Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1009/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-287/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ələsgərov Ziya Camal oğlu tərəfindən verilmiş kassasiy a şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx xxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikasının x publik hüquqi şəxsində aparıcı mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-330/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tut ulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün onun cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəza təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Hökmdən həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi Sarıyev Əjdər Hakim oğlu apellyasiya şikayəti verib, hökmün cəza hissəsində dəyişdirilməsi, Məhkum 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 1(103)-287/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-330/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli hökmün dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının dəyişdirilərək, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instan siyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi Ələsgərov Ziya Camal oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.
7. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini bildirmişdir.
8. Eləcə də, məhkumun müdafiəçisi Ələsgərov Ziya Camal oğlu “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. II. Hüquqi məsələlər
9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu ger i götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
10. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
11. Həmin Məcəllənin 414.8-ci maddəsinə əsasən isə kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır.
12. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətindən imtina etməsi barə də təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)287/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ələsgərov Ziya Camal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103 )-287/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ələsgərov Ziya Camal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilsin.