Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1008/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanında yaşamış, hal-h azırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(103)-1102/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(101)-1994/2022 nömrəli hökmü ilə ( hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və M.H.Əkbərov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 09 may 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), Q.X.Babayev və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü cəza hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 05 (beş) il müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi 1,795 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 8,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 9 may 2022-ci ildə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Y.Qasımov küçəsində olan nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,795 qram ku star üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üçədəd sellofan bükümdə hər birində ayrıayrılıqda təmiz çəkiləri - 1,675 qram, 4,804 qram və 1,661 qram olmaqla, cəmi təmiz çəkisi 8,140 qram olan külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin, habelə narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etdiyi və səthində narkotik vasitə heroinin izlər olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.3cü maddəsindən CM-nin 234.1-1-ci maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şika yətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti k imi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddə sinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmu ş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiya larına görə həmin normalar (hazırki işin kontekstində) şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmet in narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələr in qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülmə lidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin və metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik və psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik va sitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun ə məlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkum edilmiş şəxsin qismən etirafedici ifadələrinə, “şəxsi axtarış və götürmə aparılması” barədə 09 may 2022-ci il tarixli protokolla, 09 may 2022-ci il tarixli, 6/2669 nömrəli və xx.xx.2022-ci il tar ixli, 4306 nömrəli ekspertiza rəylərinə, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş sms məlumatlarına («mənə tez zəng elə yada səhər tezdən 6 ya 15 dəyqə qalmış çıxacam mənə 10 torpağ ver tezdən qadan alim», «x 5 diy pati çatdım binalara», «çatdım texnikoma cıx 5 diy pati normal elə cıx da gözdemiyim çatdım» və s.), maddi sübutlara və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərə findən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkumun ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində deyil, 234.1-ci və ya 234.1-1-ci maddələrində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sü rülən Məhkum cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiya məhkəməsi Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsini həll edərkən Məhkum tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun vərəm xəstəlikdən əziyyət çəkməsini və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzasının azaldmasını mümkün bilmiş, və ona həmin maddənin sanksiyasında müəyyən edilmiş minimum həddində (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu r) cəza təyin etmiş və həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kass asiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair ci nayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(103)-1102/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1008/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1008/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver