Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-101/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş hüquqi şəxs – “Beynəlxalq Bankın” nümayəndəsi X7, Cinayət məsuliyyətindən azad edilmiş şəxslər – Məhkum1 və Məh kum2, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Abduləzizli Şair Abbas oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilmiş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilmiş Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 və Məhkum1 müdafiəçisi İbrahimov Telman Sadət oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Hümbətov Etibar Zülfüqar oğlu) xx xxxxxx 1977-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, ünvan1 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri təqsirli bilinib, CM-nin 308.1ci maddəsi ilə 1.000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cəza təyin edilməmiş; xx xxxxxx 1983-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, texniki peşə təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan Məhkum2 Azərbay can Respublikası CM-nin 32.4,313, 32.4, 308.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 32.4,308.1-ci maddəsi ilə 1.000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 32.4,313-cü və 320.2-ci maddələri ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cəza təyin edilməmişdir. Şamaxı rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum olunmuşlar ona görə ki, Məhkum1, 05.01.2016-cı il tarixdən Zərərçəkmiş şəxs ASC-nin Şamaxı filialının Nəzarət şöbəsinin müdiri vəzifəsində işləyərkən, bağlanmış 05.01.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Bankın hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, Bankın daxili qaydalarına əməl etmək, Bankın maraqlarına və nüfuzuna xələl gətirəcək hərəkət və hərəkətsizliyə yol verməmək, əmək qanunvericiliyin tələblərini yerinə yetirmək, əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmək və digər vəzifələrə malik vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, filialın müştərisi olan Şamaxı rayon sakini Məhkum2 Almaniya Respublikasına getmək üçün “Şengen VİZA” almaq məqsədilə Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməsi zəruri olan maliyyə vəziyyəti barədə arayışın əldə edilməsi ilə bağlı, sonuncunun filialda olan hesablarında pul vəsaitinin olmadığını bildiyi halda, aralarında olan tanışlıq münasibətinə görə həmin hesablarda kifayət qədər pu l vəsaitinin olmasına dair arayış verməsi barədə xahişi ilə sonuncunun qarşısında nüfuz qazanmaqdan ibarət şəxsi niyyətlə, Məhkum2la sövdələşməklə onun təhriki ilə, həmin filialın Şamaxı şəhəri ünvan2 ünvanında yerləşən inzibati binasında, 16.01.2017-ci il tarixdə AZ75İBAZ******************** nömrəli hesabda 3000 ABŞ dolları məbləğində pul vəsaitinin olması barədə kompyüterdə tərtib etdiyi eyni tarixli 08 nömrəli arayışı özünün və filialın müdiri Azər Hümbətovun adından imzaladıqdan sonra filialın möhürü ilə təsdiq edib, təkrarən 13.04.2017-ci il tarixdə AZ321İBAZ******************** nömrəli hesabda 2079,88 AVRO məbləğində pul vəsaitinin olması barədə kompyüterdə tərtib etdiyi eyni tarixli 52/2 nömrəli arayışı özünün və filialın müdiri Azər Hümbətovun adından imzalayıb, arayışa əlavə etdiy i həmin tarixli hesabdan çıxarışı filialın “2 saylı əməliyyat şöbəsi” məzmunlu möhürü ilə təsdiq edib saxtalaşdırmaqla, filialın adından Məhkum2 bank hesabında olan pul vəsaitləri barədə rəsmi sənəd sayılan məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı arayışları sonuncuya təqdim edib onun təhriki ilə həmin hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs ASC-nin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi sahəsində hüquqlarına və müştərilər qarşısında etimadsızlığa gətirib çıxarması ilə bağlı bankın qanuni mənafelərinə mühüm zərər vurmaqla Məhkum2 təhriki ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sair şəxsi niyyətlə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rzayev Məhəmmədəli Əsəd oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 22 avqust 2019-cu il tarixli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum1 verilmiş ittihamdan CM-nin 308.1-ci maddəsi xaric edilmiş, Məhkum1 əməli CM-nin 313-cü maddəsi ilə tövsif edilmiş, CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Məhkum1 barəsində olan cinayət işinin icraatına xitam verilmiş; Məhkum2 verilmiş ittihamdan CM-nin 32.4,308.1-ci maddəsi xaric edilmiş, Məhkum2 əməli CM-nin 32.4,313 və 320.2-ci maddələri ilə tövsif edilmiş, CM-nin 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyy ətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Məhkum2 barəsində olan cinayət işinin icraatına xitam verilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 və Məhkum1 müdafiəçisi T.S.İbrahimov tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 və Məhkum1 müdafiəçisi ilə birlikdə məhkəmə kollegiyasına ərizələr təqdim edərək verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Kassasiya kollegiyası kassa siya şikayətlərinin geri qaytarılması barədə Məhkum1, Məhkum2, müdafiəçi Ş.A.Abduləzizli, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiə çisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilmiş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilmiş Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 və Məhkum1 müdafiəçisi İbrahimov Telman Sadət oğlu tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-101/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-101/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver