Məhkəmə qərarları › İş №1(102)-101/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-101/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-101/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Ümid Nadir oğlu Şahvələdovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 06 may 2022-ci il tarixli hökmündən Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Vəliyevə Ayşən Umud qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 1(006)-425/2021 nömrəli 15 dekabr 2021-ci il tarixli hökmü ilə, xx xxx 1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddələrlə bəraət verilmişdir. Hökmlə Məhkum2 təqsirli bilinərək məhkum edilmişdir. İ şin halları: İstintaq orqanı tərəfindən Məhkum1 verilmiş ittihama görə o, 12 may 2021-ci il tarixdə saat 04:40 radələrində qohumu Məhkum2 və tanışı, yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Şahid ilə ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs işlətdiyi «Medical City» aptekin qarşısından keçən zaman yetkinlik yaşına çatmayan Şahid ona və Məhkum2 qeyd olunan aptekdən oğurluq etmələri barədə təklifindən sonra o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Məhkum2 və yetkinlik yaşına çatmayan Şahidla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında vəzifə bölgüsü apardıqdan sonra o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, yetkinlik yaşına çatmayan Şahid özü ndə olan istintaqa məlum olmayan alətlə «Medical City» aptekin giriş qapısının qıfılını sındırdıqdan sonra Məhkum2 yetkinlik yaşına çatmayan Şahidla birlikdə oraya qanunsuz daxil olub ümumi zalda qoyulmuş kassa aparatının içərisindən 4.500 manat nağd pulu və kassa aparatının qoyulduğu masanın üzərindən 1 ədəd 130 manat dəyərində “Xiaomi” markalı, MDG 2 modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmış şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4.630 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Qədim Babayevdən ibarət tərkibdə) 06 may 2022-ci il tarixli, 1(103)-536/2022 nömrəli hökmü ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hök mü ləğv edilmiş, Məhkum1 AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 10 (on) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 6 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o na qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 ibtidai istintaq zamanı şübhəli şəxsi qismində tutulduğu və həbsdə saxlandığı müddət - 6 (altı) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 cəzasının əvvəli 06 may 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli hökmünün Məhkum1 aid olan hissədə ləğv edilməsi və onun cinayət törədilməsinə aidiyyəti olmadığından Məhkum1 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, oğurluq cinayətinin törədilməsində iştirak etməmiş, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq və təzyiqlər tətbiq edilmiş, məhkum isə buna dözə bilmədiyi üçün cinayəti etiraf edən sənədləri imzalamaq məcburiyyətində qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs dəymiş ziyan 4630 ma nat təşkil etdiyi üçün, yəni 5000 manatdan aşağı olduğundan məhkumun barəsində azadliqdan məhrum etmə növündə cəza təyin edilə bilməz. Həmçinin himayəsində şəkər xəstəliyindən əziyyət çəkən yaşlı ata və anası, 6 azyaşlı övladlarının olması, həyat yoldaşı heç yerdə işləmədiyindən, evin yeganə qazanc mənbəyinin özü olmasını nəzərə alaraq, ona tətbiq edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi3 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum1 oğurluq cinayətinin törədilməsində iştirak etməmiş, cinayət işində olan mötəbər sübutlarla onun cinayətin törədilməsində iştirakı təsdiq olunmur. Belə ki, təhlükəsizlik kameranın çəkdiyi video görüntüdə Məhkum1 oğurluqda iştirak etməsi müəyyən edilmir. Məhkum1 oğurluq törətməsi barədə ibtidai is tintaq zamanı verdiyi ifadəsi polis əməkdaşların təzyiqi altında alınmış ifadələr olduğundan sübut kimi qəbul edilə bilməz. Oğurluq törətmiş Məhkum2 və Şahid ifadəsində göstərmişlər ki, Məhkum1 onlardan ayrıldıqdan sonra onlar oğurluq törətmişlər. Oğurluq nəticəsində əldə edilmiş pullardan 1200 manatı həmin gecə Məhkum1 onun evində borc vermiş, oğurlanmış telefonu isə Məhkum1 uşağına vermişlər. Beləliklə, Məhkum1 oğurluqda iştirakı hər hansı bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və həmin şikayətə əlavə təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun kassasiya şikayətinin və onun müdafiəçisinin kassasiya şikayətinə əlavənin başlıca dəlili irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlinin məhkum tərəfindən törədilməməsi, təqsirsiz olduğundan barəsi ndə ittiham hökmünün çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. İş materiallarından görünür ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli onun özünün, Məhkum2 və Şahid cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verilmiş ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərin keçirilməsi haqqında protokolları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum1 məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun məhkəmədə verdiyi ifadəsinin işin hallarına uyğun olmaması və iş üzrə digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkə n hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum1 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsinin hökmündə kassasiya şikayətinin və həmin şikayətə əlavənin əsasını təşkil edən dəlillər, yəni Məhkum1 cinayət törədilməsində iştirakının olub-olmaması araşdırılmış, sübutlara və işin hallarına hüquqi qiymət verilmiş, həmin məsələyə tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış, qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya ins tansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum1 barəsində olan apellyasiya məhkəməsinin hökmünün əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən a ğlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum1 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum1 kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakteri nə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tə rəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İ şdən görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum1 cəza təyin edərkən təqsirləndirilən şəx sin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum1 əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsələr də, kollegiya qeyd edir ki, Məhkum1 əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş və onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qər ar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəz a ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbay can Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar