Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-101/2022 21.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(104)-310/2021 nömrə li qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs Müzadil oğlu və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1980-ci il tarixdə Samux rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu Qarabağlı kəndində yaşayan.
2. Məhkum2 xx xxx 1989-cu il tarixdə Samux rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsində böyük yanğınsöndürən vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Samux rayonu Qarabağlı kəndində yaşayan 3. 05 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 127.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qısqanclıq zəminində Zərərçəkmiş şəxs Müzadil oğlundan qisas almaq məqsədilə qayını Məhkum2 ilə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında 24 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində Samux rayonu Qarabağlı kəndində yaşadığı evin qarşısında Məhkum2 ilə birlikdə ibtidai istintaqa məlum olmayan ağac parçası, əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs Müzadil oğlunun baş və digər bədən nahiyələrindən qəsdən vuraraq ona hər iki gözdə gö rmənin zəifləməsi ilə müşayiət olunan ağlı qişaya qansızma, gözaltı nahiyələrin hematoması, sağ gözün üst qapağının əzilmiş yarası, göz almalarının konyuziyası, sol qulaq seyvanının əzilməsi və əzilmiş yarasından ibarət ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs Məhkum2 qısqanclıq zəminində Zərərçəkmiş şəxs Müzadil oğlundan qisas almaq məqsədilə bacısı Mətanət Yusifovanın əri Məhkum1 ilə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında 24 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində Samux rayonu Qarabağlı kəndində Məhkum1 evinin qarşısında Məhkum1 ilə birlikdə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs Müzadil oğlunun baş və digər bədən nahiyələrindən qəsdən vuraraq ona hər iki gözdə görmənin zəifləməsi ilə müşayiət olunan ağlı qişaya qansızma, gözaltı nahiyələrin hematoması, sağ gözün üst qapağının əzilmiş yarası, göz almalarının konyuziyası, sol qulaq seyvanının əzilməsi və əzilmiş yarasından ibarət ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
5. Samux Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(058)-17/2021 nömrəli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikas ı CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib onlara aylıq qazancından dövlət nəfinə iyirmi faiz pul tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edilmiş, cəzalarının əvvəlinin aylıq qazanclarından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanması, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsi və hökmün icrasının Samur Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs apelyasiya şikayəti verib hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs şikayətində qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edər kən işin faktiki hallarına, cinayətin motivinə, törədilmiş cinayətin üsuluna düzgün qiymət verməmişdir. Hər iki təqsirləndirilən şəxs əlbir olub əlləri və ayaqları ilə onu elə döymüşlər ki, o yerdən qalxa bilməmişdir. Hadisə zamanı kənd sakini Tural onun döyülməsinə müdaxilə etmiş, aldığı xəsarətlərdən ölməsinin qarşısını almışdır. Ona çox sayda xəsarətlər yetirilmişdir. Lakin buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin etmişdir. Ona görə də təqsirləndirilən şəxslərə həbslə əlaqədar olan cəza təyin edilməsini xahiş etmişdir.
7. Apellyasiya instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs apelyasiya şikayətini müdafiə edərək göstərmişdi ki, o Samux rayonunun Poylu kəndində yaşayır. Hadisə günü rayonun Qarabağlı kəndində yaşayan atası evinə gəlmiş, gecə saat 10 radə lərində öz yaşadığı kəndə qayıtmışdır. O, Qarabağlı kəndindən Poylu kəndinə gedərkən Məhkum1 yaşadığı evin qarşısından keçmişdir. Yol qaranlıq olduğuna görə alışqanın işığından istifadə etmək məcburiyyətində qalmışdır. Həmin vaxt qəflətən başından zərbə dəydiyini hiss etmişdir. Bu zaman onu döyən şəxslərin Rantiq və qohumu Yusif olduğunu görmüşdür. Həmin şəxslər onu döyməyə başlamış, az sonra səs-küyə gəlmiş Tural onu Rantiq və Yusifin əlindən almışdır. Hadisə nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Ona görə də təqsirləndirilən şəxslərdən şikayətçidir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdi ki, onun Rantiqin arvadı Mətanətlə əvvəllər sevgi münasibətləri olmuş və bu münasibət Mətanət Rantiqə ərə getdikdən sonra da davam etmişdir. Onlar daha sonra kirvəlik münasibətlərində olsal ar da qeyd olunan hadisədən sonra əlaqələri kəsilmişdir. Ona görə də apellyasiya şikayətini təmin edilməsini xahiş edir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(104)-310/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs Müzadil oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Samux Rayon Məhkəməsinin Məhkum1 və Məhkum2 barəsində 13 aprel 2021-ci il tarixli 1(058)-17/2021 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(104)-310/2021 nömrəli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs Müzadil oğlu və onun nümayəndəsi Nümayəndə birlikdə kassasiya şikayəti vermişdilər. II. Kassasiya şikayətinin dəlilləri
10. Zərərçəkmiş Zərərç əkmiş şəxs Müzadil oğlu və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkumlar barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsi Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır. Qeyd edilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər
11. Kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Zərərçəkmiş Zərərçəkmiş şəxs Müzadil oğlu və onun nümayəndə si Nümayəndə kassasiya şikayətində məhkəmə tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər.
16. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs Müzadil oğlu və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il ta rixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüqu qi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
20. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdu r. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
21. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
22. Lakin, kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın həddindən artıq yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza tə yin edərkən əməllərini etiraf edib hərəkətlərindən peşmançılıq çəkmələrini, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, şəxsiyyətlərini, himayələrində azyaşlı uşaqlarının olmasını, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlərin nəticəsində törədilməsini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır.
24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirkarlara təyin edilmiş cəzanın əsasları, növü və müddəti ilə bağlı düzgün nəticəyə gəlmiş, cəza təyini zamanı, həm də bütövlükdə cinayət icraatı zamanı cinayət və cinayətprosessual qanunvericiliyin tələblərinə riayət etmiş, qanuni və əsaslı qərar qəbul etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 təyin o lunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, həddindən artıq yüngül cəza kimi qiymətləndirilə bilməz.
26. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 2
7. Beləliklə, məhkəmə prosesdə iştirak etmiş tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 25 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş Zərərçəkmiş şəxs Müzadil oğlu və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli, 1(104)-310/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.