daha Qənbərin təkidləri ilə aşağı çağırılmış, bu zaman Famil Qənbərə “onunla danışdıq, onluq bir şey yoxdur” desə də, Qənbər Familə onun da günahkar olduğunu və nəsə planlaşdırdığını bildirərək onu da döyməyə başlamışdır. Daha sonra suyu çəkmək üçün istifadə olunan rezin boru gətirilərək otaqdakıları bu dəfə onunla döyməyə davam etmişdir. Ümumi döyülmə prosesi 1 saatdan çox olmuşdur. Qənbərgil gəldikdə yarım saatdan çox müddətə onların kəmər ilə, rezin boru ilə, təpik və yumruq zərbələri ilə döyülməsi davam etmişdir. Onlar gah ayrı-ayrılıqda, gah da hər kəs birlikdə olmaqla yerdəki 3 nəfəri, yəni Kamranı, Fuadı, əsas da Hüseyni döymüşlər. Orucəli bu proseslər zamanı yerdə uzanmış olanlarla söhbət edərək onları şillə və rezin boru ilə vurmuşdur. Daha sonra Murad da aşağı düşürülmüş, lakin Muradın adı siyahıda olmamışdır. Muradın zirzəmiyə çağırılmasının səbəbi hadisədən təxminən 1 həftə öncə rezidentlərdən bir nəfərin 1 ay sonra müalic əsinin başa çatacağı və reabilitasiya mərkəzindən çıxa biləcəyi təqdirdə atası ilə görüşərək Muradın mərkəzdə qalmaq istəmədiyini, evlənmək və normal həyata qayıtmaq istədiyini bildirməyini xahiş etməsi olmuşdur. Bunu telefonla demək mümkün olmamışdır. Belə ki, bu deyildiyi anda şəxsin telefonu söndürülmüş və cəzaya məhkum edilərək bir çox hallarda döyülmüşdür. Murad zirzəmiyə enən kimi kimsə onu arxadan tutaraq saxlamış, Famil və Qənbər isə ardıcıl zərbələrlə onu yerə yıxaraq plastmas boru ilə onun başına ardıcıl zərbələr endirmişlər. Hadisədən sonra Muradın başında zərbələrin izləri və şişkinliklər əmələ gəlmişdir. Murad da digərləri kimi əl və ayaqları arxadan yapışqan lentlə bağlansa da, Cahangirin əl və ayaqları qandalsız və açıq olmuşdur. Bir müddət Murad döyüldükdən sonra Qənbər Hüs eyni baş nahiyəsindən aramsız olaraq vurmağa başlamışdır. Nəticədə ardıcıl və aramsız zərbələrdən Qənbərin əlindəki plastmas borunun ucu qırılmışdır. Proses yekunlaşdıqdan sonra Qənbərgil onu və Arzunu çağıraraq uzanmış vəziyyətdə olan Murad, Kamran, Hüseyn və Fuadı yarıhuşsuz halda olduqlarından daşıyaraq səliqəli şəkildə uzatmağı tələb etmişdir. Cahangir ikinci dəfə də qısa bir müddət döyüldükdən sonra yenidən sərbəst buraxılaraq otağına getmişdir. Bununla da proses yekunlaşmış, Hüseyn isə kimliyi ona məchul olan şəxslər tərəfindən pilləkənə bağlanmışdır. Belə ki, baxdığı bucaqdan həmin yeri görmək mümkün olmadığından Hüseynin kimlər tərəfindən necə bağlandığını görməmişdir. Hüseyn kifayət qədər ağır olduğundan onu yalnız bir neçə nəfərin pilləkəndə asılı şəkildə bağlaya biləcəyini düşün müşdür. Tural və Cavidan da səslən eşidərək bu prosesləri izləmək üçün arabir zirzəmiyə enməklə nə olduğu ilə maraqlanıb müşahidə etmişlər. Daha sonra o, 3-cü mərtəbəyə qalxaraq mərkəzdəki digər şəxslərlə görüşüb onlara hadisə barədə danışmışdır. Bundan sonra yuxarıda bir qədər vaxt keçirərək axşamın gəlməsini gözləyib saat 21:00-da yatmışdır. Çünki səhər saat 04:00-da oyanmalı olmuş, əvvəlcə o, növbəyə çıxmamalı olsa da, Famil ondan sabah saat 04:00-da yenidən növbəyə çıxmağını tələb etmişdir. Bununla da o, 05 sentyabr 2021-ci il tarixdə səhər saat 04:00-da birinci mərtəbədə Tural və ikinci mərtəbədə isə o olmaqla növbəyə başlamışlar. Arabir aşağı düşüb çıxarkən Murad və Fuadın artıq sərbəst olduğunu, həmçinin törətdikləri özbaşınalıqla əlaqədar yazı yazdıqlarını görmüşdür. Bundan başqa H üseyn hələ də asılı qaldığı yerdə olmaqla kömək diləmiş, su istəmiş və onu Famil ilə görüşdürməyini xahiş etmişdir. Səhərə yaxın, təxminin saat 10:00 radələrində mərkəz üzvləri səhər yeməyi yeyərkən o, onlardan tez bitirdiyi üçün “Konsultanskiy”ə qalxaraq monitoru müşahidə etdikdə Hüseynin artıq asılı olduğu yerdən çıxıb pilləkəndə oturduğunu görmüşdür. Fərhada yaxınlaşaraq bu barədə bildirdikdə yanında Famil də olmuşdur. Fərhad onunla gələrək Hüseyndən buradan necə çıxdığını soruşduqda onun vəziyyətinin pis olduğu bilinmiş, o artıq özündə olmamış və ağzına gələni danışaraq “imana gəl” desə də Fərhad onu yanlış başa düşərək nalayaqi ifadə işlətmiş və onu bağlamağını tələb etmişdir. O, isə cavabında Fərhada onu bağlaya bilməyəcəyini, Hüseynin ağır çəkili olduğunu demişdir. Fərhad isə onun əllərini yenidən barmaqların arasından salaraq bağlamağını tələb etmişdir. O da bağladıqdan sonra yenidən kamera otağına qalxıb kameradan ətrafı müşahidə edərək Familə Hüseynin vəziyyətinin pis olduğunu təkidlə bildirsə də o, heç bir reaksiya verməmişdir. Təxminən 20 dəqiqə sonra mütəmadi olaraq baxdığı müşahidə kamerasında Hüseynin bağlandığı yerdən arxaya doğru hərəkətsiz sallandığını görmüşdür. Onun başı arxaya doğru sallanmış, cəld qaçaraq Hüseynin yanına gəldikdə onu huşsuz görüb “bunu açmaq lazımdı, özündə deyil” sözlərini bildirmişdir. Fərhad, Famil, İsrafil və kimliyini xatırlamadığı bir neçə nəfər qaçaraq Hüseynin yanına gəlib onun əllərini açmış, üzünə su tökərək ayıltmağa çalışmışdır. Hüseyni qaldırıb zirzəmiyə düşürərək yerə qoymuşlar, o isə nəbzini yoxlamışdır. Daha sonra nəb zindən reaksiya ala bilmədiyi üçün göz bəbəklərinə işıq tutaraq reaksiyasını yoxladıqda onun heç bir reaksiya vermədiyini müşahidə etmişdir. Bir qədər ürək masajı və ilkin tibbi yardım tədbirləri gördükdən sonra Hüseynin vəziyyəti pisləşdiyi üçün onu zirzəmidə olan matras üzərinə qoymuş, Famil tərəfindən hadisə yerinə çağırılmış, sürücü işləyən Rəşid əminin “Hyundai Sonata” markalı avtomobilinə mindirərək Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışlar. Həmin zaman avtomaşında o, Tural və Cavidan olmuşdur. Avtomobildə nəbzinin vurmağına baxmayaraq, xəstəxanaya çatdıqda Hüseyn artıq keçinmişdir. Bu səbəbdən də Hüseynin meyitini götürüb oradan Binəqədi rayon meyitxanasına gətirmişlər. Hüseyn reabilitasiya mərkəzinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qaldığı, eləcə də qa ndallı vəziyyətdə səhərə qədər pilləkəndən asılı vəziyyətdə qaldığı üçün həmin hadisə nəticəsində aldığı xəsarətlər və məruz qaldığı işgəncələr nəticəsində ölmüşdür. Hüseyn Murad, Kamran, Fuad və Cahangir adlı rezidentlər ilə birlikdə mərkəzdən qaçış planını qurmuş, lakin rezidentlərin biri bu barədə personala məlumat verdiyi üçün onların həmin planının qarşısı alınmışdır. Zərərçəkmiş şəxs1 ölüm səbəbi konkret ona məlum olmamış, lakin onun uzun müddətli döyülərək işgəncələrə məruz qalması, eləcə də ac- susuz gecə boyu saxlanılması nəticəsində vəziyyəti pisləşmişdir. Hüseyn gecə boyu səhhətinin pis olmasını dilə gətirərək əzab içərisində onu azadlığa buraxmalarını, su içmək istədiyini söyləsə də, onu buraxmamışlar. Orucəli Qənbər və Elvüsal ilə mərkəzə gələrək Fuada, Kamrana, Murada, Cahang irə və Hüseynə qarşı fiziki zorakılıq göstərdikdən sonra onların bir gün bağlı şəkildə saxlanılmasına göstəriş verərək çıxıb getmişdir. Müalicə aldığı müddət ərzində həmin mərkəzə heç zaman narkotik vasitə gətirilməmiş, yalnız müalicə alan şəxslər ilk əvvəllər mərkəzə gələn zaman bəzi hallarda onların üzərində narkotik aşkar edilən zaman həmin narkotik dərhal məhv edilmişdir. Məhkəmə qərarlarında olan Məhkum ilə Şahid3 arasında 16 noyabr 2022-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək 4 sentyabr 2021-ci il tarixdə günorta radələrində Binəqədi rayonu, Novxanı bağ massivi, 946a nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisində Məhkum Zərərçəkmiş şəxs4 xüsusi fəndlə yerə yıxaraq ona fiziki zorakılıq gö stərdiyini, eləcə də 5 sentyabr 2021-ci il tarixdə səhər radələrində Məhkum tərəfindən əl-qolu açılmış Zərərçəkmiş şəxs1 yenidən taxta tirə bağlanmağına göstəriş verildiyini Məhkum üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum isə üzləşdirmə zamanı Şahid3 qeyd etdiyi xüsusatları bütünlüklə təsdiq etməyərək Zərərçəkmiş şəxs4 və digər şəxslərə qarşı fiziki zorakılıq göstərmədiyini, Zərərçəkmiş şəxs1 qolunun bağlanılması ilə bağlı göstəriş vermədiyini, ümumiyyətlə hadisə zamanı evin zirzəmisində deyil, evin ikinci mərtəbəsində olduğunu bildirmişdir. Məhkəmə qərarlarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 5 sentyabr 2021-ci il tarixli hadisənin baş verdiyi “New Life" Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a nömrəli bağ evinə baxış keçirilərkən fərdi yaşayış evi üç mərtəbədən ibarət olmaqla dəmir materialdan qapısı və dəmir barmaqlıqlarla əhatələnmiş pəncərələri olmuşdur. Evin həyətində 3x5 metr ölçüsündə su ilə doldurulmuş hovuz olmuşdur. Ev yataq otaqları, zirzəmi, mətbəx, sanitar qovşaq, məşğələ və hamam otaqlarından ibarət olmaqla içərisində yaşamaq üçün yataq dəstləri, məişət ləvazimatları və ərzaqlar, eləcə də narkomaniya mövzusunda müxtəlif dərsliklər, divar yazıları, əlyazmalar, dərman preparatları, işgəncə metodu kimi istifadə edilən predmetlər aşkar olunmuşdur. Həmçinin iş materiallarında olan “New Life” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi ikinci evə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 559 nömrəli bağ evinə baxış keçirilməsi haqqınd a 6 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, fərdi yaşayış evi üç mərtəbədən ibarət olmaqla dəmir materialdan qapısı olmuşdur. Evin həyətində su ilə doldurulmuş hovuz olmuşdur. Ev yataq otaqları, zirzəmi, mətbəx, sanitar qovşaq, məşğələ və hamam otaqlarından ibarət olmaqla içərisində yaşamaq üçün yataq dəstləri, məişət ləvazimatları və ərzaqlar, eləcə də narkomaniya mövzusunda müxtəlif dərsliklər, divar yazıları, əlyazmalar, dərman preparatları, işgəncə metodu kimi istifadə edilən predmetlər aşkar olunmuşdur. O cümlədən məhkəmə qərarlarında olan ********* nömrəli cinayət işi üzrə X5 təqdim etdiyi təqsirləndirilən şəxs Şahid1 məxsus, istifadəsində olmuş bir ədəd, qara rəngli, “9999” nömrəli ekran kodu olan “Samsung Galaxy A20s” markalı mobil telefona baxış keçirilməsi haqqında 7 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Qalereya” adlanan bölməsində müalicə alan çoxnömrəli şəxslərə qarşı cəza tədbirlərinin tədbiq edilməsi ilə bağlı videogörüntlər müəyyən edilmişdir. Həmin videogörüntülərdən fotoşəkillər çəkilərək cinayət işinin icraat materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərdən naməlum şəxs tərəfindən “Axşam axşam bu Yusif yenə Orucun tərs damarına düşüb” sözləri səsləndirilməklə mərkəzdə müalicə alan şəxslərdən birinin bel nahiyəsində stul saxlamaqla oturub-duraraq cəzaya məruz qalması, mərkəzdə müalicə almış Teymur Vəzirovun bel nahiyəsində masa saxlamaqla cəzaya məruz qalması, X2 əlində sarı rəngli plastik boru ilə mərkəzdə müalicə alan şəxslərə qarşı fiziki zorakılığın göstərilməsi, eləcə də həmin şəxslərin Orucəli Əliheyd ərovdan mərkəzin rəhbəri kimi çəkinmələri, sonuncunun müalicə alan şəxslər üzərində psixoloji üstünlük qurması, müalicə almış şəxslərin əllərində stul tutaraq cəzaya məruz qalmaları və sair müşahidə edilir. Həmçinin məhkəmə qərarlarında olan 5-6 sentyabr 2021-ci il tarixlərdə “New Life” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a nömrəli və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 559 nömrəli ünvanlarda yerləşən bağ evlərinə baxış zamanı maddi sübut əhəmiyyətinə malik olması düşünülərək götürülmüş əşyalara baxış keçirilməsi haqqında 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, bağ evlərindən müalicə alan şəxsləri biri-birinə bağlamaqla işgəncə metodu kimi istifadə edilən, uzunluğu 9 metr olan, xaki rəngli, parça ma terialdan toxuma kəmər və uzunluğu 6 metr olan, qırmızı rəngli ip (kəndir), işgəncə metodu kimi əl və ayaqlarını bağlamaq üçün istifadə edilən, çoxlu sayda ağ rəngli kabel bağları, yəni sığac (qandal qismində istifadəsi nəzərdə tutulan sığac), 72 sm uzunluğunda, açıq qəhvəyi rəngli taxta, sınmış vəziyyətdə olan qara rəngli dəmir dəyənək, müalicə alan şəxslərin mərkəzdən qaçmaqlarının qarşısını almaqdan ötrü növbədə qalan şəxslərin daima biri-biriləri ilə əlaqə saxlamalarını təmin edən, “Blofeng" markalı 3 ədəd səyyar radio vasitəsi (ratsiya), 2 ədəd şarj aləti və sair aşkar edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qo pması, sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançır hematomaları, üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən 1-2 gün əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcələrinə görə İİİ daraq sümüyü başının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdir, sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançır hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, qançırlar və sıyrıqlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (yumruq, təpik və s) və uzunsov formalı bərk küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb tiryə k qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirilərkən xəsarət yetirən şəxs (şəxslər) onunla müxtəlif vəziyyətlərdə (üzbəüz, arxadan, yan tərəfdən və sair) ola bilərdi. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin işgəncə vermə xarakterli olub-olmamasının təyini məhkəmə-tibbi ekspertinin səlahiyyətlərinə aid deyildir. Zərərçəkmiş şəxs1 meyitində olan xəsarətlərin xarakterinə və lokalizasiyasma görə demək olar ki, həmin xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlm əsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan və sidikdə məhkəməkimya tədqiqatı nəticəsində tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon aşkar edilmişdir. Həmçinin məhkəmə qərarlarında olan Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 34/167 nömrəli rəyindən görünür ki, miqdarı tədqiqatın texniki səbəblərdən aparılması mümkün olmadığından mərhum Zərərçəkmiş şəxs1 təxminən nə vaxt və hansı dozada narkotik vasitə (heroin və metadon) istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Konkret şəxs üçün narkotik vasitənin hansı dozada ölümə səbəb ola bilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, hər bir istifadəçi üçün letal doza individualdır. Hər bir narkotik vasitə i nsan orqanizmi üçün təhlükəlidir. Heroin və müalicə məqsədi üçün seçilmiş dozadan artıq qəbul edilmiş metadon insan orqanizmi üçün yüksək təhlükə kəsb edən preparatlardır. Narkomaniyaya düçar olan xəstələrdə qeyd olunan heroin və metadon onlar tərəfindən venadaxili, əzələdaxili və perolal yolla qəbul olunur. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində inyeksion yolla narkotik vasitənin yeridilməsinə xarakterik olan inyeksiya izi və ya izlər (nöqtə şəkilli yaracıqlar) aşkar olunmadı. Əksər hallarda heroinin 1 dozasının perolal qəbulu zamanı eyforiya müddəti 5 saat ərzində, metadonun 1 dozasının peroral qəbulu zamanı aktiv təsiri 24-36 saat əzrində davam edir. Lakin qeyd etmək lazımdır ki, istifadə növü dəyişdirildikdə, yəni venadaxili qəbulu zamanı bu maddələrin aktiv təsiri güclənir, daha intensiv olur, lakin orqanizmdə parçalanma müddəti azalır. Qəbul edilmiş heroin və metadonun insan orqanizmində qalma müddəti individualdır. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə aşkar olunmuş heroin və metadonun nə zaman qəbul etdiyini təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə heroin və metadonun aşkar olunması ona dəlalət edir ki, o, həmin maddələri sağlığında qəbul etmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin eksperti vəzifəsində işləyir. 2017-ci ildən isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Ana tomiya birliyinin Binəqədi rayon şöbəsinin eksperti kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan və sidik nümunələrində məhkəmə-kimyəvi müayinə zamanı heroin və metodon adlı narkotik maddələrin aşkar olunması, eyni zamanda meyitin daxili müayinəsi zamanı və meyitdən götürülmüş məhkəmə-histoloji analizlərin nəticələrində onun ölümünə səbəb ola biləcək xəstəlik və travma əlamətləri aşkar olunmamasını nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb heroin və metodon adlı narkotik maddələrlə kəskin zəhərlənmə olmuşdur. Narkotik zəhərlənmə mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb olduğu üçün rəydə kəskin sözü yazılmışdır. Mərhum Zərərçəkmiş şəxs1 heroin və metodon adlı narkotik maddələri qəbul etdikdən sonra, vaxtında tibbi müdaxilə edilsəydi, onun həyatını xilası etmək mümkün ola bilərdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 596 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin hematoma bətk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti müayinədən 5-6 gün əvvəl, qançırların xarakterinə görə, sağ bilək nahiyəsinin qançırları ilgəyəbənzər əşyanın və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 4-5 gün əvvələ, alın və sol sağrı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 6- 8 gün əvvələ, sol bazu, sol baldır və bel nahiyələrinin qançırları bərk küt əşya (əşya lar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 10-12 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 216 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi olan çapıq aşkar edildi. Qeyd olunan xəsarət uzunsov formalı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığ a yüngül zərərvurmaya aiddir. Həmçinin məhkəmə qərarlarında olan məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol əlin arxa səthinin və sağ bazunun çoxnömrəli qançır və sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə bazu oynağında ağrı hesabına funksiya pozuğunluğu ilə müşayiət olunan qançır və sıyrıqlar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan kompleks m əhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 2824 sayh rəyindən görünür ki, Məhkum hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda opioidlərin qəbulu nəticəsində davranış pozuntuları müəyyən edilir. Məhkum həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlər ini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, konfliktə və mübahisəyə meyillilik, davranışı üzərində iradə nəzarətin çatışmazlığı, məsuliyyətsizlik, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik və s. aşkar olunur. Məhkum qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (psixi-emosional gərginlik, kəskin stress, affekt və sair) yaranmamışdır. Məhkum cinayət əməllərini törədərkən qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Hazırki cinayət işindən ayrılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(101)-149/2023 nömrəli hökmü ilə X3 və X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3cü maddələri ilə təqsirli bilinərək hər biri qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsili bilinərək qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumin əməlini CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, ta m və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəz asını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinay ətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM- in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum əməlində cinayət tərkibi olduğundan məhkum edilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 11 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1007/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1007/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver