Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1009/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Məhkumun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Səfərov Eldar İbrahim oğlunun iştirakları ilə xx xxxxxx 1968-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası və təndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Səfərov Eldar İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən), Ə.M.Abasov və M.M.Ağalarov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən topl amaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul və maddi vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 17 (on yeddi) gün ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul və maddi vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərb aycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs X3 nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Təqsirləndirilən şəxs A zərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq edilməklə ona, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 01 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsa sən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyrisinin köməyi ilə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə a ğır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 3 MMC-nin 10 aprel 2013-cü il tarixdən 16 oktyabr 2017-ci il tarixədək direktoru və təsisçisi olmaqla həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 4 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 m2 olan 3 otaqlı 30 nömrəli mənzilin 2006-2013-cü illər ərzində "xxxx" MMC-nin direktoru olmuş Şahid5 tərəfindən Zərərçəkmiş şəxs3 2012-ci ilin fevral ayında mənzilin ümumi dəyəri 108.000 manata razılaşılmaqla ilkin ödəniş kimi sonuncu tərəfindən MMCyə 12.000 manat ödənildikdən sonra həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs3 adına 13 fevral 2012 -ci il tarixli mənzil alqı-satqı müqaviləsi, mənzilin qalan dəyəri sonuncu tərəfindən 2013-cü ilin mart ayına qədər müxtəlif məbləğlərdə, cəmi 108.000 manat ödənildikdən sonra 15 mart 2013-cü il tarixli tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməklə satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2007-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin binanın 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin satış qiyməti olaraq razılaşdırılmış 109.000 manat pul vəsaitindən 60.000 manat ilkin ödəniş ödəməklə mənzili almış Şahid7 qeyd edilən mənzili satın almaq məqsədilə 2014-cü ilin aprel ayının sonlarında müraciət etmiş Zərərçəkmiş şəxs4 ilə Şahid7 mənzil alqı-satqısın a dair aralarında razılığa gəldikdən sonra birlikdə Cəmiyyətə gedərək mənzilin Zərərçəkmiş şəxs4 adına keçirilməklə alqısatqısının həyata keçirilməsi zamanı sonuncuya həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli mənzilin heç kəsə satılmamış boş mənzil olmasını, həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs3 satılmaqla sonuncunun adına rəsmiləşdirilməsini gizlətməklə bildirib, mənzili 10-cu mərtəbədə yerləşən eyni ölçülü və otaq sayı olan mənzilin əvəzi kimi aldatmaqla qəsdən təklif edib həmin mənzili 136.000 (bir yüz otuz altı min) manata ona sata biləcəyini yalandan bildirməklə, Əlfi Rüstəmzadədə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, mənzilin ona satılmasına razılaşıb həmin adla 30 aprel 2014-cü il tarixdə Cəmiyyətin ünvan 5 ünvanında yerləşən satış ofisind ə maliyyə arayışında mənzilin ümumi dəyəri 109.900 manat qeyd edilsə də, Zərərçəkmiş şəxs4 136.000 (bir yüz otuz altı min) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitinin 85.000 (səksən beş min) manatını Şahid7 tərəfindən mənzilin alınması zamanı ödənilmiş pulun əvəzi olaraq sonuncuya qaytardıqdan sonra qalan 51.000 (əlli bir min) manatı özünə götürüb, həmin ofisdə vəzifəli şəxs qismində tamah niyyətilə 30 nömrəli mənzilin Zərərçəkmiş şəxs4 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 30 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla imzalayıb Cəmiyyətin möhürü ilə şəxsən təsdiq etdikdə n sonra Zərərçəkmiş şəxs4 təqdim edib, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ona külli miqdarda -136.000 (bir yüz otuz altı min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətlərilə Zərərçəkmiş şəxs3 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu i lə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin direktoru olan Şahid10 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, o, özü və Şahid10 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 4 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzili Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, Şahid5 vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitini alıb həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləməsi ilə əlaqədar buna dair özü tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verməklə satmasına baxmayaraq, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə, heç kəsə satılmamış boş mənzil kimi 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəyini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 5 ünvanında yerləşən satış ofisində Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Şahid10 iştirakı ilə alıb, vəzifəli şəxs qismində tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla Şahid10 tərəfindən qəsdən fərqli formada imzalanıb, özü tərəfindən isə Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qul luq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmiş, vəzifəli şəxs qismində bir qrup şəxs halında, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş və Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib, onun hüquqlarına və qanuni mənafelərinə Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, təkrarən, vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin Cəmiyyətin direktoru v ə təsisçisi vəzifəsində işləyərkən, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 5 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 92 m2 olan 2 otaqlı 4 nömrəli mənzili tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs5, 2016-cı ilin sentyabr ayında 147.200 (bir yüz qırx yeddi min iki yüz) manat məbləğində pul vəsaiti almaqla, həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləməsi ilə əlaqədar buna dair özü tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş sonuncunun adına 20 sentyabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verməklə satmasına baxmayaraq, həmin h ündürmərtəbəli binanın 2004-cü il tarixdən etibarən tikintisinin aparılması məqsədilə Şahid9 və X4 yaşadıqları ünvan 5 ünvanında yerləşən evlərinin sökülməsi zamanı sonuncularla Cəmiyyət arasında yaranmış mübahisə ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Şahid9 və X5, digər tərəflərə, eləcə də, "xxxx" MMC-yə qarşı “mənzillə təmin edilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi əsasında Nəsimi rayon məhkəməsində mülki işə baxılarkən Sevinc və Sevil Həsənovaların mənzillə təmin edilməsi üçün 4 nömrəli həmin mənzilin əvvəlcədən özü tərəfindən Zərərçəkmiş şəxs5 satılaraq sonuncunun adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi təqdim edilməsindən ötrü xx.xx.2017-ci il tarixli 106 saylı məktubla məhkəməyə təklif etməsi ilə əla qədar Nəsimi rayon məhkəməsinin 3 may 2017-ci il tarixli qətnaməsinə əsasən ünvan 6 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 92 m2 sahəyə malik 2 otaqlı 4 nömrəli mənzil Şahid9 və X5 təqdim edildiyindən, həmin hərəkətlərilə Zərərçəkmiş şəxs5 qeyd edilən mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, təkrarən, vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı humanizm və ədalətlilik prinsiplərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkən şəxslərə dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkən şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş və yetkinlik yaşına çatmayan övladı vardır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Şahid5 və Şahid10 təqsirləndirilməsinə dair cinayət işindən ayrılmışdır. Həmin şəxslər barəsində Bakı Ağır Cinay ətlər Məhkəməsinin hökmü ilə şərti məhkum etmə tətbiq edilmişdir. Belə olan halda, eyni əmələ görə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi ədalətsiz olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.Səfərovun, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Nümayəndə2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsə lələrinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkuma əsassız olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi mübahisə edilir. Kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs verilmiş ittihamın əsaslılığı mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Resp ublikası CM-in 308.1-ci maddəsində “Vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 308.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə mə şğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunması ilə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən ha lların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyan ödənilmişdir, onların məhkuma qarşı heç bir şikayət və tələbləri yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, habelə himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməm işdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə əsas cəza kimi təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının, onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasın şərti tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də q oya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərin də nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2ci maddələri ilə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 66.3 və 69.3-cü maddəsinə əsasən ü zərində əsas cəza kimi qəti olaraq saxlanılmış 03 (üç) il 09 (doqquz) 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Təqsirləndirilən şəxs dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1009/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1009/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver