Məhkəmə qərarları › İş №1(102)-101/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-101/2019

22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-101/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Faiq Qəniyev (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və Rauf Əliyevdən ibarət tərkibdə) 06 iyul 2017-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X8 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü nə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, X8 və qeyriləri ilə birlikdə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib zərərçəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirməklə quldurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs və X8 özgənin əmlakını ələ keçirmə məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək üzlərini idman papaqlarından hazırlanmış maska ilə bağlayıb 08 yanvar 2017-ci il tarixdə, saat 03 radələrində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanda yerləşən avtomobil təmiri məntəqəsinin həyətində həmin Cəmiyyətin hücuma məruz qalmış gözətçisi X5in həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı basqın edərək, X8 X5ə arxadan yaxınlaşmaqla sinəsindən tutub yerə yıxmış, qeyrisi X5in ayaqlarından tutub ona sol bud çanaq oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan əzələ-bağ aparatının gərilməsi, alnın sol səthinin şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə müqavimətini qırdıqdan sonra əlindəki sarımtıl rəngli polietilen torbanı onun başına keçirərək yapışqan lentlə – «skotç»la çiyin nahiyəsindən bağlayaraq, onu hərəkət edəcəyi halda həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəkləri ilə hədələdikdən sonra Təqsirləndirilən şəxs X5in hərəkət etməməsinə nəzarət etmək üç ün onun yanında qalmış, X3 və qeyrisi Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində, X5 icarə əsasında işlətdiyi «BMW Gallery» avtomobil ehtiyat hissələrinin satışı mağazasının dəmir barmaqlığını və giriş qapısını məntəqənin yaxınlığından götürdükləri avtomobilin işlənmiş sükan çarxı ilə sındırmaqla oraya qanunsuz daxil olaraq mağazadan hər birinin dəyəri 60 manat olan 3 ədəd 5 litr həcmdə 10x40 markalı «Maxx pover» adlı, dəyəri 12 manat olan 1 ədəd 1 litr həcmdə 10x40 markalı «Maxx pover» adlı, hər birinin dəyəri 75 manat olan 3 ədəd, 5 litr həcmdə 5x40 markalı «Maxx pover» adlı, hər birinin dəyəri 17 manat olan 3 ədəd 1 litr həcmdə 5x40 markalı «Maxx pover» adlı, hər birinin dəyəri 12 manat olan 8 ədəd 1 litr həcmdə 10x60 markalı «Speedol» adlı, hər birinin dəyəri 40 manat olan 8 ədəd 4 litr h əcmdə 5x40 markalı «Speedol» adlı, hər birinin dəyəri 10 manat olan 2 ədəd 1 litr həcmdə 5x40 markalı «Speedol» adlı, hər birinin dəyəri 32 manat olan 7 ədəd 4 litr həcmdə 10x40 markalı «Speedol» adlı, hər birinin dəyəri 8 manat olan 9 ədəd 1 litr həcmdə 10x40 markalı, «Speedol» adlı, hər birinin dəyəri 56 manat olan 2 ədəd 7 litr həcmdə 10x40 markalı «Speedol Dizel» adlı, hər birinin dəyəri 70 manat olan 2 ədəd 4 litr həcmdə 10x60 markalı «Kroon» adlı, dəyəri 45 manat olan 1 ədəd 5 litr həcmdə 10x40 markalı «Kroon» adlı, dəyəri 36 manat olan 1 ədəd 4 litr həcmdə 10x40 markalı «Kroon» adlı, dəyəri 9 manat olan 1 ədəd 1 litr həcmdə 10x40 markalı «Kroon» adlı, hər birinin dəyəri 21 manat olan 35 ədəd 1 litr həcmdə 10x60 markalı «Megun» adlı, hər birinin dəyəri 75 manat olan 3 ədəd 5 litr həc mdə 5x40 markalı «Megun» adlı, hər birinin dəyəri 15 manat olan 10 ədəd 1 litr həcmdə 5x40 markalı «Megun» adlı, hər birinin dəyəri 60 manat olan 3 ədəd 5 litr həcmdə 10x40 markalı «Megun» adlı, hər birinin dəyəri 12 manat olan 12 ədəd 1 litr həcmdə 10x40 markalı «Megun» adlı, hər birinin dəyəri 40 manat olan 2 ədəd 4 litr həcmdə 10x40 markalı «BP Visko» adlı, hər birinin dəyəri 52 manat olan 2 ədəd 4 litr həcmdə 5x40 markalı «BP Visko» adlı mühərrik yağlarını, habelə hər birinin dəyəri 75 manat olan 8 ədəd 5 litr həcmdə «Megun» adlı, hər birinin dəyəri 15 manat olan 15 ədəd 1 litr həcmdə «Megun» adlı, dəyəri 15 manat olan 1 ədəd 80x90 markalı «Onix Oil» adlı sürət ötürücü qutusu yağlarını, bundan başqa hər birinin dəyəri 13 manat olan 16 ədəd 1,5 litr həcmdə, «BMW Group Antifris» adlı məh lulu, hər birinin dəyəri 160 manat olan 2 ədəd üst qapaq rezinlərini, hər birinin dəyəri 180 manat olan 2 ədəd mühərrik başlığının örtüyünü, hər birinin dəyəri 160 manat olan 5 ədəd qayış çəkicini, dəyəri 140 manat olan 1 ədəd çəplik rezini, dəyəri 350 manat olan 1 ədəd starteri, dəyəri 52 manat olan 1 ədəd hava tənzimləyici rezin borusunu, hər birinin dəyəri 10 manat olan 15 ədəd əyləc sıxıcısının göstərici cihazını, hər birinin dəyəri 20 manat olan 3 ədəd termostatı, dəyəri 250 manat olan 1 ədəd peçin radiatorunu, hər birinin dəyəri 25 manat olan 5 ədəd 1538 ölçülü mühərrik qayışını, dəyəri 35 manat olan 1 ədəd 1733 ölçülü mühərrik qayışını, hər birinin dəyəri 25 manat olan 5 ədəd 1555 ölçülü mühərrik qayışını, dəyəri 15 manat olan 1 ədəd 866 ölçülü mühərrik qayışını, hər birinin dəyər i 15 manat olan 6 ədəd 1025 ölçülü mühərrik qayışını, dəyəri 15 manat olan 1 ədəd 1005 ölçülü mühərrik qayışını, dəyəri 15 manat olan 1 ədəd 863 ölçülü mühərrik qayışını, hər birinin dəyəri 30 manat olan 4 ədəd sürət qutusunun filtirini, hər birinin dəyəri 8 manat olan 5 ədəd «Berner» markalı geli, hər birinin dəyəri 150 manat olan 2 ədəd arxa stop faralarını, hər birinin dəyəri 180 manat olan 3 ədəd ön təkərin yatağını, hər birinin dəyəri 25 manat olan 2 ədəd şarı, hər birinin dəyəri 25 manat olan 10 ədəd mühərrikin ön qapağının rezinlərini, hər birinin dəyəri 20 manat olan 5 ədəd mühərrikin ön yağ rezinini, dəyəri 80 manat olan 1 ədəd ön əyləc kötüyünü, dəyəri 85 manat olan 1 ədəd ön əyləc kötüyünü, dəyəri 45 manat olan 1 ədəd arxa əyləc kötüyünü, dəyəri 180 manat olan 1 ədəd mühərrikin vannasını, hər birinin dəyəri 25 manat olan 3 ədəd qayış çarxlarını, dəyəri 20 manat olan 1 ədəd mühərrikin qayışının bağını, hər birinin dəyəri 90 manat olan 2 ədəd mühərrikin başlığının örtüyünü, hər birinin dəyəri 200 manat olan 2 ədəd benzin ötürücünü, dəyəri 90 manat olan 1 ədəd çəplik rezinini, dəyəri 260 manat olan 1 ədəd elastik muftanı, dəyəri 125 manat olan 2 ədəd elastik muftanı, hər birinin dəyəri 270 manat olan 2 ədəd mühərrik yastığını, dəyəri 65 manat olan 1 ədəd elastik muftanı, hər birinin dəyəri 80 manat olan 3 ədəd ksenon lampanı, dəyəri 90 manat olan 1 ədəd, E39 ölçülü çəplik rezinini və dəyəri 85 manat olan 1 ədəd termostatı götürməklə ələ keçirərək zərərçəkmiş şəxs X1 miqdarda, ümumilikdə 11186 (on bir min yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla quldurl uq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Sahibxan Mirzəyev və Elşad Şamayevdən ibarət tərkibdə) 26 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilmiş və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 26 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilməsini və məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə onun cəzasının yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun Müdafiəçi onunla əsaslandırır ki, məhkəmə cəza təyin edərkən cinayətin məqsədini və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları, habelə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini, zərərçəkmişlərdən birinin hər h ansı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, həmçinin əvvəllər məhkum olunmamasını, yaşını və evin tək uşağı olmasını həqiqi nəzərə alaraq daha ona yüngül cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.4cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində də əməlin tövsifi mübahisələndirilmir. Müdafiəçi kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəs inə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs qeyriləri ilə birlikdə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını ələ keçirməklə quldurluq etmişdir. Məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət təsnifata görə ağır cinayətlərə aiddir. Bir qrup şəxs halında zərərçəkmişə xeyli miqdar ziyan vurma ilə nəticələnmiş ağır cinayət törətmiş şəxsin barəsində CM-in 62.1-ci maddəsinin tətbiqi üçün müstəsna halların olması zəruridir. İşdən isə görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün olaraq nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin etmişdir. İşin materiallarında da Təqsirləndirilən şəxs cəzasının daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkə mə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar