Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-101/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Bəraət almış şəxs – X3 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayə t işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı4 Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin 1(071)-1/2024 saylı, 6 fevral 2024-cü il tarixli (sədrlik edən hakim: Zaur Hüseynov) hökmü ilə xx.xx.1989-cu il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə) 1(106)347/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 1(071)-1/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, X1 məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 11,88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 5,30 qram çəkidəki hissəsini 09 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq satmış, qalan 6,58 qram çəkidəki hissəsini isə ayrı- ayrılıqda təmiz çəkiləri 3,38 qram və 3,20 qram olmaqla 2 ədəd kibrit qutusunda qablaşdırılmış halda xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları t ərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Abdulabad kəndində yaşadığı küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-347/2024 saylı, 14 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Məhkəmə təqsirləndirilən şəxs V.Səmədovun tutularkən şübhəli şəxs kimi və təqsirləndirilən şəxs q ismində ibtidai istintaqda verdiyi ifadələrini fiziki zorakılığa və işgəncəyə məruz qalmasını sadəcə ehtimal edərək uydurma ifadə kimi qiymətləndirmişdir. Bundan başqa, məhkəmə hökmündə qeyd edilmişdir ki, Vasif Səmədovun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntü tədqiq edilərkən şəxsi axtarış zamanı V.Səmədovun sağ gözünün altında bənövşəyi rəngli qançırın olması açıq aydın görünmüşdür. Lakin məhkəmə V.Səmədovun sağ gözünün altında aşkar etdiyini iddia etdiyi xəsarətlə əlaqədar V.Səmədovun özü tərəfindən nə videoçəkiliş zamanı nə də daha sonra ibtidai istintaq müddəti ərzində müdafiəçisinə və ya prokurorluq orqanlarına hər hansı müraciət etməməsinin, xüsusən Vasif Səmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə qapalı məhkəmə iclasında məhz hakim Zaur H üseynovun özü tərəfindən baxılarkən zəruri şərait yaradılmasına baxmayaraq V.Səmədovun bu barədə məhkəməyə məlumat verilməməsinin səbəbini nədənsə aydınlaşdırmamışdır. Ən maraqlısı da odur ki, Vasif Səmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxarkən sonuncu canlı formada hakim Zaur Hüseynov ilə üzbə-üz dayanarkən V.Səmədovun saq gözü altında aşkar etdiyini iddia etdiyi xəsarəti həmin vaxt görməmiş və ya görə bilməmiş, lakin üzərindn bir neçə av keçdikdən sonra V.Səmədovun üzərinə şəxsi axtarış aparılması barədə olan videoqörüntüdə qeyd edilən xəsarəti görmüşdür. Bununla da məhkəmə V.Səmədovun şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntünü də öz mülahizəsinə uyğun şərh etmiş, cinayət prosessual qanunvericiliyin heç bir konkter normasına əsaslanmadan müdafiə tərəfinin mənafeyinə uyğun olaraq çıxış etmişdir: Bununla yanaşı məhkəmə V.Səmədovun istintaq təcridxanasına daxil olarkən bədəni üzrəində aşkar edilmiş xəsarətlərlə bağlı təcridxana rəsinin Hacıqabul rayon prokurorluğuna ünvanladığı məlumat əsasında araşdırma aparıldığını, araşdırma zamanı V.Səmədovun barəsində məhkəmə-tibb ekspertizası təyin edildiyini, sonuncunun ekspertizadan keçirilərək müvafiq rəyin əldə edildiyini, həmin tibbi-ekspertiza rəyində həmin xəsarətin yaranmasının ehtimal edilən səbəblərinin izah edildiyini, aparılmış araşdırma nəticəsində cinayət işi başlanmasının rədd ediməsi barədə qərar qəbul edilib həmin qərarın V.Səmədova göndərildiyini və sonuncu tərəfindən həmin qərarın ümumiyyətlə mübahisələndirilmədiyini də nədəusə nəzərə almamışdır. Qeyd e dilənlərdən əlavə məhkəmə hansısa səbəbdən məhkəmə-bioloji ekspertizasının 11.01,2023-cü il tarixli 18/31 nömrəli rəyində göstərilənləri də obyektiv formada qiymətləndirməmişdir. Belə ki, həmin rəyə əsasən tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: "...X7 üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri- 3,38 və 3,20 qram, ümumi çəkisi 6,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çət ənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs və X3 üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Belə olan təqdirdə əgər hər iki təqsirləndirilən şəxsin üzərindən çıxan narotik vasitə marixuana eyni tərkiblidirsə deməli Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə sonuncunun üzərinə polis əməkdaşları tərəfindən "qoyulmuşdur". Lakin məhkəmə hökümdən aşkar formada görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmış, Vasif Səmədova isə CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Belə olan halda məhkəmə hökmündə kifayət qədər ciddi ziddiyyət yaranır ki, bu ziddiyət hər bir hal da cinayət mühakimə icraatının ədalət və qanunçuluq prinsiplərinin aşkar surətdə pozuntusu deməkdir. V.Səmədovun üzərində şəxsi axtarış aparılarkən psixi və fiziki zorakılığa məruz qalmamasına dair Hacıqabul rayon prokurorluğunda aparılmış araşdrıma nəticəsində qəbul edilmiş cinayət işi başlanmasının redd edilməsi barədə qərar hakim üçün yetərli olmamış, o, araşdırma zamanı alınmış izahatları, məhkəmə-tibb ekspertizası rəyini inandırıcı hesab etməyərək, yalnız "daxili inam"ı əsasında, qeyri-müəyyən səbəbpən V.Səmədovun fiziki və psixi zorakılıq təsiri altında etirafedici ifadə verməsi, eləcə də V.Səmədovun Təqsirləndirilən şəxs narkotik vasitəni satmaması qənaətinə gəlmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş videogörüntü ilə şəxsi axtarışı zamanı çəkilmiş videodiskdə X3 hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur. Bir daha qeyd edirəm ki, məhkəmənin özünün bəraət hökmündə gəldiyi qənaətə əsasən, təqsirləndirilən şəxs V.Səmədov polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bədəninin konkret olaraq hansı nahiyələrindən və hansı şəraitdə xəsarətlər almasını bildirməmiş, habelə bu hal onun ifadəsindən başqa hər hansı digər mötəbər sübutlarla təsdiqlənməmişdir. Lakin məhkəmə, özünün də təsdiq etdiyi bu xüsusatı bir kənara atıb hökmünü əsaslandırmayaraq, izah etməmişdir ki, guya "döyülərək CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməsi" barədə heç bir mötəbər sübut təqdim etməyən V.Səmədovun öz müdafiəsi üçün irəli sürdüyü digər dəlilləri, o cümlədən Haciqabul RPŞnin polis əməkdaşları tərəfindən qanunsuz olaraq Bakı şəhərində tu tularaq polis şöbəsinə gətirilməsi və polisin nəzarəti altında şöbədə saxlanılmaqla təzyiqlərə məruz qalaraq üzərinə narkotik vasitə qoyulması, beləliklə də döyülməsi barədə heç bir mötəbər sübut təqdim etməyən və belə bir sübutu ümumiyyətlə olmayan V.Səmədovun üzərinə narkotik vasitə qoyulması barədə ifadəsini nəyə görə inandırıcı hesab edərək qəbul etmişdir. ki, məhkəmə əvvəlcədən necə olursa-olsun, V.Səmədova bəraət vermək. Bu hal özlüyündə onun təsdiqidir niyyətində olmuş, bu niyyətini reallaşdırmaq üçün ittiham tərəfinin sübutlarını görməzdən gəlmiş, müdafiə tərəfinin irəli sürdüyü ziddiyyətli və V.Səmədovun cinayət məsuliyyətindən yayınmağa xidmət edən "sübutlarım" isə hər vasitə ilə əsaslandırmaq yolunu tutmuşdur. Bundan əlavə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Vasif Səmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olma müddətinin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Həmin qərarda yazılmışdır ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X7 çıxış edərək bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı yerdən tapmış, onun bir hissəsini tanışı Təqsirləndirilən şəxs 40 manat pul vəsaiti müqabilində satmışdır. Törətdiyi əməldən peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, barəsində həbs qətimkan tədbirinin seçilmərnəsini xahiş etmişdir. Qeyd edilməlidir ki, "Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi" haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli qərarının 17-ci bəndinə əsasən, "həbs qisminde qətimkan tədbirinin seçilməsi və ya seçilmiş qətimkan tədbirinin müddətinin uzadılmasına baxılması prosesində təqsirləndirilən şəxs tutulduqdan sonra işgəncələrə və digər qeyri- insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə bəyanat verdikdə bu, məhkəmə iclas protokolunda əks etdirilir. Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həmin məsələnin yoxlanılması üçün yazılı şəkildə müvafiq məlumat göndərilir. Təqsirləndirilən şəxs tərəfindən bu məzmunda bəyanat verilməsə də, onun işgəncələrə və ya ləyaqəti alçaldan digər q eyri insani rəftara məruz qalması hakimdə ciddi şübhə doğurması halları eyni məzmunlu tədbirin görülməsi üçün əsasdır." Odur ki, bir daha qeyd edirəm ki, iş materiallarına əsasən bir mənalı şəkildə müəyyən edilir ki, V.Səmədovun barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə baxılması prosesində nə V.Səmədov, nə də müdafiəçisi V.Səmədov tərəfindən onun işgəncələrə və digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə heç bir bəyanat verilməmiş, ümumiyyətlə belə hallar mövcud olmamışdır. Əksinə, təqsirləndirilən şəxs V.Səmədov törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Belə olan halda məhkəmə hətta Yuxarıda qeyd edilən Plenum Qərarının 2-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, CPM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qayd ada tutulmuş və sonradan ittiham olunan təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən məhkəmələr ilk növbədə həmin şəxsin tutulmasının əsaslılığını və qanuniliyini yoxlamalıdırlar. Onu da qeyd edirəm ki, V.Səmədovun barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə qərar Hacıqabul rayon məhkəməsinin özü tərəfindən qəbul edildiyindən, məhkəmənin bu gün V.Səmədovun üzərinə narkotik vasitə qoyulması qənaətinə gəlməsi, birbaşa özünün əvvəlki qərarının və nəticədə bəraət hökmünü ciddi əsaslarla şübhə altına qoymuşdur. Bundan başqa, məhkəmə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmasına əsaslardan biri olan təqsirləndirilən şəxs qismində ifadəsini sonuncunun özünə münasibətdə mötəbər sübut növü hesab et sə də, Vasif Səmədovun CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə münasibətdə ümumiyyətlə sübut növü kimi qəbul etməmişdir ki, bu hal özü belə ciddi və eyni zamanda absurd prosessual pozuntudur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında da narkotik vasitə marixuananı Vasif Səmədovdan aldığını təsdiq edərək sonuncunun üzünə qarşı bir daha demişdir. təhlil etdikdə görünür ki, məhkəmə hökmündə Vasif Yuxarıda qeyd edilənləri müqayisəli və məntiqli şəkildə Səmədovun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut edən kifayət qbeper mötəbər sübutlar və dəlillər olduğu halda hökmdə sadəcə Vasif Səmədovun fiziki işgəncəyə məruz qalması barədə əsassız iddialar qabardılmış, xüsusəndə Vasif Səmədova şəxsi axtarışı aparılması zamanı qeydə alınmış videogör üntüdə sağ gözaltında "aşkar” edilmiş xəsarətə geniş yer vilmişdir. Buradan da məhkəmənin V.Səmedov barəsində bəraət hökmü çıxarakən nə qədər "obyektiv" olması açıq-aşkar görünür. Kassasiya protestində X6 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair və bəraət almış şəxsin k assasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apel lyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməmə si məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X6 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya p rotestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X6 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gə lmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X6 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Apellyasiya Məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsi nin məhkəmə istintaqı zamanı polis əməkdaşı olan Şahid1 yenidən dindirilməsi Vasif Səmədovun öz ifadələrində onun Şahid1 tərəfindən saxlanıldığı yer kimi Nəvai qəsəbəsini deyil, Bakı şəhəri ətrafındakı Lökbatan qəsəbəsini göstərməsi olmuşdur. O, ifadəsində göstərir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. İş ondadır ki, Vasif Səmədovun narkotik vasitə satmış olduğu şəxs hesab edilən X8 da birinci instansiya məhkəməsinin məhkmə istintaqı zamanı təkrarən dindirilmiş və bu zaman Vasif Səmədovun ona narkotik vasitənin satılması nın yeri vaxtı və digər təfsilatları barədə fərqli ifadə vermişdir. O göstərmişdir: “xx.xx.2024-cü il tarixdə günorta saatlarında Vasif Səmədovla birlikdə Vasifin idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Vasifə 40 manat pul vermiş və yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşmüşdür. Səhəri gün, yəni xx.xx.2023cü il tarixdə günorta saatlarında Vasif Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşmüş və Vasifdən ona sifariş vermiş olduğu narkotik vasitə marixuananı almışdır.” Qeyd edilən uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə birinci instansiya məhkəməsi cinayətin aşkar edildiyi gün Vasif Səmədovun, Təqsirləndirilən şəxs, Şahid1 istifadələrində olmuş mobil telefonlarının anten dairələri nin müəyyənləşdirilməsi yolu ilə X10 Eyvazovun görüşdüyü yer, narkotik vasitənin satıldığı tarix vaxt və yer kimi göstərilmiş məlumatları dəqiqləşdirmək qərarına gəlmişdir. Məlum olmuşdur ki, bu məlumatlar dəqiq şəkildə yalnız Vasif Səmədovun ifadəsində göstərilib. Belə ki, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "Bakcell LTD” MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs və polis əməkdaşı Şahid1 istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs sonuncu dəfə saat 15:12 radələrində Hacıqabul rayonu, Nəvai kəndi ərazisində olmuş, daha sonra o, saat 18:00 radələrinədək Hacıqabul şəhəri ərazisində olmuş, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olmuş və daha sonra 20:44-də Hacıqabul rayonu, Pirsaat qəsəbəsinə qayıtmışdır. Polis əməkdaşı Şahid1 isə xx.xx.2023-cü il tarixdə sonuncu dəfə 16:56 radələrində Nəvai kəndi ərazisində olmuş, ondan sonra Hacıqabul şəhərinə getmiş, saat 19-dan 20:15-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində olmuş, (baxmayaraq ki, bu şahid məhkəməyə verdiyi ifadəsində həmin gün Hacıqabul rayonundan kənara çıxmadığını bildirmişdir) daha sonra təkrarən Hacıqabul şəhərinə qayıtmışdır. Bütün bunlar isə Təqsirləndirilən şəxs tutulmasının, üzərində şəxsiaxtarış aparılmasının rəsmi sənədlərdə göstərilənlərdən fərqli olaraq daha əvvəl və Hacıqabul rayonu ərazisində deyil, Bakının Lökbatan qəsəbəsində baş verdiyini göstərir. Bundan başqa cinayət işinin materiallarında olan rəsmi sənədlər dən və şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrindən Vasif Səmədovun polis əməkdaşları tərəfindən yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində saxlanıldığı, saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 23:00 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 23:50, onun üzərində şəxsi axtarışın isə xx.xx.2023-cü il tarixdə saat 00:15-dən 00:25-dək keçirildiyi göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun yaşadığı Abdulabad kəndində deyil, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanıldığı, azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə və polis əməkdaşlarının ifadələrin də göstərilənlərdən bir neçə saat əvvəl baş verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Vasif Səmədov sərbəst ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında alverlə məşğul olduğundan, Lökbatan qəsəbəsində, 20 yanvar küçəsində yerləşən bir evdə kirayədə qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "Bakcell LTD” MMC tərəfindən verilmiş təq sirləndirilən şəxs Vasif Səmədovun istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:45-dək olan müddətdə yaşadığı Abdulabad kəndində olmuş, sonra Bakı şəhəri istiqamətində getmiş, saat 19:30-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində olmuş, ondan sonra isə Hacıqabul şəhərinə getmiş, saat 20:44-dən etibarən növbəti gün də daxil olmaqla davamlı olaraq, o Hacıqabul şəhəri ərazisində, daha doğrusu Hacıqabul rayon Polis Şöbəsində olmuşdur. Onun tutulması tədbirində iştirak etmiş polis əməkdaşı Şahid1 və digər Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə dair anten məlumatlarından da görünür ki, hər iki şəxs xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində Lökbatan qəsəbəsi ərazisində olmuş və daha sonra Hacıqabul rayonuna qayıtmışlar. Həmin müddət ərzində Təqsirləndirilən şəxsla Vasif Səmədovun istifadəsində olan mobil telefon nömrələri arasında bir neçə dəfə qısa müddətli danışıqlar olmuşdur. Polis əməkdaşı Şahid1 isə həmin gün ümumiyyətlə Abdulabad kəndində olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq Vasif Səmədovun saxlanılma yeri və vaxtı ilə bağlı şahidlər Şahid1 və Şahid2 qeyd etdiklərinə tənqidi yanaşaraq qeyd olunan xüsusatla bağlı Vasif Səmədovun ifadəsini əsaslı saymışdır. Birinci instansiya məhkəməsi apardığı məhkəmə istintaqı zamanı belə bir düzgün nəticəyə gəlmişdir ki, Vasif Səmədov polis əməkdaşları tərəfindən heç də xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Hacıqabul rayonu, Abdulabad kən di ərazisində deyil, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılmış, yəni faktiki olaraq tutulmuş və həmin gün saat 20:44-dən etibarən isə Hacıqabul şəhəri ərazisində yerləşən Hacıqabul rayon Polis şöbəsində olmuşdur. Vasif Səmədova qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 11,88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 5,30 qram çəkidəki hissəsini xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs qanunsuz olara q satmış, qalan hissəsi isə onun üzərindən aşkar edilərək götürülmüşdür. Lakin, ittihamın əsaslandığı yuxarıda sadalanan sübutlar əsasında birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Vasif Səmədovun xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə satması faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Vasif Səmədov təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs qısa müddət əvvəl tanıdığını, onunla birlikdə bir neçə dəfə marixuanadan istifadə etdiyini, lakin bir mənalı olaraq ona heç vaxt narkotik vasitə satmadığını və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, xx.xx. 2023-cü il cü il tarixdə saat 18 radələrində ümumiyyətlə Nəvai kəndində olmadığını bildirmişdir. Bunun əksinə, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittihamın məzmununa uyğun ifadə verərək, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Nəvai kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Vasif Səmədovdan bir kibrit qutusunda narkotik vasitə marixuana aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ittihamda qeyd olunan tarixdə və vaxtda təqsirləndirilən şəxslərin olduqları yerin müəyyən edilməsi məqsədi ilə onların istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatlarının götürülməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 055-378-17- 75 m obil telefon nömrəsinin anten dairəsinə dair məlumatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə ümumiyyətlə Hacıqabul rayonu, Nəvai kəndində olmamış, həmin tarixdə saat 17:26-dək Hacıqabul rayonu, Atbulaq kəndində olmuş (Atbulaq kəndi Bakı şəhəri istiqamətində olmaqla Nəvai kəndindən kifayət qədər uzaq məsafədə yerləşir), sonra oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və saat 18:21-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazidə olmuşdur. Vasif Səmədovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatdan isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:40-dan etibarən növbəti gün günorta saatlarınadək Bakı şəhəri, Lökbatan qəsəbəsində olmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanan birinci instansiya məhkəməsi narkot ik vasitənin satışı ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşmış və qeyd olunan xüsusatla bağlı Vasif Səmədovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə düzgün olaraq əsaslı saymışdır. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Vasif Səmədov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin satılması ilə bağlı ittihamda qeyd edilən xx.xx.2023-cü il tarixdə saat 18 radələrində təqsirləndirilən şəxslərin hər ikisi Bakı şəhərində ayrı-ayrı ünvanlarda olmuşlar. Bununla da Vasif Səmədovun məhz xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə satması f aktı öz təsdiqini tapmamışdır. Mobil telefon nömrələrinə dair anten məlumatlar məhkəmə iclasında tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək xx.xx.2023- cü il tarixdə günorta saatlarında Vasif Səmədovla birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Vasif Səmədova 40 manat pul verib yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşdüyünü, xx.xx.2023-cü il tarixdə isə Vasif Səmədov günorta saatlarında Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşüb ondan, ona bir gün əvvəl sifariş verdiyi narkotik vasitə marixuananı aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatın dəqiqləşdirilməsi məqsədi ilə qeyd edilən tarixə onun və digər təqsirləndiril ən şəxsin istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatlar məhkəmənin qərarına əsasən "Bakcell LTD” MMC-dən götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonrakı ifadəsində göstərdiyi xüsusatlar da öz təsdiqini tapmır. Belə ki, Vasif Səmədovun istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatdan müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrinədək Bakı şəhərində olmuş, daha sonra yaşadığı Abdulabad kəndində getmişdir. xx.xx.2023-cü il tarixdə isə o, günorta saatlarınadək Abdulabad kəndində olmuş və daha sonra Bakı şəhərinə getmiş və saat 16:40-dan etibarən Bakı şəhəri, Lökbatan qəsəbəsində olmuşdur. Təqsirləndirilən şəxs özü isə xx.xx.2023-cü il tarixdə səhər saatlarından saat 18 radələrinədək Bakı şəhərində müxtəlif ünvanlarda o lmuş, daha sonra Hacıqabul rayonu, Nəvai qəsəbəsinə getmişdir. xx.xx.2023-cü il tarixdə o, saat 17:26-dək Hacıqabul rayonu, Atbulaq kəndində olmuş, sonra oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və saat 18:21-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazidə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi xx.xx.2023-cü il tarixdə Vasif Səmədov Bakı şəhərinə getməmiş, əksinə həmin tarixdə saat 16 radələrinədək Bakı şəhərində olmuş və sonra yaşadığı Abdulabad kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə isə o, Bakı şəhərindən gəlməmiş, əksinə yaşadığı kənddən Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs özü də xx.xx.2023-cü il tarixdə saat 18 radələrinədək Bakı şəhərində olmuş və sonra Nəvai qəsəbəsinə getmişdir. Bununla da, Təqsir ləndirilən şəxs sonradan verdiyi ifadə də məhkəmə iclasında tədqiq edilmiş mobil telefon nömrələrinə dair anten məlumatlara ilə təkzib olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələri qeyri-səmimi, mötəbər olmayan ifadələr kimi qiymətləndirmışdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə dair sms məlumatlarından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:23-də, 18:17-də və 19:50-də Vasif Səmədovun istifadəsində olan mobil telefon nömrəsinə müvafiq olaraq "qaqa mənə hə yox de de”, ‘‘qaqa sene arxeynem bakiy qaydmalyam meni pis veziyyetde qoyma qaqam sene arxeynem bugun qaydmalyam saba isdey em meni yaddan cixarma” və ‘‘Qaqa ac sozum var neqederdi saba onun pulun duzeldmeqe gora deyirem” məzmunlu üç qısa mesaj (sms) göndərmişdir. Vasif Səmədov tərəfindən isə həmin mesajlara cavab verilməmişdir. Məhkəmə iclasında mobil telefon nömrəsinə dair qeyd edilən məlumat tədqiq edilərkən Təqsirləndirilən şəxs bildirdi ki, Vasif Səmədov əvvəldən Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında meyvə alveri ilə məşğul olmuşdur. O da meyvə alveri ilə məşğul olmaq istəyirdi. Vasif ona demişdir ki, işə başlamaq üçün müəyyən məbləğdə pul tələb olunur. Sms yazışmasındakı "onun pulu” ifadəsi məhz alverə başlamaq üçün nəzərdə tutulan pul olmuşdur. Birinci instansiya məhkımısi hesab etmişdir ki, sms yazışmalarının məhz narkotik vasitənin alqı-satqısı ilə bağlı olmasını təsdiq edən hər hansı mötəb ər sübut iş materiallarında mövcud olmadığından, eləcə də Vasif Səmədov tərəfindən həmin mesajlara bu faktı təsdiq edəcək mahiyyətdə hər hansı cavab verilmədiyindən, həmin məlumatlar Vasif Səmədova qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat ver ilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq et diyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən X6 bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunveri ciliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayə t Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X3 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraə t verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icr aatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təq sirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təq sirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onl arın tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 130 aprel 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərt siz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibə tdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-347/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-101/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-101/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver