Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1008/2022 25.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, barələrində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli, 1(103)-342/2021 nömrəli qərarından barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs1 və barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi XXX oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs1 xx xxxxxx 1966-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs5 xx xxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. 3. 11 mart 2019-cu il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 (digər şəxslərlə yanaşı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 165.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmiş ona görə ki, ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc edib yaymaqla müəllifliyini mənimsəyib xeyli miqdarda ziyan vurub vahid niyyətlə müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə etmişlə r. 4. 19 mart 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və qeyriləri cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc etməklə və yaymaqla müəllifliyini mənimsəyib xeyli miqdarda ziyan vurub vahid niyyətlə müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə etmişlər.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(002)3/2020 nömrəli hökmü ilə Təqs irləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 165.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmələri, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barələrində olan cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri hökm edilmiş, hökmlə digər məsələlər həllini tapmışdır.
7. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 165.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmələri, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsi və onların cinayət məsuliyyətindən azad edilmələri hökm edilmişdir.
8. Birinci i nstansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, Təqsirləndirilən şəxs5 cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə hökmün sonuncuya aid hissədə ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılması, iş üzrə “Abituriyent" jurnalı redaksiyası tərəfindən verilmiş mülki iddianın sübuta yetirilmədiyi əsas gətirilməklə təmin olunmamasına dair qərar verilməsini xahiş etmişdir.
9. Hökmdən həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi X5, Təqsirləndirilən şəxs3 müdafiəçisi X6, Təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs X1 müdafiəçisi X4 və zərər çəkmiş şəxs-mülki iddiaçı “Abituriyent” jurnalı redaksiyasının redaktoru İlqar Cəfərov tərəfindən apellyasiya şikayətləri vermişlər.
10. Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli, 1(103)-342/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 müdafiəçisi X5, Təqsirləndirilən şəxs3 müdafiəçisi X6, Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı “Abituriyent” jurnalı redaksiyasının redaktoru İlqar Cəfərov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı “Abi turiyent” Jurnalı redaksiyasının 316,650 (üç yüz on altı min altı yüz əlli) manat məbləğində mülki iddiası qəbul edilməklə təmin edilmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 münasibətdə mülki-iddiadan imtinası qəbul edilmiş və zərərçəkmiş şəxs-mülki iddiaçı “Abituriyent” jurnalı redaksiyasının 316,650 (üç yüz on altı min altı yüz əlli) manat məbləğində mülki iddiasının 63,330 (altmış üç min üç yüz otuz) manat hissəsinin Təqsirləndirilən şəxs1 tutularaq “Abituriyent” jurnalı redaksiyasının nəfinə keçirilməsi, hökmdən “iş üzrə mülki iddianın baxılmamış saxlanılması”na dair müddəaların xaric edilməsi qərara al ınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarından barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs1 və barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi XXX oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
12. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi XXX oğlu kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırdığı eyni dəlillərlə əsaslandırmış, şikayət müəllifi onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarix li qərarının Təqsirləndirilən şəxs5 aid hissədə ləğv edilməsini, onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.
13. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs1 kassasiya şikayətində qeyd etmişdir ki, onun digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq cinayət törətməsi heç bir sübutla öz təsdiqini tapmamış, əməlində Azərbaycan Respublikası CM-nin 165.2.2-ci maddəsinin tərkibi olmadığına görə ona bəraət verilməli idi. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.
14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələ blərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkə məsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Kassasiya şikayətlərində barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxslərin əməlində cinayət tərkibinin olmadığı və təqsiri sübuta yetirilmədiyinə görə onlara bəraət verilməsi xahiş edilmiş, kassasiya şikayətlərinin müəllifləri tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişlər.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 16 iyun 2021-ci il tarixli, 1(103)-342/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxslərin cinayət əməllərini törətmələrinin mübahisələndirilməsi üzrə dəlilləri verdikləri apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
23. Öz növbəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 165.2.2-ci maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tər kibinin olması, bu maddə ilə onların təqsirli bilinmələrini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 əməlinin Azərba ycan Respublikası CM-nin 165.2.2-ci maddəsi ilə tövsif edilməsi, onların bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxslərin cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün, mülki iddiaya aid hissə istisna edilməklə, dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını gös tərir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli, 1(103)-342/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs1 və barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi XXX oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli, 1(103)-342