Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1010/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(103)-2082/2024 nömrəli qərarından Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər Ə.Q.Quliyev (sədrlik edən), T.Q.Hüseynov, F.A.Namazov) 2024-cü il 8 avqust tarixli, 1(101)-1082/2024 nömrəli hökmü ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə massivi, ev 4, mənzil 4- də qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum, Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 2023-cü il 18 aprel tarixdən hesablanması və xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxam rayonu, Hövsan qəsəbəsi, 4 mkr, ev 4A-da qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 2023-cü il 18 aprel tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum, eləcə də onun müdafiəçisi, digər Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə), 2024-cü il 4 dekabr tarixli, 1(103)-2082/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halı nda birləşib 18 aprel 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanın yaxınlığında olarkən həmin küçə ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yanlarına çağırıb ondan üzərində olan pulları verməsini tələb etmiş, sonuncu üzərində 4 (dörd) manat pulunun olmasını və həmin pulu onlara verə bilməyəcəyini dedikdə, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vurmuş və daha sonra üzərində olan pulları və mobil telefonu onlara verməsini israrla tələb etmiş, Zərərçəkmiş şəxs onların qanunsuz tələblərini rədd etdikdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs yenidən sillə ilə zərər çəkmiş şəxsin sifət nahiyəsindən vurmuş, Məhkum isə üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfatməişət tə yinatlı, çoxpredmetli turist bıçağı ilə Zərərçəkmiş şəxs qolundan iki dəfə vurub sol saidin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlər yetirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə yerindən qaçıb uzaqlaşmaq istəyərkən hadisə yerində düşmüş şalvarının arxa cibində saxladığı sonuncuya məxsus 10 manat dəyərində ***-*****-** mobil nömrə ilə işləyən 475 manat dəyərində «Samsung A 12» markalı mobil telefon cihazını götürüb həmin yerdən getməklə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorak ılıqla bağlı olan basqın etməklə quldurluq etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİLƏRİN, MƏHKUMLARİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə hökm çıxararkən CPM-in 143-146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların tələblərinə riayət etmədən, barəsində başlanmış cinayət işini tam, hərtərəfli, obyektiv araşdırmadan verilmiş ittihamı müdafiə etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(103)-2082/2024 nömrəli qərarının ləğv edilməsini və onun əməlinin CM-in 181.2.1 və 182.2.5-ci maddəsindən CMin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun yaşadığı evin pəncərəsini zərərçəkmiş şəxs sərxoş halda (sərxoş olduğunu zərərçəkmiş şəxs özü də ifadələrində təsdiq etmişdir) döyülüb “ortalıqdan qaradır” deyərək səslənmişdir. Təqsirləndirilən şəxs də evdən çıxıb oradan uzaqlaşmasını zərərçəkmişə bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bundan başqa ittihamın hərtərəfli, tam və obyektiv araşdırırlması üçün mühüm əhəmiyyət kəsb edən Yuriy Belausov, eləcədə bilavasitə hadisə yerində olmuş, Şahid qismində dindirilməsi üçün vəsatət vermiş, lakin apelyasiya instansiy ası məhkəməsi vəsatəti təmin etməyərək əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Göründüyü kimi ittihamın sübut olunmasına kifayət qədər şübhələr vardır və həmin şübhələri aradan qaldırmaq mümkün deyildir, lakin Bakı Apellyasiya Məhkəməsi buna əhəmiyyət verməyərək CPM-in 145.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(103)-2082/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumlar və Müdafiəçi3 kassasiya şikayətlərinin təmin edilməsini x ahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellya siya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkum Təqsirləndirilən şəxs müdafiəçis i Müdafiəçi3 kassasiya şikayətində müdafiəçisi olduğu şəxs barəsində olan cianyət işi üzrə düzgün araşdırma aparılmadığını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların, onların müdafiəçilərinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətlərinin təmin edilməm əsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qa rşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən hallar və cəzalarını ağırlaşdıran halın olmaması nəzərə alınmaq la, onlara, təqsirli bilindikləri maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumların təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onların barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Müdafiəçi3 kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.12.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 8 avqust tarixli, 1(101)-1082/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum və Təqsirləndirilən şəxs barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(103)-2082/2024 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1010/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1010/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver