Məhkəmə qərarları › İş №1(102)-1009/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1009/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1009/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçi Nağıyev Yaşar Atamalı oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəm əsinin 30 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Y.A.Nağıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, heç ynrdə işlməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum məlum olmayan tarixdə və mənbədən bir ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofan bükülüdə külli miqdarda, yəni təmiz çəkisi 7,647qram narkotik vasitə olan heroini, bir ədəd qırmızı rəngli falqada təmiz çəkisi 0,114 qram psixotrop maddə olan metamfetamini, həmçinin iki ədəd içərisində narkotik vasitə olan heroin izləri olan ampula şüşələri, içərisində narkotik vasitə olan heroin izləri olan bir ədəd1 ml-lik və bir ədəd 2 ml-lik şpirisləri qanunsuz olaraq satış məqsədi ilə əldə edi b eyni məqsəd ilə üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə 07 radələrində Gəncə şəhəri 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasında xidmətdə olan DİN-in BMİ-nin Gəncə Regional Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid1 məlumatı əsasında Gəncə şəhər, Nizami RPİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri 3 nömrəli TTY xəstəxanasında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi 7,647 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin cibindən 1 ədəd qırmızı rəngli falqanının içərisində təmiz çəkisi 0,114 qram çəkidə kustar üsulla hazırlanmış psixo trop maddə metamfetamin, həmçinin iki ədəd içərisində narkotik vasitə olan heroin izləri olan ampula şüşələri, içərisində narkotik vasitə olan heroin izləri olan bir ədəd 1 ml-lik və bir ədəd 2 ml-lik şpirisləri aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Y.A.Nağıyev tərəfindən həmin şikayətə verilmiş əlavəyə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 27 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti (ona verilmiş əlavə ilə birlikdə) təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 27 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Y.A.Nağıyev kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə əsasında həbslə əlaqədar olmayan cəzanın təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Y.A.Nağıyev öz kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 25, 61, 63, 67 və 125-ci maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) və CM-nin bir sıra maddələinə, işin müəyyən olunmuş faktiki hallarına və bu halların arxasında duran bir çox sübutlara istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə Məhkum barəsində ədalətsiz hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq həmin hökmü qüvvədə saxlamışdır. Halbuki, Məhkum heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və bunu təsdiq edən sübutlar müəyyən edilməmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin bildirir ki, cinayət işində olan sənədlər saxtalaşdırılmış, istintaq hərəkətləri prosessual hüquq normalarının tələbləri pozulmaqla aparılmış, ibtidai araşdırma zamanı Məhkum müdafiə və azadlıq hü quqları pozulmuş, o, hüquqi savadı olmadığına görə ona təqdim olunmuş sənədlərin mahiyyətini başa düşməyərək onları imzalamış, sonuncunun narkotik vasitələri satdığı şəxslər müəyyən edilməmiş və dindirilməmiş, narkotik vasitələrin hazırlanması üçün avadanlıq da aşkar olunmamış, onun özünün narkomaniya xəstəliyindən əzab çəkməsi və buna görə də üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni öz şəxs istifadəsi üçün əldə edərək saxlaması məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Kassasiya şikayətinin müəllifi hesab edir ki, belə olan halda onun əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona bu maddə əsasında həbslə bağlı olmayan cəza təyin edilmləlidir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi Y.A.Nağıyev kassasiya şikayətinin təmin edilm əsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi Y.A.Nağıyevin rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən müdafiəçisi Y.A.Nağıyev kassasiya şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun ağır cəzaya məruz qalmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Y.A.Nağıyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instans iyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi v ə ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsimnin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olun muş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun v ə digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəza nı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməli olması başa düşülür. CPM-nin 14 4-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətlə ndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkarın barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməs i) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəz adan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda təsivr edilmiş tələblərinə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cin ayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Bel ə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi m ühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarına görə, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericil iyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qi ymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı ma ddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçilərin iştirakı ilə verdiyi ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi, yəni onun istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə məhz satış məqsədi ilə qanunsuz otaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin I siyahısına da xil edilən külli miqdarda ümumi təmiz çəkisi 7,647 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,114 qram olan psixotorop maddəni - metamfetamini əldə edərək üzərində saxlaması və daşıması həmin sübutlarla tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, müdafiəçi öz kassasiya şikayətində Məhkum onun barəsində aparılmış cinayət təqibi dövründə həmin narkotik vasitələri satış məqsədilə əldə etməsi barədə fikri olmadığını, narkomaniya xəstəsiliyindən əziyyət çəkməsini və ittihşamda göstərilən vasitə və maddəni şəxsi istifadəsi üçün özündə saxlamasını qeyd edərək onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə tələb irəli sürmüş, eyni zamanda ibtidai araşdırma zamanı Məhkum müdafiə və azadlıq hüquqlarının pozulmasını iddia etmişdir. Məhkəmə kollegiyasın ın qənaətinə görə iş üzrə toplanmış sübutlar həm kassasiya şikayətinin dəlillərinin, həm də həmin şikayətdə irəli sürülmüş tələbin əsassız olmasına dəlalət edir. Bununla bağlı məhkəmə kollegiyası cinayə işinin materiallarına əsaslanaraq ilk növbədə qeyd edir ki, həmin materiallara, yəni ilkin araşdırma və istintaq zamanı toplanmış sübutlara əsasən, Məhkum 28 noyabr 2021-ci il tarixdə saat 07 radələrində ünvan 3 ünvanında yerləşən ünvan 4übhəli apardığına görə, həmin xətəxanada xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə regional Mühafizə İdarəsinin polis nəfəri polis serjantı Şahid1 Gəncə şəhəri Nizami Rayon Pois İdarəsinin rəisinə raportla müraciət edərək Məhkum üzərində narkotik vasitələrin olub-olmamasının yoxlanılması üçün müvafiq tədbirlərin görülməsinə dai r göstəriş verilməsini xahiş etmişdir. Həmin raporta əsasən Nizami RPİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 noyabr 2021-ci il tarixli qərarına müvafiq olaraq Məhkum göstərilən vaxtda polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, bundan sonra həmin İdarənin Təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı X13 Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyin görə onun şübhəli şəxs qismində tuulması barədə qərar qəbul etmiş və sonquncu bu qərara əsasən özünün seçdiyi müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra isə bütün istintaq hərəkətləri, o cümlədən Məhkum üzərində şəxsi axtarışın aparıl ması və götürülməsi müdafiəçinin iştirakı ilə aparılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Məhkum 28 noyabr 2021-ci il tarixdə saat 07.40-da müdafiəçinin iştirakı ilə tutulmuş, ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquqları izah edilmiş, eyni zamanda onun tutulması barədə özünün göstərdiyi şəxsə - əmisi oğlu X10 məlumat verilmişdir. 29 noyabr 2021-ci il tarixdə cinayət işi müstəntiq tərəfindən icraata qəbul olunmuş, həmin tarixdə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş,və həmin tarixdə də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilərək onun həbsdə saxlama müddətinin əvvəli tutulduğu tarixdən, yəni 28 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Gö ründüyü kimi, cinayət işinin materialları ilə Məhkum müdafiə və digər hüquqlarının (CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş) cinayət təqibinin bütün mərhələlərində, o cümlədən işə apellyasiya qaydasında baxılarkən pozulması müəyyən edilmir, bu mərhələlrdə onun Avropa Konvensiyasının həm 5-ci, həm də 3 və 6-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına yol verilməsi müəyyən edilmir və onun şqübhəli şəxs qismində tutulması, habelə həbsdə saxlanılması müddətləri müvafiq olaraq CPM-nin 148 və 158-ci maddələrində nəzərdə tutulmuş hədləri aşmamış, ona qarşı işgəncə xarakterli və şərəf ləyaqətini alçaldan digər hərəkətlər edilməmiş, bunu isə o, özü də verdiyi ifadələrində dəfələrlə bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikaytinin təhlil olunan məsələlərlə bağlı dəlil lərini qəbul edilməz sayır və qeyd etməyi zəruri bilir ki cinayət işinin materiallarına əsasən birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hokmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Məhkum qismən etirafedici ifadələrinə, həmçinin şahidlər Şahid2, Şahid6, X, Şahid5 və Şahid1 ifadələrinə, məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 28 noyabr 2021-ci il tarixli "şəxsi axtarış haqqında” protokoluna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin 29 noyabr 2021-ci il tarixli, 16/1268 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyinə, 28 noyabr 2021-ci il tarixli "şübhəli şəxsi tutma” haqqında protokoluna, Azərbaycan Respublikası S əhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 28 yanvar 2022-ci il tarixli 127 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyinə, maddi sübutlara istinad edib Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə, həmin cinayət əməlinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkum əməlinin bu şəkildə tövsif edilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə sa tış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin tələblərinə və mənasına əsasən şəxsin əməlinin CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etməlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya güclü təsir edən maddə külli miqdarda olmalıdır. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin obye ktiv cəhətinə münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal (mübahisəsiz) ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 7,647 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofan bükülüdə, təmiz çəkisi 0,114 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə 1 ədəd qırmızı rəngli falqanının içərisinə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb üzərində saxlamışdır. Yuxarıda qeyd edildiyi kimi, işin müəyyən edilmiş bu faktiki halı həm məhkumun etirafedici ifadələri ilə, həm də digər sübutlarla tam təsdiq olunur. Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və onun 28 noyabr 2021-ci il tarixdə üzərindən aşkar ed ilərək heroini və metamfetamini də məhz satış məqədilə əldə edib saxlamasını və daşımasını təsdiq edən əsas sübütlardan biri də ibtidai araşdırma zamanı əldə edilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş telefon məlumatlarıdır İş materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli "Bakcell” MMC-dən daxil olmuş 1 ədəd "CD” diskə "baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" nömrəsindən 01 sentyabr 2021-ci il tarixdən 28 noyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alı nmışdır. Həmin diskdə «SMS tarixçəsi» adlı faylın içərisinə daxil olduqda mesajlar olması müəyyən edilmişdir. Bu mesajlardan 055-33570-31 nömrəsindən 13 sentyabr 2021-ci il tarixdə saat 19:45:56 dəqiqədə ***-***-**-** nömrəsinə «patı lazımdı... açda» məzmunda, həmin gün saat 19:53:05 dəqiqədə «Patı lazımdır yarım sot Elsevər gəlib dostum» məzmunda, həmin gün saat 20:02:06 dəqiqədə «yarım qramm patı götür gəl qarabağın qabağına» məzmunda, həmin mesajlardan ***-***-**-** nömrəsindən 23 sentyabr 2021-ci il tarixdə saat 19:51:48 dəqiqədə ***-***-**-** nömrəsinə «salam qaqa neynirsən anar hərəsindən 10 10 hazırla da» məzmununda, 27 sentyabr 2021-ci il tarixdə saat 12:01:01 dəqiqədə «Anar patını düzəlt heç olmasa gedimdə işə sən canın tez elə» məzmunda, 05 oktyabr 2021-ci il tarixdə, saat 19:44:32 dəqiqədə «Anar allah hakkı hələm pul almamışam, arxayın ol alan kimi gələcəm yanına» məzmunda iş üçün əhəmiyyət kəsb edən mesajlar göndərilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən məhkəmələr tamamilə haqlı olaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlini məhz satış məqsədilə törtəməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bunun üçün Ali Məhkəmənin Plenumu tərəfindən 04 mart 2011ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üz rə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallar, yəni məhkum olunmuş şəxsin müxtəlif növ və müxtəlif miqdarlarda dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş əşyaları – narkotik vasitə olan külli miqdarda heroini və psixotrop maddə olan metamfetamini ayrıayrı bükümlərə qablaşdıraraq üzərində saxlaması, istintaqla müəyyən edilməmiş şəxslərin dəfələrlə narkotik vasitələri və psixotrop maddələri satması barədə ona etdikləri müraciətləri, habelə iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu barədə müraciətləri Məhkum həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi (niyyəti) ilə əldə edib, daşıyıb, saxlaması barədə mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş Məhkum bu əməlləri satış məqsədilə törətməsi ba rədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, məhkumun cinayət əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və həmin əməlin başqa cür, yəni, kassasyia şikayətində göstərildiyi kimi CM-nin 234.1-ci maddəsi ilə tövsf edilməsi üçün əsas yoxdur. Kassasyia şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin olunmuş cəzanın həddindən artıq ağır olması barədə dəlillər irəli sürülməyərək həmin cəzanın yüngülləşdirilməsi və ya başqa cəza ilə əvəz edilməsi barədə tələb irəli sürülməsə də məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətin in dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, həmin məsələni həll edən birinci və apellyasiya instansiyası məhkəmələri CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə alaraq Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyətini səciyyələndirən hallara uyğün olan, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə - 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin cəza təyini ilə bağlı da gəldikləri nə ticə ilə razılaşır və ümumiyyətlə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyən etməyərək kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin təmin edilməsi haqqında müdafiəçi A.Y.Nağıyevin və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi Y.A.Nağıyevin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar